Məhkəmə qərarları › İş №2-1(102)-914/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-914/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-914/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(106)-189/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1975-ci il tarixli, ИТ-İ ******* saylı əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək və xx.xx.1980-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları Departamentinin X4 çalışmışdır.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1129 nömrəli arayışından görünür ki, 1959-cu il təvəllü dlü İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. 3. "xxxx" QSC-nin X3 xx.xx.2021-ci il tarixli, 06 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1975-ci ildə X4 teplovoz təmizləyən işinə qəbul edilmişdir (Əmr № 201, xx.xx.1975). xx.xx.1975-ci ildə avtomat sexində avtomat çilingəri vəzifəsinə öyrənci kimi keçirilmişdir (Əmr № 333, xx.xx.1975). xx.xx.1977-ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir (Əmr № 301, xx.xx.1977). xx.xx.1977-ci ildə hərbi xidmətə aparılmaması ilə əlaqədar əvvəlki iş yerinə bərpa edilmişdir (Əmr № 364, xx.xx.1977). xx.xx.1978-ci ildə yenidən hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir (Əmr №150, xx.xx.1978). xx.xx.1980-ci ildə X4 avtomat avadanlıqlarının təmi ri üzrə çilingər vəzifəsinə qəbul edilmiş(Əmr №215, xx.xx.1980), xx.xx.1981-ci ildə teplovoz maşinistinin köməkçisi vəzifəsinə(Əmr № 299, xx.xx.1981), xx.xx.1984-cü ildə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. (Əmr № 111, xx.xx.1984). xx.xx.2002-ci ildə AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir (Əmr № 27, xx.xx.2002). 4. "xxxx" QSC-nin X3 xx.xx.2021-ci il tarixli, 14 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1975-ci ildə teplovoz təmizləyici vəzifəsinə dublyor qəbul edilmişdir (Əmr № 201, xx.xx.1975-ci il). xx.xx.1981-ci il tarixdə teplovoz maşinistinin köməkçisi vəzifəsinə (Əmr № 299, xx.xx.1981-ci il), xx.xx.1984-cü ildə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir(Əmr № 111, xx.xx.1984-cü il). xx.xx.2002-ci ildə işdən azad edilm işdir (Əmr № 27, xx.xx.2002-ci il). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı güzəştli şərtlərlə stajı 20 il 10 ay 19 gün təşkil edir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, 21 iyul 1975-ci il tarixli, İ/İT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin X1 dair xx.xx.2021-ci il tarixli, 4 nömrəli arayışında xx.xx.1975-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işləməsi qeyd olunmuşdur. Mərk əzi Filial tərəfindən əmək kitabçasında müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı dair arayışdakı və əmək kitabçasındakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Tərəflərindən qeyd olunan əmək stajının dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq yuxarıda qeyd olunan müəssisənin xx.xx.2016-cı il tarixinədək olan arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanılmadığı bildirilmişdir. Buna görə də əmək stajını dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, əmək kitabçasına və əmək kitabçasındakı məlumatl arın həqiqiliyinə əsaslı şübhələr olduğundan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, işlədiyi illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuşdur və həmin kənddə yaşayır. 19 78-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.2017-ci ildə “Vətənə xidmət” ordeni ilə, “İgidliyə görə” medalı ilə, 20 fevral 2014-cü ildə ‘ Döyüş əməliyyatları iştirakçısı” vəsiqəsi ilə, “Veteranlar birliyinin vəsiqəsi” ilə, “Əfqanıstan müharibəsinin 20 illiyi, 25 illiyi, 30 illiyi medalları ilə, xx.xx.2017-ci ildə “Fədai” medalı ilə, xx.xx.2017-ci ildə “Vətən naminə” medalı ilə təltif edilmişdir. 1990-cı ildə Meqri stansiyasında Bakı Şərur sərnişin qatarında ermənilər girov götürəndə ermənini əsir götürüb girovları dəyişmişdir. “Azərbaycan Əfqanıstan Veteranları” X7 rayon şöbəsinin sədr müavini, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür. İİ tip şəkərli diabeti xəstəliyindən əziyyət çəkir, Yeni Azərbaycan Partiyasının üzvüdür. Güzəştli arayışda göstərilir ki, xx.xx.1975-ci il tarixdə teplovoz təmizləyicisi vəzifəsinə dublyor qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə teplovozda maşinist köməkçisi vəzifəsinə, xx.xx.1984-cü ildə teplovozda maşinist vəzifəsinə keçirilmişdir. xx.xx.2002ci ildə işdən azad edilmişdir. 2002-ci ildən 2010-cu ilə kimi bələdiyyə sədri işləmişdir. Onun güzəştli şərtlərlə stajı 20 il 10 ay 19 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Onun ümumi əmək stajı 30 ildən çoxdur. O, güzəştli əmək pensiyası təyin edilməsi üçün sənədlərlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı na müraciət etmişdir. Həmin filialın xx.xx.2021-ci il tarixli cavab məktubunda xx.xx.2016-cı il tarixinədək olan arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanılmadığı, ona görə də əmək stajını dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrləri sosial sığorta stajına daxil etməyin mümkün olmadığı qeyd edilmişdir. Cavabdehin həmin imtinasdını düzgün hesab etmir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişd ir. Lakin Filial tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə dair əsaslı şübhələr yarandığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 2 0 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 01 yanvar 2006-cı il tarixədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b ” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İşin faktiki halların əsasən, İddiaçı tərəfindən təqdim edilmiş 21 iyul 1975-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin X3 xx.xx.2021-ci il tarixli, 4 nömrəli arayışında iddiaçının 15 iyul 1975-ci il tarixdən 26 mart 2002-ci il tarixədək sözügedən müəssisədə işləməsinə dair qeydlər vardır. Lakin Filial tərəfindən aparılmış araşdırma zamanı əmək kitabçasında müxtəlif dövrlərə dair qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bu səbəbdən təqdim edilmiş əmək kitabçasındakı və müəssisənin arayışındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. İddiaçı qeyd olunan tarixlərdə sözügedən müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq sorğular ünvanlanmışdır. Belə ki, iş materiallarına əsasən, "xxxx" QSC-nin Yük daşımaları Departamentinin X9 tərəfindən təqdim edilmiş 10 noyabr 2021-ci il tarixli, 36 nömrəli məktubda sözügedən müəssisədə xx.xx.2016-cı il tarixədək olan əmr kitablarınin, əməkhaqqı cədvəllərinin saxlanılmadığı qeyd olunmuşdur. İş materiallarına əsasən Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 11 noyabr 2021-ci il tarixli, 185 nömrəli məktubda “X9”nun əmr kitablarının, əməkhaqqı cədvəllərinin, mühasibatlıq sənədlərinin mühafizə və saxlanılmaq üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Lakin İddiaçı tərəfindən təpdim edilmiş "xxxx" QSC-nin X3 17 may 2021-ci il tarixli, 14 nömrəli arayışında isə iddiaçının 1. xx.xx.1975-ci il tarixdə teplovoz təmizləyici vəzifəsinə qəbul edildiyi, 2. xx.xx.1981-ci il tarixdə teplovozda maşinist köməkçisi vəzifəsinə keçirildiyi, xx.xx.1984-cü il tarixdə teplovoz ma şinisti vəzifəsinə keçirildiyi və xx.xx.2002-ci il tarixdə işdən azad olunduğu qeyd edilmişdir. Məlum olduğu kimi, işə daxilolma və işdən azad edilmə barədə qeydlər müəssisədə mövcud olan əmrlər kitabına əsasən yazılaraq təqdim olunur. Lakin göründüyü kimi, iddiaçıya təqdim olunmuş arayışda sözügedən müəssisədə işləməsi ilə bağlı qeydlər olsa da, tərəflərindən hazırda fəaliyyət göstərən həmin müəssisəyə göndərilmiş sorğuya cavab olaraq təqdim edilmiş məktubda həmin müəssisənin xx.xx.2016-cı il tarixədək olan əmr kitablarının, əməkhaqqı cədvəllərinin saxlanılmadığı qeyd olunmuşdur. Bütün bunlar iddiaçıya məxsus əmək kitabçasında və "xxxx" QSC-nin X3 17 may 2021-ci il tarixli, 14 nömrəli arayışında qeyd edilmiş məlumatların qeyrimötəbər olduğuna əsas verir. Digər tərəfdən, "xxxx" QSC-nin X3 17 may 2021-ci il tarixli, 14 nömrəli “Güzəştli arayışı” tələb olunan rekvizitlərə cavab vermir. Həmin arayışda qeyd edilən vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının hansı bölmə, bənd, şifr və siyahısında sadalandığı göstərilməmişdir. Məhz buna görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

10. Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(120)-665/2022 nömrəli qərarı (hakim: X5) ilə iddia təmin edilmiş, iddiaçının iş illəri və hərbi xidmət illəri nəzərə almaqla, ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğ urmamalıdır. Digər tərəfdən isə, məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Beləliklə, məhkəmə tərəfindən aparılmış a raşdırmalar nəticəsində və iş materiallarında olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(106)-189/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X8 və X6) ilə Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya xx.xx.2016-cı il tarixdən (57 yaşdan) yaşa görə əmək pensiya sının təyin edilməsi və əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövrü (xx.xx.1978-xx.xx.1980) və əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti dövrləri (xx.xx.1975-xx.xx.1977, xx.xx.1977-xx.xx.1978, xx.xx.1980-xx.xx.2002) (24 oktyabr 1993-cü il tarixdən 21 yanvar 1994-cü il tarixədək həbsdə olduğu müddət istisna olmaqla) nəzərə alındıqda, tələb olunan 25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajı artıq xx.xx.2006-cı il tarixədək toplandığından onun xx.xx.2016-cı il tarixdə (57 yaşında) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası almaq hüququ 57 yaşından - xx.xx.2016-cı il tarixdən yaransa da, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası aldığından, eləcə də əlilliyə görə əmək pensiyası dayandırıldıqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün cavabdeh inzibati orqana müraciət etdiyindən, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, lakin xx.xx.2021-ci il tarixdən (əlilliyə görə əmək pensiyasının dayandırıldığı gündən) hesablanmaqla ödənilməlidir.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin iş lərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə ça lışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsin in qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instan siyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşda n güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlav ə olaraq qeyd edir ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, onun bu qərarın 18-19-cu bəndlərində istinad olunan normalarda təsbit edilmiş şərtlərə uyğun olaraq 57 yaşına çatdığı, xx.xx.2006-cı il tarixinədək 25 ildən çox ümumi iş stajını topladığı, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulmuş peşələrdə qazandığı iş üzrə materiallarla təsdiq olunur.Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

28. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan və şübhəli hesab etdiyi halların araşdırılması məqsədi ilə müvafiq tədbirlər görmək, eləcə də müvafiq arayışların (o cümlədən iş yerindən güzəştli arayışın, onun işlədiyi vəzifə və ya peşə üzrə gördüyü işin xarakteri, funksional məzmunu barədə arayışların) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

29. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir və obyektiv qanunauyğun qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Nəzərə almaq lazımdır ki, bu zaman inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

30. Cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlərin həqiqiliyini şübhə altına aldığı hallard a, həmin şübhələrində haqlı olduğunu və qeydlərin mötəbər olmadığını qanunvericiliklə müəyyən olunmuş qaydada sübut etməyə borcludur. Cavabdehin sadəcə olaraq təqdim olunmuş sənədin şübhə doğurduğunu iddia etməsi yetərli sayıla bilməz. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumsiyası prinsipinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mö təbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

31. Qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddia etdiyi şübhələr sübuta yetirilməmiş, eləcə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Odur ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

32. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 28-31-ci bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, obyektiv qərar qəbul etdiyi iş üz rə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə obyektiv və hərtərəfli araşdırma məhkəmələr tərəfindən aparılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul olunmuşdur.

33. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apelyasiya məhkəməsinin qərarı qanuni və əsaslı sayılmalıdır.

35. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı k assasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(106)-189/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar