Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-918/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərqəsinin verilməsi ) 01.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı in zibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2411/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1985-ci ildən 2019-cu ilə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında xidmət etmiş, xx.xx.2019-cu il tarixli əmrlə xidmətdən xaric olunmuşdur
2. İddiaçı DİN-nin Baş Kadrlar İdarəsinə DİO-dan xaric edilməsi, xidmət müddətinin az hesablanması və xidmət zamanı ezamiyyət və digər ödənişlərin verilmədiyi ilə əlaqədar müraciət etmişdir. Müraciətinə xx.xx.2020-ci il tarixdə ca vab verilərək, xidmət müddətinin düzgün hesablandığı qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya təminatı məbləğinin hesablanması zamanı yol verilən nöqsanların aradan qaldırılması, xidmət çəkdiyi dövrdə ona ödənilməli olan lakin ödənilməmiş ezamiyyət ödənişlərinin, məzuniyyət haqlarının, xidmət dövründə ödənilməli olan kirayə haqlarının, növbədə olduğu sutkalara əsasən gecə pullarının, səhhətində yaranmış xəstəliklə bağlı əlavə müavinətin ona ödənilməsi və pensiya təminatı məbləğinin yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxa rılmasını xahiş etmişdir.
4. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, pensiya təminatı məbləğinin hesablanması zamanı yol verilən nöqsanların aradan qaldırılması, xidmət çəkdiyi dövrdə ona ödənilməli olan, lakin ödənilməmiş ezamiyyət ödənişlərinin, məzuniyyət haqlarının, xidmət dövründə ödənilməli olan kirayə haqlarının, növbədə olduğu sutkalara əsasən gecə pullarının, səhhətində yaranmış xəstəliklə bağlı əlavə müavinətin ona ödənilməsi və pensiya təminatı məbləğinin yuxarıda qeyd olunan tarixlərə dair yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs i) barədə ərizə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyi xidməti illərinin yenidən hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən 2019-cu ilə qədər Respublikanın müxtəlif ərazilərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında xidmət etmişdir. Son xidmət yeri Xətai RPİ-nin 37-ci PŞ olmuşdur. xx.xx.2019-cu ildə 55 yaşının tamam olması ilə əlaqədar, x idməti bir il də uzadılmışdır. xx.xx.2019-cu il tarixli əmrlə xidmətdən xaric olunmuşdur. Həmin tarixə xidmət müddəti əsassız olaraq təqvimi hesablama ilə 36 il 01 ay 12 gün, imtiyazlı hesablama ilə 40 il 07 ay 15 gün olaraq qeyd olunmuşdur. DİN-nin Baş Kadrlar İdarəsinə DİO-dan əsassız xaric edilməsi, xidmət müddətinin az hesablanması və xidmət zamanı ezamiyyət və digər ödənişlərin verilmədiyi ilə əlaqədar müraciət etmişdir. Müraciətinə xx.xx.2020-ci il tarixdə cavab verilərək, xidmət müddətinin düzgün hesablandığı qeyd olunmuşdur. Əslində xidmət müddəti tamamilə səhv hesablanmış və nəticədə ona ödənilən pensiyanın məbləği azaldılmışdır. Onun daxili işlər orqanlarında xidmət müddəti 40 il, 07 ay 15 gün deyil, 43 il, 07 ay 17 gün hesablanmalı idi. Bununla bağlı nazirliyə müraciət etsə də h eç bir nəticəsi olmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1724/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev)
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xidmət illəri tam qeyd olunmaqla pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş qaydada tərtib olunmuş məlumat vərəqəsi müvafiq (pensiya təyinatını həyata keçirən) orqana göndərilmişdir. İddiaçının xidmət illərinin 43 il 07 ay 17 gün olmasının nəzərə alınmaqla hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən həmin illərin göstərilərək, yeni məlumat vərəqəsinin pensiya təyin edən orqana göndərilməsi üçün isə qanuni əsaslar mövcud deyildir.
9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin ol unmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2411/2021 nömrəli qərarı (hakimlər: S.Bəktaşi (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.Hüseyn ) ilə Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edi lmişdir ki, iddiaçı 1993-cü ildən 2000-ci ilə kimi məzuniyyətdə olmamış, 2011-ci ildən 2019-cu ilə kimi 45 gün əvəzinə 30 gün məzuniyyətə buraxılmış, geridə qalan 15 gün isə tətbiq edilməmişdir. Bu səbəbdən də hesab edir ki, həmin ödənilməmiş məzuniyyət haqları da tam formada hesablanaraq ödənilməlidir. Bu barədə araşdırma aparılmamışdır. Xidmətdə olduqda onun iş saatları gündəlik olaraq 8 saat müddətində müəyyən edilmişdir. Lakin o, xidmət keçdiyi dövrün böyük bir hissəsini gündəlik 13, bəzən isə 14 saat müddətində xidmət aparmışdır. Həmçinin, xidmət keçdiyi dövrdə xeyli sayda ezamiyyətə göndərilmiş, lakin əmək haqqından əlavə olaraq ödənilməli olan ezamiyyət ödənişləri də müvafiq qaydada ona ödənilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qa rşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1 əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.5-ci təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edil ən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, ş ikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən mə hkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Apellyas iya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyi Xidməti illərinin yenidən hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
23. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2019-cu il tarixli Ə1373ş/h-001-19 nömrəli “əmrindən çıxarış” dan müəyyən olunur ki, İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) əsasən d axili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
24. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla İddiaçı barəsində tərtib edilərək, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixli 586 nömrəli “Məlumat vərəqəsi”ndə iş stajı və xidməti illəri 40 il, 07 ay, 17 gün kimi, o cümlədən təqvim xidmət illəri 36 il, 01 ay, 13 gün, güzəştli xidmət illəri 04 il, 06 ay, 04 gün kimi qeyd olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, xx.xx.2020-ci il tarixdə onun pensiyasının yenidən hesablanması barədə qərar qəbul olunmuşdur.
25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəs i tərəfindən iddiaçıya (vəkilinə) ünvanlanmış xx.xx.2020-ci il tarixli 0xx/xx-2632-1220 №li məktubda göstərilmişdir ki, istefada olan polis mayoru İddiaçı xx.xx.1985-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, DİN-in Ə1373ş/h-001-19 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (yaş həddinə görə) əsasən daxili işlər orqanlarından xaric olunmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixə xidmət müddəti təqvimi hesablama ilə 36 il, 01 ay, 12 gün, imtiyazlı hesablama ilə 40 il, 07 ay, 15 gün təşkil etmişdir.
26. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********7 №li məktubda göstərilmişdir ki, Azərbaycan Res publikası Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə xx.xx.2019-cu il tarixli 586 nömrəli məlumat vərəqəsi təqdim edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 451,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-300,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faiz miqdarında əlavəsi 157,85 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1.123,35 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 40 il 07 ay 17 gün xidmət müddətinə görə uyğun olaraq - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (20 il) hər ili üçün 2 faiz tətbiq edlməklə (20 x 2) təminat xərcliyinin 40 faizi; - natamam ildəki iş stajı aylarının sayına (7 ay) mütənasib olaraq təminat xərcliyinin 1,16 faizi olmaqla 9 noyabr 2019-cu il tarixində müraciətçiyə İdarə tərəfindən təminat xərcliyinin (1.123,35 manat) 96,17 faizi-1080,33 manat məbləğində yaşa görə (öz arzusu ilə) əmək pensiyası təyin edilməklə ödənilir.
27. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0398323- 12221 №li cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinin sabiq polis sahə inspektoru, İddiaçı Azərbaycan Respublikası DİN-nin xx.xx.2019-cu il tarixli şəxsi heyət üzrə Ə1373-001-19 №li əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Daxili işlər orqanlarından xaric edilərkən xidməti müddəti təqvimi hesablama ilə 36 il, 01 ay, 13 gün, imtiyazlı hesablama ilə 40 il, 07 ay, 17 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi əməliyyatlar dövründə xidmət etdiyi müddətin bir ayı iki ay kimi sayılmaqla 04 il, 00 ay, 29 gün, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Tacikistan SSR DİNnin X1 İdarəsinin 2 saylı İstintaq Təcridxanasının nəzarətçisi vəzifəsində xidmət etdiyi müddətin 3 iş günü 4 i ş günü sayılmaqla 00 il, 05 ay, 05 gün olmaqla ümumilikdə imtiyazlı hesablama ilə 04 il, 06 ay, 04 gün təşkil etmişdir.
28. Azərbaycan Respublikası Daxili İşlər Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 027-1306-1220 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən pensiya təyin edilməsi üçün tərtib edilmiş “Məlumat vərəqi” Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə gönərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) həyata keçirdiyini nəzərə alaraq, pensiya təminatı barədə aidiyyəti üzrə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməsi tövsiyə olmuşdur.
29. Beləliklə yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Daxili işlər orqanlarından xaric edilərkən xidməti müddəti təqvimi hesablama ilə 36 il, 01 ay, 13 gün, imtiyazlı hesablama ilə 40 il, 07 ay, 17 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən İddiaçı xx.xx.1993cü il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi əməliyyatlar dövründə xidmət etdiyi müddətin bir ayı iki ay kimi sayılmaqla 04 il, 00 ay, 29 gün, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Tacikistan SSR DİN-nin X1 İdarəsinin 2 saylı İstintaq Təcridxanasının nəzarətç isi vəzifəsində xidmət etdiyi müddətin 3 iş günü 4 iş günü sayılmaqla 00 il, 05 ay, 05 gün olmaqla ümumilikdə imtiyazlı hesablama ilə 04 il, 06 ay, 04 gün təşkil etmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı və qanuni hesab edərək vurğulayır ki, iddiaçı Daxili işlər orqanlarından xaric edilərkən onun xidməti müddəti imtiyazlı hesablama ilə 40 il, 07 ay, 17 gün təşkil edir. Belə olan halda iddiaçının xidmət illərinin 43 il 07 ay 17 gün olmasının nəzərə alınmaqla hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən həmin illərin göstərilərək, yeni məlumat vərəqəsinin pensiya təyin edən orqana göndərilməsi üçün isə qanuni əsaslar mövcud deyildir.
31. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiy a şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 21(103)-2411/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.