Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-917/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzr ə Mərkəzi Filialının ilkin iddia üzrə Cavabdeh (xx.xx.1957-ci il təvəllüdlü, FİN: xxxxxxx) qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair; İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3013/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarından ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh əmək kitabçasının məlumatlarına əsasən, o, 2 sentyabr 1974-cü il tarixdə Peşə təhsili mərkəz ində təhsil almaqla əmək fəaliyyətinə başlamış, xx.xx.1975-ci ildən 4 nömrəli trestin 42 nömrəli Tikinti İdarəsində suvaqçı-rəngsaz, xx.xx.1977 xx.xx.1978-ci illərdə suvaqçı peşəsində işləmiş, xx.xx.1978 - xx.xx.1980-ci illərdə hərbi xidmət keçmiş, xx.xx.1980-ci ildə 42 nömrəli Tikinti İdarəsində suvaqçı, xx.xx.1983-cü ildən briqadir peşəsində işləmiş, xx.xx.1984-cü ildən 4 nömrəli trestin 44 nömrəli Tikinti İdarəsinə suvaqçı keçirilmişdir. İddiaçı xx.xx.1984-cü ildə suvaqçı briqadir, xx.xx.1986 19.051986-cı illərdə tikinti ustası, xx.xx.1986 - xx.xx.1986-cı illərdə mühəndis, xx.xx.1986 - xx.xx.1987-ci illərdə 5-ci dərəcəli suvaqçı, xx.xx.1987 - xx.xx.1991-ci illərdə usta, xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək iş icraçısı peşəsində işləmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdə "xxx x" ASC-də iş icraçısı peşəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2002 - xx.xx.2005-ci il tarixlərində "xxxx" Şirkətində iş icraçısı, baş iş icraçısı, xx.xx.2005 - xx.xx.2009-cu il tarixlərində "xxxx" MMC-də iş icraçısı, xx.xx.2012 - xx.xx.2012-ci il tarixlərində “İSHİ” X1, Emlak, Turizm, San. Və Tic. LTD” şirkətində iş icraçısı, xx.xx.2012 - xx.xx.2014-cü il tarixlərində "xxxx" MMC-də iş icraçısı vəzifələrində işləmişdir.
2. Cavabdeh xx.xx.2014-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə müraciət etmiş, Şöbənin 197 saylı qərarı ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2014-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təy in edilmişdir.
3. Filial DSMF-nin Aparatının daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktubu əsas götürməklə Cavabdeh təyin edilmiş əmək pensiyasını xx.xx.2020-ci il tarixdə dayandırmış, xx.xx.2021-ci il tarixdə isə dayandırılma haqqında **********8 saylı qərar qəbul etmiş, qərarda Cavabdeh ödənilən sonuncu pensiya ödənişinin tarixinin xx.xx.2020-ci il olması göstərilmişdir.
4. Cavabdeh Filiala ərizə ilə müraciət etmiş, Filial xx.xx.2021-ci il tarixli məktubla Cavabdeh bildirmişdir ki, ”Əmək pensiyaları haqqında“ Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar nəzərdə tutulmuşdur. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1980 – xx.xx.1983-cü il, xx.xx.1984 – xx.xx.1986-cı il və xx.xx.1986 –xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərsənayetikinti” 4 nömrəli trestin 42 nömrəli tikinti idarəsində bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi Cavabdeh işlədiyi bənna peşəsi yuxarıda qeyd olunan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (1 il 8 ay 29 gün) təşkil edir. Araşdırma zamanı göstərilən uyğunsuzluqlara baxmayaraq Cavabdeh xx.xx.2014-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13784,73 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödən ilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması təklif edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 13784,73 manat pensiya məbləğinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinet inin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar nəzərdə tutulmuşdur. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1980xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərsənayetikinti” 4 nömrəli Trestin 42 nömrəli Tikinti İdarəsində bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehin işlədiyi bənna peşəsi yuxarıda qeyd olunan b ənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 8 ay 29 gün) təşkil edir. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona xx.xx.2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13784,73 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Filiala tapşırılmışdır.
7. Cavabdeh ilkin iddiaya qarşı etiraz təqdim ed ərək göstərmişdir ki, o, xx.xx.1975ci ildən başlayaraq Azərbaycan SSR “Sənayetikinti” Nazirliyinin 4 nömrəli trestinin 42 nömrəli Tikinti İdarəsində suvaqçı-rəngsaz, suvaqçı peşəsi üzrə əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduqdan sonra xx.xx.1980-ci ildən yenə də həmin idarədə fəaliyyətini davam etdirmiş, daha sonra 4 nömrəli trestinin 44 nömrəli Tikinti İdarəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən qısa fasilə ilə uzun müddət müxtəlif tikinti təşkilatlarında tikinti ustası və iş icraçısı vəzifələrində işləmiş, 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixədək ümumi əmək stajı 35 il 11 ay 29 gün, güzəştli iş sahəsində iş stajı isə 23 il 6 ay 5 gün təşkil etmiş, tam qanuni əsaslarla xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə pensiyaya çıxmışdır. 2020-ci ilin dekabr ayının 1-dən pensiya ödənişi dayandırılmışdır. İddia ərizəsində işin faktiki halları təhrif edilmişdir. Belə ki, o, heç vaxt bənna işləməmiş, ona tikinti ustası və tikintidə iş icraçısı işlədiyi üçün güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh Filialın iddiasının əsassız və qeyriqanuni olduğu üçün təmin edilməməsini xahiş etmişdir.
8. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 27 noyabr 2014-cü il tarixdən təyin edilmiş pensiyanın Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 01 dekabr 2020-ci il tarixdən dayandırılmasının qeyri-qanuni hesab edilməsi və pensiya ödəni şinin həmin tarixdən bərpa edilərək davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Filialın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 57 yaşının tamam olduğu 27 noyabr 2014-cü il tarixədək ümumi əmək stajı 35 il 11 ay 29 gün, güzəştli iş sahələrində əmək stajı isə 23 il 6 ay 5 gün təşkil etmişdir. Ona görə də ərizəsi və təqdim etdiyi sənədlər əsasında DSMF-nin Bakı şəhəri Nizami Rayon şöbəsi tərəfindən ona 57 yaşından, y əni 27 noyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmiş və ödənilmişdir. Onun işlədiyi tikinti ustası və tikintidə iş icraçısı vəzifələri bütün dövrlərdə qüvvədə olmuş pensiya qanunvericiliyi ilə güzəştli iş sahəsi və peşə hesab edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1509/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə ilkin iddiasının rədd edilməsi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşılıqlı iddiasının təmin edilməsi, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyası nın dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, Filial 2014-cü ildə Cavabdeh əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt Cavabdeh əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF-nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar qəbul etmədən və hər hansı inzibati akt qəbul etmədən xx.xx.2020-ci il tarixdə Cavabdeh təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə Filial yalnız 3 ay sonra, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir.
13. Məhkəmə hesab etmişdir ki, Filial pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdır ma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz.
14. Bundan başqa, Filial Cavabdeh təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən qanunvericiliyin tələblərini nəzərə almamış, qüvvədə olan aktını ləğv etmədən, pensiya ödənişinin dayandırılması barədə əsaslandırılmış inzibati akt qəbul etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə Cavabdeh hüquqlarının pozulmasına yol vermişdir.
15. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiasına münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd göstərilənlərdən aydın olur ki, Filial Cavabdeh təyin edilmiş əmək pensiyasını dayandırarkən qanunvericiliyin maddi və prosessual hüquq normala rını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır. Belə olan halda, nə qədər ki, Cavabdeh əmək pensiyasının dayandırılması barədə qərar ləğv edilmiş və ona təyin edilən pensiya ödənişinin bərpa olunması qərara alınmışdır, Filialın Cavabdeh hazırkı dövrədək ödənilən pensiya məbləğinin geri qaytarılmasından ibarət iddiası əsaslı sayıla və təmin edilə bilməz.
16. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3013/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1509/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İlk iddia üzrə iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və ilk iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə ilkin iddianın dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İlk iddia üzrə cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qəra rının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə m araqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur 29. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
30. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
31. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nət icəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
32. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbə bə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3013/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.