Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-915/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, üçüncü şəxs X5 vəkili X36, üçüncü şəxs X13, vəkili X18, üçüncü şəxs X6 vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əml akın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X11, X13, X12, X19) “mənzillərə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2474/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “xxxx” MMC (podratçı) ilə X11 arasında 20 oktyabr 2010-cu il tarixdə “xxxx” MMC-nin Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, mənzil sahəsinin hər kv.m üçün 724,5 manat müəyyənləşdirilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin qiyməti 152.145 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri M.Quliyeva tərəfindən müqavilənin bağlanması zamanı, yəni 20 oktyabr 2010-cu il tarixdə tam ödənilmiş və M.Quliyeva tərəfindən mənzilin dəyəri kimi ödənilmiş 152.145 manat məbləğində pul vəsaiti 20 oktyabr 2010-cu il tarixdə kassa mədaxil orderi ilə “xxxx” MMC-nin hesabına ödənilmişdir. Buna dair kassa mədaxil orderi və maliyyə arayışı verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı (“xxxx” MMC) Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 №-li, 210 kvm mənzilini tikib sifarişçiyə (M.Quliyevaya) təhvil verməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC cavabdehlər X7 və qeyrilərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə, cavabdehlər X11 və qeyriləri isə “xxxx” MMC-yə qarşı “Mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər E.Məmmədzadəyə, N.Çələbiyevaya, Ü.Əzizova və M.Quliyevaya qarşı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində “xxxx” MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsinin və iddiaçılar E.Məmmədzadənin, N.Çələbiyev anın, Ü.Əzizovun və M.Quliyevanın cavabdeh “xxxx” MMC-yə qarşı “Mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin ayrıca icraata ayrılması qərara alınmışdır. Nəsimi rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli, 2(006)-5936/2015 saylı qətnaməsi ilə “xxxx” MMC-nin iddiası qismən təmin edilərək, “xxxx” MMC ilə X29 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İX mərtəbəsində, 4 otaqlı, 26 №-li, 210 kv.m mənzilinə dair bağlanmış 03.08.2010-cu il tarixli 14 saylı müqavilənin; XVİ mərtəbəsində, 4 otaqlı, 54 №-li, 210 kv.m mənzilinə dair bağlanmış 03.08.2010-cu il tarixli 13 saylı müqavilənin; Vİİ mərtəbəsində, 3 otaqlı, 19 №-li, 140,6 kv.m mənzilinə dair bağlanmış 03.08.2010-cu il tarixli 15 saylı müqavilənin; Vİİ mərtəbəsində, 4 otaqlı, 18 №li, 210 kv.m mənzilinə dair bağlanmış 03.08.2010-cu il tarixli 16 saylı müqavilənin; V mərtəbəsində, 4 otaqlı, 10 №-li, 210 kv.m mənzilinə dair bağlanmış 03.08.2010-cu il tarixli 17 saylı müqavilənin; XİV mərtəbəsində, 2 otaqlı, 45 №li, 90 kvm mənzilinə dair bağlanılmış 03.08.2010-cu il tarixli 18 saylı müqavilənin; XVİ mərtəbəsində, 2 otaqlı, 53 №-li, 90 kv.m mənzilinə dair bağlanılmış 03.08.2010-cu il tarixli 20 saylı müqavilənin; XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kvm mənzilinə dair bağlanılmış 03.08.2010-cu il tarixli 21 saylı müqavilənin; V mərtəbəsində, 2 otaqlı, 12 №-li, 94,2 kvm mənzilinə dair bağlanılmış 03.08.2010-cu il tarixli 22 saylı müqavilənin; Vİİ mərtə bəsində, 2 otaqlı, 17 №-li, 90 kvm mənzilinə dair bağlanılmış 03.08.2010-cu il tarixli 23 saylı müqavilənin; Vİ mərtəbəsində, 3 otaqlı, 15 №-li, 140,6 kv.m mənzilinə dair bağlanılmış 03.08.2010-cu il tarixli 24 saylı müqavilənin; V mərtəbəsində, 3 otaqlı, 11 №-li, 140,6 kv.m mənzilinə dair bağlanılmış 03.08.2010-cu il tarixli 25 saylı müqavilənin; XV mərtəbəsində, 4 otaqlı, 50 №li, 210 kvm mənzilinə dair bağlanılmış 03.08.2010-cu il tarixli 26 saylı müqavilənin; «xxxx» MMC ilə X29 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsində inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 2 otaqlı, 49 №-li, 90 kvm mənzilinə dair bağlanılmış 03.08.2010-cu il tarixli 27 saylı müqavilənin etibarsız hesab edilməsi, iddia tələblərinin qalan hissədə əsassız olduğu üçün təmin edilmə məsi qət edilmişdir. Qətnamə ilə həmçinin iddiaçılar X14, X20, X24 X15 qarşılıqlı iddiaları təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 2 otaqlı, 90 kv.m sahəsi olan 17 №-li mənzilə X14; həmin yaşayış binasının V mərtəbəsində yerləşən 3 otaqlı, 140.6 kv.m sahəsı olan 11 №-li mənzilə dair X24, həmin yaşayış binasının XVİ mərtəbəsində yerləşən 4 otaqlı, 210 kv.m sahəsi olan 54 №-li mənzilə X15, həmin yaşayış binasinın XVİ mərtəbəsində yerləşən 2 otaqlı 90 kv.m sahəsi olan 53 №-li mənzilə X2 istifadə hüquqlarının tanınması və həmin mənzillərin müvafiq olaraq X30, X37, X41 və X21 təhvil verilməsinin “xxxx” MMC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin X16 qarşılıqlı iddiası təmin edilərək; Ba kı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 140,6 kv.m olan 19 №-li mənzilə X3 və istifadə hüquqlarının tanınması və həmin mənzilin X22 təhvil verilməsinin “xxxx” MMC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin X17 qarşılıqlı iddiasının təmin edilərək; Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının XV mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m olan iki otaqlı 49 №-li mənzilə və həmin binanın XV mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m. olan 4 otaqlı 50 №li mənzilə X1 və istifadə hüquqlarının tanınması və həmin mənzilin X23 təhvil verilməsinin “xxxx” MMC-yə həvalə edilməsi qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarix li, 2(006)-5936/2015 saylı qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanmışdır. Nəsimi rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi, 3 iyul 2017-ci il tarixli əlavə qətnaməsi, 10 yanvar 2017-ci il tarixli əlavə qətnaməsi ilə “xxxx” MMC-nin iddiası qismən təmin edilmiş, X5 və qeyrilərinin qarşılıqlı iddiaları rədd edilmişdir. Nəsimi rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi, 3 iyul 2017-ci il tarixli əlavə qətnaməsi, 10 yanvar 2017-ci il tarixli əlavə qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş hazırda apellyasiya instansiyası mərhələsindədir. 20.04.2010-cu ildə vətəndaş X13 və “xxxx” MMC-nin direktoru Ç.Ə.Məmmədov arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa olunan çoxmənzilli yaşayış binasının 10-cu mə rtəbəsində, 4 otaqlı, 30 №-li, sahəsi 210 kv.m olan mənzilin tikilib satılması ilə bağlı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Həsənqulu Haşımov tərəfindən “xxxx” MMC-yə 169.050 manat ödənilmişdir. İddiaçının təqdim etdiyi sənədlərlə 22.11.2016-cı il tarixli 141 və 142 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrlə ünvan 1 ünvanında inşa olunmuş 1 saylı çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 18 saylı mənzil və 10-cu mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 saylı mənzilin iddiaçıya satıldığı, mənzillərə görə bağlanmış müqavilələr üzrə iddiaçının şirkətə heç bir borcunun qalmadığı qeyd edilsə də, üçüncü şəxslərin məhkəməyə təqdim etdikl əri sənədlərlə 18 və 30 saylı mənzillərə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında “xxxx” MMC (podratçı) ilə X11 və X13 arasındakı müqavilələr 20 aprel 2010-cu il və 20 oktyabr 2010-cu il tarixli olmaqla zaman etibarı ilə iddiaçıdan daha əvvəl əldə edildiyi müəyyən edilir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X32 tərəfindən ********* № cinayət işi üzrə qəbul edilmiş 18 sentyabr 2017-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətinə əsasən, “xxxx” MMC-nin direktoru X25 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi davam etdirilir. İddiaçı 20 iyul 2017-ci il tarixdə cavabde hə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən, “xxxx” MMC tərəfindən inşa edilən 1 bloklu yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 4 otaqlı 210 kvm olan 18 saylı mənzil X mərtəbəsində yerləşən 4 otaqlı 210 kvm olan 30 saylı mənzillərə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən, “xxxx” MMC tərəfindən inşa edilən, İ bloklu yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 4 otaqlı 210 kv.m olan 18 saylı mənzil və X mərtəbəsində yerləşən 4 otaqlı 210 kv.m olan 30 saylı mənzilləri yuxarıda qeyd olunan təşkilatdan satın almışd ır. Yaşayış binasının inşası başa çatmiş, mənzilin dəyəri tam ödənilməklə hal-hazırda istifadəsindədir. Lazımi sənədləri toplayıb qeyd olunan ünvanda yerləşən mənzilə dair müvafiq çıxarışın alınması məqsədi ilə cavabdeh təşkilata 02.06.2017-ci il tarixdə ərizə ilə müraciət etsə də, cavabdeh təşkilat qanunla müəyyən edilmiş müddətdə ərizəsinə cavab verməmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın hərəkətsizliyi qanuna ziddir və ona məxsus mənzillərin hüquqi qeydiyyata alınmaqla adına çıxarışların verilməsi vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.09.2017-ci il tarixli, 2-1(81)-4637/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. 06.03.2018 və 27.03.2018-ci il tarixlərdə X11 və X13 ərizə ilə müraciət edərək üçüncü şəxs qi smində işə cəlb olunmalarını və işə onların iştirakları ilə baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 27.03.2018-ci il tarixli qərardadı ilə X11 və X13 üçüncü şəxs qismində işə cəlb edilmiş, 15.09.2017-ci il tarixli, 2-1(81)-4637/2017 saylı qərar ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X26, 2-1(81)-4637/2017 saylı iş) 6 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçının cavabdehə və inzibati prosesə sonradan cəlb edilmiş üçüncü şəxslərə qarşı Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən, “xxxx” MMC tərəfindən inşa edilən, İ bloklu yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 4 otaqlı 210 kv.m olan 18 saylı mənzil və X mərtəbəsində yerləşən 4 otaqlı 210 kv.m olan 30 saylı mənzillərə dair müvafiq çıxarışın verilm əsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiasının rədd edilməsi, iddianın təmini ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 15.09.2017-ci il tarixli 2-1(81)-4637/2018 saylı qərarının ləğv edildiyinin nəzərə alınması və həmin qərarın hüquqi nəticələrinin doğurduğu icraya geri dönüş edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən, “xxxx” MMC tərəfindən inşa edilən, İ bloklu yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 4 otaqlı 210 kv.m olan 18 saylı mənzil və X mərtəbəsində yerləşən 4 otaqlı 210 kv.m olan 30 saylı mənzillərə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və həmin qeydiyyatlar əsasında verilmiş reyestrdən ç ıxarışların etibarsız hesab edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin məhkəməyə təqdim etdikləri sənədlərlə 18 və 30 saylı mənzillərə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında “xxxx” MMC (podratçı) ilə X11 və X13 arasındakı müqavilələr 20 aprel 2010-cu il və 20 oktyabr 2010-cu il tarixli olmaqla zaman etibarı ilə iddiaçıdan daha əvvəl əldə edildiyi müəyyən edilir. “xxxx” MMC həmin müqavilənin qanuniliyini mübahisələndirir. Mübahisə məhkəmə qaydasında həll edilmədən və bununla da, “xxxx” MMC (podratçı) ilə X11 arasında 20 oktyabr 2010-cu il tarixdə bağlanmış müqavilə qüvvədə olduğu bir halda, “xxxx” MMC həmin mənzilə dair 22 noyabr 2016-cı il tarixdə iddiaçı ilə müqavilə bağlamış və id diaçı göstərilən müqaviləyə əsaslanmaqla mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X33məruzəçi, X38 və X27,2-1(103)-2474/2018 saylı iş) 14 noyabr 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 28 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, 17 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində iddiaçı tərəfindən mübahisəli mənzillərə dair çıxarışlar əldə edildikdən sonra mənzillərin özgəninkiləşdirildiyi və hal-hazırda başqa şəxslərin mülkiyyətində olduğu barədə xüsusatlar olmasına, məhkəmə iclasları zamanı bu xüsusatın dönə-dönə vurğulanmasına və həmin şəxslərin üçüncü şəxs kimi prosesə cəlb olunmasına dair vəsatətlə müraciət edilməsinə baxmayaraq