Məhkəmə qərarları › İş №2-1(102)-92/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-92/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-92/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-92/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il 18.02.2020 Açar sözlər: xarici dövlətdə alınmış diplomun tanınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi xx1un və vəkili Haqqı Cəlilovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1906/2019 qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Ukrayna Respublikası X2 Universiteti tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş B16 seriyalı, 195234 saylı diplomun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2011-ci ildə Ukrayna Respublikasının Çerkassi şəhərində X2 Universitetinin “Elektrotexnika-elektrotexnologiya” fakultəsinə daxil olmuş, 2016-cı ildə təhsilini bitirmiş və B16 seriyalı, 195234 saylı diplom almışdır. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun 2012-ci ildə semestrdə az müddətdə iştirak etməsi əsası ilə imtina etmişdir. Halbuki, Universitet tərəfindən 2011-2012-ci illərin qış sessiyasının vaxtı dəyişdirilmiş və yay sessiyasına əlavə olunmuş, iddiaçının xx xxxxx 2012-ci il tarixdən xx xxxxx 2012-ci il tarixədək Ukrayna Respublikası ərazisində olması Ukrayna Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş arayışla və onun xarici pasportu ilə öz təsdiqini tapmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının diplomun tanınması ilə bağlı ekspert qrupunun rəyində iddiaçının təhsil aldığı tədris müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində o lması və diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin mümkün olmadığı göstərilmişdir. Bu səbəbdən, ekspert rəyinə əsasən, iddiaçıya verilmiş diplomun tanınmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə zidd olduğu müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)151/2019 saylı qərarı ilə (hakim Xaliq İmanov) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, bakalavr proqram ı üzrə nəticələr və məzmunu haqqında məlumatı əks etdirən diploma əlavənin tərcümə və təsdiq edilmiş surətində iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər və onların qiymətləndirilməsi aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmış, habelə iddiaçının təhsil aldığı 2011-2016-cı illərdə ölkədən çıxışı və girişi ilə bağlı məlumatlar onun ümumvətəndaş pasportunda qeyd edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1906/2019 saylı qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bakalavriat təhsilində qiyabi forma üzrə auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulmuş, bir akademik saat 45 dəqiqə olmaqla hər növ dərslər üçün bir gündə 2 akademik saat müəyyən edilmişdir. Bakalavriat təhsilində bir gündə orta hesabla 3 auditoriya dərsi olduğundan, iddiaçının il ərzində ən azı 30 gün təhsil aldığı müəssisədə auditoriyada iştirakı tələb olunmuşdur. İddiaçının 2011-ci ilin qış sessiyasında təhsil aldığı ölkədə olmamasının üzrlü səbəbdən baş verməsi X4 Universitetinin xx xxxxxx 2018-ci il tarixli, 829 saylı arayışı ilə təsdiq olunsa da, onun digər sessiyalar zamanı Ukrayna Respublikasında az müddətdə olmasının üzrlü s əbəbdən baş verməsi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. İddiaçının anasının 2008-ci ildən böyrək çatışmazlığı xəstəliyinin olması barədə tibbi arayışlar iddiaçının təhsil aldığı 5 il ərzində dərslərlə iştirak etməməsinin üzrlü səbəbi kimi qəbul oluna bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 44.2, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27, 8.28, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.2, 3.6, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.9, 2.10, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 73.3.1, 73.2.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, cavabdeh iddiaçının diploma əlavədə göstərilən tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyünü sübut edən faktları məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmiş, apellyasiya məhkəməsi isə inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi halların əsasını araşdırmamışdır. Bundan başqa bildirilmişdir ki, apellyasiya məhkəməsi Azərbaycan Respu blikasının xx xxxx 2000-ci il tarixli, 919-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in tələblərini pozmuşdur. Belə ki, həmin sazişlə Azərbaycan Respublikası tərəfindən Ukrayna Respublikasında verilmiş diplomların Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomların təhsilin müddəti və məzmununa görə uyğun gəldiyi hallarda tanınmasını nəzərdə tutmuşdur. Həmin müddəada nəzərdə tutulan “müddət” ifadəsi təhsilin ümumi müddətini ehtiva etdiyi halda, apellyasiya məhkəməsi bunu düzgün təfsir etməyərək həmin ifadənin sessiya müddətini nəzərd ə tutmasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, sessiya müddətləri təhsil müəssisəsi tərəfindən müəyyənləşdirir və hazırki halda, iddiaçının təhsil aldığı müəssisə onun tərəfindən tədris yükünün tam mənimsənildiyini təsdiq etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 42, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 43.1, 44.1, 44.2, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.2, 1.3, 1.6, 1.7, 3.2, 3.3, 3.5, 3.6, 3.7, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27, 8.28, “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılı qlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 1, 5, 6, “İnzibati İcraat haqqında” Azərbaycan Respublkası Qanunun 15, 19-cu maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Ukraynanın X3 Universiteti tərəfindən xx xxxx 2016-cı ildə verilmiş B16 195234 nömrəli bakalavr diplomunun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 2016-cı ildə X3 Universitetini bitirib “Elektrik mühəndisliyi və elektrotexnika” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsini almış və “Elektrik mühəndisliyi və elektrotexnika” ixtisasını almışdır. X7 və Təhsil Nazirliyi tərəfindən xx xxxx 2016-cı ildə A-43935-16 nömrəsi ilə xx xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. xx xxxx 2016-cı il tarixli, B16 195234 nömrəli bakalavr diplomuna ******* nömrəli əlavənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həm in universitetdə beş il qiyabi təhsil almış, təhsil dili ingilis və ukrayna dilləri olmuşdur. İddiaçı diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi məqsədilə xx xxxxxxxx 2016-cı il tarixdə cavabdehə müraciət etmiş, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxxx 2016-cı il tarixli, 1113/ANİ nömrəli cavab məktubundan görünür ki, iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı Ukraynanın X3 Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğu, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğu müəyyən edilmişdir. Qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edil məmişdir. Sonda göstərilənlərə əsasən Ukraynanın X3 Universiteti tərəfindən verilmiş B16 seriyalı 195234 nömrəli, xx xxxx 2016-cı il tarixli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İddiaçının anası X1 xəstəliyi barədə “Azərsutikinti” xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 01 nömrəli arayış, “Medservis” tərəfindən verilmiş xx xxxxx 2008-ci il tarixli epikrizin təsdiq edilmiş surəti. Həmin sənədlərə əsasən müəyyən olunur ki, G.Vəliyeva xx xxxx 2008-ci il tarixdən böyrək çatışmamazlığı ilə əlaqədar hemodializ müalicəsinə götürülmüşdür. Dövlət Sərhəd Xidmətinin məlumatından görünür ki, iddiaçının 2011-ci ildə Ukrayna Respublikası ərazisində olma müddəti 1 gün, 2012-ci ildə 9 gün, 2013-cü ildə 12 gün, 2015-ci ildə 11 gün, 2016-cı ildə 20 gün olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi idd ianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı təhsil aldığı ölkədə çox qısa müddət ərzində olmuşdur ki, onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, cavabdeh iddiaçının diploma əlavədə göstərilən tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyünü sübut edən faktları məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmiş, apellyasiya məhkəməsi isə inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi halların əsasını araşdırmamışdır. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekviv alentliyi haqqında Saziş”in tələblərinə əsaəsn onun diplomu Azərbaycan Respublikası ərazisində tanınmaılıdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Qeyd olunmuş Konvensiyanın müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - İ fəslinə əsasən, səlahiyyətli tanınma təşkilatı kimi xarici ixtisasların tanınması ilə əlaqədar qərarlarına rəsmən məsuliyyət daşıyan orqan; habelə tanınma kimi təhsil və yaxud iş fəaliyyəti ilə məşğul olma q imkanı vermək məqsədilə səlahiyyətli təşkilatlar tərəfindən xarici təhsil ıxtisasının dəyərliyi barədə rəsmi təsdiqlənmə müəyyən edilmişdir; - İİ fəslin İİ.1-cı maddəsinin 1-ci bəndinə əsasən, tanınma halları zamanı qərarların qəbul edilməsi iştirakçı dövlətin mərkəzi təşkilatlarının səlahiyyətinə aid olduqda həmin dövlət bu Konvensiyada nəzərdə tutulanlarla bağlıdır və onun ərazisində Konvensiyada nəzərdə tutulanların həyata keçirilməsini təmin etməlidir; - İİİ fəslin İİİ.1-ci maddəsinin 2-ci bəndinə əsasən, hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası və Ukrayna Respublikası istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götür müşdürlər. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və e kvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivaletliyi haqqında” Saziş imzalanmışdır. Qeyd edilmiş Sazişin 5 və 6-cı müddəaları ali təhsilə aid olan diplomların tanınması ilə bağlı məsələləri əks etdirmişdir. Belə ki: - 5-c maddəyə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcə sinə uyğun olaraq işə girməyə hüquq verir; - 6-cı maddəyə əsasən, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Bu iki müddəaların mənasından bəlli olur ki, Ukraynada verilmiş diplom aşağıdakı şərtlərin mövcudluğu halında təhsinin davam etdirilməsi üçün tanına və ixtisas dərəcəsinə əsasən işə qəbul olunma hüququnu verə bilər: - ali təhsil müəssisəsi Ukraynada dövlət qeydiyyatından keçməli; - diplom Azərbaycan Respublikasında verilən diplomların təhsil müddətinə və təhsilin məzmununa uyğun gəlməlidir. Beləliklə, istər beynəlxalq Konvensiyanın tələblərinin icrası ilə bağlı, istərsə də iki dövlətlər arasında bağlanmış Sazişin müddəalarına görə, diplomun tanınması və ixtisas dərəcəsinin müəyyən edilməsi üçün müvafiq prosedur qaydalarına riayət edilməsi zəruri olmuş və bu prosedur yuxarıda istinad edilmiş Qaydalara əsasən həyata keçirilməlidir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; - 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların al ındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyy ən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, xarici dövlət tərəfindən verilmiş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 n ömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydaların İİ hissəsində, ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi isə Qaydaların İİİ hissəsində nizamlanmışdır. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında məsələ qaldırılmamış, onun tərəfindən yalnız ixtisaslarının tanınması haqqında məsələ qaldırılmışdır ki, artıq bu hal onun istinad etdiyi Qaydaların 1.6-cı bəndinin üçüncü hissəsinin tətbiqini istisna edir. Həmin bənddə ekvivalentliyin müəyyən edilməsi ilə bağlı məsələ tənzimlənmişdir. Digər tərəfdən, həmin bəndin tətbiqi onu ehtiva edir ki, bağlanmış xüsusi razılaşma ilə Azərbaycan Respublikasında qəbul edilmiş Təsnifatda nəzərdə tutulmuş müvafiq ixtis asların/istiqamətlərin (şifrə üzrə) xarici ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyi, yəni bərabərliyi artıq müəyyən edilmiş olur. İddiaçının istinad etdiyi Sazişin mahiyyəti iki ölkə arsında ixtisasların/istiqamətlərin (şifrə üzrə) digər ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyi müəyyən edilməsi ilə bağlı olmamışdır. İddiaçının bildirdiyi digər əsasa münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istinad edilmiş Konvensiya, Saziş və Qaydalara uyğun olaraq mübahisənin həlli ilə bağlı apellyasiya məhkəməsinin apardığı araşdırma ilə cavabdehin bildirdiyi əsasın düzgün olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb diplomunun tanınması ilə bağlı olduğundan, Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dö vlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr,təhsilin dövlət standartlarıvə Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İşin hallarından göründüyü kimi, məhkəmə tərəfindən aparılmış araşdırmalarla iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində bakalavr pilləsi üzrə proqramın mənimsənilməsinin qeyri-mümkün olduğu nəticəsi əldə edilmişdir. Məhkəmənin bu nəticəsi ilə razılaşaraq məhkəmə kollegiyası həmçinin bildirir ki, bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 117 saylı, xx xxxx 2010-cu il tarixli qərarının 2.8-ci bəndində müəyyən edilmişdir ki, qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, qanunvericiliyin göstərilmiş tələbinə münasibətdə iddiaçı Ukrayna Respublikasında 2011-ci ildə Ukrayna Respublikası ərazisində olma müddəti 1 gün, 2012-ci ildə 9 gün, 2013-cü ildə 12 gün, 2015-ci ildə 11 gün, 2016-cı ildə 20 gün olmuşdur. Belə olan halda isə apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdehin imtinası qanunamüvafiqdir. İddiaçı bu müddətlərin düzgün hesablanmamasını bildirsə də, lakin hesablamaların hansı hissəsində və hansı qaydada düzgün ol madığını əsaslandırmadığından, əlavə qiymətləndirmənin aparılmasını məhkəmə kollegiyası mümkün hesab etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlar a əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1906/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar