Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-917/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin icarəyə verilməsinə dair sərəncamın və torpaq sahəsinə icarə hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Üçüncü şəxsin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə (bundan sonra - DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi) qarşı (üçüncü şəxs: X3) “2018-ci il 02 oktyabr tarixli, 74 nömrəli sərəncamın və 2018-ci il 20 noyabr tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 fevral tarixli, 2-1(107)-9/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdeh DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək qeyd olunan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv olunmasını xahiş etmişdir.
2. Cavabdeh DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi 2019-cu il 04 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Cavabdeh2 2012-ci il 30 iyul tarixli, 77 nömrəli sərəncamı ilə iddiaçıya icarəyə verilmiş 200 ha torpaq sahəsi üzərində onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 07 fevral tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 başçısının sərəncamının və DƏDRX-in 16 saylı Ucar Ərazi tərəfindən üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv olunmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdir ilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2018-ci il 02 oktyabr tarixli, 74 nömrəli sərəncamın və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı 2018-ci il 20 noyabr tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X2 icarəyə verilmiş 80 ha torpaq sahəsi ona icarəyə verilmiş 200 ha torpaq sahəsinin bir hissəsidir. Halbuki, onunla bağlanmış icarə müqaviləsi hal-hazıradək qüvvədədir. Cavabdehin etirazları:
6. Cavabdeh DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Cavabdeh2 başçısının 2012-ci il 30 iyul tarixli, 77 saylı sərəncamı ilə icarəyə verilmiş 200 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün məsələnin araşdırılması mümkün olmamışdır. Həmçinin Cavabdeh2 başçısının 2018-ci il 02 oktyabr tarixli, 74 saylı sərəncamı, 2018-ci il 03 oktyabr tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, Yerquruluşu planı əsasında Göyçay rayon inzibati ərazisində yerləşən 80 ha torpaq sahəsi üzərində X1 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 noyabr tarixli, 2-1(84)510/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia çının icarəsinə torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin X2 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Belə olan halda isə, o, X2 torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olmasını iddia etməkdə haqlı deyil. İddiaçının ləğv edilməsini tələb etdiyi "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" Cavabdeh2 sərəncamı əsasında verildiyinə görə həmin sənədin də ləğvi üçün əsas yoxdur.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Şəki Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2020-ci il 04 fevral tarixli, 2-1(107)-78/2020 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 22 iyul tarixli, 2-1(102)-1238/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2020-ci il 04 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
14. K assasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2, iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin yerini müəyyən edib göstərmək vəzifəsi daşıyır. Lakin məhkəmə mütəxəssisə torpağın yerini müəyyən etməklə bağlı tapşırıq verərkən cavabdehin də ölçü işlərində iştirakını təmin etməmiş, bununla bağlı ona vəzifələri bildirilməmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli, 2-1(107)-401/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 16. 2020-ci il 13 noyabr tarixli, 476 nömrəli ekspert rəyində göstərilmişdir ki, inzibati işə əlavə edilmiş suallarla bağlı, Göyçay rayonu 8 nömrəli “x” və 9 nömrəli “x” adlanan dövlət torpaq fondu sahəsində iddiaçının v ə cavabdehin naturada ekspertiza baxışına göstərdiyi mübahisəli torpaq sahəsinin koordinatları “GPS” aləti vasitəsilə qeyd olundu. Tədqiqata təqdim edilmiş sənədlər əsasında, mübahisəli ərazinin naturada qeyd olunmuş koordinatları kameral şəraitdə ərazinin ümumi xəritəsində müqayisəli dəqiqləşdirilmə işləri aparılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Cavabdeh2 2012-ci il 30 iyul tarixli, 77 №-li sərəncamı ilə rayonun inzibati ərazisində 8 nömrəli “x” və 9 nömrəli "x” adlanan dövlət torpaq fondunun 200 hektarının iddiaçıya icarəyə verilməsi barədə qərara əsasən, Cavabdeh2 ilə iddiaçı arasında 2012-ci il 01 avqust tarixdə 06 №-li torpaq icarə müqaviləsi bağlansa da, 200 ha torpaq sahəsinin icarəyə verilməsi barədə sənədlərdə torpaq sahələrinin sərhədləri yerində müəyyən edilməmiş, torpaq sahəsinin planı və ölçüsü tərtib edilməmiş və icarə müqaviləsi müəyyən olunmuş qaydada dövlət reyestr qeydiyyatından keçirilməmişdir. Bu səbəblərdən də iddiaçıya icarə müqaviləsi ilə verilən 200 ha torpaq sahəsinin naturada koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Naturada mübahisəli 200 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığına görə, həmin torpaq sahəsi ilə üçüncü şəxs X2 Cavabdeh2 başçısının 2018-ci il 02 oktyabr tarixli, 74 nömrəli sərəncamı ilə 15 il müddətinə icarəyə verilmiş 80 ha torpaq sahəsinin üst-üstə düşməsini aydınlaşdırmaq mümkün olmamışdır.
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 fevral tarixli, 2-1(107)-9/2021 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21 noy abr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, icra hakimiyyəti tərəfindən icarəyə verilmiş torpaq sahələri üst-üstə düşdüyü halda 3-cü şəxsə verilmiş sərəncam ləğv edilə bilər. Lakin, hakim tərəfindən bu hal nəzərə alınmamışdır. İddiaçı torpaq sahəsinin plan ölçüsünü taparaq Şəki Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş ekspertlərə yox, məhkəməyə yönəltmişdir. Lakin məhkəmə təqdim edilmiş plan ölçüsünü nəzərə almamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
21. Tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).
22. Üçüncü şəxsin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, ape llyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
23. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Torpaq icarəsi haqqında Qanun: Maddə
12. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
25. Torpaq Məcəlləsi: Maddə
66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanını n və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə
67. Torpaq sahələri üzər ində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanm asından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsi n tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
30. Torpaq qanunvericiliyinin yuxarıda istinad edilən müddəalarının tələblərindən göründüyü kimi, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
31. İş materiallarına görə, Cavabdeh2 2012-ci il 30 iyul tarixli sərəncamı ilə İddiaçı 8 nömrəli "x" və 9 nömrəli "x" adlanan dövlət torpaq fondundan 200 hektar, 2018-ci il 02 oktyabr tarixli sərəncamı ilə isə X2 8h və 9h nömrəli qış otlaq sahələrindən 80 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı "Azərbaycan Respublikası Göyçay rayonuna uzun müddət istifadə üçün təhkim olunmuş qış otlaq sahəsinin yerquruluşu planı (miqyas 1:10000)" tərtib edilmişdir. X2 ayrılmış torpaq sahəsi ilə bağlı isə "Göyçay rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 8h və 9h nömrəli qış otlaq sahələrindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X2 icarəyə verilməsi nəzərdə tutulan 80 ha örüş sahəsinin yerquruluşu planı", "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
32. Cavabdeh2 ilə İdd iaçı arasında icarəsi müqaviləsi bağlansa da torpaq sahəsinin icarəyə verilməsi barədə sənədlərdə torpaq sahələrinin sərhədləri yerində müəyyən edilməmiş, torpaq sahəsinin planı və ölçüsü tərtib edilməmiş, icarə müqaviləsi müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmiş və bu səbəbdən də üçüncü şəxsə icarəyə verilmiş mübahisəli torpaq sahəsinin iddiaçıya aid olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir.
33. Torpaq qanunvericiliyinin yuxarıda istinad edilən müddəalarının tələbləri və işin faktiki halları, xüsusən də iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququnun qanunla müəyyən edilmiş qaydada yarandığına dair sübut olmadığından, onun cavabdehlərə qarşı hazırkı məzmunda iddiasının əsassız olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün dür.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 fevral tarixli, 2-1(107)-9/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.