məhkəmə qeyd olunan məsələlərə münasibət bildirməmiş və vəsatətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxslər X11 və X8 vəkilləri məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs X6 vəkili X9 məhkəmə kollegiyasının iclasında iddiaçının mülkiyyətində olan mənzilin üçüncü şəxs Z.Hüseynovaya notariat qaydada satdığını və Z.Hüseynovanın mülkiyyətində olduğunu bildirib məhkəmə qərarının ləğv edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs E.Hacıyeva məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müd dətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı hündürmərtəbəli binada olan iki ayrı-ayrı mənzilə hüququnun qeydə alınaraq müvafiq çıxarışların verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə daşınmaz əmlaklar barədə çıxarışların verilməsinin cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin ic rası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmişdir. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən, “xxxx” MMC tərəfindən inşa edilən 1 bloklu yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 4 otaqlı 210 kv.m olan 18 saylı mənzilə və həmin binanın X mərtəbəsində yerləşən 4 otaqlı 210 kvm olan 30 saylı mənzilə aid mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışların verilməsini xahiş edir. İddi açı iddianın təmin edilməsi üçün faktiki əsas kimi “xxxx” MMC ilə bağladığı alqısatqı müqavilələrinə və mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışlarına istinad edir. Cavabdehin mövqeyinə görə iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qeyd edilən əsaslardan hər hansı birini təqdim edə bilmədiyindən onun tələbi təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun giriş hissəsində qeyd edilir ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qa nunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin Qanunun: -8.0.9.2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edə n sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsində qeyd edilir ki, q eydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. O da vurğulanmalıdır ki, oxşar norma Mülki Məcəllənin 139-1.1.6, 139-1.1.9.2 və 139-1.1.10.1-ci maddələrində də təsbit edilmişdir. İddiaçı tərəfindən iki mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün hüququn qeydə alınmasını aparan cavabdehə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına uyğun sənədlər təqdim etməsi işdə olan sübutlarla təsdiq edilmir. O da qeyd edilməlidir ki, iddiaçı kassasiya şikayətində mübahisə açdığı iki mənzilin hazırkı mülkiyyətçiləri olmuş X12 və X10 işə cəlb edilmədiyini bildirmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 23 aprel 2019-cu il tarixli qərardadı ilə həmin şəxslər üçüncü şəxs kimi hazırkı icraata cəlb edilmişlər. İşdə olan sənədlərdən görünür ki, iddiaçının çıxarış almaq istədiyi 18 nömrəli mənzilin tərtib edilmə tarixinə görə öncə üçüncü şəxs M.Q.Quliyevaya və 30 nömrəli mənzilin digər üçüncü şəxs H.T.Haşımova verilməsi barədə alqı-satqı müqavilələri, mədaxil orderləri və maliyyə arayışları mövcud olmuşdur. Üçüncü şəxs M.Q.Quliyevanın isə 18 nömrəli mənzilə sahiblik və istifadə hüququ olmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Bəhs olunanlara əsasən, iddiaçının kassasiya şikayəti əsaslı sayıla bilməz. Mənzillərə hüququn iddiaçının adına qeydə alınması üçün qanuni əsaslar olmadığından şikayətin digər dəlillərinin qiymətləndirilməsinə zərurət olmamışdır. İPM-in 96.7-ci maddəsində qeyd edilir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmay araq daşınmaz əmlakın (mənzillərin) iddiaçının adına dövlət reyestrində qeydə alınması üçün qanuni əsaslar olmadığına görə apellyasiya instansiyası məhkəməsinin qərarı düzgün olduğundan şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2474/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-915/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-915/2019
21.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver