Məhkəmə qərarları › İş №2-1(102)-914/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-914/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-914/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə Hakimlər: Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-631/2022 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı İddiaçı (Şəxsiyyət vəsiqəsi -********, FİN – xxxxxxx) xx.xx.1964-cü ildə Ağcabədi şəhərində anadan olub, Bakı şəhəri, Nizami ray, C.Naxçıvanski küç, ev 88, m.27 qeydiyyatdadır və orada yaşayır.

2. Bakı Şəhəri İcraiyyə Komitəsinin X1 və X5 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı Şəhəri İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahə sində 60 nəmrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 56/57b nömrəli bağ ayrılmışdır.

3. Bakı şəhər X3 İcraiyyə Komitəsi X1 və istismarı Birliyinin 27.11.1989-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən X2, X4 və İddiaçı 60 nömrəli kooperativin tərkibinə keçirilmişdir.

4. İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh orqana müraciət etmişdir.

5. Cavabdeh 13.11.2020-ci il tarixli, **********66 nömrəli məktubla imtina edərək qeyd etmişdir ki, idarənin elektron kadastr baza məlumatl arına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəkı 56/57b nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 101,0 ha ərazi ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 56/57b nömrəli bağ sahəsinin 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraci ət etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri İcraiyyə Komitəsinin 20.10.1989- cu il tarixli 11/409 saylı qərarı və X1 və İstismarı Birliyinin 60 saylı Bağ Tikinti Koorperativinin 47 saylı orderi əsasında iddiaçının bağa ehtiyacı nəzərə alınaraq, sahəsi 0,12 ha olan 56/57b saylı bağ sahəsi ayrılaraq iddiaçıya verilmişdir. Bundan əlavə, o, ərizə ilə koorperativin sədrinə müraciət edərək, kooperativin tərkibinə keçirilməsini xahiş etmiş, 27.11.1989-cu il tarixli qərarla kooperativin tərkibinə keçirilmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə iddiaçı göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə edərək şəxsi maliyyə vəsaiti ilə ona ayrılmış torpaq sahəsini uzun illər abadlaşdıraraq, aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, ərizəsi qəbul olunmamışdır. Bu səbəbdən iddiaçı poçt vasitəsi ilə 08.06.2020-ci il tarixd ə idarəyə rəsmi müraciət ünvanlamışdır. Lakin müraciətdən uzun müddət keçməsinə baxmayaraq, müraciətinin həll olunması istiqamətində hər hansı addım atılmamışdır.

9. İddiaçı hesab edir ki, İnzibati orqanın onun müraciətini vaxtında cavablandırması iddiaçının hüquqlarının kobud şəkildə pozulması kimi qəbul olunmalıdır. İnzibati orqanın hərəkətsizliyi onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə yaradılmış süni maneədir.

10. Cavabdeh tərəfindən iddiaya dair etirazda göstərilmişdir ki, Ləhiş bağlar massivinin bölgü sxemində (sxematik xəritədə) 56/57b saylı bağ sahəsi öz əksini tapmamışdır. Həmçinin vətəndaş tərfindən göstərilən ərazi başqa şəxsin istifadəsinə verilmiş ərazi ilə üst-üstə düşür. Bu səbəbdəndə ərizənin icrası mümkün olmamış və vətəndaşa **********19 saylı, 10 iyul 2020-ci il tarixli imtina məktubu ünvanlanmışdır.

11. Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2022-ci il tarixli, 2-1(103)-631/2022 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qəra rının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, parılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritədə 56/57b bağ nömrəsi öz əksini tapmamış və iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin, qeyd olunan torpaq (bağ) sahəsi “Bakı tuneltikinti” bağçılıq-yoldaşlığına ayrılmış ərazidə yerləşir. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.

19. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Torpaq Məcəlləsinin 68, 111.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 9, 11.1-ci maddələrinin tələblərinə zidd qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Torpaq Məcəlləsi: Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, tor paq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

22. «To rpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqla rı özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya h üquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlü k kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imti na edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaq ədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak ü zərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barə də müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxslə ri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburet mə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şika yətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə ape lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayətləri təmin edilməli və apellyasiya məhkəməsinin qərarı ləğv olunmalıdır.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, məhkəmə araşdırmasının predmetindən və konkret işin hallarından asılı olaraq, hər bir halda mə hkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönələn və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməlidir.

30. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, yəni hazırkı qərarın 24a bəndində qeyd olunan prosessual hüquq normaların tələbləri baxımından məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

31. Hüquqi baxımdan düzgün qərarın qəbulu yalnız o zaman təmin olunur ki, həmin qərar həqiqi və düzgün faktiki əsaslara söykənmiş olsun.

32. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi tərəfindən qeyd edilən tələblərə və məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Belə ki, məhkəmə tərəfindən işin müvafiq tənzimləyici normanın dispozisiya şərtlərinə aid halları tam və hərtərəfli müəyyən edilməmiş, iş üzrə mübahisəli faktiki hallar yetərli səviyyədə yoxlanılmamış və həmin halların aydınlaşdırılması istiqamətind ə müvafiq araşdırma aparılmamışdır. Nəticədə işin müəyyən olunmuş halları baxımından, obyektiv və düzgün qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılması təmin edilməmişdir.

33. Belə ki, iddiaçı Torpaq Məcəlləsinin 55, 65, 68-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və “Torpaq islahatı haqqında” qanunun 9-cu maddələrinin tələblərini rəhbər tutaraq, Bakı Şəhəri İcraiyyə Komitəsinin X1 və X5 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsaslanaraq, bağ sahəsinə olan mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsini tələb edir. İddiaçının istinad etdiyi maddi hüquq normalarının tələblərinə görə 2007-ci il mayın 22-dək icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətə ndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv-yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların qeydə alınması üçün əsasdır.

34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi order Bakı şəhəri İcraiyyə Komitəsinin 20.10.1989-cu il, 11/409 nömrəli qərarı əsasında verildiyi qeyd olunub.

35. Məhkəmənin sorğusu əsasında, məhkəməyə ünvanlanmış Bakı şəhəri İcraiyyə Komitəsinin həmin qərarı işə əlavə olunmuşdur.

36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin qərarla bir sıra BTK-ın şəxsi tərkibi təsdiq olunmuş və Maştağa, Pirşağı, Bilgəh, Zirə, Buzovna, Şüvəlan, Nardaran, Ləhiş qəsəbələrində yerləş ən bağ sahələrin ayrılması qərara alınmış və Bakı Şəhəri İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli, 11/409 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıda iddiaçının adı müəyyən olunmur.

37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə olunmuş bağların bölgüsünə dair sxematik xəritədə iddianın əsasını təşkil edən orderdə qeyd olunan 56/57b bağ nömrəsi öz əksini tapmamış və iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi arxivdə aşkar olunmamışdır. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.09.2020-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 56/57b saylı torpaq sahəsinə dair sən əd və X1 və İstismari Birliyinin 60 saylı Bağ Tikinti Kooperativinin 1988-1990-cı illər üzrə qeydiyyat kitabı idarənin arxivində aşkar olunmamışdır. Həmçinin, qeyd olunan və iddiaçının tələb etdiyi torpaq (bağ) sahəsi 60 nömrəli BTK-yə aid olmayan “Bakıtuneltikinti” bağçılıq-yoldaşlığına ayrılmış ərazidə yerləşir.

38. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyat ından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Göstərilən maddi hüquq normasının şərtləri reyestr xidmətinin öhdəliyi kimi qeyd olunub və həmin qanunun 23.1, 23.2-ci maddələrin tələbləri baxımından qeydiyyatın dəqiqliyinə, verilən məlumatın düzgün olmasına inzibati orqanın vəzifəli şəxsləri cavabdehdirlər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

39. Göstərilən maddi hüquq normaların tələbləri baxımından cavabdeh tərəfində n ərizəçinin təqdim olunmuş sənədlərin mötəbərliyi hər bir halda yoxlanılmalıdır.

40. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

41. İddiaçının tələb etdiyi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, iddiaçının tələb etdiyi torpaq sahələrinin sərhədlərinin qanunda müəyyən edilmiş qaydada yerdə müəyyən edilmədiyindən, onların planı və ölçüsünün tərtib edilmədiyindən və torpağın icarəsi barəsində müqavilə bağl amadığından torpağın koordinatlarının müəyyən edilməsini mümkünsüz edir və torpaq üzərində hüququ yaratmır.

42. Qeyd olunan hallar apellyasiya şikayətində cavabdeh tərəfindən qeyd olunmuş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən dəlillərə qiymət verilməmiş və qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 24a bəndinə qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

43. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələb lərinə uyğun olaraq araşdırılmalı və qanuni qərar qəbul edilməlidir.

44. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-631/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar