Məhkəmə qərarları › İş №2-1(102)-914/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-914/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-914/2020 10.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərəncamın mübahisələndirilməsi, işin hallarının araşdırılması, əsaslandırılmamış qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdehin və üçüncü şəxs “xxxx” MMC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehn ə qarşı (üçüncü şəxslər: “xxxx” MMC və X2) sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2751/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,02356 kv.m torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, onun üzərində yerləşən ümumi sahəsi 368,7 kv.m olan 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. 2. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarı ilə cavabdehə 5 il müddətində Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını, tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi nor malarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini həyata keçirmək həvalə edilmişdir.

3. Cavabdeh başçısının xx xxxxxx 2017-ci il tarixli 280 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı rəhbər tutularaq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1731 saylı xx.xx.2016-cı il tarixli tikinti-planlaşdırma eskizi nəzərə alınaraq, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalar ının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMCnin istifadəsinə verilmişdir.

4. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Aktına əsasən “xxxx” MMC-yə ayrılmış sahədə yerləşən tikililər XX əsrin əvvəllərində inşa edilmiş, divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evlərinə k eçirilən vizual texniki baxış zamanı onların uzun müddət təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması, kommunikasiya xətləri və sistemlərinin yararsız vəziyyətdə olması, yaşayış evlərinin ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsi, yaşayış evlərinin məhdud işlək vəziyyətdə olması, yaşayış evlərində təmir-bərpa işlərinin aparılmasının texniki və iqtisadi cəhətdən məqsədəuyğun olmaması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Cavabdeh başçısının yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında 280 saylı xx xxxxxx 2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,02356 kv.m torpaq sahəsi onun qanuni istifadəsindədir, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 368,7 kv.m olan 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. Qeyd edilən fərdi yaşayış evi yenidən tikilmiş və yüksək səviyyədə təmir edilmişdir və hal-hazırda o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdehin sərəncamı ilə onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən və onun qanuni istifadəsində olan torpaq sahəsi ona hər hansı formada məlumat v erilmədən və onun hər hansı formada razılığı alınmadan «xxxx» MMC-nin istifadəsinə verilmişdir. Sözügedən sərəncamın rəhbər tutduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarında rayonların ərazilərində yerləşən qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil - məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulduğu halda, Cavabdeh başçısının 280 saylı xx xxxxxx 2017-ci il tarixli sərəncamında qəzalı və yaşayış üçün yararsız olan binaların deyil, Nəsimi rayonunun Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud, yəni bütün yaşayış binalarının sökülərək y erində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi nəzərdə tutulmuşdur.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarı ilə cavabdehə 5 il müddətində Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının, habelə rayonun ərazisində şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi cavabdehə həvalə edilmişdir. İddiaçıya məxsus ev də şəhərin ümumi görünüşünə xələl gətirir və mövcud şəhərsalma normalarına cavab vermir. Həmçinin, “xxxx” MMC tərəfindən sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. İddiaçı isə “xxxx” MMC-nin ədalətli təkliflərini qəbul etməyərək, müqavilə bağlamaqdan yayınır. Bununla da digər mülkiyyətçilərin hüquqlarını pozur. Halbuki, “xxxx” MMC İddiaçı və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdehnə qarşı “tikiləcək binada müvafiq yaşayış sahəsi ilə təmin edilməklə mənzildən çıxarılma” tələbinə dair xx xxxxxxxx 2018-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı (ailə üzvləri ilə birlikdə) “xxxx” MMC tərəfindən aylıq 1000 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 500 kv.m. təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılmaları qət edilmişdir. Bundan əlavə, iddiaçının torpaqla bağlı tələbi Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinin tələbləri baxımından əsassızdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2430/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisədə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyi halda iddiaçı sərəncamın əsassız olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilmədiyindən iddia tələbi əsassızdır.

10. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, şikayətdə qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 11.Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2751/2019 sayl ı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2430/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində iddia ərizəsinin dəlilləri təkrarlanmaqla yanaşı əlavə olaraq qeyd edilmişdir ki, FHN Tikintiyə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli 34/00074 saylı tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akt məhkəmə qaydasında mübahisələndirilmiş və Nəsimi rayon Məhkəməsinin 2(006)-2603/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin akt iddiaçının evinə münasibətdə etibarsız hesab edilmişdir. İddiaçının ərizəsi əsasında eyni qurum tərəfindən sonradan tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda isə fərdi yaşayış evinin qəzalı olmadığı qeyd edilmişdir. Həmçinin, mübahisələndirilən sərəncamın rəhbər tutduğu Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri 15.Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etdi.

17. Cavabdehin nümayəndəsi, cavabdehin və üçüncü şəxsin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər üçüncü şəxs X2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə digər üçüncü şəxsin iştirakı olmadan baxı lmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 19. “İnzibati icraat haqqında” Qanun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etmə yi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tə ləb edə bilər. 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati icraat qaydasında baxılır. 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati icraat qaydasında baxılır. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şi kayətinin dəlillərinə münasibət bildirilməlidir.

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bi r qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ

23. İşin apelyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Cavabdeh başçısının xx xxxxxx 2017-ci il tarixli 280 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı rəhbər tutularaq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1731 saylı xx.xx.2016-cı il tarixli tikinti-planlaşdırma eskizi nəzərə alınaraq, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. İddiaçıya məxsu s fərdi yaşayış evi də ünvan 2 ünvanında yerləşir.

24. Sərəncamın icrası məqsədi ilə FHN Tikintiyə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli 34/00074 saylı tapşırığına əsasən, “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən sözügedən ərazilərdə araşdırma aparılmış və həmin araşdırma əsasında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xx.xx.2017-ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Akt tərtib edilmişdir.

25. Həmin akta əsasən, “xxxx” MMC-yə ayrılmış sahədə yerləşən tikililər XX əsrin əvvəllərində inş a edilmiş, divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması, kommunikasiya xətləri və sistemlərinin yararsız vəziyyətdə olması, yaşayış evlərinin ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsi, yaşayış evlərinin məhdud işlək vəziyyətdə olması, yaşayış evlərində təmir-bərpa işlərinin aparılmasının texniki və iqtisadi cəhətdən məqsədəuyğun olmaması müəyyən edilmişdir.

26. Həmin Akt əsasında isə iddiaçıya məxsus əmlak ın yerləşdiyi torpaq sahəsinin “xxxx” MMC-yə verilməsi iddiaçıdan tələb edilmiş, hətta iddia tələbinə etirazda cavabdeh bu barədə məhkəmə qətnaməsinin mövcud olduğunu da qeyd etmişdir (sözügedən qətnamə iş materiallarına əlavə edilməmiş, həmçinin hüquqi qüvvəyə minib-minməməsi barədə məlumat yoxdur). Apelyasiya instansiyası məhkəməsi də həmin qətnaməni tələb etməmişdir.

27. Həmçinin, kassasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3603/2019 saylı qətnaməsindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2017ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, i stismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Aktı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə qətnaməsi ilə sözügedən Akt iddiaçının əmlakına münasibətdə etibarsız hesab edilmişdir (sözügedən qətnamənin qanuni qüvvəyə minib-minməməsi barədə məlumat yoxdur).

28. Bundan əlavə, mübahisələndirilən sərəncamın rəhbər tutduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarı ləğv edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 482 nömrəli qərarı).

29. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi və iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin mübahisələndirilən sərəncamla və həmin sərəncamın icrasından irəli gələn hərəkətlərlə “xxxx”MMC-yə verilməsi ilə bağlı proseslər həyata keçirilir, bu baxımdan da iddiaçı haqlı olaraq bu hərəkətlərin qarşısını almaq üçün məhkəməyə müraciət etmişdir.

30. İşə baxan apelyasiya instansiya məhkəməsi isə sərəncamın rəhbər tutduğu qərarın xx xxxxxx 2019-cu il tarixdə ləğv olunduğu nəzərə alınaraq sərəncamın hüquqi qüvvəsi ilə bağlı qiymətləndirmə aparmadan, nəticədə qərarda yalnız işin hallarını və qanunvericilik normalarını sadalamaqla iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmaqla İPM-in 12.1, 12.2 və 87.8-ci maddələrinin tələblərini pozmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3603/2019 saylı qətnaməsi ilk dəfə kassasiya instansiyasında təqdim olunduğundan, bu instansiyada isə y alnız maddi və prosessual hüquq normalarına qiymət verilə bildiyindən, lakin sözügedən akt hazırkı iş üzrə əhəmiyyətli olduğundan bu sübuta apelyasiya instansiya məhkəməsi tərəfindən işin digər halları ilə birlikdə qiymət verilməlidir.

31. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı).

32. Avropa İnsan Hüquqları Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

33. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (“Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxxxx 2007-ci il tarixli qərar).

34. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2751/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar