Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-919/2021 16.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon fi lialına qarşı “təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.03.2021-ci il tarixli, 21(107)-1/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1968-ci il tarixdə V.İ.Lenin adına X1 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş, fizika ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının 06.07.1973-cü il tarixli qərarı ilə ona orta məktəbdə fizika müəllimi ixtisası verilərək adına Ю seriyalı 290408 nömrəli diplom hazırlanmışdır.
2. İddiaçının 01.01.2006-cı il tarixdən 30.11.2014-cü il tarixədək 8 il 11 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 6630,66 manat pensiya kapitalı vardır.
3. İddiaçıya 10.12.2014-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və o, 01.12.2014-cü il tarixdən 30.06.2017-ci il tarixədək işləmişdir.
4. İddiaçı təhsil aldığı illərin iş stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 10.12.2018-ci il tarixli 27/350 nörməli məktubla bundan imtina edərək bildirmişdir ki, 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından təhsil aldığı illər sosial sığorta stajına daxil edilmir.
5. İddiaçı ona təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesa blanması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncu 11.01.2019-cu il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, əmək pensiyalarının məbləği 01.01.2006-cı il tarixədək olan dövr üçün şəxslərin sığorta stajına, 01.01.2006-cı il tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 01.09.1968-ci il tarixindən 06.07.1973-cü il tarixinədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2014 və 2017-ci illərdə ona pensiya təyin edilməsi zamanı düzgün hesablanmamış pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 3 7.3.1-ci maddəsinə əsasən yenidən hesablanması, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsini belə əsaslandırmışdır ki, 2014-cü ilin noyabr ayında ona əmək pensiyası təyin edilmişdir. O, dəfələrlə cavabdehə 1968-1973-cü illərdə təhsil aldığı illərin əmək stajına daxil edilməsi ilə bağlı müraciət etsə də bundan imtina edilmişdir. Ona izah edilmişdir ki, 2006-ci ildə qüvvəyə minmiş pensiya qanununda bu qayda nəzərdə tutulmamışdır. 2018-ci ilin sonlarında ona bəlli olmuşdur ki, təhsil dövrü iş stajına daxildir. Bununla bağlı rəsmi qaydada 2018-ci ilin dekabr ayında DSMF-nin Balakən rayon şöbəsinə müraciət etsə də qanunda nəzərdə tutulmadığı bildirilərək bundanimtina etmişlər. Lakin bu qanunsuzdur. Belə ki, təhsil aldığı dövrdə qüvvədə olan Dövlət Pensiyaları haqında SSRİ qanununda bu nəzərdə tutulmuşdur. Bundan başqa o, 2014-cü ildə pensiyaya çıxdığı zaman 01 yanvar 2006-cı il tarixdən 2014-cu ilin dekabr ayınadək 8 il 11 ay sosial sığorta stajı və 13261.33 manat pensiya kapitalı, 01.01.2006-cı il tarixədək isə 9484 manat pensiya kapitalı olmuşdur. 2014-cü ildə pensiya çıxdığı zaman onun pensiya kapiatalı 50 faiz azaldılaraq 144-də bölünmüş və ona az məbləğdə pensiya təyin edilmişdir. Halbuki, pensiya kapitalının hamısı hesablanmalı idi. 28.11.2006-cı il 184-QD nömrəli Qanunla pensiyalar haqqında qanunun 1.05 maddəsi də dəyişdirilərək təminat xərcliyi pul təminatı kimi qəbul edilmişdir. Bundan başqa o, 2014-2017-ci illərdə əmək fəaliyyətini davam etdirmiş və 2017-ci ilin iyun ay ında 65 yaşım tamam olduğu üçün işdən azad edilmişdir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanılır. Azərbaycan Respublikasının Prezidenti 1 may 2017ci il tarixdə 1352 nömrəli fərman imzalamışdır. Bu fərmanın 3.5-ci maddəsində qeyd olunur ki, işləyən əmək pensiyaçılarına ödənilən Əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenid ən hesablanması təmin edilsin. 1 may 2017-ci il tarixli 1352 nömrəli fərmanının 2.5 bəndi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında 6 mart 2006-cı il tarixli 377 nömrəli fərmanının 2.9-cu və başqa bəndləri ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1352 nömrəli fərmanı qəbul edilərkən o, işləyən pensiyaçı olmuşdur. Həm Qanuna həm də bu Fərmana əsaslanaraq pensiyasının yenidən hesablanması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Pensiyaya çıxdıqdan sonra istədiyi 33 ay üçün pensiyası bu aylar ərzində yığılmış pensiya kapitalını 33-ə bölməklə hesablanmalıdır. 2014-cü ildə pensiyaya çıxdığı zaman fərdi hesabının sığorta hissəsində yığılmış kapitalın 100 faizi pensiya təyinatı zamanı nəzərə alınaraq ona pensiya təyin edil məli idi. Belə ki, qanunda 50 faiz təminat xərcliyinə aiddir. Qanunun tələbinə görə 2014-2017-ci illərdə sığorta hesabına yığılmış pensiya kapitalı pensiyasına əlavə edilərkən yiğılmış pensiya kapitalı işlədiyi ayların sayına bölünərək pensiyasına əlavə edilməlidir.
8. Cavabdeh inzibati orqan 12.03.2019-cu il tarixində məktubla məhkəməyə müraciət etmiş və iddia tələbinə münasibət olaraq bildirmişdir ki, 01.01.2006-cı ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əyani təhsil müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən sosial sığorta iştirakçıları sığortaçı, sığorta edənlər və sığorta olunanlardır. Sığorta olunanlar xeyrinə sığorta f əaliyyəti həyata keçirənlərdir. İddiaçı məcburi sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Ona görə də həmin dövrün onun sığorta stajına daxil edilməsi qanunauyğun olmamışdır. Bundan başqa iddiaçıya 10.12.2014-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edilərkən 32 il sığorta stajma əsasən sığorta hissəsi 70,96 manat, əmək pensiyasının yığım hissəsinə əsasən pensiya kapitalı 37,13 manat və baza hissəsi 100 manat olmaqla cəmi 208,09 manat pensiya hesablanmışdır. Ona pensiya hesablanarkən 01.01.2006-cı ildən 2014-cü ilin noyabr ayınadək olan dövr üçün verilmiş Forma 4 arayışında pensiya kapitalı 5346,38 manat:144=37,13 manat nəzərə alınmışdır. Lakin, iddiaçı həmin məbləğin 92 mana t olmasını iddia edir. Beləliklə pensiyanın məbləği ilkin olaraq baza hissəsi-100 manat, sığorta hissəsi 70,96 manat, pensiya kapitalı 92 manat olmaqla cəmi 262,96 manat olduğunu iddi edir. İddiaçının bu gün hesablamaları qanuna uyğun deyildir. Ona hesablanmış pensiyanın düzgün ilkin məbləği baza hissəsi 100 manat, sığorta hissəsi 70,96 manat, pensiya kapitalı 37,13 manat olmaqla, cəmi 208,09 manat qanuna uyğun hesablanmışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 37.3.1 maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və sığorta hissəsi tam yığım hissəsi üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işdən azad olunduqda həmin dövr üzrə sığorta və yığım hissəsinin hesablanmasında gözlənilən pensiya ödəniş müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Yəni iddiaçıya yaşa görə əmək pensiyası təyin olunduqdan sonra 2 il 8ay (32 ay) işlədiyinə görə 144-32 ay = 112 ay Forma 4 arayışına əsasən pensiya kapitalı 3079,65 manat olduğundan 3079,65 manat: 112 ay = 27,49 manat yenidən onun pensiyasına əlavə edilmişdir. Hazırda iddiaçının pensiyası 296,21 manat təşkil etməklə ödənişi davam etdirilir
9. Şəki İnzibаti-İqtisadi Məhkəməsinin 18.04.2019-cu il tarixli, 2-1(84)-530/2019 nömrəli qərarına əsasən (hakim – Rüfət Məcidov) iddianın qismən təmin edilməsi, cavabdehin üzərinə iddiaçının 01.09.1968-ci il tarixindən 06.07.1973-cü il tarixinədək təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyul ması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil illəri iş stajına əlavə edilməlidir. İddia tələbi digər hissələrdə isə əsassızdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 13261,33 manat məcburi dövlət sosial sığorta haqqının 50 faizinin, yəni 6630,66 manatın onun fərdi hesabının sığorta hissəsində qeydə alınması qanuni və əsaslıdır. Bundan başqa, qanunvericiliyin tələbi baxımından pensiyaya çıxandan sonra işləməyə davam edən əmək pensiyaçısının sonrakı əmək pensiyasının məbləği iddiaçının iddia etdiyi kimi, fərdi hesabın sığorta hissəsində yığılan kapitalın pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayına bölünməsi yolu ilə deyil, şəxsin pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayının gözlənilən pensiya ödənişi müddətindən çıxılaraq, yığılmış pensiya kapitalının çıxılmadan sonra yerdə qalan gözlənilən pensiya ödənişi müddətinə bölünməklə müəyyən edilir.
11. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.03.2021-ci il tarixli, 21(107)-1/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər – Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibаti-İqtisadi Məhkəməsinin 18.04.2019-cu il tarixli, 2-1(84)-530/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərarı iddiaçıya 23.03.2021-ci il tarixində təqdim edilmişdir..
15. İddiaçı həmin qərardan 07.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.03.2021-ci il tarixli, 2-1(107)1/2021 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi haqda yeni qərar qəbul edilməsini və ya işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi i şin hallarını araşdırmadan qərar qəbul edərkən mövcud qanunvericiliyə əsaslanmaq əvəzinə DSMF publik hüquqi şəxsin 16 saylı Regional Ərazi İdarəsinin 18.01.2021-ci il tarixli mütəxəssis rəyinə və Şəki İnzibati Məhkəməsinin qərarına istinad etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunazidd və əsassızdır.
17. DSMF-nin Balakən rayon şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməklə pensiya hesablansa idi 2014-cü ilin noyabr ayında pensiyaya çıxdığı zaman ona iddiaçıya ilkin olaraq 273,47 manat pensiya hesablanmalı idi. 2017-ci ildə isə 33 ay ərzində toplanmış 3565,36 manat pensiya kapitalının 90%-i 3079,65 manatından pensiya hesablandığı üçün 32,12 manat əvəzinə 27,74 manat əlavə pensiya hesablanıb. Cavabdeh pensiyanı “Əmək pensiyaları haqqında” Qanu nun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanın 2.9-cu bəndinə əsasən hesablasa da, pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmalı idi. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi pensiyanın hesablanmasında əsas götürülə bilməz.
18. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qərarının qanunvericiliyin tələblərinə uyğun maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə aydınlıq gətirməli idi. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsaslanmalı olduğu halda, həmin Qanunun 1.0.5-ci maddəsinə əsaslanmış, nəticədə qanunazidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı cavab deh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanunun ilkin redaksiyasında 1.0.5-ci maddədə fərdi hes abın sığorta hissəsinin anlayışı öz əksini tapmışdır. Həmin maddəyə görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. 23. 28.11.2006-cı il tarixdə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilərək 1.0-cı maddədə “Qanunda” sözü “Qanunun məqsədləri üçün” sözləri ilə əvəz edilmiş, 1-ci maddəyə aşağıdakı məzmunda 1.0.3-cü-1.0.5-ci maddələr əlavə edilmişdir: “1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradı lmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir;” 24. “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edildikdən sonra həmin Qanunun 1.0.5-ci maddəsi dəyişilərək, müvafiq olaraq 1.0.8-ci maddə olmuş, müvafiq olaraq 1.0.3- cü-1.0.12-ci maddələr 1.0.6-cı-1.0.15-ci maddələr hesab edilmişdir.
25. Həmin Qanunun hazırkı redaksiyasının 1.0.5-ci maddəsində isə qeyd olunmuşdur ki, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
26. Yenə həmin Qanunun hazırkı redaksiyasının 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üz rə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin maddənin 10.03.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının məzmunu isə belə idi ki, fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır; 27. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli Fərmanının 2.1-ci bəndinin 01.05.2017-ci il tarixinədək olan mətnində qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik ası Qanununun 1.0.5-ci, 1.0.6-cı, 10.1-ci, 29.4-cü və 45-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
28. Həmin Fərmanın 2.9-cu bəndinə görə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır.
29. Fərmanının 2.11-ci bəndinə əsasən, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.
30. Azərbaycan Respublikası Prezidentinin 01.05.2017-ci il tarixli 1352 nömrəli Fərmanı ilə yuxarıda qeyd olunan 2.9-cu bənd lə ğv edilmişdir. 31. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixinindən qüvvədə olan 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir.
32. Həmin Qanunun 01.07.2017-ci il tarixindən qüvvədə olan 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələri nin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
33. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
34. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayə t edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Qeyd edilməlidir ki, iddia tələbi üç hissədən ibarət olmaqla iddianın birinci hissəsi “01.09.1968-ci il tarixdən 06.07.1973-cü il tarixədək əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi”ndən, iddianın ikinci hissəsi “2014-cü ildə ona pensiya təyin edilməsi zamanı düzgün hesablanmamış pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərdin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasın”dan və iddianın üçüncü hissəsi 2017-ci illərdə pensiya yenidən hesablandığı zaman səhv hesablanmış pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin b irdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması”ndan ibarətdir.
39. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi birinci hissədə təmin edilmiş, qalan hissələrdə rədd edilmiş, iddiaçı da bu qərarı mübahisələndirərək iddia tələbinin bütövlükdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin birinci hissəsi ilə bağlı mübahisə olmadığından, iddia tələbinin ikinci və üçüncü hissələri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyinin qanunauyğunluğu yoxlanılmalıdır.
40. İkinci hissə ilə bağlı iddiaçı qeyd etmişdir ki, pensiyaya çıxdığı zaman onun 01.01.2006-cı il tarixindən 2014-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının əlli faizi deyil, yığılmış məbləğin yüz faizi nəzərə alınmalı ols a da, məhkəmələr isə işə baxarkən bu halı nəzərə almamışdır.
41. Bununla bağlı apellyasiya instansiyası məhkəməsində araşdırma aparılmış, ekspertiza təyin edilmiş və müəyyən edilmişdir ki, İddiaçı1 10.12.2014-cü ildən 32 il 4 ay sığorta stajına və 01.01.2006-cı il tarixdən 30.11.2014-cü il tarixədək 8 il 11 ay sığorta stajına əsasən toplanmış pensiya kapitalının 50%-6273,10 manat təşkil etməklə ona baza hissəsi 100 manat, 01.01.2006-cı ildən 30.11.2014-cü ilədək 8 il 11 ay üçün pensiya kapitalına əsasən 6273,10:144= 43,56 manat olmaqla cəmi 213,54 manat əmək pensiyası hesablanmışdır. İddiaçı1 pensiya təyin olunduqdan sonra işləməkdə davam etmişdir. 26.08.2017-ci ildə işdən azad olunmuşdur. Həmin müddətdə 01.01.2015-ci ildən 01.09.2017-ci ilədək toplanmış pensiya kapitalının 90%-i 3079,65 m anat yenidən hesablanaraq onun pensiyasına əlavə edilmiş, pensiyanın məbləği 272,08 manata çatdırılmışdır. 2019-cu ilin may ayından məhkəmənin qərarına əsasən əyani təhsil müddəti nəzərə alınaraq onun pensiyası yenidən hesablanaraq 01.07.2016-cı ildən 240,22 manata, 01.01.2017-ci ildən 256,37 manata, 26.08.2017-ci ildən 283,86 manata, 01.01.2019-cu ildən 300,04 manata və 01.01.2019-cu il tarixdən 309.04 manata qanunauyğun olmaqla çatdırılmışdır. Onun pensiyası hesablanarkən 37.3.1-ci maddəyə əsasən, habelə 4 il 10 ay əyani təhsil müddəti də əlavə edilməklə yenidən hesablandıqda qanunvericiliyə uyğun bütün hallar nəzərə alınmışdır. İddiaçıya 01.01.2006-cı ildən 37 il 2 ay staj nəzərə alınmış, pensiya təyin olunduğu 10.12.2014-cü ilədək 6273,10 manat kapital+2014-2017-ci illərdəki 3079,65 ma nat pensiya kapitalı tam nəzərə alınaraq 309,04 manata qanunauyğun olaraq çatdırılmışdır. İddiaçıya yenidən hesablanmaya görə yaranmış fərq pulu 831 manat tam məbləğdə ödənilib qurtarmışdır. Hazırda onun pensiyası 360,34 manat təşkil etməklə aylar üzrə ödənilir.
42. Beləliklə, kassasiya şikayətinin hazırkı qərarın 17-ci bəndində göstərilən dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 13261,33 manat məcburi dövlət sosial sığorta haqqının 50 faizinin, yəni 6630,66 manatın onun fərdi hesabının sığorta hissəsində qeydə alınması qanuni və əsaslıdır.
43. Belə ki, hazırkı qərarın 27-ci bəndində göstərilən normada nəzərdə tutulmuş, Qanunun 1.0.5-ci maddəsində qeyd olunmuş “mü vafiq icra hakimiyyəti orqanı” sözləri Qanunun iddiaçının pensiyaya çıxdığı 2014-cü il tarixdə qüvvədə olan redaksiyasındakı 1.0.5-ci maddənin məzmununda ümumiyyətlə yoxdur. Beləliklə, Fərmanın 2.1-ci və 2.9-cu bəndlərində nəzərdə tutulmuş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi, bu Qanunun iddiaçının pensiyaya çıxdığı 2014-cü il tarixdə qüvvədə olan 1.0.5-ci maddəsinə deyil, 1.0.8-ci maddəsinə uyğundur ki, “Əmək pensiyaları haqqında” Qanuna sonradan dəyişiklik edilməsi iddiaçının tələbinin əsaslı olmasına gətirib çıxarmır.
44. Bu, Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli 377 nömrəli Fərmanın tələblərindən irəli gəlir. Çünki, həmin Fərmanda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq dedikdə Qanunun ilkin redaksiyasında qeyd olunan 1.0.5-ci maddədə (fərdi hesabın sığorta hissəsinin anlayışı), iddiaçının pensiyaya çıxdığı 2014-cü il tarixdə qüvvədə olan redaksiyanın 1.0.8-ci maddəsi nəzərdə tutulur ki, həmin maddədə hərbi qulluqçularla digər məcburi dövlət sosial sığorta ödəyiciləri arasında hər hansı fərqlilik müəyyən edilməmiş, hamıya bərabər şəkildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması tənzimlənmişdir. Buna görə də, iddiaçının qanunda 50 faizin təminat xərcliyinə aid olması ilə bağlı dəlilləri əsassızdır.
45. Kassatorun digər dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, məhkəmə öz qərarında qeyd etmişdir ki, “qanunvericiliyin tələbi b axımından pensiyaya çıxandan sonra işləməyə davam edən əmək pensiyaçısının sonrakı əmək pensiyasının məbləği iddiaçının iddia etdiyi kimi, fərdi hesabın sığorta hissəsində yığılan kapitalın pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayına bölünməsi yolu ilə deyil, şəxsin pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayının gözlənilən pensiya ödənişi müəddətindən çıxılaraq, yığılmış pensiya kapitalının çıxılmadan sonra yerdə qalan gözlənilən pensiya ödənişi müddətinə bölünməklə müəyyən edilir”.
46. Hazırkı qərarın 29-32-ci bəndində göstərilən normaların təhlilindən də görünür ki, gözlənilən pensiya ödənişi müddəti olan 144 aydan şəxsin pensiyaya çıxdığı vaxtdan işlədiyi sonrakı müddət, lakin 72 aydan artıq olmamaq şərti ilə çıxılaraq qalan gözlənilən pensiya ödənişi müddəti müəyyən edilir. B undan sonra pensiyaya çıxdıqdan sonra kapitalında yığılmış məbləğin doxsan faizi həmin qalan gözlənilən pensiya ödənişi müddətinə bölünərək əldə edilmiş məbləğ aylıq pensiya məbləğinin üzərinə hesablanır.
47. Cavabdeh iddia tələbinə mülahizədə iddiaçının 2014-2017-ci illərdə topladığı kapitalın məhz bu qaydada hesablandığını göstərmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbinin “2014-cü ildə ona pensiya təyin edilməsi zamanı düzgün hesablanmamış pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərdin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” və “2017-ci illərdə pensiya yenidən hesablandığı zaman səhv hesablanmış pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyu lması” hissələrində rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
48. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddia tələbinin yuxar ıda göstərilən hissələrində cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
49. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.03.2021-ci il tarixli, 21(107)-1/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.