Məhkəmə qərarları › İş №2-1(102)-915/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-915/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-915/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlb etməyə dair ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.05.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxa rışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 2-1(107)-120/2020 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2019-cu il 25 fevral tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x kod, X nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Şəki İnz ibati-İqtisadi Məhkəməsinin 2-1(84)-558/2019 nömrəli, 2019-cu il 04 iyun tarixli qərarı ilə iddia qismən təmin edilmiş, x nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin iddiaçının adına torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 sentyabr tarixli, 2-1(107)-469/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtis adi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərarı mübahisələndirməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. Ərizəçi 2020-ci il 12 avqust tarixdə Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş, 2-1(84)558/2019 nömrəli inzibati iş üzrə icraatın təzələnməsini və işə yenidən, Ərizəçi iştirakının təmin edilməsi ilə baxılmasını və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırması:

7. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi bu işə baxarkən nə Ərizəçi, nə də Mingəçevir Bələdiyyəsini maraqlı tərəf kimi işə cəlb etməmişdir. Halbuki, mübahisəli torpaq sahəsi Mingəçevir şəhərinin inzibati ərazisi daxilindədir və məhkəmənin bu qərarı Ərizəçi maraqlarına bilavasitə toxunmuşdur. Məhkəmə qərarı əsasında adına çıxarış verilmiş iddiaçı ərazini hasarlamağa cəhd göstərdikdə həmin ərazilərdə yaşayan vətəndaşlar şəhər İcra Hakimiyyətinə və digər mərkəzi orqanlara şikayətlər etmiş, şəhər İcra Hakimiyyəti həmin ərazilərdə hər hansı tikinti işlərinin aparılmasını qadağan etmiş və şəhər Prokurorluğuna məsələnin araşdırılması üçün rəsmi müraciət etmişdir. Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılmış və ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza nəticəsində aşkar edilmişdir ki, iddiaçının Şəki İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyi x kod, X nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətna mədə imzalar saxtadır, yəni həmin şəhadətnamələr saxtalaşdırılıb, səlahiyyətli orqan tərəfindən verilməmişdir. Bütün məhkəmə instansiyaları bu faktı yoxlamamış və səhv qərarlar qəbul etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-558/2019 saylı, 2020-ci il 10 dekabr tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2019-cu il 04 iyul tarixli qərarının Ərizəçi hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozması müəyyən edilmədiyinə görə onun ərizəsi əsasında həmin qərar ləğv edilə və işə mahiyyəti üzrə baxılması təzələnə bilməz.

10. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ə rizənin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 2-1(107)-120/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi haqqında yeni qərardad qəbul edilməsi üçün işin təkrarən apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəl illəri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını ərizədə göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Ərizəçi nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi.

16. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. İPM-in 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

22. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbu l edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Normaların məzmunundan göründüyü kimi, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, həmin şəxslərin məhkəmə icraatına cəlb edilməsi iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə mümkündür.

24. Yuxarıda qeyd olunduğu kimi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)558/2019 nömrəli, 2019-cu il 04 iyun tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 sentyabr tarixli, 2-1(107)-469/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərarı mübahisələndirməmiş, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır.

25. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair" 2017-ci il 12 aprel tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inz ibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhk əmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.”.

26. Göründüyü kimi, Ərizəçi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, onun ərizəsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi o halda mümkündür ki, həmin məhkəmə qərarının Ərizəçi hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozması müəyy ən edilmiş olsun.

27. Birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmənin məktubu ilə Ərizəçinə məhkəmə qərarı ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasını əsaslandırması, eləcə də pozulduğunu iddia etdiyi hüquqlarının və maraqlarının nəzərdə tutulduğu normativ-hüquqi aktlara istinad etməsi təklif edilsə də, o, bunu etməmiş və ərizəsində x kod, X nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmasını və vətəndaşların ümumi istifadə yeri olmasını bildirməklə kifayətlənmiş, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmənin 2020-ci il 02 oktyabr və 2020-ci il 11 noyabr tarixli məktubları ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əm lak Məsələləri Dövlət Xidmətinə aşağıdakı suallarla bağlı sorğu edilmişdir: 1) İddiaçı adına olan x kod, X nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha torpaq sahəsi elektron bazada kimin mülkiyyəti kimi göstərilmişdir? 2) Elektron bazada həmin 0,04 ha torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatı necə göstərilmişdir? Lakin sorğulara alınmış 2020-ci il 27 noyabr tarixli cavab məktubunda göstərilmişdir ki, x kod, X nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" elektron bazada mövcud olmadığı üçün məlumatın verilməsi mümkün deyil.

28. Göründüyü kimi, Ərizəçi qeyd olunan 0,04 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə sübut təqdim etməmiş, məhkəmə tərəfindən edilmiş sorğu da səmərə verməmişdir. Eyni zamanda, Ərizəçi məhkəməyə ya zdığı ərizələrində özü ilə yanaşı, həm də Mingəçevir Bələdiyyəsinin işə cəlb edilməməsindən narazılığını ifadə etmişdir. Məhkəmənin fikrincə, bu onu deməyə əsas verir ki, Ərizəçi özü də torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasında əmin deyil.

29. Beləliklə, ərizəçi öz hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu əsaslandıra bilmədiyindən ərizənin təmin olunmamasına dair məhkəmələrin gəldikləri nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 2-1(107)-120/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar