Məhkəmə qərarları › İş №2-1(102)-916/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-916/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-916/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilit asiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-622/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən 23 avqust 2021-ci il tarixli, 0529003AAJS0 nömrəli göndəriş verilmişdir.

2. Həmin göndərişə əsasən, iddiaçı son 6 ay ərzində - 11 avqust 2021-ci il, 29 mart 2021-ci il, 26 aprel 2021-ci il və 14 iyun 2021-ci il tarixlərində “onurğanın osteoxondrozu” xəstəliyi ilə ambulator müayinədə, 18 yanvar 2005-ci il tarixdən 5 fevral 2005-ci il tarixə dək, 4 avqust 2014-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək, 29 iyul 2015-ci il tarixdən 11 avqust 2015-ci il tarixədək Sumqayıt 1 nömrəli şəhər Xəstəxanasında, 27 fevral 2010-cu il tarixdən 3 mart 2010-cu il tarixədək, 3 iyun 2010-cu il tarixdən 3 iyul 2010-cu il tarixədək, 15 avqust 2011-ci il tarixdən 3 sentyabr 2011-ci il tarixədək, 13 fevral 2012-ci il tarixdən 5 sentyabr 2012-ci il tarixədək, 1 avqust 2013-cü il tarixdən 29 avqust 2013-cü il tarixədək 3 nömrəli şəhər xəstəxanasında, 22 fevral 2015-ci il tarixdən 23 fevral 2015-ci il tarixədək, 22 yanvar 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək Sumqayıt Şəhər Təcili X2, 14 iyul 2018-ci il tarixdən 28 iyul 2018-ci il tarixədək, 15 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək Sumqayıt 2 nömrəli şəhər Xəstəxan asında, 9 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək Sumqayıt Şəhər Səhiyyə Şöbəsində, 3 avqust 2021-ci il tarixdə isə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz “M.42 Onurğanın osteoxondrozu. Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu, boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə” qoyulmuş, ağırlaşmalar “R26 Hərəkətin və yerişin pozulmaları. Yeriş və hərəkətin məhdudlaşması”, “G45 Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və tranzistor işemik həmlə”, “G45.0 Vertebrobazilyar arterial sistem sindromu. Vertebro-bazilyar çatmamazlığı”, “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə Diskogen bel-oma (L5-S1) radikulopatiya”, “M54.1 Radikulopatiya iki tərəfli lyumbişalgiya kəskin uzun sürən kökcük ağrı sindromu ilə”, “G57.6 Ayaqaltı sinirin zədələnməsi. Sağ ayaq pəncəsinin parezi”, yanaşı xəstəliklər isə “E66 Piylənmə. Piylənmə İİİ dər.”, “İ67.4 Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya” və “E88.2 Digər rubrikalarda təsnif olunmayan lipomatoz. Sol böyrəyin angiomiolipoması”, “M25.6 “Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. OFP İİ dər.”, “E11 İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip orta ağır gedişli”, “İ10 Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİ dərəcə, yüksək risk” “M05.3 Digər orqan və sistemlərin cəlb olunması ilə müşayiət edilən revmatoid artrit. Revmatoid poliartirit oynaq forması ləng proqesivləşən gedişli”, “D50 Dəmir defisitli anemiya. Xroniki dəmir de fisitli anemiya”, “H52.4 Presbiopiya OUPresbiopiya”, “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə L4-L5 və L5-S1 fəqərəarası diskin protruziyaları” kimi müəyyən edilmişdir.

3. Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilən 23 avqust 2021-ci il tarixli, 0529003AAJS0 nömrəli göndəriş cavabdeh tərəfindən 24 avqust 2021-ci il tarixdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacı olması – səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

4. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 10 yanvar 2022-ci il tarixli **********5 nömrəli məktubla müraciətin icrasından imtina etmişdir.

5. İmtina onunla əsaslandırılmışdır ki, A zərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq iddiaçının əlillik vəziyyəti Sumqayıt 1 nömrəli şəhər poliklinikasının 0529003AAJS0 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirmək məsləhət görülür) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar dövlət tibb müəssisəsi tərəfindən iddiaçıya müayinə olunacağı və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia əriz əsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin təyin edilməməsinin qanunsuz hesab edilməsi və əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli, 2-1(112)-6379/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. xx.xx.2011-ci ildə səhhəti ilə əlaqədar olaraq ona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Həmin gündən etibarən iddiaçıya 2021ci ilin yanvar ayınadək əlilliyə görə əmək pensiyası verilmişdir. İddiaçı 2021-ci ilin yanvar ayında DSMF-nin Sumqayıt şöbəsinə ərizə ilə müraciət edərək, əlilliyə görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, əlavə müalicəyə ehtiyacının olması əsası ilə ona imtina cavabı verilmişdir. 0529003AAJS0, 0531003AAJVM, 0531003AAKCF göndərişlərdən göründüyü kimi, iddiaçı 18 yanvar 2005-ci il tarixdən 5 fevral 2005-ci il tarixədək, 4 avqust 2014-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək, 29 iyul 2015-ci il tarixdən 11 avqust 2015-ci il tarixədək Sumqayıt 1 nömrəli şəhər Xəstəxanasında, 27 fevral 2010-cu il tarixdən 3 mart 2010-cu il tarixədək, 3 iyun 2010-cu il tarixdən 3 iyul 2010-cu il tarixədək, 15 avqust 2011-ci il tarixdən 3 sentyabr 2011-ci il tarixədək, 13 fevral 2012-ci il tarixdən 5 sentyabr 2012-ci il tarixədək, 1 avqust 2013-cü il tarixdən 29 avqust 2013-cü il tarixədək 3 nömrəli şəhər xəstəxanasında, 22 fevral 2015-ci il tarixdən 23 fevral 2015-ci il tarixədək, 22 yanvar 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək Sumqayıt Şəhər Təcili X2, 14 iyul 2018-ci il tarixdən 28 iyul 2018-ci il tarixədək, 15 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək Sumqayıt 2 nömrəli şəhər Xəstəxanasında, 9 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək Sumqayıt Şəhər Səhiyyə şöbəsində, 3 avqust 2021-ci il tarixdə isə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nda stasionar müalicə almışdır. O cümlədən, mütəmadi olaraq ambulator şəraitdə müalicəsini davam etdirmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş AXTV 35179 nömrəli məsləhət vərəqəsindən göründüyü kimi, iddiaçıya “M51.1 Dikogen bel-oma radikulopasiya, sağ ətrafın parali ci”, “G83.2, R26 Hərəkətin və yerişin pozulmaları. Yeriş və hərəkətin məhdudlaşması, Arterial hipertenziya İİ dərəcə” diaqnozu qoyulmuşdur. Sözügedən məlumatlar AR “X3” tərəfindən verilmiş elektroneyromioqrafiyanın nəticəvi hissəsində öz əksini tapmışdır. TSEK tərəfindən 13 aprel 2021-ci il tarixində verilmiş göndəriş məktubunda qeyd edilir ki, xəstə dəfələrlə stasionar və ambulator müalicə almasına baxmayaraq, səhhətində yaxşılaşma qeyd edilməmişdir. İddiaçı 27 dekabr 2021ci il tarixində TSERA-ya əlilliyinin bərpa edilməsi ilə bağlı müraciət etsə də, ona imtina cavabı verilmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “ Səbəbi: Ümumi xəstəlik: X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 -...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif-Sümük-əzələsisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 -Osteopatiyalar və xondropatiyalar => M91M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 -...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondro zu. Boyun və bel fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartrit ləng gedişli oynaq forması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 -Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 Digər osteoxondropatiyalar => M93.8 -...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartrit ləng gedişli oynaq forması. Vertebrobazilyar çatmamazlıq. Sağ ayaq pəncənin parezi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi il ə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 -Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 -...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartrit ləng gedişli oynaq forması. Vertebro-bazilyar çatmamazlıq. Sağ ayaq pəncənin parezi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbə bi: Ümumi xəstəlik; X1: XXİ Sinif-Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel oma fəqərələrinin üstünlüyü ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacı olması – səbəb: uzun müddət də olsa xəstə olmasına baxmayaraq, stasionar müalicələri göndərişlərin tarixcəsində yoxdur. Müayinələri qənaətbəxş deyil. İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Xİİİ SinifSümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M0-M40- M43 – Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0Onurğa...,; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel oma fəqərələrinin üstünlüyü ilə. Radikulopatiya iki tərəfli lyumbişalgiya kəskin uzun sürən kökcük ağrı sindromu ilə. Ayaqaltı sinirin zədələnməsi. Sağ ayaq pəncəsinin parezi. Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və tranzitor işemik həmlə. Vertebrobazilyar arterial sistem sindromu. Vertebro-bazilyar çatmamazlığı. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-L5 və L5-S1 fəqərəarası diskin protruziyaları. Piylənmə. Piylənmə İİİ dər; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Əlavə müalicəyə ehtiyacı olması – səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 Onurğa...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə imtina verilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1610/2022 nömrəli qəra rı ilə iddia təmin edilmiş, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina qanunsuz hesab edilərək, ona ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya ilk dəfə əlillik 2010-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma - 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-622/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)1610/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, cavabdehin imtina məktubu və etirazının yeganə dəlili müalicə və müayinə müddətinin yetərli olmamasıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nöm rəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1 və 1.5.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə, cavabdehin müalicə müddətinin yetərli olmaması əsası ilə iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur.

15. Eyni zamanda məhkəmə kollegiya qeyd etmişdir ki, cavabdeh imtina məktubunda və iddiaya etirazında müalicə müddətinin yetərli olmaması əsas ı ilə əlilliyin təyinindən imtina edildiyini bildirsə də, apellyasiya şikayətinin dəlillərində iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas vermədiyini də qeyd etmişdir. Əvvəla işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya həmin məzmunda imtina cavabı verilməmişdir. Bununla yanaşı, qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2011-cı il tarixdən etibarən İİ dərəcəli əlillik təyin etsə də, hazırda apellyasiya şikayətində həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Belə olan halda, 2011-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda mü əyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh apellyasiya şikayətində əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh hesab edir ki, iddiaçının qiymətləndirilməsi üçün Agentliyə göndərilmiş xx.xx.2021-ci il tarixli 0529003AAJS0 nömrəli sonuncu göndərişinə əsasən əsas diaqnoz kimi göstərilmiş “Onurğanın osteoxondrozu, Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə” əlillik əlaməti təyin etməyən xəstəlikdir. Həmçinin, adı çəkilən göndərişdə qeyd olunan xəstəliyin ağırlıq dərəcəsi, həmin xəstəliklə bağlı iddiaçının aldığı ambulator müalicələrə dair məlumatlar göstərilməmişdir. İddiaçı ümumilikdə 2016-2021-ci illər ərzində yalnız 2018, 2019 və 2020ci illərdə müalicədə olunmuşdur. Bununla yanaşı, göndərişin status localis hissəsində xəstədə “sağ pəncənin parezi” olduğu qeyd olunsa da, bu EMQ müayinələrində öz əksini tapmamışdır. İddiaçıda ümumilikdə osteoxondroz diaqnozuna xas hər hansı funksional pozğunluğun olması qeyd edilməmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. Belə ki, iddiaçıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarında nəzərdə tutulan “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olan xəstəliklər olmadan, yəni əlilliyin təyin edilməsinə əsas verən əlilik təyin edən xəstəlik olmamasına rəğmən məhkəmə əlilliyin təyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoymuşdur. Əlilliyin təyini və bərpası Agentliyin müst əsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan, yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmənin mövqeyi qanuni olmamışdır. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas o lduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir. Məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Mad də

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bun dan sonra – TSEK) tərəfindən həyata keçirilir....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlill iyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”:

1. Ümumi müddəalar... 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı n əzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anat omik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklif ləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya cavabdeh tərəfindən növbəti dəfə əlilliyin təyin olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tə rəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2010-cu il tarixli göndəriş ə sasında (Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartrit ləng gedişli oynaq forması) bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra, xx.xx.2014-cü il tarixli göndəriş əsasında (Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartrit ləng gedişli oynaq forması. Vertebrobazilyar çatmamazlıq. Sağ ayaq pəncənin parezi) iddiaçıya yenidən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçıya elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında (Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartrit ləng ge dişli oynaq forması. Vertebro-bazilyar çatmamazlıq. Sağ ayaq pəncənin parezi) beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

31. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçının əlillik müddətinin qurtarmasına görə sağlamlıq vəziyyətinə yenidən baxılması üçün Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilən 23 avqust 2021-ci il tarixli, 0529003AAJS0 nömrəli göndərişin cavabdeh tərəfindən 24 avqust 2021-ci il tarixdə qiymətləndirilərək “Əlavə müalicəyə ehtiyacı olması – səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə iddiaçıya növbəti müddətə əlilliyin təyin olunmasından imtina edilməsindən ibarətdir.

32. İstər cavabdehin imtina qərarında, istərsə iddiaçının müraciətinə 10 yanvar 2022-ci il tarixli **********5 nömrəli məktubunda, istərsə də, iddi a tələbinə etirazında iddiaçıya növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsindən imtinanın səbəbi kimi sadəcə “əlavə müalicəyə ehtiyacın olması” göstərilmişdir.

33. Göründüyü kimi, cavabdeh imtinasında müalicə müddətinin yetərli olmaması halına istinad etmişdir. Başqa sözlə, cavabdehin iddiaçıya təkrar əlillik təyinindən imtinasının əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndindəki şərt təşkil edir.

34. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır.

35. Həmin Qaydaların 1.5.3-cü bəndinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır.

36. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların v ə xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir.

37. Belə olan halda isə, cavabdehin müalicə müddətinin yetərli olmaması əsası ilə iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur.

38. Digər tərəfdən, cavabdeh həm apellyasiya, həm də kassasiya şikayətlərində xx.xx.2021-ci il tarixli 0529003AAJS0 nömrəli göndərişdə əsas diaqnoz kimi göstərilmiş “Onurğanın osteoxondrozu, Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə” xəstəliyin əlillik əlaməti təyin etməyən xəstəlik olduğunu bildirmişdir.

39. Cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əs as verməməsi olsa da, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya növbəti əlilliyin təyini üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur.

40. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə beş il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina etmişdir. Əlavə olaraq, cavabdeh apellyasiya və kassasiya şikayətlərində diaqnozun əlillik təyini üçün əsas olmadığını da iddia etmişdir.

41. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağ lı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

42. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.

43. Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq, təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, dəlilini əsaslandırmamış, bununla da əsassız olaraq iddiaç ının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-622/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar