Məhkəmə qərarları › İş №2-1(102)-918/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-918/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-918/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: ( iş illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması, arxiv arayışı, əmək kitabçası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2853/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. (AZE seriyalı, 0******* saylı şəx siyyət vəsiqəsi) İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.2009-cu ilədək Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunda müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. (ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası) İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən qadınlar 61 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçının təqdim etdiyi sənədlər əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə ərizəni təmin etmək mümkün olmamışdır. Bundan sonra, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1975-ci ildən 2009-cu ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunda (keçmiş Bakı Mexaniki-Təmir) işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona xx xxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifə sinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur və hazırda onun 61 yaşı var. xx xxxxxx 1975-ci ildə M.Əzizbəyov adına “Bakı Mexaniki-Təmir” zavodunda əmək fəaliyyətinə başlamış və 2009-cu ilədək həmin zavodda müxtəlif vəzifələrdə işləmişdir. Ümumi iş stajı 32 il təşkil edir. Həmin zavodda işlədiyi illərlə bağlı iş stajını xx.xx.1975-ci il tarixdə açılmış əmək kitabçası və Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu (zavodun indiki adı) tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış təsdiq edir. Həmçinin həmin arayışda ona 1992-ci ildən 2009-cu ilədək illik əmək haqqı hesablandığı və həmin məbləğin 10768546,15 manat təşkil etdiyi qeyd olunmuşdur. xx xxxx 20 19-cu ildə 61 yaşının tamam olması ilə əlaqədar olaraq yaşa görə ona əmək pensiyasının təyin olunması üçün xx xxxx 2019-cu il tarixdə tələb olunan sənədlərlə birlikdə Asan Xidməti vasitəsi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx xxxx 2019-cu il tarixli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Buna səbəb kimi sosial sığorta stajının və pensiya kapitalının olmamasını göstərmişdir. Lakin göstərilənlərə görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız hesab edilərək, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehə həvalə olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üç ün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)2917/2019 saylı qərarı ilə (hakim: E.M.Mustafayev) iddia tələbi təmin edilərək, iddiaçının xx.xx.1975-ci ildən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunda (keçmiş Bakı Mexaniki-Təmir) işlədiyi iş illəri sosial sığorta daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2853/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: H.Ü.Həmidov və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2917/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməmişd ir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən, əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi ü çün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Göründüyü kimi, iddiaçının əmək kitabçası olsa da, lakin kitabçada olan qeydlərin həqiqiliyi müvafiq əmrlərlə təsdiq olunmur. Daha sonra qeyd edilir ki, "Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 4.2.7-ci bəndinə əsasən, zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. İddiaçının əmək kitabçasında qeydlərin yoxlanması məqsədilə sorğu edilmiş, lakin iddia edilən dövrə aid iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Belə ki, həmin illər üzrə arxiv sənədləri aşkar edilməmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətb iq olunmamışdır. Bu da öz növbəsində qərarın kasassiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxal q Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlaya raq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -şəxsin fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş (61 yaş) yaş həddinə çatdıqdan sonra ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçının tələb olunan azı 25 il iş stajı, yaxu d minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalı mövcud olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Bundan sonra, iddiaçı 1975-ci ildən 2009-cu ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunda (keçmiş Bakı Mexaniki-Təmir) işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyası təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən mübahisə edilən hal iddiaçının tələb olunan azı 25 il iş stajının, yaxud minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalının mövcud olmamasıdır. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ə mək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(P ensiya Alt Sistemi) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək 25 ildən artıq iş stajına malik olmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həm iddiaçının sığorta stajını əhatə edən dövrdə qüvvədə olan, həm də hazırkı qanunvericiliyə əsasən, arxiv arayışları iş stajını müəyyən edən sənəd hesab olunur. İş üzrə təqdim olunmuş ИТ-İ seriyalı, ******* nömrəli xx.xx.1975-ci il tarixli əmək kitabçası və 01/29 saylı, xx.xx.2019-cu il tarixli arayışla iddiaçının xx.xx.1975-ci ildən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunda (keçmiş Bakı Mexaniki-Təmir) işlədiyi iş illəri təsdiq edildiyindən ona qeyd olunan illər də nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir. Bundan əlavə iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilə kimi, xx.xx.1982-ci ildən xx.xx.2009-ci ilə kimi dövlət müəssisəsində M.Əzizbəyov adına Təcrübə-sınaq zavodunda (hazıra Azərbaycan Tə crübə-sınaq və təmir zavodu) müxtəlif vəzifələrində işləmişdir və beləliklə onun 30 ildən artıq iş stajı mövcuddur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya **********328 saylı dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, ə mək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlə rin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalı dır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2853/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar