Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-918/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-918/2019 Bakı şəhəri 03 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöb əsinin vəkili XXXun iştirakları ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin nümayəndəsi X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018ci il tarixli, 2-1(103)-2937/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27 iyun 2018-ci il tarixli, 19/5401-01 saylı imtina məktubunun əsassız hesab olunması, ona 30 dekabr 2009-cu i l tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiyaya görə yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 01 fevral 1977-ci il tarixdən etibarən müəyyən fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuş və 35 ildən çox siğorta stajı yaranmışdır. 51 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Halbuki, əmək pensiyası qanunvericiliyinin iddiaçının 51 yaşının tamam olduğu tarixdə qüvvədə olan müddəalarına əsasən, üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il siğorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüquqları vardır. 30 dekabr 2009-cu il tarixdə onun 51 yaşı tamam olduğundan və həmin tarixədək 8 yaşını tamamlamış üç övladı olduğundan cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuz olmuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(82)3225/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və 5 ildən az olmayan iş stajına malik olduğundan 51 yaşının tamam olduğu tarixdə qüvvədə olan qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının nə vaxt müraciət etməsindən asılı olmayaraq, ona hüququnun yarandığı tarixdən çoxuşa qlı qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2937/2018 saylı qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddiaçıya 13 iyun 2015-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilmə si üçün inzibati orqana 13 iyun 2018-ci il tarixdə müraciət etdiyindən, qanunvericiliyin tələblərinə əsasən onun pensiya məbləği hüququnun yarandığı tarixdən deyil, müraciət olunduğu tarixdən üç il əvvəldən, yəni 13 iyun 2015-ci il tarixdən hesablanaraq ödənilməlidir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 32.1-1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun iddianın təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya mə hkəməsinin istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsi 10 mart 2017-ci il tarixdə əlavə edilmişdir. Eyni tarixdə Qanunun 37.7-ci maddəsinə də dəyişiklik edilərək keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənildiyi müəyyən edilmişdir. Halbuki, həmin maddənin əvvəllər qüvvədə olmuş redaksiyasında keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin müddətindən asılı olmayaraq ödənildiyi göstərilmişdir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası olaraq iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinad etmişdir. Apellyasiya məhkəməsinin qərarından həmçinin cavabdeh də kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində iddiaçının mürzciət etdiyi dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə istinad etməklə bildirmişdir ki, iddiaçının çoxuçaqlı ana kimi pensiya hüququ yaranmamışdır. Digər əsas kimi cavabdeh pensiyanın orta aylıq əmək haqqı nəzərə alınmadan hesablanmasına istinad etmişdir. Kassasiya şikayətinə göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 27-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiy a instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 30 dekabr 1958-ci il tarixdə anadan olmuşdur və üç övladı var. 30 dekabr 2009-cu il tarixdə 51 yaşı tamam olmuşdur. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, onun əmək stajı 5 ildən artıqdır. İddiaçı 13 iyun 2018-ci il tarixdə ona yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 27 iyun 2018-ci il tarixli məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edərək iddiaçıya pensiya təyin edilməsi üçün qanuni əsasların mövcud olmadığını göstərmiş və yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarının tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin mövqeyin ə görə iddiaçının tələbi ona görə əsaslıdır ki, pensiyanın təyin edilməsi üçün tələb olunan şərtlər ona münasibətdə ödənilmişdir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlili zamna görə tətbiq edilməli olan maddi hüquq norması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir. İddiaçı cavabdehə müraciət etdiyi 13 iyun 2018-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun): - 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddələrin tələblərinə görə coxuşaqlı qadınların güzəştli pensiya hüququnun yaranmasının minimal şərti ananın beş uşağının olmasıdır. Lakin bu maddənin tələbləri o əsasla tətbiq oluna bilməz ki, onlar şəxsin pensiya hüququ yanarandığı vaxt qüvvədə olmamışdır. Belə ki, iddiaçının iddia etdiyi və məhkəmələrin müəyyən etdiyi 30 dekabr 2009-cu il tarixində iddiaçnını pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş həmin Qanunun: - 8.1-ci maddəsinə əsasən, üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə pensiyası hüququ vardır:3 uşağı olanlar — 51 yaşına çatdıqda. Zamana görə qüvvədə olmuş müddəada qadının 51 yaşında pensiya hüququnun yaranmasını zəruri edən şərtlər onun üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi və azə 5 il staja malik olmasıdır ki, iddiaçıya münasibətdə bu şərtlərin ödənildiyini məh kəmələr müəyyən etmişdirlər. Cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Azərbaycan Respublikası MPM-nin 217-ci maddələrinin mənasına görə, inzibati prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericiliyin tələbləri tətəbiq olunur ki, onlara əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi müəyyən edilmişdir. Eyni mahiyyətli müddəada həmçinin zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasınınQanununa əsasən əmə k pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, bu hissədə cavabdehin bildirdiyi dəlil qanunvericiliyin tələblərinə uyğun deyildir və apellyasiya məhkəməsi məsələyə düzgün hüquqi qiymət vermişdir. Cavabdehin bildirdiyi digər əsas istinad edilən Qanunun 27-ci maddəsinin tətbiqi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, həmin maddə üzrə cavabdeh apellyasiya icraatı zamanı öz dəlillərini bildirməmiş və bu əsasla həmin məhkəmə tərəfindən hər hansı biq qiymətləndirmə aparılmamışdır. Bununla yanaşı, istinad edilmiş qanunun 30 dekabr 2009-cu il tarixinə olan redaksiyasına görə: - 10.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK/T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; - 27.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. - 27.2-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta a ylıq əmək haqqına (...) məhdudiyyət tətbiq edilmir. Sadalanmış müddəaların mənasına görə, yaşa görə əmək pensiyasının tərkib hissəsini sığorta hissəsi təşkil edir ki, onun hesablanması zamanı sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müəyyən edilmişdir. Yəni Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə əsasən şərti olaraq pensiya hesablanmalı, daha sonra həmin məbləğdən baza hissəsi çıxılmalı, alınmış məbləğ qazanılmış əmək pensiyasının sığorta hissəsini təşkil etməlidir. Sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş Qayadalar əsasında aparılmalıdır və orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon dunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 3363 sayla 10 oktyabr 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış və tətbiq edilən dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarının: - 2.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasında müəyyənləşdirilir; - 2.2-ci bəndinə əsasən, əgər sığortaolunan Qanunla müəyyən olunmuş yaşa görə əmək pensiyasına hüquq verən minimum (60 ay) sosial sığorta stajını Qanun qüvvəyə minənədək (Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğunolaraq) toplamışdırsa, bu halda Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən şərti qaydada əmək pensiyasının ümumi məbləği hesablanır və Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır; - 3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması zamanı qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qaydaların 2.1-2.3 bəndləri ilə müəyyən olunmuş qaydada nəzərə alınır. Göstərilmiş müddəalardan isə göründüyü kimi, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pen siyasının hesablanması qaydasına görə əmək pensiyasının ümumi məbləği hesablanmalı, daha sonra isə onun şərti çevrilməsi aparılmalıdır. Əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 71 və 72-ci maddələrin ümumi mənasına görə, pensiyanın orta aylıq əmək haqqı əsas olmaqla hesablanmasını müəyyən etmişdir. Bunun üçün isə müraciət edənin arzusu əsasında orta aylıq əmək haqqı ya əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına, və yaxud ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində orta aylıq əmək haqqından hesablanır. Daha sonra «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli Qanunu qəbul edilmiş və həmin qanunla 10.2 və 27-ci m addələrə dəyişikliklər edilməklə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği yeni düstürla hesablanılması müəyyən edilmişdir. Eyni zamanda, sonuncu qanunun İİ bəndində nəzərdə tuutlmuşdur ki, bu Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, cavabdehin istinad etdiyi sonuncu maddələrin tələblərinin tətbiqi zamana görə qüvvədə olan maddi-hüququ normalarının tətbiqi qaydasına uyğun olmadığından, iddiaçının pensiyasının hesablanması zamanı nəzərə alına bilməz və göstərilmiş dəlil yuxarıda təsvir edilmiş qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilmiş hüquqi əsaslara görə məhkəmə kollegiyası həmçinin bu hissədə iddiaçının kassasiya şikayətində bildirdiyi dəlili əsaslı hesab edir və həmin hissədə apellyasiya məhkəməsinin qərarının qanunvericiliyin tələblərinə uyğun olm adığını qeyd edir. Belə ki, apellyasiya məhkəməsi əvvəlki mövqeyinə zidd olaraq hesab etmişdir ki, iddiaçının müraciət etdiyi anda qüvvədə olan istinad olunmuş Qanunun 32.1-1-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Həmin maddəyə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Halbuki, iddiaçının hüququ yarandığı 30 dekabr 2009-cu il tarixinə uyğun olaraq zamana görə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudi yyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Sadalanmış qanunvericiliyin mahiyyəti onunla bağlıdır ki, şəxsin hansı vaxtda pensiya hüququnun təmin edilməsi üçün müraciət edildyindən asılı olmayaraq, yəni onun müraciət etdiyi vaxtda deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Bu müddəaların tələbləri isə onu da ehtiva edir ki, şəxsin pensiya hüququnun yarandığı vaxt q üvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Belə ki, əgər iddiaçı pensiya hüququnun yarandığı 30 dekabr 2009-cu il tarixində pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Bu müddətdən sonra isə qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməzdi, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən sonra müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm də inzibati qanunvercilikdə təsbit olunmuş bərabərlik prinsipinin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməklə pensiya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. Bu əsaslar Azərbaycan Respublikası Konstitusyasının 149-cu maddəsinin Vİ bəndində də əks olunmuşdur ki, ona görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməklə, iddiaçının hüququ yarandığı 30 dekabr 2009-cu il tarixindən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin nümayəndəsi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2937/2018 saylı qərarı - birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək iddiaçıya 13 iyun 2015-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi hissəsində dəyişdirilsin və iddiaçının hüququ yarandığı 30 dekabr 2009-cu il tarixindən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərara qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-918/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-918/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver