Məhkəmə qərarları › İş №2-1(102)-919/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-919/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-919/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə Açar söz: diplomun tanınmasından imtina GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Cəlilov Haqqı Elman oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2675/2019 saylı, 18.12.2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2017-ci il tarixdə Ukrayna Respublikasının Milli Aerokosmik Universitetinin XAviasiya İnstitutunda “komputer mühəndisliyi, informasiya texnologiyaları eksperti” ixtisası üzrə tam kursu bitirərək, bu barədə ***** bakalavr diplomu almışdır. Daha sonra həmin diplom üzrə aldığı ixtisasının Azərbaycan Respublikasında tanınması barədə cavabdeh orqana müraciət etmiş, cavabdehin 02.03.2018-ci il tarixli, 23-**-**/xx saylı cavab məktubuna əsasən iddiaçının müraciətindən imtina edilmiş və bildirilmişdir ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd oluna n tədris yükünü yerinə yetirməsi qeyrimümkündür və beləliklə qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Bu imtinanı qanunsuz hesab edən iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikasının Milli Aerokosmik Universitetinin XAviasiya İnstitutu tərəfindən “Komputer mühəndisliyi, informasiya texnologiyaları eksperti” ixtisası üzrə tam kursu bitirməsi barədə iddiaçıya verilmiş ***** bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsini belə əsaslandırmışdır ki, əgər iddiaçı tədris yükünü tam yerinə yetirməmiş olsaydı, iddiaçıya“ tam kursu bitirməsi barədə diplom verilə bilməzdi. Həmin diplomun verilməsi, ixtisası üzrə bakalavr dərəcəsi ala bilməsi üçün nəzərdə tutulmuş tədris yükünün mənimsədiyini və yerinə yetirdiyini təsdiq edir. Başqa sözlə, bakalavr təhsili üzrə aldığı diplom, İdarənin imtina üçün gətirdiyi arqumenti tamamilə əsassız edir. Cavabdeh orqan iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, X Aviasiya İnstitutunun normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Odur ki, iddiaçının adına verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mövcud qanun vericiliyin tələbinə ziddir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.09.2019-cu il tarixli, e-2-1(82)1798/2019 nömrəli qərarına əsasən, iddia tələbi rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.09.2019-cu il tarixli, e-2-1(82)-1798/2019 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, e2-1(103)-2675/2019 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.09.2019-cu il tarixli, e-2-1(82)1798/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmələrin mövqeyinə görə iddiaçı təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Belə ki, iddiaçının təhsil müddəti 2013-2017-ci illər olmaqla 4 il müəyyənləşdirilsə də, təhsil aldığı ölkədə cəmi 43 gün müddətində olmuşdur. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, e2-1(103)-2675/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının tədris yükünü tam yerinə yetirməsini ona təhsil aldığı Universitet tərəfindən kursu bitirməsi barədə diplom verilməsi təsdiqləyir. Lakin, apellyasi ya instansiya məhkəməsi bunu nəzərə almayaraq əsassız qərar qəbul etmişdir. Kassasiya şikayətinin digər dəlilində bildirmişdir ki, iddiaçının aldığı təhsili nə dərəcədə mənimsəməsini Azərbaycan Respublikası Təhsil Nazirliyi yoxlamalı deil, iddiaçının gələcəkdə işləyəcəyi idarə, təşkilatı onun təhsil səviyyəsi qane etməlidir. Kassator, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 417.1.4, 418-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2, 96.9-cu maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, e-2-1(103)-2675/2019 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərə flərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, e-2-1(103)-2675/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi qaydada məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasi ya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, e-2-1(103)-2675/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçıya Ukrayna Respublikasının Milli Aerokosmik Universitetinin X Aviasiya İnstitutu tərəfindən “Komputer mühəndisliyi, informasiya texnologiyaları eksperti” ixtisası üzrə tam kursu bitirməsi barədə ***** bakalavr diplomu verilm iş, həmin diplom Ukrayna Respublikasında səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş, imtinanı belə əsaslandırmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığından həmin ölkədə qısa müddətdə olmuş və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı da öz növbəsində hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edilmişdir və hazırkı mübahisəyə həmin Sazişin müddəaları tətbiq edilməlidir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. İddiaçı kassasiya şikayətinin dəlillərində tədris yü künü tam yerinə yetirdiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı qiyabi əsaslarla təhsil almış, təhsil müddəti 20132017-cı illər olmaqla 4 il müəyyənləşdirilmiş, 22.10.2013-29.10.2013-cü il, 19.11.2015-26.11.2015ci il, 26.06.2016-07.07.2016-cı il, 13.12.2016-21.12.2016-cı il, 25.05.2017-04.06.2017-ci il tarixlərdə dövlət sərhədindən keçməklə Ukrayna Respublikasına gedib gəlmiş, beləliklə təhsil aldığı ölkədə 2013-cü ildə 7 gün, 2015-ci ildə 7 gün, 2016-cı ildə 19 gün, 2017-ci il tarixdə 10 gün olmaqla, cəmi 43 gün müddətində olmuşdur. Göründüyü kimi, qiyabi təhsil forması ən az 5 il müddətində müəyyən oldunduğu halda, iddiaçı qiyabi formada 2013-2017-ci illərdə cəmi 4 il müddətind ə təhsil almışdır. Bununla bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nda yuxarıda göstərilən hal, yəni xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması mənfi ekspert rəyinin verilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təh sil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın: 3.3-cü maddəsinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.6-cı maddəsinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci maddəsinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasın da həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının aldığı təhsilin müddəti qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından cavabdeh orqan “tərəfindən“ iddiaçıya düzgün olaraq imtina cavabı verilmişdir və apellyasiya instansiya məhkəməsi də haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci mad dəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddia çı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2675/2019 saylı, 18.12.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar