Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-916/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Namazlı Fariz Mübariz oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2-1(103)2955/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciətinə əsasən iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmış, İntizam icraatı üzrə aparılmış araşdırmanın nəticəsinə dair Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən 2018-ci il 18 yanvar tarixdə rəy tərtib edilmiş və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2018-ci il 23 aprel tarixli, 08 saylı iclasında qeyd olunan rəy nəzərə alınaraq iddiaçının vəkillik fəaliyyətinin 2018-ci il 23 aprel tarixdən 1 (bir) il müddətinə dayandırılması qə rara alınmışdır. İddiaçı 2018-ci il 9 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2018ci il 23 aprel tarixli qərarının ləğv edilməsi və ərizəçiyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu maddəsi (fikri ifadə etmək azadlığı), 14-cü maddəsi (ayrı-seçkiliyin qadağan edilməsi), 18-ci maddəsi (hüquqlardan sui-istifadə hədləri), “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyətin müdafiəsi) ilə müəyyən olunmuş hüquq və azadlıqların pozulmasının tanınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsasland ırmışdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 2018-ci il 23 aprel tarixli qərarı ilə iddiaçının vəkillik fəaliyyəti 1 il müddətinə dayandırılmışdır. 2017-ci il 26 oktyabr tarixdə Azərbaycan Respublikasi Baş Prokurorunun birinci müavini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edərək iddiaçının x2nın və Tofiq Yaqublunun işi üzrə qanunvericiliyi pozduğu üçün intizam məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində Azərbaycan Respublikasının vətəndaşı x2 təqsirləndirildiyi cinayət işi üzrə vəkil x1 tərəfindən Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyinin, vəkillərin fəaliyyətinin əsaslarını tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin İİİ hissəsinə, “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, hər bir vəkil qanunun aliliyini rəhbər tutmaqla Azərbaycan Respublikasının qanunlarına əməl etməli olduğu halda, x1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.11.2-ci maddəsi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16, 17, 18-ci maddələrinə zidd olaraq, vəkil andına və vəkil etikasına riayət etməyərək, internet saytlarında yayımlanan məqalə və çıxışlarında, sosial şəbəkələrdəki yazışmalarında ibtidai istintaqa təsir göstərmək məqsədilə x2 barəsində cinayə t işini əsassız surətdə siyasi iş kimi ictimailəşdirərək konkret istintaq hərəkətlərinin icrası və qərarların qəbulu zamanı guya çoxsaylı qanun pozuntularına yol verilməsinin süni görüntüsünü yaratmaqla, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyini təsdiqləyən sübutların mövcud olmaması kimi ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla, habelə gələcəkdə şahid qismində dindirilməsi nəzərdə tutulan şəxslərin hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin cinayət əməlləri barədə onlara məlum olan hallar üzrə sərbəst surətdə tam və düzgün, səmimi ifadələr vermələrinə maneçilik törətməklə qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl olunmasını tələb edən “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 6.2-ci bəndinin tələblərinin pozuntusu hal larına yol vermişdir. Şikayətə heç bir sənəd və sübut əlavə edilməmişdir. Şikayət ümumi sözlərdən ibarət olduğu üçün Vəkillərin İntizam Komissiyasına aşağıdakı şəkildə izahat yazmışdır: “Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavini R.Usubov Kollegiyaya yazdığı təqdimatında onun internetdə, sosial şəbəkələrdə ictimaiyyəti çaşdırması barədə məlumat yayıb, lakin heç bir fakt və ya məlumat təqdim etməyib. Sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probatation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Ona görə sübut təqdim edilmədiyindən bu məsələyə münasibət bildirməyi artıq hesab edir.” İddiaçı Vəkillərin İntizam Komissiyasının 2018-ci il 18 yanvar tarixli iclasında iştirak etmişdir. Komissiy a rəyini ona təqdim etmədən Rəyasət Heyətinin iclasına çıxarmış, ümumiyyətlə həmin rəy 2018-ci il 6 iyun tarixdə təqdim edilib. Həmin rəy şikayətin mətnindən, iddiaçının müxtəlif kütləvi informasiya saytlarına verdiyi müsahibələrdən və Komissiyanın qanunvericilikdə müxtəlif maddələrinin sadalanmasından ibarətdir. Əsaslandırıcı hissədən sonra qanunvericilikdən müxtəlif pozulmuş maddə və bəndlərin adı verilir və onlar pozulmuş hesab edilir. Nə rəydən, nə də ki, çıxarışdan qeyd edilən maddələrin, bəndlərin necə pozulduğu görünmür və əsaslandırılmır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, intizam Komissiyasında araşdırmada vəkil x1 iştirakı təmin edilmişdir. O, intizam araşdırmasına verdiyi izahatında göstərmişdir ki, Az ərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Kollegiyaya yazdığı təqdimatında vəkilin internetdə, sosial şəbəkələrdə ictimaiyyəti çaşdırması barədə məlumat yazıb, lakin heç bir fakt və ya məlumat təqdim etməyib. Sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti incumbit probatition (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Ona görə sübut təqdim etmədiyindən bu məsələyə münasibət bildirməyi artıq hesab edir. İntizam Komissiyası toplanmış materialları nəzərdən keçirib hesab etmişdir ki, iddiaçı tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin 3-cü hissəsinin, 5-ci maddəsinin İ, İİ, İİİ hissələrinin, 15-ci maddəsinin 2-ci hissəsinin, 16-cı maddəsinin 1-ci hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 3.1, 4.1, 5.2, 6.1, 6.2, 8.4, 10-cu maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.11.2-ci maddələrinin tələblərinin pozuntusuna yol verilmişdir. İntizam araşdırması zamanı vəkil x1 tərəfindən Vəkillərin İntizam Komissiyasına təqdim edilmiş orderin kötüyünün surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206, 318-ci maddələri ilə təqsirləndirilən x2 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsində hüquqi yardım göstərilməsi ilə əlaqədar 2017-ci il 31 may tarixdə müqavilə bağlanılmış və həmin tarixdə 012428 saylı order tərtib edilmişdir. 2017-ci il 30 may tarixdə “x3” informasiya portalında “Vəkil x1: x2 Azərbaycana gətirilib başlıqlı məlumat yerləşdirilmişdir. 20 17-ci il 1 oktyabr tarixdə “Bastainfo.com.az” informasiya portalında “Vəkil x1 təcridxanada qanunsuzluqla üzləşib” başlıqlı məlumat yerləşdirilmişdir. “Azadpress” informasiya vasitəsində 2017-ci il 17 oktyabr tarixdə “Məni məcburi şəkildə rəisin otağına apardılar” başlıqlı məlumat yerləşdirilmişdir. x2 Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini deyir, onun cinayət işi Meydan TV ilə bağlı açılmış cinayət işinə birləşdirilib. 2017-ci il28 dekabr tarixdə “bastainfo.com.az” informasiya portalında “x2nın kamerasına dəmir barmaqlıqlar vuruldu” başlıqlı məlumat yerləşdirilmişdir. Vəkil x1 tərəfindən digər kütləvi informasiya vasitələrində də eyni məzmunlu məlumatlar verilmişdir. Vəkillərin İntizam Komissiyasının 2018-ci il 18 yanvar tarixli iclasında vəkil x1 yuxarıda qeyd edilən məzmunda məlumatların kütləvi informasiya vasitələrində onun tərəfindən yayılmasını etiraf etmişdir. Vəkil x1 tərəfindən qeyd edilən ictimaiyyətə yaydığı məlumatların məzmunundan görünür ki, x2ya elan edilmiş ittihamın sırf qaçaqmalçılıq və digər konkret cinayət tərkibləri ilə deyil, siyasi motivlərlə bağlı olduğu göstərilmişdir. Vəkil x1 “x2nı Azərbaycanda təhlükə gözləyirdi” ifadəsini işlətməklə onun həqiqətə uyğunluğunu təsdiq edən heç bir sübut növünə istinad etməmiş, bu təhlükənin nədən ibarət olduğunu bildirməmişdir. Bu xüsusatdan görünür ki, x2nın konkret cinayət törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi x1 tərəfindən heç bir dəlil gətirilməyərək siyasiləşdirilmiş, x2nı siyasi məhbus kimi qələmə verərək, ictimaiyyətdə yanlış təsəvvür yaradılmasına cəhd olunmuş və vəkil tərə findən siyasi bitərəfliyə əməl olunmamışdır. Bundan başqa, vəkil x1 x2ya hüquqi yardım göstərilməsi ilə əlaqədar 2018-ci il 31 may tarixdə müqavilə bağlamasına baxmayaraq 2018-ci il 30 may tarixdə vəkil olaraq özünü təqdim etməklə hüquqi yardım göstərmişdir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, vəkil x1 tərəfindən yuxarıda qeyd edilən kütləvi informasiya vasitələrində x2nın barəsində cinayət işini əsassız surətdə siyasi iş kimi ictimailəşdirərək konkret istintaq hərəkətlərinin icrası və qərarların qəbulu zamanı guya çoxsaylı qanun pozuntularına yol verilməsinin süni görüntüsünün yaradılması, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliyini təsdiqləyən sübutların mövcud olmaması kimi ictimaiyyətdə yanlış fikir formalaşdırmışdır. Vəkillərin İntizam Komissiyasının araşdırılan məsə lə üzrə rəyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilmiş, öz növbəsində də Rəyasət Heyəti vəkil x1nin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə dair qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli 2-1(81)3411/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının tələblərinə riayət etməmiş, müxtəlif kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar verməklə, istintaqı aparılan cinayət işini siyasiləşdirmiş və ictimaiyyətdə yanlış təsəvvür yaratmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qə rarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2-1(103)-2955/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 7 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 14 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi qərarında “Vəkillər və vəkilli k fəaliyyəti haqqında” Qanundan və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməsindən müxtəlif müddəaları sadalamış, lakin bu müddəaların hansı şəkildə pozulmasını əsaslandırmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallarla məhkəmənin bu halları təsdiq etmək üçün istinad etdiyi sübutlar arasında uyğunluq əlaqəsi qətnamənin əsaslılığının şərtlərindən biridir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən hallar dedikdə işdə olan sübutlara əsasən məhkəmənin müəyyən etdiyi və qətnamənin əsaslandırıcı hissəsində göstərdiyi hallar başa düşülür. Məhkəmə bu halları müəyyən etməklə hər hansı faktın mövcud olduğu və ya olmadığı və ya tərəflərin göstərdiyindən fərqli məzmunda mövcud olduğu nəticəsinə gəlir. Məhkəmə “x2nı Azərbaycanda təhlükə gözləyird i” ifadəsinə görə olmamış, iddiaçı tərəfindən “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının tələblərinə riayət etməyərək, müxtəlif kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatları verməklə, istintaqı aparılan cinayət işini siyasiləşdirməklə, ictimaiyyətdə yanlış təsəvvür yaratmasına görə olmuşdur” mülahizəsinin iddia ərizəsində sadalanmış Avropa Məhkəməsinin presedent qərarlarına, beynəlxalq hüquq normalarına istinad etməmiş, onları nə üçün rədd etdiyini və ya onlara nə üçün istinad etmədiyini göstərməmişdir. Qərar əsaslandırılmamaqla prosessual normalar və Ali Məhkəmənin Plenum qərarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 88-ci maddəsinə əsasən, məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-in 418-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (418.1). Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir (418.2). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (418.3). Göstərilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş mə hkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin 3-cü hissəsinə əsasən, vəkilliyin əsaslarından biri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunv ericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsidir. Həmin Qanunun 5-ci maddəsinin tələbələrinə əsasən, vəkillik fəaliyyəti vəkil etikasına riayət edilməklə həyata keçirilir (İ); vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir (İİ); vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirir (İİİ). Həmin Qanunun 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, vəkil öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və v əkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək hüququna malikdir. Həmin Qanunun 16-cı maddəsinin l hissəsinə əsasən, peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə aşağıdakılar təsbit olunmuşdur: 1.1. Bu qaydalar vəkil statusuna malik olan bütün şəxslərə şamil edilir. 1.2. Hər bir vəkil qanunun aliliyi, insan hüquqlarını, demokratik prinsipləri və yüksək davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 2.1. Bu Əsasnamənin məqsədləri aşağıdakılardan ibarətdir: 2.1.1. vəkillərin və vəkil qurumlarının nüfuzunun artırılması, vətəndaşların vəkil qurumlarına və vəkillərə etimadının yüksəldilməsi; 2.1.2. vəkil qurumları və vəkillərin fəaliyyətində səmərəliliyin artırılması. 3.1. Vəkillərin davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Vəkillərin davranışı bu Əsasnamə ilə müəyyən edilmiş davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 3.2. Vəkillərin davranışı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Vəkillər Kollegiyasının Nizamnaməsi, bu Əsasnamə və vəkilin fəaliyyətini tənzim edən digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir. 6.1. Vəkil peşə fəaliyyətini həyata keçirərkən, vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 6.2. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir. 7.1. Vəkillik fəaliyyətinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. 7.2. Vəkil davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. 10.2. Vəkil, vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 22ci maddəsinin 1-ci bəndinə əsasən, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edi lmiş halları araşdıran apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı vəkil peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliklə ona verilmiş səlahiyyətlərdən düzgün istifadə etməmiş, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının tələblərinə riayət etməyərək, müxtəlif kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar verməklə, istintaqı aparılan cinayət işini siyasiləşdirməklə, ictimaiyyətdə yanlış təsəvvür yaratmışdır. Həmin məzmunlu məlumatların verilməsi iddiaçının özü tərəfindən təkzib edilməmişdir. Bundan başqa, iddiaçı müdafiəçi səlahiyyətlərini təsdiq edən müqavilə bağlanmadığı halda, özünü müdafiə etdiyi şəxsin vəkili kimi təqdim edərək kütləvi informasiya vasitəsində yuxarıda göstərilən məzmunlu həqiqətə uyğ un olmayan məlumatlar vermişdir. Beləliklə, işin araşdırılan halları ilə cavabdeh tərəfindən iddiaçıya münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu maddəsi (fikri ifadə etmək azadlığı), 14-cü maddəsi (ayrı-seçkiliyin qadağan edilməsi), 18-ci maddəsi (hüquqlardan sui-istifadə hədləri), Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyətin müdafiəsi) ilə müəyyən olunmuş hüquq və azadlıqların pozulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının vəkillik fəaliyyətinə və bu fəaliyyətdən irəli gələn hüquq və səlahiyyətlərinə müdaxilə vəkillə rin yuxarıda istinad edilən normalarda nəzərdə tutulmuş davranış qaydalarının tələblərinin təmin olunması, o cümlədən vəkillərin və vəkil qurumlarının nüfuzunun və vəkillərə etimadın qorunması naminə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada edilmiş, müdaxilə qanuni məqsəd güdmüş, həmin məqsədə mütənasib və zəruri olmuşdur. İddiaçı kassasiya şikayətinin dəlillərinin əsası kimi MPM-in normalarına istinad etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İddiaçının əsaslandığı mülki-prosessual normaların hazırkı inzibati icraatda tətbiqi üçün əsaslar olmadığından şikayətin dəlilləri əsaslı hesab edilə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə səbəb ola bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2-1(103)-2955/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-916/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-916/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver