Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-92/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, riskli vergi əməliyyatı, əmtəəsiz əməliyyat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(103)1430/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (“Sifarişçi (Alıcı)”) ilə "xxxx" MMC (“İcraçı (Satıcı)”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24-12-21 BACLİB nömrəli müqaviləyə əsasən, “Sifarişçi (Alıcı)” bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarında, hesabfakturalarda, təhvil-qəbul aktlarında və elektron qaimə fakturalarda qeyd olunan işlərin görülməsini, xidmətlərin göstərilməsini və ya malların alınmasını sifariş verməyi, “İcraçı (Satıcı)” isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarında, hesab-fakturalarda, təh vil-qəbul aktlarında və elektron qaimə fakturalarda sadalanan işlərin görülməsini, xidmətlərin göstərilməsini və ya malların alınmasını təmin etməyi öhdəsinə götürmüşdür. 2. 28.01.2022-ci il tarixli, 755698 nömrəli elektron qaiməyə əsasən, sözügedən müqavilə üzrə "xxxx" MMC 17903,91 manat dəyərində malı iddiaçıya təqdim etmişdir.
3. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən, iddiaçı 2021-ci il vergi dövrü üzrə mənfəət vergisini 3628,32 manat məbləğində bəyan etmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin risklə vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********643800 nömrəli qərarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021xx.xx.2021-ci il tarixlərində cəmi 76,9 min manat dəyərində təqdim edilmiş qaimə faktura üzrə satışda “Kitab-kateqoriya-2 (A5/RQ/AQS/130/300), rəngli, 300 səhifəlik, 3 nəşr, 130 qramlıq, Broşürlər (A4 formatında, rəngli, 50 səhifəlik, 15 nəşr, 120 qramlıq), Avtoklav torbası, Katric Toner HP 1005 üçün, Paraşok 9kq Universal, Döşəmə bezi 80x100, və s.” qeyd olunduğu, elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilmədiyi, eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edildiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’’nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən, vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********425500 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixli, **********802400 nömrəli xidməti məktubda adları qeyd edilən vergi ödəyicilərinin araşdırılması zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 17903,91 manat dəyərində elektron qaimə-fakturaların əldə edilməsi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək iddiaçıya 1118,2 manat məbləğində əlavə vergi hesab lanmış, bununla da 2021-ci il vergi dövrü üzrə mənfəət vergisi cəmi 4746,52 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********425500 nömrəli qərarının əlavə hesablanmış verginin 895,2 manat məbləğ hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi iddiaçı tərəfindən 2021-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən ri skli əməliyyat üzrə 17903,91 manat dəyərində elektron qaiməfakturaların əldə edilməsi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsinin vergidən yayınma halı kimi (kənarlaşma) qiymətləndirilməsi olmuşdur. İddiaçı tərəfindən 2021-ci il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. Vergi orqanı həmin şirkətlə bağlı qərarı xx.xx.2022-ci il tarixdə qəbul etmiş və həmin tarixdə həmin şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır. Vergi orqanının qərarında qeyd edilmiş təşkilatın adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi iddiaçının müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən Elektron Vergi Portalına müvafiq məlumatlar daxil edildiyi andan görür
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 17903,91 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edildiyi müəyyən edilmiş, həmin hal vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (m əlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək 5 gün müddətində müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. İddiaçı tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 895,2 manat olmaqla (17903,91*5%) ona əlavə vergi məbləği hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilərək bəyannamənin xərc hissəsində 221.15-ci maddəsində əlavə 4460 manat xərc məbləği bəyan edilərək göstəricilərin in azaldılmaqla təqdim edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bu səbəbdən iddiaçıya xx.xx.2022-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. İddiaçı tərəfindən yenə də kənarlaşmalar aradan qaldırılmamış, müvafiq təsdiqedici sənədlər təqdim edilməmiş və nəticədə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 1118,20 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********425500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2021-ci il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. xx.xx.2021-ci il tarixli müqavilə ilə "xxxx" MMC-dən mallar alınmış və müvafiq ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 76,9 min manat dəyərində təqdim edilmiş qaimə-faktura üzrə satışda “Kitab-kateqoriya- 2(A5/RQ/AQS/130/300), rəngli, 300 səhifəlik, 3 nəşr, 130 qramlıq, Broşürlər (A4 formatında, rəngli, 50 səhifəlik, 15 nəşr, 120 qramlıq), Avtoklav torbası, Katric Toner HP1005 üçün, Paraşok 9kq Universal, Döşəmə bezi 80/100 və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron- qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci, 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunmuşdur
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 17 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10037/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********425500 nömrəl i qərarı 895,2 manat əlavə vergi hesablanması hissəsində ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən qərardan görünür ki, "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyindən, cavabdeh iddiaçının onunla bağladığı müqaviləyə əsasən ödənilən 17903,91 manat pulun xərcə daxil edilməsini qəbul etməyərək həmin məbləğin 5 faizi məbləğində (895,2 manat) iddiaçıya əlavə vergi hesablamışdır. Lakin işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin risklə vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********643800 nömrəli qərarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 76,9 min manat dəyərind ə təqdim edilmiş qaimə faktura üzrə satışda “Kitab-kateqoriya-2 (A5/RQ/AQS/130/300), rəngli, 300 səhifəlik, 3 nəşr, 130 qramlıq, Broşürlər (A4 formatında, rəngli, 50 səhifəlik, 15 nəşr, 120 qramlıq), Avtoklav torbası, Katric Toner HP 1005 üçün, Paraşok 9kq Universal, Döşəmə bezi 80x100, və s.” qeyd olunduğu, elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi, eyni zamanda, cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edildiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’’nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi "xxxx" MMC (**********) ri skli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin cəmiyyətlə apardığı əməliyyat xx.xx.2021-ci il tarixə aid olmuş, həmin dövrdə "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Belə olan halda aydındır ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan hal, o cümlədən 17903,91 manatın iddiaçının xərcinə aid edilməməsi üçün əsas mövcud olmamış, bununla da cavabdeh qanunsuz qərar qəbul etmişdir. Digər tərəfdən, cavabdeh iddiaçının əmtəəsiz, yaxud riskli əməliyyat aparması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddiaçının riskli əməliyyat apardığına görə riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul etməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Elşən Kazımov) 21 iyun 2023cü il tarixli, 2-1(103)-1430/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının da riskli vergi ödəyicisi olduğunu, lakin məhkəmə tərəfindən bunun nəzərə alınmadığın qeyd etmişdir. Lakin cavabdeh bununla ə laqədar qərarı məhkəməyə təqdim etməmiş, apellyasiya şikayətində isə iddiaçının xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab olunduğunu bildirmişdir. Göründüyü kimi, qeyd olunan əməliyyat aparılan dövrdə həm iddiaçı, həm də "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Beləliklə, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, yalnız ehtimallara əsaslanmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qe yd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə araşdırılmadığından ilkin olaraq iddianın təmin edilmə əsasları olduğu kimi qəbul edilmişdir. Əslində, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə ar asında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Mə cəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, h abelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublik asının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüqu qi hallara müvafiq olaraq qiymət verir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə b ilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaql a qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, iddiaçı 2021-ci ildə "xxxx" MMC-dən 17930,91 manat həcmində mal almışdır. Həmin məbləği iddiaçı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi gö stərsə də, cavabdeh "xxxx" MMC-ni riskli vergi ödəyicisi qrupuna daxil etdiyi üçün həmin məbləği xərclərdən çıxartmış və əlavə vergi hesablamışdır.
30. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının mal aldığı əməliyyatı əmtəəsiz əməliyyat kimi qiymətləndirmişdir. Bunun əsası qismində mal satan "xxxx" MMC-nin rəsmi mülkiyyətində həmin malın olmadığına istinad olunmuşdur. Halbuki, iddiaçının mal alarkən ona mal satan şəxsin həmin malı hansı qaydada aldığına dair hər hansı bir məlumat almaq imkanına malik olmadığı nəzərə alınmalıdır. Həmçinin, belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Vergi orqanının əməliyyatın əmtəəsiz olduğuna istinad etməsi üçün əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməsi tələb olunur. Həmin malın yalnız satıcıda olmaması halı əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.
31. Bundan başqa, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 17930,91 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır.
32. İddianı təmin edən məhkəmələr y alnız iddiaçı ilə "xxxx" MMC arasında əməliyyat aparılarkən sonuncunun riskli vergi ödəyicisi qrupunda olmadığına istinad etmişdir. İş materialları ilə qeyd olunan fakt təsdiqini tapsa da, xüsusilə qeyd olunmalıdır ki, şəxsin riskli vergi ödəyicisi qrupunda olması onunla aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan şəxslə (məsələn, şəxsin obyekti uçota aldırmadığına görə, beşdən artıq müəssisədə direktor olmasına görə və s. əsaslarla riskli qrupa salındığı hallarda) alqı-satqı əməliyyatı apardığı hallarda da həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olm asına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
33. Bundan başqa, qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə, gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Lakin cavabdeh əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, həmin yanaşmasına uyğun istinad olunan normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2208/2023 nömrəli qərarı).
34. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz.
35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 21(103)-1430/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.