Məhkəmə qərarları › İş №2-1(102)-917/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-917/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-917/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə uçota alınma 25.05.2022 giriş hissəsi: Hakimlər: Quliyev Zakir Müslüm oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) qarşı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma tə ləbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2623/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Qazax rayonunun Qızıl Hacılı kənd sakini olmuş, məcburi köçkün, xx.xx.1990-cı il təvəllüdlü, iddiaçının mərhum əri, şəhid X8 xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət etmişdir.

2. Hal-hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəedilməsi" ixtisası üzrə ödənişli əsaslarla İİ kurs tələbəsidir. Ailə vəziyyətlər i ilə əlaqədar məcburi köçkün olduqlarından və şəxsi mənzilləri olmadığı ucbatından, o cümlədən tələbə olduğu üçün məcburiyyət qarşısında qalaraq 2019-cu ildən Bakı şəhərində kirayə müqaviləsi əsasında 4 yaşlarında olan iki əkiz övladları ilə (bir qız, bir oğlan) birlikdə çətin durumda yaşayır. Maddi vəziyyətləri olduqca ağırdır. xx.xx.2021-ci il tarixdən etibarən həmin mənzilin qeydiyyatına alınmışdır.

3. Hal-hazırdakı durumuyla və şəhid ailəsi olmağıyla, habelə iki azyaşlı körpə övladlarının olması və Bakı şəhərində ödənişli əsaslarla təhsil almağıyla bağlı, eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 44, mənzil 22-də qeydiyyatda olmağını nəzərə alaraq sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yaşayış sahəsinə ehtiyacı olduğundan, 2021-ci ilin mart ayının əvvəllə rində Bakı şəhəri Cavabdehə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağını xahiş etmişdir. Buna baxmayaraq Bakı şəhəri Cavabdehin 29 mart 2021-ci il tarixli, M-55-068 nömrəli məktubu ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağından əsassız olaraq imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Qazax rayonunun Qızıl Hacılı kənd sakini olmuş, məcburi köçkün, xx.xx.1990-cı il təvəllüdl ü iddiaçının mərhum əri, şəhid X8 xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi döyüş bölgələrində yerləşən bir neçə hərbi hissələrdə kəşfiyyatçı kimi xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən başlayan İİ Qarabağ Müharibəsinin ilk günlərindən mərhum əri Daşkəsən-Murov-Kəlbəcər istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, xx.xx.2020-ci il tarixdə Kəlbəcərin azadlığı uğrunda gedən qızğın döyüşlərdə son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuşdur. Mərhum əri T.E.Məmmədov nümunəvi xidmətlərinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə, 15 dekabr 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azadlığı uğrunda" və "İİ Qarabağ Müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Hal-hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəedilməsi" ixtisası üzrə ödənişli əsaslarla İİ kurs tələbəsidir. Ailə vəziyyətləri ilə əlaqədar məcburi köçkün olduqlarından və şəxsi mənzilləri olmadığı ucbatından, o cümlədən tələbə olduğu üçün məcburiyyət qarşısında qalaraq 2019-cu ildən Bakı şəhərində yuxarıda qeyd etdiyi ünvanda kirayə müqaviləsi əsasında 4 yaşlarında olan iki əkiz övladları ilə (bir qız, bir oğlan) birlikdə çətin durumda yaşayır. Maddi vəziyyətləri olduqca ağırdır. xx.xx.2021-ci il tarixdən etibarən həmin mənzilin qeydiyyatına alınmışdır. İndiki vəziyyətdə "Covid-19" pandemiyası ilə bağlı İ Qarabağ Müharibəsi iştirakçısı olan atası X4 yaşadığı Qazax şəhəri, H.Arif küçəsi, 4 saylı evin 4 nömrəli 1 otaqlı mənzilində müvəqqəti olaraq yaşayır. Hal-hazırdakı durumuyla və şəhid ailəsi olmağıyla, habelə iki azyaşlı körpə övladlarının olması və Bakı şəhərində ödənişli əsaslarla təhsil almağıyla bağlı, eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 44, mənzil 22-də qeydiyyatda olmağını nəzərə alaraq sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yaşayış sahəsinə ehtiyacı olduğundan, 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Cavabdehə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağını xahiş etmişdir. Buna baxmayaraq Bakı şəhəri Cavabdehin 29 mart 2021-ci il tarixli, M-55-068 nömrə li məktubu ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağından əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydalarını tənzimləyən normaları bu uçotun həyata keçirilməsi vəzifəsinin müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyə orqanının üzərinə düşdüyünü müəyyən etmişdir. Belə olduğu halda iddiaçı hesab etmişdir ki, Bakı şəhəri Cavabdehin onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağından imtinası tamamilə əsassız və qanunsuzdur. Ona görə də həmin vəzifənin Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz etmiş və bunu onunla əsaslandırmışdır ki, “Azərbaycan Respub likasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” AR Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-cı ildə aparılan hərbi əməliyyatlar zamanı AR-nin ərazibütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu məsələ ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) xx.xx.2021-ci il tarixdə **********9 №-li məktubla müraciət edərək, sərəncamının icrası ilə əlaqədar, AR Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin və mövcud qanunvericliyin tələbləri qaydasında həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində hesab edilməklə mənzil növbəliliyinə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı 26 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanda daimi qeydiyyata düşdükdən sonra, yeni yaşayış yeri üzrə ünvan 3inə götürülməsi barədə ərizə ilə müraciət etmiş və mahiyyəti üzrə ona xx.xx.2021-ci il tarixli məktubla imtina edilmişdir. İmtina üçun onun Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində hesab edilməsi üçün əsasların AR Mənzil Məcəlləsinin 51.3-cü maddəsin ə və Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə zidd olması olmuşdur. Mənzil növbəliyinə alınması üçün iddiaçının Qazax Rayon İcra Hakimiyyətinə müraciət etməsi ona tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh orqan məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5747/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Bakı şəhəri Cavabdeh tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yerli icra hakimiyyəti ərazisində azı son 5 il ərzində daimi yaşaması və bu yaşamanı təsdiq edən həmin müddətə pasport qeydiyyatında olması tələb olunduğu halda iddiaçının sözügedən ünvanda xx.xx.2021-ci il tarixdən qeydiyyata düşməsini və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»na əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən vaxt ərzində daimi yaşayan şəxslərin götürülməsini əsas kimi göstərərək cavabdehin imtinasını qanuni və əsaslı hesab etmiş və iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin q ərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər H.Həmidov-məruzəçi, E.Nağıyeva və C.Yusifov, 2-1(103)-2623/2021 saylı iş) 06 dekabr 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillə ri

12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş Qaydalar öz hüquqi qüvvəsini 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya zidd olmayan hissədə öz hüquqi qüvvəsini saxlayır. Həmin Qaydalardakı Bakı şəhərində 5 il (7 il) daimi yaşamaq tələbi Konstitusiyaya zidd olduğundan Konstitusiyanın Keçid müdəalarının 8-ci bəndinə uyğun olaraq hüquqi qüvvəsi yoxdur. Həmçinin, Konstitusiya ilə təsbit edilən hüquqlar, o cümlədən mənzil hüququ "5 il və 7 il daimi yaşama” kimi tələblərlə məhdudlaşdırıla biməz. Bundan əlavə, AR Mənzil Mə cəlləsinin 3.2,-cü maddəsinə görə vətəndaşların yaşamaq üçün sərbəst yaşayş sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsində isə, vətəndaşların mənzil uçotuna götürülməsi üçün ümumiyyətlə, daimi yaşaması tələbi yoxdur. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasnrr 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş Qaydalar isə, “Noramtiv hüquqi aktlar haqqında” Konstitusiya Qanununa gora qanun yox, normativ xarakterli aktdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələr i yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma h aqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanun M a d d ə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşa yış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. [1] Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirak çılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası mə hkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımı qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya məhməsinin maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi kimi ona istinat edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırlmasına dair əlavə tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli sərəncamının 1.2-ci bədini tətbiq etməli olduğu halda apellyasiya məhkəməsi bunu tətbiq etməyib.

18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır.

19. Belə ki, məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə qarşı iddia əriz əsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı iddia ərizəsində göstərir ki, hal-hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəedilməsi" ixtisası üzrə ödənişli əsaslarla İİ kurs tələbəsidir. Ailə vəziyyətləri ilə əlaqədar məcburi köçkün olduqlarından və şəxsi mənzilləri olmadığı ucbatından, o cümlədən tələbə olduğu üçün məcburiyyət qarşısında qalaraq 2019-cu ildən Bakı şəhərində yuxarıda qeyd etdiyi ünvanda kirayə müqaviləsi əsasında 4 yaşlarında olan iki əkiz övladlarıyla (bir qız, bir oğlan) birlikdə çətin durumda yaşayır. Maddi vəziy yətləri olduqca ağırdır. xx.xx.2021-ci il tarixdən etibarən həmin mənzilin qeydiyyatına alınmışdır. İndiki vəziyyətdə "Covid-19" pandemiyası ilə bağlı İ Qarabağ Müharibəsi iştirakçısı olan atası X4 yaşadığı Qazax şəhəri, H.Arif küçəsi, 4 saylı evin 4 nömrəli 1 otaqlı mənzilində müvəqqəti olaraq yaşayır. Hal-hazırdakı durumuyla və şəhid ailəsi olmağıyla, habelə iki azyaşlı körpə övladlarının olması və Bakı şəhərində ödənişli əsaslarla təhsil almağıyla bağlı, eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 44, mənzil 22-də qeydiyyatda olmağını nəzərə alaraq sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yaşayış sahəsinə ehtiyacı olduğundan, 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Cavabdehə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağın ı xahiş etmişdir.

21. Beləliklə iddiaçı özü bildirir ki, o Dövlət İqtisad Universitetinin İİ kurs tələbəsi olduğundan Bakı şəhərində Nərimanov rayon ərazisində kirayə müqaviləsi əsasında Qarabağ küçəsi, ev 44, mənzil 22-də 2019-cu ildən qalmış, xx.xx.2021-ci il tarixdən isə həmin ünvandakı mənzilə qeydiyyata alınmış, lakin indiki vəziyyətdə “ Covid-19” pandemiyası ilə əlaqədar olaraq atası F.N.Musayevin Qazax şəhəri, H.Arif küçəsi, 4 saylı evin 4 nömrəli 1 otaqlı mənzilində müvəqqəti yaşayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiasından, eləcə də iş materiallarından onun universitetdə əyani və ya qiyabi şöbədə təhsil alması məlum deyil və hətta iddiaçı əyani şöbədə oxusa da belə, o Qazax şəhərində yuxarıda göstərilmiş ünvanda yaşamaqdadır.

23. İddiaçının daimi yaşayış yerin in Bakı şəhərində olmasını təsdiq edən sübut yoxdur, kirayə müqaviləsinin olması isə bunu bir daha təsdiq edir, yəni Bakı şəhəri iddiaçının daimi yaşayış yeri deyildir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. [1]

24. Bu bax ımdan qeyd edilməlidir ki, iddiaçının daimi yaşayış yeri qazax şəhəridir, Bakı şəhəri deyildir.

25. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, AA seriyalı 366991 nömrəli, xx.xx.2016-cı il tarixli məcburi köçkün vəsiqəsinə əsasən 1990-cı il təvəllüdlü Qazax rayonu Qızıl Hacılı kəndində doğulmuş X3 rayonunda müvəqqəti məskunlaşmışdır.

26. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Qazax rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ № 126797 saylı nikah haqqında şəhadətnaməyə əsasən xx.xx.1990-cı il təvəllüdlü X8 ilə xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması akt qeydləri kitabında 258 nömrə ilə qeyd edilmişdir. - xx.x x.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 837082 saylı doğum haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2016-cı ildə Tovuz rayonunda doğulmuşdur. - xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 837083 saylı doğum haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2016-cı ildə Tovuz rayonunda doğulmuşdur. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 320 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, onun mərhum həyat yoldaşı 1990-cı il təvəllüdlü N saylı hərbi hissənin MAHHXHQ əsgər X8 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdiri lməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2020-ci il tarixdən X8 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. Əsas AZ-İİ № 122741 nömrəli ölüm haqqında şəhadətnamə. Bundan əlavə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışına əsasən İddiaçı ünvan 7 ünvanında 26 fevral 2021-ci il tarixdən qeydiyyatdadır. Tələbə kartı xx.xx.1994- cü il təvəllüdlü İddiaçı adına verilmiş, qəbul olma tarixi 2019-cu il, bitirmə tarixi 2024-cü il göstərilmişdir. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 004192 nömrəli vəsiqəyə əsasən İddiaçı şəhid ailəsi üzvü statusu verilmişdir. E yni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyətinin başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1121/679 nömrəli arayışa əsasən İ Qarabağ Müharibəsi X1 ünvan 8 ünvanında qeydiyyatdadır və yaşayır. Həmin ev 1 otaqlı olmaqla, yaşayış sahəsi 20 kv.metrdir.

27. İddiaçıda iddia ərizəsində bildirir ki, F.N.Musayev onun atasıdır və iddiaçı uşaqları ilə birlikdə Qazaxda həmin mənzildə yaşayır.

28. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqd im etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.

29. Belə ki, iddiaçının faktiki yaşayış yeri Qazax şəhəridir, Bakı şəhərində isə o,tələbə olduğundan kirayə müqaviləsi üzrə qeydiyyata düşmüşdür.

30. Bununla belə qeyd edilməlidir ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sa həsinə ehtiyacı olan qismində uçota alınması mümkündür.

31. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz.

32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarı, 2-1(103)-2623/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Şə rh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2-1(103)-2623/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar