Məhkəmə qərarları › İş №2-1(102)-92/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-92/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-92/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası; işin hallarının hərtərəfli araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1673/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. O, 07.04.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 18.04.1980 - 28.06.1982-ci illərdə hərbi xidmətdə olmuş, 01.09.198415.04.1985-ci illərdə texniki peşə məktəbində təhsil almışdır.

2. İddiaçı ona 57 yaşından, yəni 24.01.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, üm umi iş stajının 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az təşkil etməsi əsası ilə ona güzəştli şərtlərlə pensiya təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 24.01.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsində göstərmişdir ki, o, əmək fəaliyyətinə 01.09.1979-cu ildə başlamış və hal-hazırda iş fəaliyyətinə davam edir. 57 yaşı tamam olan zaman güzəştli pensiya hüququ yarandığı üçün cavabdehə müraciət etmiş, lakin ona pensiya təyin olunmasından imtina edilmişdir. Halbuki, o, qanunla tələb olunan ümumi və güzəştli iş stajına malikdir.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-1481/2021 nömrəli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddiа tələbi təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu 24 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixinədək qanunla tələb oluna 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajını toplamışdır. Belə ki, iş stajı əmək kitabçası, SOCAR-ın 04.06.2019-cu il tarixli və 19 fevral 2019-cu il tarixli arayışları, "xxxx" MMC-nin 11 iyun 2019 -cu il tarixli, 24 nömrəli güzəştli arayışları ilə təsdiq edilir.

8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: C.A,Yusifov və H.Ü.Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-1481/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilməmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş g üzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir.

11. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı hesab edir ki, onun işlədiyi "xxxx" MMC neft emalı ilə deyil, hasilatla məşğuldur. Apellyasiya instansiya məhkəməsi müəssisənin fəaliyyət istiqaməti ilə bağlı hərtərəfli araşdırma aparmadan nəticəyə gəlmişdir. Bundan əlavə, onun əmək fəaliyyəti barədə verilmiş güzəştli arayışla bağlı məhkəmə tərəfindən müvafiq soğular verilməmiş, əmək kitabçasının mötəbər olmaması ilə bağlı mövqe əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri:

13. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etmiş və etirazın dəlilləri kimi göstərmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsaslıdır. Belə ki, iddiaçının işlədiyi kompressor qurğuların maşinisti və "xxxx" MMC-də çalışdığı elektrik montyoru Siyahıda nəzərdə tutulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən as ılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

16. Azərbaycan Respublikasının İnzi bati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələri ndə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə tərkibi hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

20. Hazırkı halda iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün o, 01.01.2006-cı il tarixədək 25 il ümumi stajı və 12 il 06 ay güzəştli iş stajını tamamlamalıdır.

21. İddiaçı iş stajını (01.01.2006-cı ilədək) təsdiq edən sənəd kimi aşağıdakıları təqdim etmişdir:

22. İT-İ ******* nömrəli, 07 aprel 1980-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, 01.09.1979-cu ildən 01.04.1980-ci ilədək “Qərvənd” pambıq məntəqəsində fəhlə kimi işləmiş, 07.06.1985-ci ildən 01.11.1991-ci ilədək “Leninneft” X1 İdarəsində kompressor qurğularının maşınısti, 01.11.1991-ci ildən 28.02.1995-ci ilədək elektrik avadanlıqlarına xidmət üz rə elektrik montyoru, 01.03.1995-ci ildən 01.09.2003-cü ilədək qaz-kompressor sexində elektrik montyoru, 01.09.2003-cü ildən 28.08.2011-ci ilədək elektrik avadanlıqlarının quraşdırılması, təmiri və elektrik təchizatı sahəsində elektromontyor peşəsində "xxxx" Müştərək müəssisəsində işləmişdir.

23. İT-İ ******* nömrəli, 03 sentyabr 1982-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı 01.09.1982-ci il tarixdən 31.08.1984-cü il tarixədək AR Hidrogeoloji Ekspedisiya AZ SSR-də (rəngsaz) və Qarabağ dövlət geoloji müəssisəsində (qazmaçı) əmək fəaliyyəti ilə məşğul olmuşdur (əmək kitabçasına əsasən işə qəbul edilənə qədər əmək stajı olmamışdır).

24. İT-İ ******* nömrəli, 04 may 2004-cü il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı 03.05.2004-cü il tarixdən 09.10.2006-cı ilədək elektrom ontyor peşəsində "xxxx" MMC-də işləmişdir.

25. Həmçinin iş materiallarından görünür ki, iddiaçının hərbi biletindəki qeydlərə əsasən, o, 18 aprel 1980-ci ildən 28 iyun 1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur və 01 sentyabr 1984-cü ildə Bakı şəhəri 12 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 26 aprel 1985-ci ildə soyuq komressor qurğularının maşinisti peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir.

26. İddiaçının təqdim etdiyi əmək kitabçalarındakı məlumatlara əsasən, 01.01.2006-cı il tarixədək onun 25 ildən artıq ümumi stajı mövcuddur. Cavabdeh 01.01.2006-cı il tarixədək iddiaçının 25 ildən az stajının olmasını bildirmişdir. İş materiallarında olan (iş v. 61) stajın hesablanma cədvəlindən görünür ki, cavabdeh iddiaçının 01.09.1979-cu il tari xdən 01.04.1980-ci il tarixədək və 01.09.1982-ci il tarixdən 31.08.1984-cü il tarixədək olan iş stajını nəzərə almamış, nəticədə onun 22 il 10 ay 11 gün sığorta stajının olmasını qeyd etmişdir.

27. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçının ümumi iş stajının yetərli olmaması ilə bağlı dəlilinə münasibət bildirməmiş, onun ümumi iş stajının həcmi istiqamətində araşdırma aparmamış, 01.01.2006-cı il tarixədək qanunla tələb olunan ümumi iş stajına malik olub-olmamasını qiymətləndirməmişdir. Məhkəmə yalnız qeyd etmişdir ki, “iş materiallarında olan, iddiaçıya məxsus İT-İ № ******* seriya və nömrəli əmək kitabçasından və İT-İ №0269731 seriya və nömrəli əmək kitabçasından göründüyü kimi, iddiaçı 2004-2014-cü illər ərzində eyni anda iki fərqli müəssisələrdə işləmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı buna əsas olaraq maddi vəziyyətinin yaxşı olmadığını və ehtiyacı olduğundan eyni anda iki fərqli yerdə növbəlilik qaydasında işlədiyini bildirsə də, növbəlilik və iş saatları barəsində hər hansı sübut təqdim etməmişdir.”

28. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının eyni anda iki müəssisədə işləməsi halının mötəbərliliyini şübhə altına alsa da, bu halın iddiaçının ümumi iş stajının həcminə təsirini qeyd etməmiş, həmçinin iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim edilmədiyini deməklə kifayətlənmiş, bu istiqamətdə araşdırma aparmamışdır.

29. Halbuki, pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə ünvanlanmış icmal məktubda da qeyd edilmişdir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır.

30. Lakin işə baxan məhkəmə öz xidməti vəzifəsindən irəli gələn işin hallarının araşdırılması prinsipinə riayət etmədən, bu istiqamətdə araşdırma aparmadan iddiaçıya məxsus məlumatların mötəbərliyini şübhə altına almış, ümumi stajla bağlı hər hansı qiymətləndirmə aparmamışdır.

31. İddiaçının güzəştli stajı ilə bağlı isə qeyd olunmalıdır ki, cavabdeh imtina məktubunda bu halı mübahisələndirməsə də, kassasiya şikayətində bu halı mübahisələndirmişdir.

32. Pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə ünvanlanmış icmal məktubda da qeyd edilmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyə n edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtin ada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq, hər bir halda, iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.

33. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq güzəştli stajla bağlı məsələyə də qiymət vermişdir. Lakin, apellyasiya instansiya məhkəməsi güzəştli stajla bağlı araşdırmanı natamam aparmışdır.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının çalışdığı “Leninneft” Qaz Çıxarma İdarəsi və "xxxx" MMC neft-qaz və qaz kondensatının hasilatı ilə məşğul olmuşdur. Həmçinin, socar.az internet saytında "xxxx" MM-nin əs as fəaliyyət növü Kontrakt sahəsində karbohidrogenlərin kəşfi, işlənməsi və hasilatı olaraq göstərilmişdir. İddiaçının işlədiyi kompressor qurğularının maşınisti və elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısından göründüyü kimi, Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin neft-qaz və qaz kondensatının hasilatı ilə bağlı olan ikinci yarımbölməsində deyil, həmin bölmənin 3-cü yarımbölməsində (Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı) göstərilmişdir.

35. Göründ üyü kimi, iddiaçının işlədiyi müəssisələrin neftin və qazın emalı ilə deyil, neft-qaz və qaz kondensatının hasilatı ilə məşğul olması nəticəsinə gələrkən apellyasiya instansiyası məhkəməsi bununla bağlı cavabdehin dəlillərinə və socar.az internet saytındakı məlumatlara istinad etmişdir.

36. Halbuki, yuxarıda qeyd edildiyi kimi, işin hallarının hərtərəfli araşdırılması prinsipinə əsasən iddiaçının qanunla tələb olunan xüsusi iş stajına malik olub-olmaması istiqamətində araşdırma aparılmalı, bununla bağlı iddiaçının işlədiyi müəssisələrə sorğu verilməli idi. Bundan əlavə, iş materiallarında olan "xxxx" MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəştli arayışının məzmunu apellyasiya instansiya məhkəməsi tərəfindən yetərli hesab edilməmiş, buna baxmayaraq, məhkəmə yeni güzəştli arayışın təqdim edilməsi yükünü iddiaçının üzərinə qoymuş, öz təşəbbüsü ilə arayışın əldə edilməsi istiqamətində tədbir görməmişdir.

37. Nəzərə alınmalıdır ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

38. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qərarda q eyd olunan hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.

40. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar