Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-92/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağa dair inventarlaşdırma işlərinin hüquq sahibinin iradəsinə uyğun aparılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilm əsi və xx.xx.2015-ci il tarixli 7356 nömrəli qəbzə əsasən ondan alınmış 741 manat xidmət haqqının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və təqsirkar şəxslərin barəsində xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verilməsi barədə tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-342/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək, alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinin planı və ölçüsü və dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Buna görə o, cavabdehə 80 manat məbləğində dövlət rüsumu və 741 manat xidmət haqqı ödəmişdir. 2.İddiaçı sonradan, mərzçəkmə və inventarlaşdırma işləri ilə bağlı müraciət etmədiyini əsas gətirərək, onun tərəfindən ödənilmiş 741 manat xidmət haqqının geri qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, **********14 saylı məktubla müraciətin təmin olunmasında imtina edərək bildirmişdir ki, iddiaçının ərizəsinə əsasən inventarlaşma işlərinin aparılması üçün ödənilmiş xidmət haqqı mövcud qanunvericiliyə tamamilə uyğundur və xidmət haqqı alınarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2015-ci il tarixli 7356 nömrəli qəbz ə əsasən ondan alınmış 741 manat xidmət haqqının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və təqsirkar şəxslərin barəsində xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən, Şamaxı rayon Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş xxxx reyestr nömrəli alqı-müqaviləsi ilə əldə etdiyi digər təyinatlı (sahibkarlıq məqsədilə) 1.0 hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən xxxx nömrəli torpaq sahəsinin planı və ölçüsü, seriya RX, ******* blank nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Buna görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi xx.xx.2015-ci il tarixli, 7107 nömrəli qəbzə əsasən 80 manat məbləğində ondan dövlət rüsumu almışdır. Bu məbləğin 50 manatı texniki sənədlərin (texniki pasport, plan və ölçü) hazırlanması üçün 30 manatı isə dövlət reyestrindən çıxarışın verilməsi üçün alınmışdır. Eyni zamanda, cavabdeh iddiaçı tərəfindən, ona (cavabdehə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli 04 nömrəli Qərarına müvafiq hər hansı bir xidmətin göstərilməsi ilə bağlı heç vaxt ərizə ilə müraciət etmədiyi halda, habelə faktiki olaraq ona (iddiaçıya) heç bir konkret xid mət göstərilmədiyi halda ondan (iddiaçıdan) xx.xx.2015-ci il tarixli, 7353 nömrəli qəbzə əsasən 741 manat əsassız və qanunsuz olaraq xidmət haqqı almışdır. İddiaçı dəfələrlə cavabdeh idarənin rəhbər vəzifəli şəxslərinin qəbulunda olmuş və 741 manat qanunsuz alınmış xidmət haqqının qaytarılmasını tələb etmişdir. Təəssüf ki, idarə rəhbərliyi və vəzifəli şəxslər 45 gün müddətində pulun qaytarılcağına söz versələr də, sonradan ondan aldıqları pulu qaytarmaqdan birmənalı şəkildə, nümayişkaryanə imtina etmişlər və iddiaçının 741 manat pul tələbi barədə ərizəsini rədd etmişlər. Cavabdeh iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmuş və ona maddi zərər vurmuşdur.
6. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı m övcud qanunvericiliyə tamamilə uyğundur və iddiaçıdan xidmət haqqı alınarkən Ərazi İdarəsi tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-22/2020 saylı 10 mart 2020-ci il tarixli qərarı ilə (hakim:C.B.Məmmədov) iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinin iddiaçıdan 741 manat xidmət haqqının alınmasına dair hərəkətləri qanunsuz hesab edilmiş və xidmət haqqı olaraq alınmış 741 manat pulun iddiaçıya qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. İddiaçıdan alınmış 741 manat xidmət haqqının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması öhdəliyinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, idd iaçı tələbində haqlıdır və ondan əsassız yerə tutulmuş xidmət haqqı geri qaytarılmalıdır.
9. İmzanı saxtalaşdıran şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verilməsi hissəsində isə iddiaçının mövqeyi ilə razılaşmayan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizədə olan imzanın iddiaçıya məxsus olmaması öz təsdiqini tapsa da, həmin ərizədə olan imzanın başqa şəxs tərəfindən qəsdən imzalanması, yəni sənədi saxtalaşdırması öz təsdiqini tapmamışdır. Həmin ərizədə olan imzanın səhvən başqa sifarişçi və ya icraçı tərəfindən imzalanması istisna hal deyil.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat 1
1. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-342/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: T.O.Quliyev və G.F.Tağızadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-22/2020 saylı 10 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlill əri
14. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı JN-0466, kod 41000068 nömrəli dövlət aktına əsasən Bələdiyyə tərəfindən sahibkarlıq məqsədilə X1 mülkiyyətinə satılmış 1.0 ha torpaq sahəsini əldə etmişdir. Həmin dövlət aktında qeyd olunan torpaq sahəsinin koordinatları və konfiqurasiyası faktiki torpaq sahəsinin koordinatları və konfiqurasiyası ilə uyğun olmadığı üçün torpaq sahəsinin ilkin inventarlaşmasının aparılması məcburi olmuşdur. Ona görə də, torpaq sahəsi iddiaçının nümayəndəsi xxxxn iştirakı ilə yerində müayinə olunmuş və bu barədə onun iştirakı ilə akt tərtib edilmişdir. Həmin torpaq sahələrinin fərqli olduğunu sübut etmək üçün mütəxəssis rəyinə də ehtiyac yoxdur. Dövlət aktında göstərilən torpaq sahəsinə və Ə razi İdarəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsünə vizual baxış keçirilməsi nəticəsində də bu fərqi görmək olar. Torpaq sahəsinin planı və ölçüsü sənədinin fərqli yerə işləndiyi iddiaçı tərəfindən bu vaxta kimi hər hansı bir məhkəmə orqanında mübahisələndirilməmişdir. Bu da onu sübut edir ki, inventarlaşma işləri hüquq sahibinin iradəsinə uyğun aparılmışdır.
15. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanması və verilməsinin prosedur Qaydaları”: Bənd 4.1 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inven tarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Bənd 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İş materiallarından görünür ki, iddiaçının müraciətinə əsasən ona, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən əldə etdiyi torpaq sahəsinin planı və ölçüsü və dövlət reyestrindən çıxarış verilmişdir. Buna görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə 80 manat məbləğində dövlət rüsumu və 741 manat xidmət haqqı ödənilmişdir. Mübahisə predmeti olan 741 manatın mərzçəkmə və inventarlaşdırma işləri üçün nəzərdə tutulduğu müəyyən olunmuşdur. İddiaçı qeyd olunan xidmətlə bağlı müraciət etmədiyini əsas gətirərək, onun tərəfindən ödənilmiş 741 manat xidmət haqqının geri qaytarılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmişdir. İmtinanın əsası kimi iddiaçının ərizəsinə əsasən inventarlaşma işlərinin aparılması üçün ödənilmiş xidmət haqqının mövcud qanunvericiliyə tamamilə uyğun olduğu və Ərazi İdarəsi tərəfindən heç bir qanun pozuntusuna yol verilmədiyi göstərilmişdir.
24. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, bu qərarın 19-cu bəndində qeyd olunan qaydalarda mərzçəkmə və inventarlaşma işlərinin hüquq sahibinin iradə ifadəsinə uyğun olaraq aparılması göstərilmişdir. Yəni, həmin Qaydalarda mərzçəkmə və inventarlaşma işlərinin aparılmasının imperativ xarakterli olması öz əksini tapmamışdır.
25. Həmçinin, iş materiallarında olan xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 26223 saylı rəyindən görünür ki, iddiaçının adından DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imza, xx xxxxxx 2015-ci il tarixdə tərtib edilmiş smetada “Sifarişçi” qrafasındakı imza - İddiaçı ( iddiaçı) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
26. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanması və verilməsinin prosedur Qaydalar”ın 4-cü bəndinə əsasən, tələb edilən ərizənin sifarişçi olmalı olan İddiaçı tərəfindən təqdim edildiyi sübuta yetirilməmişdir. Odur ki, iddiaçıdan alınmış 741 manat xidmət haqqının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəmələrin gəlmiş olduğu nəticə əsaslıdır.
27. Eyni zamanda, aşağı instansiya məhkəmələri tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeyd alınması barədə çıxarışın verilməsi üçün 30 (otuz) manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə 50 manat dövlət rüsumu ödəmişdir. Mübahisə predmeti olan 741 manat isə mərzçəkmə və inventarlaşdırma işləri üçün nəzərdə tutulmuşdur ki, o da Tarif (Qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli 04 saylı Qərarı əsasında müəyyən olunur.
28. Göründüyü kimi, iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeyd alınması barədə çıxarışın və həmin daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə nəzərdə tutulmuş dövlət rüsumlarını ödəmişdir. Çünki, qeyd olunan dövlət rüsumlar ının ödənilməsi hüquq sahibinin istəyindən asılı deyil, yəni “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dövlət rüsumunun ödənilməsi imperativ xarakter daşıyır. Lakin mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması üçün ilk növbədə hüquq sahibinin iradə ifadəsi, yəni razılığı lazımdır. Göründüyü kimi, həmin razılıq mövcud deyil.
29. Cavabdeh kassasiya şikayətində dövlət aktında qeyd olunan torpaq sahəsinin koordinatları və konfiqurasiyasının faktiki torpaq sahəsinin koordinatları və konfiqurasiyası ilə uyğun olmadığı üçün torpaq sahəsinin ilkin inventarlaşmasının aparılmasının məcburi olduğunu, ona görə də, torpaq sahəsinın iddiaçının nümayəndəsi xxxxn iştirakı ilə yerində müayinə olunduğu və bu barədə, onun iştirakı ilə akt tərtib edildiyini bildir sə də, qeyd edilən halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə də, məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən inventarlaşma və mərzçəkmə işlərinin hüquq sahibinin – iddiaçının iradəsinə uyğun aparıldığı sübuta yetirilməmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının tələbinin qanuni və əsaslı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, cavabdeh tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsini n hazırkı iş üzrə qərarı ləğv edilə bilməz.
31. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-342/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.