Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-916/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi, ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-16/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ünvanlı dövlət sosial yardımının təyin olunması üçün X3 və X5 (VEMTAS) müraciət etmişdir.
2. Cavabdeh ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibinin düzgün göstərilmədiyini əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğini, yəni 410 manat məbləğin hesablanıb “Ərizə-bəyənnamə” ilə müraciət etdiyi 05 may 2018-ci il tarixdən hər ay üçün 2 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ailəsi özü və 2 övladı olmaqla üç nəfərdən ibarətdir. Orta aylıq gəliri 40 manat məbləğində alimentdir və başqa gəliri yoxdur. İddiaçı a ztəminatlı ailələr üçün nəzərdə tutulan sosial müavinət ilə təmin olunması üçün ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədib 05 may 2018-ci il tarixdə “Ərizə bəyənnamə” ilə əlaqə vasitəsi olan “X3 və təyinat alt sistemi”nə müraciət etmişdir. VEMTAS ərizəni qəbul etmiş və ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən məsul əməkdaş baxış keçirmişdir. Müayinəni həyata keçirən əməkdaş iddiaçının ünvanında yaşayan keçmiş ailə üzvləri olan ərinin valideynlərinin ailəsini sistemə iddiaçı tərəfindən qərəzli olaraq daxil edilmədiyini əsas gətirərək sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qərarı 90 gün ərzində 3 dəfə elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürmüşdür.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qeyd etməklə “ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı ailəsini təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının təyin olunması üçün 2018-ci il 5 may tarixində (ərizə nömrəsi **********325 olan) X3 və X5 (VEMTAS) müraciət etmişdir. Lakin ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibinin düzgün göstərilməməsi aşkarlanmışdır. Qeyd edilə n səbəbdən, Azərbaycan Respublikasının Nazirlər kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması Qaydaları"na əsasən, vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunmasından VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə bəyannamə” də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. VEMTAS tərəfindən sosial yardımın təyin olu nması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir və ya bildirilir.
7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(84)-1216/2019 nömrəli qərardadı ilə (hakim: R.Məcidov) iddia mümkün sayılmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı iddialara DSMF-nin yerli şöbələri cavabdehlik daşımadığından və bununla da iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır.
9. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və qərardadın ləğv edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 06 fevral 2020-ci il tarixli 21(107)-76/2020 nömrəli iş üzrə qərardadı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: M.R.Hüseynov və R.R.Rəfiyev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli 2-1(84)-1216/2019 nömrəli qərardadı ləğv edilmiş, iddia tələbi mümkün sayılmış, inzibati iş baxılması üçün təkrarən birinci instansiya məhkəməsinə qaytarılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının nümayəndəsi cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəlb edilməsi ba rədə ərizə təqdim etdiyindən iddia mümkün sayılmalıdır. c) birinci instansiya məhkəməsindəki ikinci icraat
12. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-751/2020 saylı, 19 avqust 2020-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, cavabdehin iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə iddiaçıya sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
14. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. ç) apelyasiya i nstansiyası məhkəməsindəki ikinci icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 08 fevral 2021-ci il tarixli 21(107)-16/2021 nömrəli iş üzrə qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: İ.H.Şükürov və V.İ.Məlikov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)751/2020 saylı, 19 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a ) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, ərizəçinin müraciəti əsasında VEMTAS tərəfindən ailənin maddi məişət şəraitinin yoxlanılması Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə tapşırılmışdır. Şöbənin əməkdaşları tərəfindən ərizəçinin maddi məişət şəraitinin yoxlanılması zamanı “Ərizə-bəyannamə”-də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (onun yaşayış yerində ailə tərkibinin səhv olması) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Belə ki, “Ərizə-bəyannamə”-də ərizəçinin 3 nəfər ailəsi göstərildiyi halda, maddi- məişət şəraitinin müayinəsi zamanı məlum olmuşdur ki, ərizəçinin qaynatası, qaynanası və keçmiş həyat yoldaşı həmin ünvanda yaşayırlar. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Ünvanlı dövlət s osial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşm üş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatl arın “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciə tdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. Kassasiya şikayə tinin dəlili ondan ibarət olmuşdur ki, iddiaçının müraciəti ilə əlaqədar onun maddi-məişət şəraitinin yoxlanılması zamanı “ərizə-bəyannamə”-də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Qaydaların 3.7.1-ci bəndinə əsasən isə “ərizəbəyannamə”-də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir.
29. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciət edərkən ondan ailə üzvləri barədə məlumat verilməsi də tələb olunmuşdur. Bu məlumatların elektron q aydada doldurulması zamanı iddiaçıdan həm öz ailə üzvləri barədə, həm də əgər varsa, onunla eyni ünvanda yaşayan digər ailə(lər) barədə də məlumat verilməsi istənilmişdir. İddiaçı da məlumatları məhz elektron sistemin ondan tələb etdiyi qaydada doldurmuşdur.
30. Cavabdeh bildirir ki, iddiaçı özünün ailə tərkibini səhv göstərmişdir, iddiaçının qaynanası, qaynatası və keçmiş həyat yoldaşı onunla eyni ünvanda yaşadıqları üçün məhz onun ailə üzvləri olmuşlar və iddiaçı müraciətində onları da özünün ailə üzvləri kimi göstərməli olduğu halda, bunu etməmiş, nəticədə isə ərizə-bəyannamədə göstərilən məlumatlarda uyğunsuzluq yaranmışdır. Bu isə ünvanlı dövlət sosial yardımın təyin edilməsində imtina üçün əsas vermişdir.
31. Cavabdehin arqumentlərini əsassız hesab edən məhkəmə kollegiyası öz mövqeyi ni aşağıdakı kimi əsaslandırır. 32. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunda ailəyə belə anlayış vermişdir - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.
33. Məhkəmə kollegiyası qeyd edir ki, qanun mənasına görə, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Yəni, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmaları müəyyən olunmalıdır.
34. İş materiallarına əlavə edilmiş “Nikahın pozulması haqqında şəhadətnamə”nin görünür ki, iddiaçı ilə keçmiş əri X2 arasında bağlanmış nikah 27 dekabr 2014- cü il tarixdə ləğv edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edərkən yalnız birgə yaşama halının mövcudluğuna istinad etmiş, birgə yaşayan şəxslərin ümumi birgə təsərrüfat apardıqlarını ümumiyyətlə araşdırmamış və müəyyən etməmişdir. Cavabdeh bu zaman sübut kimi yalnız öz əməkdaşları tərəfindən iddiaçının maddi-məişət şəraitinin müayinəsinə əsaslanmışdır.
36. Eyni zamanda, cavabdeh tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi yerində aparılmamış, yalnız xüsusi kompüter avadanlıqları vasitəsilə müayinə həyata keçirilmişdir. ( bu hal cavabdehin etiraz məktubunda qeyd edilmişdir- Şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsini (4 nömrəli əlavə) müvafiq proqram təminatı il ə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a götürür.)
37. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, nikahı ləğv edilmiş şəxslərin, həmçinin keçmiş ərin atası və anası ilə iddiaçının bir yerdə birgə təsərrüfat idarə etməsi ağlabatanlıq baxımından inandırıcı hesab edilmir. Müayinə zamanı da qeyd edilən şəxslərin, yəni iddiaçının keçmiş əri və ərinin valideynləri ilə ümumi birgə təsərrüfat aparması halı müəyyən olunmamışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən, iddiaçının ailəsinin, keçmiş ərinin ailəsi ilə eyni ünvanda bir yerdə yaşamaları faktının müəyyən edilməsi iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün yetərli əsas sayıla bilməz, Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşayan sözügedən şəxslərin ümumi birgə təsərrüfat aparması halı da müəyyən olunmalı idi. Cavabdeh isə ümumi birgə təsərrüfat aparılma halının mövcudluğunu müəyyən etmədən ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina etmişdir. Ona görə də, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı qərarın qəbul edilməsindən imtina olunması qanuni olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Müvafiq olaraq məhkəmələr cavabdehin üzərinə iddiaçının tələbini təmin edən inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaqda haqlı olmuşlar.
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-16/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.