Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-919/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(106)-163/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus НЗ-3045945 saylı hərbi biletdən görünür ki, iddiaçı 18 may 1974-cü il tarixdən 12 iyun 1976-cı il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir
2. Azərbaycan SSR Nazirlər Sovetinin X13 Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli, 1309 nömrəli Attestatdan görünür ki, İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin X13 Təhsili Komitəsində peşə təhsili almışdır.
3. İddiaçının əmək kitabça sına əsasən xx.xx.1973-cü il tarixli, 83 nömrəli əmrlə Lənkəran rayon “Azərkənd təsərrüfatı texnikası” MTM-nə çilingər qəbul edilmiş, Sovet Ordusu sıralarına çağırıldığı üçün xx.xx.1974-cü il tarixli, 64 nömrəli əmrlə tutduğu vəzifəsindən azad edilmiş, Sovet Ordusu sıralarından qayıtdığı üçün xx.xx.1976-cı il tarixdən çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı il tarixli, xx.xx.1976-cı il tarixli, 155 nömrəli əmrlə təmir emalatxanasına çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1984-cü il tarixdən “Şəhər işıqlandırma” kontoru avtoyükləyici “sürücü” işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 63 nömrəli əmrlə küçənin işıqlandırılması xidməti üzrə üçüncü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası mənzil kommunal təsərrüfatı komitəsinin əmri ilə kontorun fəaliyyəti dayandırıldığından xx.xx.1996-cı il tarixli, 37 nömrəli əmrlə işdən azad edilmişdir.
4. İddiaçı ilə DOST İş Mərkəzi arasında 26 fevral 2020-ci il tarixində əmək müqaviləsi bağlanılmış və iddiaçı Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı ilədək 24 il 3 ay 10 gün sığorta stajı, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 7 ay (xx.xx.2020-ci ildən sonra fərdi hesabında pensiya kapitalı p ensiya alt sistemində qeydə alınmayıb) pensiya kapitalı var, cəmi 24 il 10 ay 10 gün təşkil edir. İddiaçının 16 yaşı xx.xx.1972ci il tarixdə tamam olmuşdur. xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin X13 Təhsili Komitəsində təhsil almaq barədə sənəd təqdim edilmişdir. 16 yaşında sığorta stajı qəbul edildiyi halda cəmi stajı 23 il 17 gün təşkil edir. xx.xx.1973-xx.xx.1974-cü, xx.xx.1976-xx.xx.1984-cü illərdə “Azərsovxoztexnikum birliyi”ndə, xx.xx.1984- xx.xx.1996-cı illərdə “Lənkəran şəhər İşıqlandırma kontoru”nda işləməsinə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığından və 25 il sığorta stajı olmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməs ində icraat
7. İddiaçı 19 avqust 2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, ünvan 1 ünvanında yaşayır. İlk əmək fəaliyyətinə 10 iyun 1973-cü il tarixdə Lənkəran “Rayselxoztexnika” birliyində işə başlamış və xx.xx.1974-cü il tarixə kimi həmin birlikdə işləmişdir. 1974-1976-cı illər 2 il SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, hərbi xidm ətdən qayıtdıqdan sonra yenidən xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika” birliyində işləmişdir. Daha sonra xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma Kontorunda işləmişdir. Axırıncı iş yeri "xxxx" MMC-dir. Belə ki, xx.xx.2020-ci il tarixdən hazırkı günədək "xxxx" MMC-də işləyir. Onun yuxarıda qeyd etdiyi yerlərdə işləməyini əmək kitabçası təsdiq edir. Beləliklə, işlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. Hazırda o, pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X11 Lənkəran şəhər filialına təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X11 Lənkəran şəhər filialı tərəfindən ərizəsinə rədd cavabı verilərək bildir ilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası, hərbi bilet) əmək stajı 23 il 11 ay 17 gün təşkil edir. Buna görə də əmək pensiyası təyin etmək qanuna müvafiq deyildir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir k i, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma Kontorunda işləməyinə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbərdir. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”nin və xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Lənkəran şəhə r İşıqlandırma Kontorunun faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübut yoxdur və sənədləri arxivə təhvil verilməmişdir) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur.
10. Şirvan İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(120)-245/2022 nömrəli qərarı (hakim: X4) ilə iddia təmin edilmiş, iddiaçının işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Odur ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının əmək kitabçasında qeyd olunan və DOST İş Mərkəzində işlədiyi iş illəri, hərbi xidmət illəri və X13 Təhsili Komitəsində təhsil aldığı müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(106)-163/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X7 və X3) ilə Şirvan İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərkibi iddiaçının əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərkibi tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişd ir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmçinin əmək haqqı kitabları və müvafiq əmrlər arxivə təhvil verilmədiyi halda, «iddiaçının əmək haqqı alması və işləməsi təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının və əmrlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar yalnız ehtimallara əsaslandığından sübutun (əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 201 7-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 19. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 20. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi 1 4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkə mə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tə ləb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apel lyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin q ərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan və mötəbər olan hərbi biletində, attestatında və əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla iddiaçının tələb olunan 25 il sosial sığorta stajını topladığı və eyni zamanda iddiaçı qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatdığına görə onun pensiya hüququ yaranmış olur. Nəticə etibarı ilə, yaşa görə əmək pensiyası hüququnun yarandığı barədə apellyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslı dır.
30. Bundan başqa, hazırkı qərarın 20-ci bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.
31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının yaşa görə pensiya almaq hüququ yaranmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
32. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(106)-163/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.