Məhkəmə qərarları › İş №2-1(102)-914/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-914/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-914/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə q arşı (“xxxx” üçüncü şəxs olmaqla) Mingəçevir şəhəri "Gülşən" bağçılıq-yoldaşlıq təsərrüfatından verilən 600 kv.m torpaq sahəsinə mərhum atası X7 adına plan-ölçü sənədinin hazırlanması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-675/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Mingəçevir şəhəri "Gülşən" bağçılıq-yoldaşlıq təsərrüfatından X5 1980-ci il də 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi sonuncudan X1 və onun adına Mingəçevir ŞİH-nin nəzdində Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən 10.05.2004-cü il tarixli 17/62 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X11 16.04.2009-cu il tarixdə ölmüş, (AZ-İ seriyalı 362348 nömrəli ölüm haqqında şəhadətnamə) onun vərəsələri 11.12.2012-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən X2, xxxx(əvvəllər Rzayeva) xxxx və X12 hesab edilmişdir. X2 (AZ-İ seriyalı 757945 nömrəli ölüm haqqında şəhadətnamə) 22.06.2015-ci il tarixdə ölmüşdür. İddiaçı (bundan sonra - iddiaçı) sözügedən torpaq sahəsinə plan-ölçü və çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, lakin sonuncu 25.05.2018-ci il tarixli **********89 nömrəli məktubla bildirmişdir ki, torpaq sahəsinin üzərindən 110 kV-lıq yüksək gərginlikli elektrik xətti keçdiyindən 0.06 ha torpaq sahəsi üzərində məhrum X7 mülkiyyəti hüququnun dövlət reyestrində qeydiyyatda alınması imkan xaricindədir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq 600 kv.m torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X7 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, o, sözügedən torpaq sahəsi üzərində hüq uqlarını qeydiyyata aldırmaq üçün kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq texniki pasportu idarəyə təqdim etmişdir. Həmçinin həmin torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. Buna baxmayaraq cavabdeh əsassız olaraq torpaq sahəsinin üzərindən 110 kV-lıq yüksək gərginlikli elektrik xəttinin keçməsinə istinad edir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, elektron baza məlumatlarında və arxiv materiallarında həmin torpaq sahəsinin X5 məxsus olması barədə order verilmiş, onun vəfatından sonra arvadı X6 08.05.2004-cü il tarixli ərizəsi əsasında Mingəçevir ŞİH-nin nəzdində Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən X8 adına 17/62 inventar nömrəli texniki pasport tərtib edilmişd ir. Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin adlarına bağ sahələrinin məxsus olması haqqında müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş 15.08.2007-ci il tarixli akta əsasən təhvil verilmiş Mingəçevir şəhəri "Azərelektroizolit" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi siyahısında, istər X3, istərsə də X8 adları aşkar olunmamışdır. Həmçinin torpaq sahəsinin üzərindən 220 kV-lıq, şimal sərhəddindən isə 110 kV-luq yüksək gərginlikli elektrik xətləri keçir. Torpaq sahəsi ilə elektrik xətti arasında ola mühafizə zolağı 20-25 metr təşkil edir. Ayrılmış torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşdiyi üçün həmin torpaq sahəsi üzərində iddiaçının atasının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması imkan xaricindədir. Azərba ycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.07.2018-ci il tarixli **********34 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş sxemdən görünür ki, X8 istifadəsində olmuş (hazırda iddiaçının istifadəsində olan) 600 kv.m torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X=672030.0000 Y=4516225.0000 X=672046.0000 Y=4516205.0000 X=672024.0000 Y=4516189.0000 X=672008.0000 Y=4516212.0000 Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli 2-1(84)-1159/2018 saylı qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilmiş, Mingəçevir şəhəri "Gülşən" bağçılıq-yoldaşlıq təsərrüfatından verilən və bağ təsərrüfatının texniki pasportu işlənilən 600 kv.m torpaq sahəsinə X7 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazır lanması və onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinə iddiaçının mərhum atasının mülkiyyət hüququnun qeydə alınmasından, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi əsası ilə cavabdehin imtina etməsi qanunsuzdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci tarixli, 21(107)-675/2018 nömrəli qərarı ilə (sədrlik edən: M.M.Hüseynov, hakimlər: R.Ə.Əliyev və İ.H.Şükürov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli 2-1(84)-1159 /2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci tarixli, 2-1(107)-675/2018 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə kollegiyası işə birtərəfli və səthi yanaşmış, işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Habelə, məhkəmə gəldiyi nəticələr üzrə mü hüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və qanunun normasını düzgün tətbiq etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “ Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq -yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında “ Azərb aycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı təsdiq edilmişdir. Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Az ərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ -hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci hissəsi ilə təsdiq olunun siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Torpaq islahatı haqqında " Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəy ə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Cavabdeh hesab edir ki, işə baxan məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, beləliklə də iş üzrə səhv nəticəyə gəlmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci tarixli, 2-1(107)-675/2018 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apel yasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azə rbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsa ssızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci mad dəsinə əsasən, 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərancamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunduğu kimi, sözügedən torpaq sahəsinin X5 məxsus olması barədə order verilmiş, onun vəfatından sonra arvadı X6 08.05.2004-cü il tarixli ərizəsi əsasında həmin torpaq sahəsi 10.05.2004-cü ildə iddiaçının mərhum atasının istifadəsinə verilmiş və bununla bağlı müvafiq texniki pasport tərtib edilmişdir. Məhkəmə kollegiyası apelyasiya ins tansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sadalanan sənədlər torpaq sahəsi üzərində iddiaçının atasının mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas verir. "Gülşən" kollektiv bağçılığının adlı siyahısında iddiaçının atasının adının qeyd edilib-edilməməsi iddiaçının, yaxud onun mərhum atasının səlahiyyətində olmadığına görə onlar mərhumun adının siyahıda qeyd edilməməsinə görə məsuliyyət daşımamalıdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh 25.05.2018-ci il tarixli **********89 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin üzərindən 110 kV-lıq və 220 kV-lıq yüksək gərginlikli elektrik xətləri keçir. İşdə olan "xxxx" ASC-nin 17.08.2018-ci il tarixli 03/7/2008 nömrəli məktubundan görünür ki, iddiaçıya Mingəçevir şəhəri "Azərelektroizol it" "Gülşən" bağçılıq-yoldaşlıq təsərrüfatından (Mingəçevir şəhəri Balıq zavodu ətrafından) verilən torpaq sahəsi halhazırda, 1954-cü ildən istismarda olan 220 kV-lıq 1-ci, 2-ci "Mingəçevir" hava xətlərinin 7-8 saylı dayaqlar arası hissəsində, bilavasitə xəttin altında və 110 kV-lıq 1-ci "şəhər" hava xəttinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış 24.07.2018-ci il tarixli **********34 nömrəli məktuba əlavə edilən mütəxəssis rəyindən və sxemlərdən görünür ki, X10 "Azərelektroizolit" "Gülşən" bağçılıq-yoldaşlıq təsərrüfatının ərazisindən ayrılmış 600 kv.m torpaq sahəsi (naturadakı vəziyyəti əsas götürülməklə) ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir. Mübahisələndirilən 600 kv.m torpaq sahəsi tamamilə yüksək gərginlikli elektrik xətlərinin (110 kV və 220 kV) qoruma zolağında yerləşir. X10 600 kv.m torpaq sahəsi ayrılan vaxt həmin torpaq sahəsi üzərindən yüksək gərginlikli (110 kV və 220 kV) elektrik xətti keçmişdir. Cavabdeh qeydiyyat aparmaqdan imtina edərkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə istinad etmişdir. Fərmanın 2-ci hissəsində deyilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsində deyilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonaları na daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, torpaq sahəsi ayrılan zaman həmin Qaydalar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Digər tərəfdən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Eyni zamanda, sözügedən torpaq sahəsi ayrıldığı zaman da elektrik xətti eyni yerdə mövcud olmuş və bu hal torpaq sahəsinin ayrılmasına mane olmamışdır. Bundan başqa, "Gülşən" kollektiv bağçılıq təsərrüfatı üçün ayrılmış torpaq sahələri tək iddiaçının atasına deyil, onunla yanaşı, kollektiv bağçılıq təsərrüfatının digər üzvlərinə də verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, torpaq sahəsinə iddiaçının mərhum atasının mülkiyyət hüququnun, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi əsası ilə cavabdehin imtina etməsi qanunsuzdur. Əks yanaşma, mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların döv lət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nın 4.2-ci bəndində deyilir ki, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərind ə sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Cavabdeh tərəfindən kasassiya şikayətində göstərilən arqumentlərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci tarixli, 2-1(107)-675/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar