Məhkəmə qərarları › İş №2-1(102)-919/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-919/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-919/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-919/19 Bakı şəhəri 03 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin vəkili Vəkil iştirakl arı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018ci il tarixli, 2-1(103)-2100/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 1983-cü il tarixdən 01 yanvar 1986-cı il tarixə qədər Moskva “AHM” X1 2 nömrəli yataqxanasında kastelyaçı, 01 yanvar 1986-cı il tarixdən 01 dekabr 1991-ci il tarixə qədər anbardar, 01 dekabr 1991-ci il tarixdən 12 dekabr 1994-cü il tarixə qədər qapıçı vəzifəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 20 yanvar1956-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Onun 27 oktyabr 1983-cü il tarixdən 01 yanvar 1986-cı il tarixə qədər Moskva "AHM" X1 2 nömrəli yataqxanasında kastelyaçı, 01 yanvar 1986-cı il tarixdən 01 dekabr 1991-ci il tarixə qədər anbardar və 01 dekabr 1991-ci il tarixdən 12 dekabr 1994-cü il tarixə qədər qapıçı vəzifəsində işləməsi arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə b ağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu imtina məktubunda əsas kimi göstərmişdir ki, əmək poensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən,təqdim edilən arayışlarda qeyd edilən dövrlərin sosial sığorta stajına nəzərə alınaraq hesablanması qanunaziddir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasə n müəyyən edildiyindən, iddiaçının təqdim etdiyi arayışlarda qeyd edilən dövrlərin sosial sığorta stajı hesablanarkən nəzərə alınması qaydalara ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2-1(82)2050/2018 saylı qərarı (hakim Xaliq İmanov) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının pensiyanın təyin edilməsi üçün hüququ 01 yanvar 2016-cı il tarixdə yaranmış və onun zəruri olan sosial sığorta stajı arxiv arayışları və iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2100/21000 saylı qərarı ilə (sədrlik edən hakim Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Tofiq Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, 01 yanvar 2006-cı il tarixə qədər olan iş stajı yalnız əmək kitabçası əsasında deyil, digər sənədlər əsasında da müəyyən olunduğundan, iddiaçının təqdim etdiyi arayışlar əsasında onun işlədiyi dövr sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməlidir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəs mləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1, 3.2-ci maddələri və 9 və 10 saylı əlavələr ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının təqdim etdiyi arayışlarda qeyd edilən 1983-cü il tarixdən 1994-cü il tarixədək olan dövrlər sosial sığorta stajı hesablanarkən nəzərə alınmamalı idi. Çünki, iddiaçının pensiya təyin edilməsi üçün hüququ 01 yanvar 2016-cı il tarixdə yaranmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsa sən 01 yanvar 2006-cı il tarixədək sığortaolunanların iş stajı onların əmək kitabçasına əsasən müəyyən olunmalıdır. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi baxılması və saxlanması Qaydaları”nın 3.1.1, 3.1.2-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə ko llegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 29 iyul 1974-cü il tarixdən 10 iyun 1983-cü il tarixədək “xxxx” ASC-də müxtəlif vəzifələrdə işləmişdir. Özbəkistan Respublikası “xxxx” MMC tərəfindən verilmiş 17 noyabr 201 7-ci il tarixli, 253 saylı arayışda qeyd edilmişdir ki, iddiaçı 27 oktyabr 1983-cü il tarixdə (əmr № 331-k, 26 oktyabr1983) Moskva AHM X1 2 saylı yataqxanasına kastelyaçı işinə qəbul edilmiş, 09 yanvar 1986-cı il tarixli, 10-k nömrəli əmrə əsasən anbardar vəzifəsinə keçirilmiş, 20 dekabr 1991-ci il tarixli, 418-k saylı əmrə əsasən qapıçı vəzifəsinə keçirilmiş, 12 dekabr 1994-cü il tarixli, 312-k nömrəli əmrə əsasən 12 dekabr 1994-cü il tarixdə işdən azad edilmişdir. İddiaçı müəssisədə işlədiyi dövrdə əmək məzuniyyətində, şagird məzuniyyətində, ə/h saxlanmadan məzuniyyətdə, uşağa qulluğa görə məzuniyyətdə olmuşdur. 02 aprel 1986-cı il tarixdən Moskva “AHM” zavodunun X5 “xxxx” ElektronHesablama Maşınları (EHM) zavoduna çevrilmişdir. 15 avqust 1991-ci il tarixdən Daşkənd “xxxx” EHM zavodu “xx xx” X2 (DİB) çevrilmişdir. 02 iyul 1996-cı il tarixdən Özbəkistan “xxxx” X3 “xxxx” ATSC-yə çevrilmişdir. 12 may 2003-cü il tarixdən “xxxx” ATSC “xxxx” ASC-yə çevrilmişdir. 09 iyul 2014-cü il tarixdən “xxxx” ASC “xxxx” səhmdar cəmiyyətinə çevrilmişdir. 27 iyul 2016-cı il tarixdən “xxxx” səhmdar cəmiyyəti “xxxx” MMC-yə çevrilmişdir. Arayışın verilməsinə əsas 1983-cü il tarixdən 1994-cü il tarixə qədər əmr kitabı, şəxsi kart T-2. Özbəkistan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 17 noyabr 2017-ci il tarixli, 424 saylı arayışda göstərilmişdir ki, iddiaçının 1983 - 1994-cü il tarixlərdə Moskva “AHM” zavodunun Daşkənd Filialında işlədiyi müddətdə aldığı aylıq əmək haqqı barədə müvafiq cədvəl tərtib edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının zəruri sosial sığorta stajı təqdim edilmiş arxiv arayışı və əmək kitabşası əsasında öz təsdiqini tapdığından onun tələbi əsaslı olmuşdur. Cavabdehin mövqeyinə görə, iddiaçı əmək kitabçasını təqdim etmədiyindən onun sosial sığorta stajı təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir və apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə yanaşı aşağıdakıların bildirilməsini zəruri hesab edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşa görə pensiya hüququ 01 yanvar 2016-cı il tarixdə yaranmışdır. Həmin dövrə münasibətdə 03 aprel 2015-ci il tarixli redaksyada olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 7-ci maddəsinə əsasən, (…) 57 yaşına çatmış qadınların azı 12 il sığ orta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş (...) qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Maddələrin işin hallarına tətbiqinə görə, iddiaçının 01 yanvar 2016-ci il tarixindən sonra 60 yaşı olmalı və o, 12 il sığorta stajına malik olmalıdır. İstinad edilən Qanunun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qan unvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlə rarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir; - 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə ) ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınm ası zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. Başqa dövlətlərin ərazisində iş dövrü isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildiyi halda sığorta stajına daxil edilməlidir. Sonuncu qaydanın tətbiqini istisna edən hal - dövlətlərarası müqavilələrdə digər qaydanın müəyyən edilməsi təşkil edir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 27 oktyabr 1983-cü il tarixdən 12 dekabr 1994-cü il tarixə qədərolan illəri əhatə edən dövrə və digər dövlətin ərazisində həyata keçirilmişdir. Qeyd edilən halda iş dövrlərinin qiymətləndirilməsi müvafiq olaraq 27 oktyabr 1983cü ildən 01 yanvar 1992-ci ilədək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək stajina və 01 yanvar 1992-ci il taixindən 12 dekabr 1994-cü il tarixə qədər digər dövlətin ərazisində qazanılmış əmək stajına münasibətdə aparılmalıdır. Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli qanunu ilə “Azərbaycan Respublikası Hökuməti iləÖzbəkistan Respublikası Hökuməti arasındapensiya təminatı sahəsində əməkdaşlıq haqqındaSaziş» təsdiq edilmiş və həmin Sazişdə aşağıdakılar müəyyən edilmişdir: - 1-ci maddənin “e” bəndinə əsasən, «əmək (sığorta) stajı» termini dövlətlərdən hər birinin qanunvericiliyi ilə əmək və bu cür tanınan digər fəaliyyətin pensiya təminatına sığorta haqqı ödənildiyi müddətini ifadə edir; - 5-ci maddəsinə əsasən, tərəflərin vətəndaşlarına pensiya təyin olunması onların ərazisində daimi yaşadıqları Tərəfin qanunvericiliyinə müvafiq həyata keçirilir. Növündən və təyin olunma şərtlərindən asılı olmayaraq, pensiya hüququnun müəyyən edilməsi üçün Tərəflərin ərazisində, habelə 1992-ci il yanvarın 1-nə qədər keçmiş SSRİ ərazisində qazanılmış əmək (sığorta) stajı nəzərə alınır. Sazişin tələblərindən göründüyü kimi, əmək stajı sığorta haqqı ödənildiyi müddəti ifadə edir və pensiyanın təyin edilməsi məqsədilə 01 yanvar 1992-ci il tarixinə qədər keçmiş SSRİ ərazisində və tərəfin ərazisində qazanılmış əmək stajı pensiyanın təyin edilməsi üçün nəzərə alınmaıdır. Pensiyanın təyin edilməsi üçün isə tətbiq edilməli olan qanunvericilik şəxsin daimi yaşadıqığıtərəfin qanunvericiliyi təşkil etməlidir. Beləliklə, iddiaçının sosial sığorta stajının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinin tətbiqi edilməsi istinad edilən Sazişin tələblərinə uyğun hesab olunmalıdır. İddiaçının mü bahisəli əmək fəaliyyəti 1983-1994-cü illərə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuşAzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Normadan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı 1983-1994-cü illərdə Moskva “AHM” zavodunun Daşkənd Filialında işlədiyi illərə dair arxiv arayışını təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası h üququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi ara yışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. Həmin qanunvericilikdə əmək stajının arayışlar əsasında təsdiq edilməsi göstərilmişdir. Məsələyə hüquqi qiymət verərkən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə min miş istinad edilən Qanunla müəyyən edilə bilməz. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan,cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Qeyd edilənlər nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sosial sığorta stajının arxiv arayışı əsasında məhkəmə qaydasında müəyyən edilməsi əsaslı olmuşdur və bununla bağlı apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşdığını bildirir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döv lət Sosial Müdafiə Fondunun Nərimanov rayon X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2100/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar