Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-919/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3052/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qull uğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud xx.xx.1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında vaxtilə işlədiyiniz vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, dövlət qulluğu stajınız olmadığından sizə sabiq dövlət qulluqçu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mü mkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək dövlət qulluğuna görə pensiyanın hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7256/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
6. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.2013-cü il ta rixdən dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması və verilməsi barədə cavabdehə müraciət edərək bu barədə qərar qəbul olunmasını xahiş etmiş, cavabdeh təşkilat 28 aprel 2022-ci il tarixli **********7 saylı cavab məktubu ilə pensiya təyin olunmasından imtina etmişdir. Pensiya təyin olunmasından imtina edən cavabdeh bunu onunla əsaslandırmışdır ki, 1991-ci ilin oktyabr ayının 18-dək dövlət sosial və partiya orqanlarında çalışmış, dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması «siyahısın»da vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Göstərilənlər ilə əlaqədar dövlət qulluğu stajının olmaması səbəblərindən əmək pensiyasının ona təyin olunması tələbindən əsassız olaraq imtina olunmuşdur.
8. Eyni zamanda, cavabdeh etirazını onunla əsaslandırmışdır ki, dövlət qulluqçusu kimi pensiyanın verilməsi üçün həmin qanunun 20.11.1-20.11.2-ci maddələri ilə əlaqədar 18 oktyabr 1991-ci il tarixə qədər - yəni həmin qanun qüvvəyə minənədək dövlət, inzibati və partiya orqanlarında çalışmaqla ən azı 15 il qulluq stajına malik olmalıdır. Lakin həmin qanunun 9.8-ci maddəsində qeyd o lunmuşdur ki, həmin qanun qüvvəyə minənə qədər qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin olunur. Qanunun geriyə qüvvəsi vətəndaşın vəziyyətinin yaxşılaşdırılması hissəsində tətbiq olunur və bu Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunur. Cavabdeh isə dövlət qulluğuna görə pensiya təyin olunmasından imtina etməklə qanunla müəyyən olunmuş tələbləri təmin etməmiş və əsassız olaraq ona dövlət qulluğuna görə pensiya təyin olunmasından imtina etmişdir. Cavabdehin etirazını əsaslı hesab etmir. Cavabdehin etirazı:
9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını imti na məktubunda göstərilənlər təşkil edir.
10. Etirazda, həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci il tarixədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahıs ı nın 2-ci bəndində 1991-ci ilin oktyabrın 18-dən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin "inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (“Dövlət qulluğu haqqında” qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1-ci maddədə isə qeyd olunur ki, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 11. "Əmək pensiyaları" haqqında Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin tələblərinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Deməli, əmək pensiyasına əlavənin təyin olunması üçün dövlət qulluğu vəzifəsində 15 il və daha çox qulluq stajının olması gərəklidir. Amma, sözügedən Qanunun 20.11-1 -ci maddəsi, eyni zamanda bu şərtlə bağlı istisna qaydanı nəzərdə tutur. Həmin Qanunun 20.11-1-ci maddəsinin tələblərinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
12. İddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hal hazırda ödəniş davam etdir ilir. Beləliklə, iddiaçının dövlət qulluğu stajının olmaması səbəbilə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusu:
13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-3361 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakim iyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəs i mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2ci bəndlərinə əsasən aparılmışdır. xx.xx.1968-xx.xx.1996-cı illərdə müxtəlif müəssisələrdə iş müddətilə bağlı bildiririk ki, yuxarıda adı çəkilən Siyahıda həmin müəssisələr nəzərdə tutulmadığı və sözügedən müəssisələrdə mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən vəzifələrə uyğunlaşdırılması aparılmadığı üçün həmin qurumlarda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. xx.xx.1997-xx.xx.1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Xarici-iqtisadi birliyində inspektor vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Xarici-iqtisadi birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 301 saylı Qərarına uyğun olaraq təşkil edilmişdir və öz fəaliyyətini “Müəssisələr haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təsərrüfat hesablı və özünümaliyyələşdirmə əsasında həyata keçirmişdir. “Azərterminalkompleks” Xariciiqtisadi birliyi təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi üçün həmin birlik dövlət orqanı statusuna malik deyil. xx.xx.1997-xx.xx.1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Yol vergiləri idarəsinin Bakı şöbəsinin inspektoru vəzifəsində iş müddətilə bağlı bildiririk ki, həmin idarənin hüquqi status unu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından həmin müddətin dövlət qulluğunda qulluq stajına daxil edilibedilməməsi məsələsinə rəy bildirmək mümkün olmamışdır. xx.xx.1997-xx.xx.1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İşlər İdarəsinin rəis müavini və xx.xx.1999-xx.xx.2006-cı illərdə Əli Bayramlı gömrükxanasının rəisi vəzifələrində iş müddətilə bağlı bildiririk ki, işlər idarəsi Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunda, Əli Bayramlı gömrükxanası isə həmin Fərmanla təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, xx.xx.1997-xx.x x.1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin işlər idarəsinin rəis müavini və xx.xx.1999-xx.xx.2006-cı illərdə həmin X3 gömrükxanasının rəisi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.
14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-006715/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İddiaçı gömrük orqanlarında xidmət müddəti 9 il, 9 gün təşkil edir.
15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-007184/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.1997-ci il tarixli 485 nömrəli əm ri ilə İddiaçı Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini vəzifəsinə, xx.xx.1999-cu il tarixli 001 nömrəli əmri ilə Əli-Bayramlı gömrükxanasının rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixli 347 Ş nömrəli əmri ilə Komitənin sərəncamına götürülmüş və xx.xx.2006-cı il tarixli 114 Ş nömrəli əmri ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Dövlət Gömrük Komitəsinin X1 İdarəsinin Arxiv işinin təşkili şöbəsində mövcud olan hesabat sənədlərinə əsasən İddiaçı hesablanmış əmək haqqı və digər gəlirləri qoşmaya əlavə olunmuş cədvəldə təqdim edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2051/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2013-cü il tarixdən dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrlərindən xx.xx.1997-xx.xx.1999-cu ilədək və xx.xx.1999xx.xx.2006-cı ilədək olan, cəmi 8 il 8 ay 23 gün onun gömrük orqanlarında xidmət dövrü həm də dövlət qulluğundakı iş stajına daxildir.
18. Cavabdehin dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün iddiaçının 15 il dövlət qulluğu stajının tələb olunmasına dair mövqeyi düzgün deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiq i ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında 19 oktyabr 2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. 19. “Dövlət qulluğu haqqında” Qanunun 6 mart 2018-ci il tarixli 1025-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər Qanunun qüvvədə olmuş redaksiyasına əsasən: - 23.2-ci maddəsinə görə dövlət qulluqçu sunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. 20. 6 mart 2018-ci il tarixli 1025-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə Qanunun 23.2-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: 23.2-ci maddə üzrə: 2.1. birinci cümlədə “qulluğunda xidmət illərindən” sözləri “qulluğu vəzifəsində qulluq stajından” sözləri ilə əvəz edilmişdir; 2.2. ikinci cümlə aşağıdakı redaksiyada verilmişdir: “Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur”. 21. “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə- dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla (10 mar t 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu edilmiş dəyişikliyədək).
22. Beləliklə, xx.xx.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələbinə görə şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. İddiaçının dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yarandığı vaxt onun yaşa görə əmək pensiyası təyin edildiyi vaxtdır. Belə ki, iddiaçı xx.xx.2013-cü ildə 63 yaşını tamamlamış, həmin vaxt ƏPQ-nin 7-ci maddəsi ilə pensiya yaşı həddinə çatmış və ona yaşa görə pensiya təyin edilmiş, pensiyaya çıxan zaman qüvvədə olan qanunla tələb olunan 5 ildən çox, yəni 8 il 8 ay 23 gün dövlət qulluğu stajı olmuşdur. Odur ki, hüququn yarandığı dövr qüvvədə olan qanunvericilik normaları tətbiq edilmək lə iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir.
23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3052/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2051/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edil məsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun imtina məktubunda və iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının ümumilikdə 8 il 8 ay 23 gün dövlət qulluqçusu stajının olduğunu nəzərə almadan, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Halbuki, əmək pensiyasına əlavənin təyin olunması üçün dövlət qulluğu vəzifəsində 15 il və daha çox qulluq stajının olması gərəkdir. Məhkəmə işi tam araşdırmamış düzgün əsaslandırma aparmadan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə qarşı yazılı eti raz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2013-cü il tarixdə qüvvədə olan redaksiyada): Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.... Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqa nizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla)... Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tu tulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxar ı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132. 3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası xüsusilə qey d edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi nin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının xx.xx.1997xx.xx.1999-cu ilədək və xx.xx.1999-xx.xx.2006-cı ilədək gömrük orqanlarında xidmət dövrünü dövlət qulluğunda iş stajı kimi qiymətləndirmiş və mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının 63 yaşının tamam olduğu 2013-cü ildə qüvvədə olmuş müddəalarını tətbiq etmişdir.
37. Həmin normalara görə, iddiaçının hazırkı məzmunda tələb hüququ vardır.
38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3052/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.