Məhkəmə qərarları › İş №2-1(102)-915/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-915/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-915/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.05.2023 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsinə (üçünü şəxs X6) qarşı “Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2008-ci il tarixli 68 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-256/ 2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Kürdəmir rayonu Kürdəmir bələdiyyəsinin iclas protokoluna əsasən bələdiyyə tərəfindən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Kürdəmir rayon şöbələrinin müdirlərindən, Kürdəmir bələdiyyəsi sədrinin tikinti-abadlıq işləri üzrə müavinindən, Aran Regional DYNİ-nin böyük inspektorundan, Kürdəmir rayon GEM-nin baş həkimindən və Kürdəmir rayon Telekommunikasiya Qovşağının və Kürdəmir rayon Elektrik Şəbəkəsinin rəislərindən ibarət mütəxəssis komissiyasının 09 aprel 2008-ci il tarixli aktı nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə İddiaçı Kürdəmir rayon S.Şıxalıyev küçəsində 459 kv/m torpaq sahəsi onun xüsusi mülkiyyətinə satılmışdır

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinə əsasən İddiaçı satılan 459 kv/m torpaq sahəsi Kürdəmir bələdiyyəsinin mülkiyyəti, alqısatqı predmeti və kənd təsərrüfatına yararsız olduğu müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A nömrəli 041136 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Kürdəmir şəhəri S.Şıxaliyev küçəsində yerləşən sahibkarlıq məqsədilə İddiaçı ayrılan 459 kv/m torpaq sahəsi 16 may 2008-ci il tarixdə X7 kitabında 193 nömrə ilə uçota alınmışdır.

4. Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilən arxiv arayışına əsasən İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 iy un 2008-ci il tarixli, 118 nömrəli sərəncamına əsasən iddiaçıya şəhərin S.Şıxalıyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir və sərəncamın surəti arayışa əlavə edilmişdir.

5. Kürdəmir bələdiyyəsinin protokoluna əsasən Azərbaycan Respublikasının 28 oktyabr 2007-ci il tarixli, 709- İİİQD Qanunun tələbləri əsas gətirilərək İddiaçı satılan torpaq sahəsi ilə bağlı əmr bələdiyyənin 10 aprel 2008-ci il tarixli 64 saylı iclas qərarı ləğv edilmişdir. 6. “Daşınmaz əmlakın alqı satqı müqaviləsi”nə əsasən 0,0641 ha torpaq sahəsi Kürdəmir bələdiyyəsi tərəfindən X1 və xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin məktublarına əsasən qeyd e dilən xx.xx.2008-ci il tarixli, 64 saylı və xx.xx.2008-ci il tarixli, 68 saylı qərarlar və iclas protokolları Bələdiyyələrlə iş mərkəzinə təqdim edilməmişdir.

8. İcarə müqavilələrinə əsasən Kürdəmir şəhəri S.Şıxaliyev küçəsində yerləşən obyekt İddiaçı tərəfindən müxtəlif vətəndaşlara icarəyə verildiyi müəyyən edilmişdir.

9. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubuna əsasən Kürdəmir şəhəri S.Şıxaliyev küçəsində sahibkarlıq məqsədilə tikilən obyektin kimə məxsus olması barədə məlumatın olmadığı və şəhər sakinləri arasında bələdiyyə bazarı kimi tanındığı müəyyən edilmişdir.

10. Kürdəmir rayon Dövlət Arxivinin məktubuna əsasən İddiaçı barəsində Kürdəmir Bələdiyyəsinin 24 iyun 2008-ci il tarixli, 68 saylı qərarının arxivə təh vil verilmədiyi müəyyən edilmişdir. 11. 16 saylı Ucar Ərazi İdarəsinin məktubunda qeyd olunmuşdur ki, xx.xx.2007-ci il tarixli 466 nömrəli “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilərək “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” olaraq yeni redaksiyada verilmişdir. Sözügedən Qanun 30 noyabr 2007-ci il tarixdə qüvvəyə minmişdir. Odur ki, xx.xx.2007-ci il tarixindən sonra bələdiyyələr tərəfindən yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri gözlənilməklə torpaq sahələrinin ayrılması həyata keçirilir.

12. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının qərarı ilə Hüseynov X3 şəhərinin Soltan Şıxəliyev küçəsində yolun kənarında işlətdiyi ticarət obyektinin ərazisində qanunvericilikdə müəyyən olunmuş qaydada icra hakimiyyətinin razılığı olmadan özbaş ına tikinti işlərini apardığı üçün 300 manat cərimə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kürdəmir Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 68 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir Bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli, 64 saylı qərarı ilə Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində iddiaçıya obyekt tikintisi üçün 459 kv/m torpaq sahəsi satılmış, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2008-ci il tarixli, 118 saylı sərəncamı ilə Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir. Həmin torpaq sahəsi 16 may 2008-ci il tarixdə X7 kitabında 193 nömrə ilə uçota alınmış və bu barədə ona A №041136. "Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Son günlər Kürdəmir Bələdiyyəsi tərəfindən verilmiş qeyrirəsmi məlumata görə Bələdiyyənin 24 iyun 2008-ci il tarixli, 68 saylı qərarı 459 kvadrat metr torpaq sahəsinin satılması barədə Kürdəmir Bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli 64 saylı qərarı ləğv edilmişdir. X2 10 aprel 2008-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı Bələdiyyə tərəfindən ona rəsmi qaydada heç bir məlumat verilməmişdir.

15. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, İddiaçının rəsmi müraciəti əsasında ona Kürdəmir Bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli, 64 saylı qərarı ilə 459 kvadrat metr torpaq sahəsi satılmış, Kürdəmir rayon icra Hakimiyyətinin baş çısı tərəfindən tikintiyə icazə verilmişdir. X2 10 aprel 2008-ci il tarixli, 64 saylı qərarı qanunvericiliyə uyğun olmadığına görə Bələdiyyə tərəfindən öz qərarı ləğv edilmiş, bu barədə 30 iyun 2008-ci il tarixdə 46 nömrəli məktubla İddiaçı məlumat verilmişdir.

16. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-15/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarı ilə (hakim H.C.Nəcəfov) iddia təmin edilmiş, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2008-ci il tarixli, 68 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, Kürdəmir bələdiyyəsi tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixli, 64 saylı qərarı ilə verilən torpaq sahəsinin ləğv edilməsi qanunsuz olmuşdur. Belə ki, Kürdəmir bələdiyyəsi iddiaçıya hüquq tanıyan öz qərarının ləğv edilməsi bar ədə 24 iyun 2008-ci il tarixli, 68 saylı yeni qərar qəbul etmişdir. Halbuki bələdiyyənin sözügedən qərarı onun özü tərəfindən deyil, məhkəmə tərəfindən ləğv edilə bilərdi. Eyni zamanda bələdiyyə tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilkin olaraq torpaq sahəsinin ayrıldığı şəxsin inzibati aktın məzmununa etimad hüququnun pozulması ilə nəticələnmişdir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Üçüncü şəxs həmin qərardan a pellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

20. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-256/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.M.Allahyarov /sədrlik edən və məruzəçi/, İ.Q.Abdullayev və O.N.İsmayılov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Kürdəmir Bələdiyyəsi tərəfindən İddiaçı Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsində obyekt tikintisi üçün 459 kv/m torpaq sahəsi satılan zaman həmin sahənin satılması qanunvericiliyin tələbinə uyğun olmadığı üçün ləğv edilmişdir.

24. Qeyd etmişdir ki, Kürdəmir Bələdiyyəsi tərəfindən 10 aprel 2008-ci il tarixli,64 saylı qərar ləğv edilərkən hazırki iş üzrə İddiaçı 30 iyun 2008-ci il tarixli məktubla həmin qərara dair məlumatlar bildirilmiş və o öz iddia ərizəsində də həmin qərardan məlumatlı olduğu qeyd edilmişdir, eyni zamanda İddiaçı tərəfindən 2016 -cı il tarixdə həmin sahədə özbaşına tikinti işləri aparıldığı üçün Kürdəmir rayon İcra Hakimiyyətinin 26 fevral 2016-cı il tarixli,3 saylı qərarı ilə inzibati məsuliyyətə cəlb edilmiş və İddiaçı tərəfindən həmin qərar mübahisələndirilməmiş beləliklə də həmin sahəyə münasibətdə hər hansı hüququnun olmadığını bilmiş və buna münasibət bildirməmişdir. Şirvan Apelyasiya Məhkəməsi qeyd olunan halları kifayət qədər ətraflı araşdırmamış hazırki işə səthi yanaşaraq öz subyektiv mülahizələrinə əsaslanmaqla qərar qəbul etmişdir.

25. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, “İnzibati icraat haqqında” Qanunun 67.12, 91 və İPM-in 12.1 və 58.7-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

4. Torpaq münasibətlər inin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə vermək (əvvəlki redaksiyada); 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində ola n torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericil iklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə

9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər(əvvəlki redaksiyada).

28. Torpaq Məcəlləsi: Maddə 5

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv in kişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə ə ldə edilə bilər.

9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 29. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq v ə ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 25.5. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün təqdim edilməsindən imtina olunduğu hallarda, inzibati orqan qanunla qorunan maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün qədər dolğun məlumat verməyə borcludur. Maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə bo rcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

30. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçı nın arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gö stərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya ş ikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. X8 Məhkəməsinin hüquq i mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd e tməyi zəruri hesab edir:

38. Hazırkı mübahisənin predmeti Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2008-ci il tarixli 68 nömrəli qərarın ləğv edilməsi ilə bağlıdır.

39. İşin hallarına əsasən qeyd etmək lazımdır ki, Kürdəmir Bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli, 64 nömrəli qərarı ilə Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində İddiaçı sahibkarlıq obyektinin tikintisi üçün 459 kv.m torpaq sahəsi satılmış, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2008-ci il tarixli 118 nömrəli sərəncamı ilə iddiaçıya Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir. Həmin torpaq sahəsi 16 may 2008-ci il tarixdə X7 kitabında 193 nömrə ilə uçota alınmış və bu barədə ona A seriyalı 041136 №-li "Torpaq sahəsinin planı və ölçüsü” sənədi ve rilmişdir. Kürdəmir Bələdiyyəsi 24 iyun 2008-ci il tarixli 68 nömrəli qərarı ilə özünün 10 aprel 2008-ci il tarixli 64 nömrəli qərarını ləğv etmişdir.

40. Bundan sonra sözügedən 459 kv.m torpaq sahəsi daxil olmaqla 641 kv.m torpaq sahəsi xx.xx.2015-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində Kürdəmir şəhər bələdiyyəsinin adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə keçirilən hərracda İİİ şəxs X6 qalib olmuş və xx.xx.2017-ci il tarixdə onunla Kürdəmir bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2017-ci il tarixdə isə 641 kv.m torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 adına qeydiyyata alınmışdır.

41. Göründüyü kimi işin apellyasiya baxışı zamanı məhkəmə qeyd etmişdir ki, iddiaçının Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 3 n ömrəli qərarını mübahisələndirməməsi onun həmin sahəyə, yəni sözügedən torpaq sahəsinə münasibətdə heç bir hüququnun olmaması anlamına gəlmir. Həmin qərardan göründüyü kimi iddiaçı işlətdiyi ticarət obyektinin ərazisində qanunvericilikdə müəyyən olunmuş qaydada icra hakimiyyətinin razılığı olmadan özbaşına tikinti işlərini apardığı üçün inzibati məsuliyyətə cəlb olunmuşdur.

42. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

43. Bununla bağlı apellyasiya məhkəməsi qərarında müəyyən etmişdir ki, iddiaçı mübahisələndirilən qərar barədə məhkəmədə iddia qaldırmazdan bir neçə gün əvvəl məlumat almış və dərhal da məhkəmədə iddia qaldırmışdır. İddiaçıya mübahisələndirilən qərarın ləğvi barədə bələdiyyə tərəfindən rəsmi qaydada heç bir məlumat verilməmiş, ona həmin qərarın ləğvi barədə yalnız icra hakimiyyəti tərəfindən şifahi şəkildə məlumat verilmişdir. Cavabdeh tərəf isə mübahisələndirilən qərarın ləğvi ilə bağlı iddiaçının məlumatlandırılmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

44. Nəticədə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən mübahisə predmetini təşkil edən Qərarın qəbul edilməsi zamanı hazırkı qərarın 27-29-cu bəndlərində göstərilən maddi hüquq normalarının tələblərini gözləməmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

46. Beləliklə apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 27, 28, 29 və 30 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

47. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 21(106)-256/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar