Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-917/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “pensiyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1822/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 2-ci qrup əlil kimi ömürlük pensiya təyin edilmişdir. İddiaçı Iddiaçı 01.01.2006-cı ildən 15.04.2015-ci ilədək 2-ci qrup əlilliyə görə əmək pensiyasının birdəfəlik ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə müraciət etmiş, cavabdeh 01.05.2017-ci il tarixli **/**-**** saylı imtina məktubu ilə bildirmişdir ki, Tibbi Sosial Ekspert Komissiyasının arayışı olmadığından iddiaçıya 2005-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir, arayış təqdim olunduğu halda iddia çının pensiya hüququna yenidən baxıla bilər, iddiaçıya hal-hazırda pensiya 01.01.2017-ci il tarixdən 152.53 manat olmaqla ödənilir. Bundan sonra iddiaçı iddia tələbi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı məhkəməyə müraciət edərək ona 01.01.2006-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan 01.01.2015-ci ilədək ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2616/2017 saylı 29.08.2017-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 2-1(82)-2616/2017 saylı 29.08.2017-ci il tarixli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2581/17 saylı 25 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2616/2017 saylı 29.08.2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-722/2018 saylı 13.03.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-722/2018 saylı 13.03.2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1822/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-722/2018 saylı 13.03.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 04.04.2005-ci il tarixdən əlil olması səlahiyyətli orqan tərəfindən təsdiq edildiyindən iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1822/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı cavabdehə 29.03.2016-cı il tarixdə müraciət edərək 04.04.2005-ci ildən 2-ci qrup əlil olduğuna görə pensiyanın ödənilməsini təl əb etmiş, lakin iddiaçının adı Tibbi Sosial Ekspert Komissiyasının Elektron Məlumat Bazasında qeyd olunmadığı üçün tələb etdiyi tarixdən iddiaçıya pensiya ödənilməsi mümkün olmamışdır. Kassator İnzibati Prosessual Məcəllənin 90-99-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.5, 418, 419-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1822/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1822/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi 01.01.2006-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan 01.01.2015-ci ilədək ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir. Cavabdehin imtinasının əsasını iddiaçıya 04.04.2005-ci ildən əlillik almasını təsdiq edən sənədin olmaması təşkil edir. İddiaçı isə məhkəməyə 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının Suraxanı ra yonu üzrə əlillər barədə müayinə aktından çıxarışı (12.07.2017-ci il tarixli 945 saylı) təqdim etmiş, işə baxan aşağı instansiya məhkəmələri isə bu sənədi mötəbər sübut kimi qəbul edərək iddiaçının tələbini təmin etmişlər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, ziddiyyətli məqamları araşdırmadan qərar qəbul etmişdir. Belə ki, ilk növbədə iddiaçı iddia ərizəsində ona 2-ci qrup əlil kimi əmək pensiy asının 15.04.2015-ci il tarixdən təyin olunduğunu qeyd etmiş, cavabdeh 01.05.2017-ci i tarixli **/**-**** saylı imtina məktubunda (iş v.4) iddiaçıya 01.01.2017-ci il tarixdən 2-ci qrup əlil kimi əmək pensiyasının təyin olunduğunu qeyd etmiş, iş materiallarında olan AR DSMF- nun Suraxanı rayon Şöbəsinin 14.04.2017-ci il tarixli, 2336 saylı arayışında iddiaçıya 2-ci qrup əlil kimi əmək pensiyasının təyin olunduğu qeyd olunsa da, hansı tarixdən təyin olunması qeyd edilməmiş, iş materiallarında olan AR DSMF-nun Suraxanı rayon şöbəsinin əmək pensiyasını təyin edən komissiyasının 31.03.2016-cı il tarixli 522 saylı qərarında (iş v. 78) və cavabdehin apellyasiya şikayətində isə iddiaçıya 01.01.2015-ci il tarixdən 2-ci qrup əlil kimi əmək pensiyasının təyin olunduğu qeyd olunmuşdur. Göründüyü kim i iş materiallarında olan sənədlərdə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilmə tarixləri arasında ziddiyyət vardır və işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya hansı tarixdən əmək pensiyasının təyin edilməsini araşdırmamış, o cümlədən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinə əsas olan sənədləri (pensiya işini) cavabdehdən tələb etməmiş, beləliklə də iddiaçıya ilk dəfə hansı tarixdə 2-ci qrup əlillik təyin olunması aydın deyildir. Bundan əlavə, iddiaçının təqdim etdiyi 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının Suraxanı rayonu üzrə əlillər barədə müayinə aktından çıxarışın (12.07.2017-ci il tarixli 945 saylı), o cümlədən 3 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən verilmiş **** nömrəli arayışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə tə qdim edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi sorğu ünvanlamış, Bakı şəhəri 5 nömrəli Tibbi Sosial Ekpsert Komissiyası 01.10.2018-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, 2005-ci il tarixdə Suraxanı zona Tibbi-Sosial Ekspert Komissiyası fəaliyyət göstərib, 2011-ci ildə struktur dəyişikliyi əsasında 3 saylı Suraxanı zona Tibbi-Sosial Ekspert Komissiyası ləğv edilərək 5 saylı Suraxanı Tibbi-Sosial Ekspert Komissiyası kimi fəaliyyət göstərməyə başlayıb. Göründüyü kimi 5 nömrəli Tibbi Sosial Ekpsert Komissiyası apellyasiya instansiya məhkəməsinin sorğusunda qeyd edilmiş məsələyə (əlillər barədə müayinə aktından çıxarışın (12.07.2017-ci il tarixli 945 saylı), o cümlədən 3 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən verilmiş **** nömrəli arayışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi) cavab verməmiş, apellyasiya instansiya məhkəməsi isə əlillər barədə müayinə aktından çıxarışın (12.07.2017-ci il tarixli 945 saylı), o cümlədən 3 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən verilmiş **** nömrəli arayışın verilməsinə əsas olmuş sənədlərin əsli ilə tanış olmamış, iddiaçıya həqiqətən də hansı tarixdən əlillik təyin edilməsini araşdırmadan iddiaçının iddia tələbinin təmin edilməsini dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə gö ndərməyə haqlıdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sənədlərdə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilmə tarixləri arasında ziddiyyətləri nəzərə alaraq iddiaçıya hansı tarixdən əmək pensiyasının təyin edilməsini araşdırmalı, o cümlədən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinə əsas olan sənədləri (pensiya işini) cavabdehdən tələb etməli, həmçinin əlillər barədə müayinə aktından çıxarışın (12.07.2017-ci il tarixli 945 saylı), o cümlədən 3 saylı Tibbi SosialEkspert Komissiyası tərəfindən verilmiş **** nömrəli arayışın verilməsinə əsas olmuş sənədlərin əsli ilə tanış olmalı, iddiaçıya həqiqətən də hansı tarixdən əlillik təyin edilməsini araşdırmalı və iddiaçının iddia tələbinə obyektiv hüquqi qiymət verməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1822/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissə
Məhkəmə qərarları › İş №2-1(102)-917/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-917/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver