Məhkəmə qərarları › İş №2-1(102)-916/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-916/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-916/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: işlədiyi illərin və hərbi xidmətdə olduğu dövrün sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Fərid Abdullayevin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun un Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2841/2019 saylı iş üzrə xx.xx.2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsin ə qarşı iddiaçının 1974-cü ilin oktyabr ayından 1975-ci ilin may ayınadək, xx xxxx 1977-ci il tarixdən, xx xxxxxx 1988-ci il tarixədək “Azneftkimyazavodtəmir” Trestinin 6 nömrəli Təmir-Tikinti İdarəsində, x xxxxxx 1988-ci il tarixdən 1990-cı ilin noyabr ayınadək həmin Trestin 2 nömrəli Tikinti-Təmir İdarəsində, 1992-1995-ci illərdə “Fuad” KM-də, 1996-1997-ci illərdə “Afaq” KM-də, xx xxxxxx 1999-cu il tarixdən xx xxxxxxx 2005-ci il tarixə qədər “xxxx” QSC-də işlədiyi, xx xxxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etm işdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə anadan olmaqla ilk dəfə xx.xx.1974-cü ildə “Azərneftkimyazavodtəmir” trestinin 6 saylı Təmir Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə kimi işə başlamışdır. xx.xx.1975-ci ildə sovet ordusu sıralarında həqiqi hərbi qulluq keçmək üçün işdən azad olunmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra həmin Trestin 6 nömrəli Təmir-Tikinti İdarəsində 2-ci dərəcəli betonçu peşəsinə işə qəbul edilmişdir. Haqq-hesab cədvəllərində olan qeydə əsasən 1977-ci ilin oktyabr ayında 3-cü dərəcəli bənna peşəsində çalışmış, xx.xx.1979-cu il tarixdə tikinti sahəsində usta vəzifəsinə keçirilmişdir. Həmin haqq-hesab cədvəllərində olan qeydə əsasən 1980-ci ilin avqust ayından iş icraçısı olmuş, xx.xx.1988-ci il tarixdə 6 nömrəli Təm ir-Tikinti İdarəsinin ləğvi və onun madditexniki bazasının 2 nömrəli TəmirTikinti İdarəsinə iş icraçısı keçirilmiş və 1990-cı ilədək bu İdarədə işləmiş, 1992-1996-cı illər ərzində "Fuad” KM-də, 1996-1999-cu illərdə isə "Afaq ” KM-nin direktoru vəzifəsində işləmişdir. 25 ildən artıq müddət ərzində müxtəlif yerlərdə işləmişdir. Əvvəlki əmək kitabçası məlum Qarabağ hadisələri ilə əlaqədar itmiş, lakin işlədiyi bütün dövrlər işlədiyi müəsissələr tərəfindən verilmiş arayışlarla və xx xxxx 1999-cu il tarixli əmək kitabçasında da öz əksini tapmışdır. Pensiya yaşına çatdığı üçün yaşa görə pensiya almaq məqsədi ilə müvafiq sənədləri toplayaraq hazırkı cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh xx xxxxx 2018-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina etm işdir. Məktubda bildirilmişdir ki, əmək kitabçası təqdim edilmədiyi üçün, əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Halbuki, işlədiyi müəsissələr tərəfindən verilmiş arayışlardan və hərbi biletindən görünür ki, iddiaçının 25 ildən çox əmək stajı vardır. Göstərilənlərə əsasən əmək kitabçası və arayışlarda, habelə hərbi biletində öz əksini tapmış bütün dövrlər iş stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhər Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 1974-cü ildən 1990-cı ilədək, 1992-ci ildən 1999-cu ilədək əmək stajının olması faktının müəyyən edilməsi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizəçi kimi iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, 1974-cü ildən 1990-cı ilədək, 1992-ci ildən 1999-cu ilədək əmək stajının olması faktının müəyyən edilməsi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə” tələbin təmin edilməməsi hissədə ləğv edilmiş və həmin tələb üzrə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra sənədlərini yenidən cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bakı Şəhəri Xətai rayon şöbəsinə təqdim edərək rəsmi müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh heç bir hüquqi əsası olmayan cavab verərək tərəfindən 197 4-cü ilin oktyabr ayından 1975-ci ilin may ayınadək, xx xxxx 1977-ci il tarixdən xx xxxxxx 1988ci il tarixədək “Azneftkimyazavodtəmir Trestinin 6 nömrəli Təmir-Tikinti İdarəsində, x xxxxxx 1988-ci il tarixdən 1990-cı ilədək iş stajının olması barədə işlədiyi müəssisələrdən arayış təqdim etdiyini, lakin əmək kitabçasını isə təqdim etmədiyini, əmək kitabçası təqdim edildiyi təqdirdə əmək pensiyası hüququna baxılacağını bildirmişdir. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müracit edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2658/18 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, onun 1974-cü ilin oktyabr ayından 1975-ci ilin may ayınadək, xx xxxx 1977-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək “Azneftkimyazavodtəmir” Trestinin 6 nömrəli Təmir Tikinti İdarəsində, x xxxxxx 1988-ci il tarixdən 1990-cı ilin noyabr ayınadək həmin Trestin 2 nömrəli Tikinti-Təmir İdarəsində, 1992-1995-ci illərdə “Fuad” KM-də, 1996-1997-ci illərdə “Afaq” KM-də, xx xxxxxx 1999-cu il tarixdən xx xxxxxxx 2005-ci il tarixə qədər “xxxx ” QSC-də işlədiyi,xx xxxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2658/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkünsüz sayılmışdır. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçı yenidən, cavabdehə rəsmi müraciət edərək tələb olunan əmək kitabçasını da əlavə etmişdir. Lakin cavabdeh növbəti dəfə xx.xx.2019-cu il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad etmiş və tələb olunan sosial sığorta stajının olmadığı üçün ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Hesab edir ki, cavabdehin bu imtinasının heç bir hüquqi əsası yoxdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiaçının 1974-cü ilin oktyabr ayından 1975-ci ilin may ayınadək, xx.xx.1977- ci il tarixdən, xx.xx.1988-ci il tarixədək “Azneftkimyazavodtəmir” Trestinin 6 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1988-ci il tarixdən 1990-cı ilin noyabr ayınadək həmin Trestin 2 nömrəli Tikinti-Təmir İdarəsində, 1992-1995-ci illərdə “Fuad” KM-də, 1996-1997-ci illərdə “Afaq” KM-də, xx.xx.1999-cu il tarixdən – xx.xx.2005-ci il tarixə qədər “xxxx” QSC-də işlədiyi, xx.xx.1975-ci il tarixdən – xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr sığorta stajına daxil edilməklə ona xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-2802/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddianın təmin edilməsi, idd iaçının 1974cü ilin oktyabr ayından 1975-ci ilin may ayınadək, xx.xx.1977-ci il tarixdən, xx.xx.1988-ci il tarixədək “Azneftkimyazavodtəmir” Trestinin 6 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1988-ci il tarixdən 1990-cı ilin noyabr ayınadək həmin Trestin 2 nömrəli Tikinti-Təmir İdarəsində, 1992-1995-ci illərdə “Fuad” KM-də, 1996-1997-ci illərdə “Afaq” KM-də, xx.xx.1999-cu il tarixdən – xx.xx.2005-ci il tarixə qədər “xxxx” QSC-də işlədiyi, xx.xx.1975ci il tarixdən – xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr sığorta stajına daxil edilməklə ona xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməs inin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-2841/2019nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə araşdırması zamanı iddiaçının yalnız xx.xx.1999-cu il tarixdən – xx.xx.2005-ci il tarixə qədər “xxxx” QSC-də işləmə si faktı iddiaçıyaməxsus əmək kitabçası ilə öz təsdiqini tapmış, qalan hallarda isə yəni 1974-cü ilin oktyabr ayından 1975-ci ilin may ayınadək, xx.xx.1977-ci il tarixdən – xx.xx.1988-ci il tarixədək “Azneftkimyazavodtəmir” Trestinin 6 nömrəli TəmirTikinti İdarəsində, x xxxxxx 1988-ci il tarixdən - 1990-cı ilin noyabr ayınadək həmin Trestin 2 nömrəli Tikinti-Təmir İdarəsində işləməsi faktı əmək kitabçasına əsasən yox, müvafiq olaraq iş yerlərindən təqdim edilmiş arayışlara əsasən müəyyən olunmuşdur. Apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarım düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Mə hkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)2841/2019 saylı qərarını ləğv edərək, iş üzrə iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Abdullayev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkə mə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,məhkəmə araşdırması zamanı iddiaçının yalnız xx.xx.199 9-cu il tarixdən – xx.xx.2005-ci il tarixə qədər “xxxx” QSC-də işləməsi faktı iddiaçıyaməxsus əmək kitabçası ilə öz təsdiqini tapmış, qalan hallarda isə yəni 1974-cü ilin oktyabr ayından 1975-ci ilin may ayınadək, xx.xx.1977-ci il tarixdən – xx.xx.1988-ci il tarixədək “Azneftkimyazavodtəmir” Trestinin 6 nömrəli Təmir-Tikinti İdarəsində, x xxxxxx 1988-ci il tarixdən - 1990-cı ilin noyabr ayınadək həmin Trestin 2 nömrəli Tikinti-Təmir İdarəsində işləməsi faktı əmək kitabçasına əsasən yox, müvafiq olaraq iş yerlərindən təqdim edilmiş arayışlara əsasən müəyyən olunmuşdur. Apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarım düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məc buri dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək iddiaçının sosial sığorta stajının olmadığını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Belə ki, həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində qeyd edilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından görünür ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixədək yarandığından hazırkı iş üzrə xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. xx.xx.2017-ci il tarixədək qüvvədə ol an “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1- dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (maddə 69) və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamədə (maddə 3) iş stajını təsdiq edən əsas sənədin əmək kitabçası olduğu göstərilsə də, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək stajını təsd iqedici sənəd kimi arayışların, əmrlərdən çıxarışların, əmək haqqı verilməsi üçün şəxsi hesabların və əmək haqqı cədvəllərinin, vəsiqələrin, xasiyyətnamələrin, yazılı əmək müqavilələrinin, icrası barədə qeydlər edilməklə razılaşmaların, əmək xidmət siyahılarının, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarının nəzərə alınması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, q anunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iş yerindən təqdim edilmiş arayışlar da əmək stajını təsdiq edən sənədlər sırasında sadalanmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək iddiaçının 1974-cü ilin oktyabr ayından 1975-ci ilin may ayınadək, xx.xx.1977-ci il tarixdən, xx.xx.1988-ci il tarixədək “Azneftkimyazavodtəmir” Trestinin 6 nömrəli Təmir-Tikinti İdarəsində, x xxxxxx 1988-ci il tarixdən 1990-cı ilin noyabr ayınadək həmin Trestin 2 nömrəli Tikinti-Təmir İdarəsində, xx.xx.1999-cu il tarixdən – xx.xx.2005-ci il tarixə qədər “xxxx” QSC-də işləməsini müəyyən etmişdir. Bütün yuxarıda göstərilənlərə istina dən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2841/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar