Məhkəmə qərarları › İş №2-1(102)-918/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-918/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-918/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvəlki tarix dən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3279/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2018-ci il tarixdə, yəni 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 52 yaşdan yəni, xx.xx.2018-ci il tarixdən güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvəlki, yəni xx.xx.2019-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-2202/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan yəni, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvəlki, yəni xx.xx.2019-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

4. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3279/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-2202/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 6. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3279/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə elektron imza ilə təsdiq edilməklə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.

7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi ba rədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

8. Cavabdehin və vəkilinin nəzərinə çatdırılmışdır ki, iş materiallarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)3279/2023 nömrəli qərarı elektron imza ilə təsdiq edilməklə cavabdehə məxsus elektron kabinetdə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Cavabdehə prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.

9. Cavabdeh tərəfindən məhkəməyə müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə təqdim edilmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən iş üzrə son şikayət müddəti, yəni xx.xx.2023-cü il tarixi qeyri-iş gününə düşdüyündən sonrakı gün şikayətin müddətin qurtarma günü hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, həmin tarixdə reyestrə alınıb poçt xidmətinə verilməsi üçün təqdim edilmişdir. Lakin sözügedən kassasiya şikayəti müvafiq poçt xidmətinə reyestrlə birgə təqdim edilsə də poçt xidməti şikayətin göndərilmə tarixini xx.xx.2023-cü ildə rəsmiləşdirmişdir. Cavabdeh qeyd etmişdir ki, Azərpoçt MMC-nin elekt ron sistemində əks olunmuş tarix, müvafiq poçt xidmətinin məsul əməkdaşının müvafiq rekvizitləri elektron sistemə işləməsi tarixini göstərir, kassasiya şikayətinin poçt xidmətinə təqdim edildiyi tarixi deyil. Çünki bir sıra hallarda (iş yükünün çoxluğu, elektron sistemin donması) poçt xidmətləri daxil olmuş göndərişləri həmin gün deyil, növbəti gün elektron sistemə işləyir. Bu zaman isə reyestrin tarixi ilə elektron məlumatlar arasında ziddiyyət yaranır. Həmin ziddiyyətin təqsirkarı isə göründüyü kimi “kassator” deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunm ası ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu ba rədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakç ılarına məlumat verilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ

13. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

14. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. Yuxarıda qeyd olunduğu kimi, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sist emindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3279/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə elektron imza ilə təsdiq edilməklə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.

16. Məhkəmə kollegiyası İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3279/2023 nömrəli qərarının cavabdehə təqdim edilməsi tarixi həmin qərarın cavabdehin “elektron kabinet”ində yerləşdirildiyi xx.xx.2023-cü il kimi qəbul edilməli və müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır.

17. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.2023-cü il qeyri-iş günü olmuş, sonrakı gün, yəni xx.xx.2023-cü il tarixi isə şikayətin müddətinin son günü olmuşdur. Lakin iş materiallarında olan zərfin üzərindəki möhürdən görünür ki, kassasiya şikayəti poçt xidmətinə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.

18. Cavabdeh ərizədə kassasiya şikayətinin xx.xx.2023-cü il tarixdə tərtib edildiyini, həmin tarixdə reyestrə alınıb poçt xidmətinə verildiyini, lakin poçt xidməti tərəfindən şikayətin göndərilmə tarixini xx.xx.2023-cü ildə rəsmiləşdirdiyini qeyd etsə də, bu dəlili təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3279/2023 nömrəli qə rarından cavabdehin verdiyi şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar