Məhkəmə qərarları › İş №2-1(102)-916/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-916/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-916/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: inzibati icraat aparılmadan əlverişsiz inzibati akt qəbul edilməsi, ödənişinin bərpası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qa rşı “2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854,14 manat) bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək əksik ödənilmiş 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarın ləğv edilməsi, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması” tələbinə dair inzibati üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 06 noyabr tarixli, 2-1(103)-2830/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə B akı İnzibati Məhkəməsinə müraciət edərək, 2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854,14 manat) bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək əksik ödənilmiş 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarın ləğv edilməsi, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2022-ci il 11 oktyabr tarixli, 2-1(112)-795/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021 -ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

3. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair iddiaçının razılıq verməsi müəyyən edilmir. Etimadın qorunması prinsipindən çıxış edərək məhkəmə bildirmişdir ki, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yolverilməzdir.

4. Məhkəmə iddia tələbinin təmin olunmayan hissəsi, yəni, 2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854,14 manat) bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək ona əksik ödənilmiş 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması hissələrinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinə baxış keçirilən zaman, eləcə də, məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş X2 Təyinatı Departamentinin Əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi X1 də izahatından müəyyən edilmişdir ki, iddiaçının pensiya məbləği 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-54/2012 nömrəli, 04 aprel 2012-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq tam şəkildə icra edilərək yenidən hesablanmış, məhkəmə qərarında göstərilmiş bütün mükafat və müavinətlər, ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmışdır. İddiaçının əvvəlki pensiya məbləği ilə indiki pensiya məbləği arasındakı fərq məbləği (hansı ki, bu fərq məbləği iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin yaranmasına səbəb olmuşdur) Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əməkdaşları tərəfindən pensiya məbləğinin düzgün hesablanmaması nəticəsində, əsasən 2018-ci ilin sentyabr ayında artım faizi məbləğlərinin yüksək götürülməsi (50 faiz əvəzinə 100 faiz) nəticəsində yaranmışdır. Belə olan təqdirdə, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi b arədə tələbi əsaslı hesab edilə bilməz. İddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə iddia tələbi əsaslı olmadığından, pensiya məbləğinin azaldılması nəticəsində iddiaçının əksik ödənildiyini iddia etdiyi 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi də, əsaslı hesab edilə bilməz. Məhkəmə eləcə də, iddia tələbinin cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pul məbləğinin tutularaq ona ödənilməsi hissələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən ona maddi və mənəvi ziyanın dəyməsinə dair mötəbər sübutlar təqdim edilmədiyindən, iddia tələbləri həmin hissədə də, əsassız hesab olunmaqla təmin edilməməlidir.

5. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddian ın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Kamran Əkbərov) 2023-cü il 02 avqust tarixli, 2 1(103)-1250/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-795/2022 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır (qərarının mübahisələndirilən hissəsi ilə bağlı).

8. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsini n İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova, Zakir Quliyev) 2024cü il 25 aprel tarixli, 2-1(102) 262/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 02 avqust tarixli, 2-1(103)-1250/2023 nömrəli qərarı iddia təmin olunmayan hissədə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

10. Kollegiya qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi pensiya işini tələb etməli, iddiaçıya ilk dəfə pensiya təyin edilməsinin və məhkəmə qərarı əsasında pensiya məbləğinin yenidən hesablanmasının hansı qaydada aparıldığını araşdırmalı, iddiaçının pensiya məbləğinin azalmasına səbəb olan inz ibati aktın mövcud olub-olmamasını müəyyən etməli, nəticədə iddiaçının pensiyasının yenidən hesablanması zamanı məhkəmə qərarı ilə müəyyən edilmiş halların cavabdeh tərəfindən nəzərə alınıb alınmadığı aydınlaşdırılmalı, cavabdehin dəlilləri arasındakı ziddiyyətlər aradan qaldırılmalıdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/ Günel Abbasova və Rəşid Səmədov) 2024-cü il 06 noyabr tarixli, 2-1(103)-2830/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli, 21(112)-795/2022 nömrəli qərarı yoxlanılan hissədə ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********0 nömrəli, xx.xx.2021-ci il tarixli və **********5 nömrəli, xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarları ləğv edilmiş, pensiya məbləğinin bərpa edilməsi və pensiya məbləği bərpa edilənədək ona əskik ödənilmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi mövqeyi onunla əsaslandırmışdır ki, sonuncu apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla cavabdeh inzibati orqana sorğu ünvanlanaraq, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı məxsus olan pensiya işinin əslinin və şəxs barəsində olan pensiya məbləğinin yenidən hesablanması barə də mübahisələndirilən qərarların və həmin qərarların qəbul edilməsi ilə bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı məxsus olan pensiya işinin əslinə baxış keçirilmiş, təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. Lakin pensiyanın yenidən hesablanması ilə bağlı aparılmış inzibati icraat materialları təqdim edilməmişdir. Pensiya işində olan cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yenidən hesablanmışdır. Yenidən hesablama nəticəsində pensiyanın məbləği 743 manat 70 qəpik müəyyən edilmişdir. İddiaçı yenidən hesablamaya qədər olan pensiya məbləği 864,05 (səkkiz yüz altmış dörd manat beş qəpik) manat təşkil etmişdir. Daha sonra iddiaçının pensiyası təkrar yenidən hesablanaraq xx.xx.2024-cü il tarixli **********5 saylı əmək pensiyasının yenidən hesablanması barədə qərara əsasən 746 manat müəyyən edilmişdir.

13. Sonuncu apellyasiya baxışı zamanı verdiyi izahatında iddiaçı staj illəri ilə bağlı və 2020-ci ilədək olan pensiya məbləği ilə bağlı mübahisə olmadığını, 2020-ci ildən sonrakı məbləğlə bağlı mübahisənin olduğunu, xx.xx.2021-ci il tarixdə əmək pensiyasının yenidən hesablandığı dövrə qədər olan pensiyanın məbləği ilə razı olduğunu bildirmişdir. Bununla əlaqədar iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********0 nömrəli, xx.xx.2021-ci il tarixli və **********5 nömrəli, xx. xx.2021-ci il tarixli pensiyanın yenidən hesablanması barədə qərarlarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixli, **********4 nömrəli artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək ona əskik ödənilmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

14. İşin araşdırılmış hallarından görünür ki, iddiaçıya təyin edilmiş pensiya barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya məbləği ilə bağlı qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı dəyişdirmiş, bu barədə iddiaçıya yalnız onun müraciətindən sonra məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh iddiaçıya ödənilən pensiya ödənişinin məb ləğinin azaldılması məsələsini həll edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

16. Məhkəmə kollegiyası iddia tələbinin maddi ziyanın tutulması hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi ziyan vurulduğunu sübut edə bilməmişdir.

17. Cav abdeh kassasiya şikayəti verərək, həmin qərarın iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

19. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkiş afına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəli llərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

20. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

21. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2025-ci il tarixli 2-1(102)-682/2025 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyə n etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.567.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

22. Eyni zamanda, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad o lunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

23. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanaraq azaldılması barədə qərar cavabdehin öz təşəbbüsü ilə qəbul edilmişdir. Hazırkı işdə əmək pensiyasının yenidən hesablanmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qər arın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. 24. “İnzibati icraat haqqında” Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanı n hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir.

25. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

26. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

27. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 06 noyabr tarixli, 2-1(103)-2830/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar