Məhkəmə qərarları › İş №2-1(102)-914/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-914/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-914/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, kolxozda iş stajı, iş stajının arxiv arayışına əsasən müəyyən edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Nümayəndə2 iştirakı il ə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı “1982-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 15 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 12 yanvar 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-35/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur.

2. İddiaçı ya məxsus əmək kitabçasına, hərbi biletə və diploma əsasən o, 01.09.1972ci ildən 12.07.1974-cu ilədək təhsil almış, 02.11.1974-cü ildən 14.12.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 09.03.1977-ci ildən 24.06.1977-ci ilədək, 22.01.1979-cu ildən 24.01.1980-ci ilədək, 01.09.1998-ci ildən 08.01.2002-ci ilədək və 01.01.2019-cu ildən 01.07.2019-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. Göyçay rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.07.2020-ci il tarixli 323 nömrəli arxiv arayışına əsasən, iddiaçı 1982-ci ildən 1996-cı ilədək Göyçay rayonu Alxasava kənd “Şirvan” adına kolxozda işləmişdir.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 28 yanvar 2020-ci il tarixli, **********3 saylı məktubla müraciə tin təmin olunmasından imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin etmək üçün 25 il sosial sığorta stajı və yaxud minimum 28800 manat pensiya kapitalı tələb olunur. Lakin təqdim edilmiş sənədlərdə onun 23 il 9 ay 29 gün ümumi stajı və 16910.76 manat pensiya kapitalı olduğundan yaşa görə əmək pensiyası təyin edilə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1978, 19801996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi və təhsil aldığı 01.09.1972-12.07.1974-cü illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1982- 1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 15 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 12 yanvar 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı ərizəsində göstərmişdir ki, pensiya təyinatı ilə bağlı cavabdehə müraciət etmiş, kolxozda işlədiyi müddətin əmək kitabçasında qeyd edilməməsi və əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsinin qanunda nəzərdə tutulmaması əsası ilə ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

8. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın əs aslarını imtina məktubunda qeyd edilənlər təşkil edir.

9. Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(116)-812/2020 saylı qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, iddiaçının 1982-1996-cı illərdə Göyçay rayonu Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi 15 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 12 yanvar 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1982-1996-cı illərdə Göyçay rayonu Alxasava kənd “Şirvan” kolxozunda işləməsi müvafiq arxiv arayışı ilə təsdiq edildiyindən cavabdehin imtinası əsassız olmuşdur.

11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-35/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və İ.H.Şükürov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(116)-812/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şika yətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılar ının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

18. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, məhkəmə kollegiyasına teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azər baycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il i yulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müva fiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 22. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tər əfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan ( inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gös tərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələ ndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. İşdən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və ya zəruri pensiya kapitalı olmadığına istinad edərək cavabdeh ona pensiya təyin olunmasından imtina etmişdir.

29. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: qanunla müəyyən edilmiş pens iya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

30. Apelyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdıraraq bu nəticəyə gəlmişdir ki, iddiaçının sosial sığorta stajı 25 ildən artıq olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. O, qanunla müəyyən edilmiş pensiya yaşına çatanda 25 ildən artıq iş stajına malik olmuşdur.

32. İşin mübahisə edilən halı yalnız iddiaçının 1982-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda əmək fəaliyyəti ilə məşğul olduğu dövrün əmək kitabçasında öz əksini tapmaması ilə bağlıdır. Cavabdeh bildirir ki, iddiaçının Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işləməsi ilə bağlı əmək kitabçasında hər hansı qeyd olmadığından həmin müddət onun sosial sığorta stajına daxil edilə bilməz.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyinə dair qeydlərin əmək kitabçasında öz əksini tapmaması ona pensiya təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edil məli olması ilə bağlı məcburi göstəriş nəzərdə tutulmamışdır.

34. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.

35. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan R espublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.

36. İddiaçı əmək fəaliyyəti ilə məşğul olmasına dair X1 tərəfindən verilmiş 06 iyul 2018-ci il tarixli 323 nömrəli arayışı təqdim etmiş, işə baxan aşağı instansiya məhkəmələri arxiv arayışını sübut kimi qəbul edərək, həmin müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi nəticəsinə gəlmişdir. Belə ki, həmin arxiv arayışında iddiaçı nın 1982-1996-cı illərdə Göyçay rayon Alxasava kənd “Şirvan” kolxozunda işlədiyi qeyd edilmişdir.

37. Həmin arxiv arayışından görünür ki, iddiaçının faktiki adam günü 1978-ci ildə 61 gün, 1980-ci ildə 306 gün, 1981-ci ildə 248 gün, 1982-ci ildə 208 gün, 1983-cü ildə 291 gün, 1984-cü ildə 276 gün, 1985-ci ildə 272 gün, 1986-ci ildə 259 gün, 1987-ci ildə 228 gün, 1988-ci ildə 197 gün, 1989-cu ildə 291 gün, 1990-cı ildə 285 gün, 1991-ci ildə 263 gün, 1992-ci ildə 281 gün, 1993-cü ildə 238 gün, 1994-cü ildə 242 gün, 1995-ci ildə 312 gün, 1996-cı ildə 312 gün olmuşdur. (Cavabdehin qeydinə əsasən həmin kolxozda illik norma 180 adam günüdür).

38. Həmçinin, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 05.05.2020-ci il tarixli **********2 nömrəli və 20.07.2020-ci il tarixli **********2 nömr əli məktublarda da iddiaçının yaşa görə əmək pensiyasına çıxmaq üçün kifayət qədər sosial sığorta stajının olduğu (27 il 10 gün) qeyd edilmişdir.

39. Odur ki, ƏPQ-nun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər (64 yaş 6 ay və 25 il sığorta stajı) iddiaçıya münasibətdə ödənildiyindən məhkəmələr iddianı təmin etməkdə haqlı olmuşlar.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

41. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti t əmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-35/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar