Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-920/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı(bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə(bundan so nra cavabdeh) qarşı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə müvafiq olaraq prokurorluq işçiləri məzuniyyətə çıxarkən onlara hər il verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar ildə 1 dəfə verilən 2 aylıq əmək haqqı məbləğində pul müavinəti, həmçinin 2 aylıq əmək haqqı həcmində verilən maddi yardım nəzərə alınmaqla pensiya hüququnun yarandığı vaxt “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan tələbləri əsasında yenidən hesablanaraq keçmiş dövr üçün yaranmış məbləğ fərqinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)- 2763/2018 saylı, 4 dekabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xxxx-cı il tarixdə anadan olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı 17 avqust 1979-cu il tarixli əmrlə prokurorluq orqanlarına stajor kimi qəbul edilmiş, 17 avqust 1980-ci il tarixli əmrlə müstəntiq vəzifəsinə keçirilmiş, 9 mart 1983-cü il tarixli əmrlə prokuror müavini təyin edilmiş, 8 oktyabr 1990-cı il tarixli əmrlə işdən azad edilmiş, 15 oktyabr 1990-cı il tarixində yenidən prokurorluğa işə qəbul edilmiş, 12 noyabr 1994-cü il tarixdə Astara rayon prokuroru vəzifəsini icra etmiş, 21 dekabr 1994-cü il tarixdə Astara rayon prokuroru təyin edilmiş, 21 dekabr 1999-cu il tarixli əmrlə səlahiyyət müddətinin qurtarması ilə əla qədar olaraq tutduğu vəzifədən azad edilmiş, 29 iyun 2001-ci il tarixli əmrlə Baş Prokurorluğun Kadrlar İdarəsi Tədris mərkəzinin prokuroru vəzifəsinin icrası iddiaçıya həvalə edilmiş, 13 dekabr 2002-ci il tarixdə Baş Prokurorluğun Kadrlar İdarəsi Tədris mərkəzinin prokuroru vəzifəsinə təyin olunmuşdur. Baş Prokurorluğun 26 iyul 2005-ci il tarixli əmrində “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 29.2.5 və 32.4-cü maddələrinə müvafiq olaraq Baş Prokurorluğun Kadrlar İdarəsi Tədris mərkəzinin prokuroru ədliyyə müşaviri iddiaçının öz arzusu ilə xidmət illərinə görə pensiyaya çıxması ilə əlaqədar 26 iyul 2005-ci il tarixdən tutduğu vəzifədən azad edilib qulluq keçməsinə xitam verilməklə prokurorluqdan xaric edilməsi əmr edilmişdir. İddiaçıprokurorluq orqanlarında qulluq etmiş ş əxs kimi əmək haqqı üzrə müvafiq mükafatları, ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanlandığı 5 iyun 2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçı əlavələrin xidmət keçdiyi dövr ərzində ona hesablanması barədə Baş Prokurorluqdan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyasının hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. İddiaçı 5 iyul 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə müvafiq olaraq prokurorluq işçiləri məzuniyyətə çıxarkən onlara hər il verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar ildə 1 dəfə verilən 2 aylıq əmək haqqı məbləğində pul müavinəti, həmçinin 2 aylıq əmək haqqı həcmində verilən maddi yardım nəzərə alınmaqla pensiya hüququnun yarandığı vaxt “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan tələbləri əsasında yenidən hesablanması və keçmiş dövr üçün yaranmış məbləğ fərqinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər prokurorluq orqanlarında çalışmışdır. Hal-hazırda pensiya alır. Cavabdehin imtinası əsassızdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqın da” Qanunun 20.6, 20.8, 20.9, 21.4-cü, “İnzibati icraat haqqında” Qanunun 12, 15.2, 28.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya 30 sentyabr 2005-ci il tarixdə prokuror kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının prokurorluq orqanlarında qulluq stajı 25 il təşkil etmişdir. Pensiyasının miqdarı Astara rayon prokurorunun vəzifə maaşına uyğun olaraq vəzifə maaşı 1350 manat xidmət illərinə görə əlavə (45%) 607,50 manat, xüsusi rütbəyə görə 134 manat olmaqla cəmi 1.957,50 manat dövlət məvacibinin 80%-i həcmində 1566+134.0 manat=1.700 manat məbləğində 1 yanvar 2014-cü il tarixdən yenidən hesablanaraq mütəmadi qaydada ona ödənilmişdir. Əlavələrin xidmət keçdiyi dövr ərzində iddiaçıya hesablanması barədə Baş Prokurorlu qdan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyasının hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-3321/18 saylı iş) 13 sentyabr 2018-ci il tarixli qərarı iddia təmin edilərək iddiaçıya “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə müvafiq olaraq prokurorluq işçiləri məzuniyyətə çıxarkən onlara hər il verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar ildə 1 dəfə verilən 2 aylıq əmək haqqı məbləğində pul müavinəti, həmçinin 2 aylıq əmək haqqı həcmində verilən maddi yardım nəzərə alınmaqla pensiya hüququnun yarandığı vaxt “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan tələbləri əsasında yenidən he sablanaraq və keçmiş dövr üçün yaranmış məbləğ fərqinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 21.4, 20.14-cü, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5, 20.8.3-cü, “İnzibati icraat haqqında” Qanunun 19.1, 20.2, 24.1-ci maddələrinə əsasən iddia təmin edilməlidir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X4 və X1, 2-1(103)-2763/2018 saylı iş) 4 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məh kəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 17 dekabr 2018-ci il tarixdə qərarın surətini almış, 11 yanvar 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Prokurorluq haqqında” Qanunun 1-ci maddəsində sadalanan subyektlər arasında pensiyaya çıxmış prokuror işçiləri göstərilməmişdir. Bundan əlavə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.9-cu maddəsində “pensiyaya çıxmış işçilər də daxil olmaqla” ifadəsindən istifadə olunması da bir daha göstərir ki, qanunverici müəyyən etdiyi müddəaların “Prokurorluq haqqında” Qanunun 1-ci maddəsində göstərilənlərdən əlavə subyektlərə aid edildiyi hall arı həmin maddələrdə xüsusilə vurğulamışdır. Buna görə də apellyasiya instansiyası mübahisəli işə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8 və 21.4-cü maddələrini tətbiq etməkdə səhvə yol vermiş, həmin maddələrin aid edildiyi subyekt dairəsindən kənara çıxmış, bununla da göstərilən maddi hüquq normalarını düzgün şəkildə təfsir etməmişdir. tərəflərin izahatı: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsаslаndırmа hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı prokurorluq işçiləri məzuniyyətə çıxdığı vaxt onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinətin, habelə müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının və maddi yardımın əmək pensiyası zamanı nəzərə alınmasını xahiş etmişdir. 07 dekab r 1999-cu ildə qəbul edilmiş və 30 dekabr 1999-cu ildə qüvvəyə minmiş “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinə görə prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə “Prokurorluq orqanlarında qulluq keçmə” haqqında Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. 29 iyun 2001-ci ildə qəbul edilmiş və 19 iyul 2001-ci ildə qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun müddəalarına görə prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir (20.8-ci maddə). Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müa licə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir (20.9-cu maddə). Həmin Qanunun 21.1-ci maddəsinə görə prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsində isə qeyd edilir ki, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyasıbu Qanunla nəzərdə tutulmuş qayda və şər tlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunla müqayisədə qanunverici Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində əmək haqqına əlavələr və digər ödənclərlə bağlı ətraflı anlayış vermişdir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, əmək haqqımüvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müq aviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsində qeyd edilir ki, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi, qanunverici vəzifə maaşına edilən əlavələri əmək haqqının məcmusuna aid etmişdir. İddiaçı barəsində olan əmək kitabçasının surətindən görünür ki, o, 26 iyul 2005-ci ilə qədər prokurorluq orqanlarında işləmişdir. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1- ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafıq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. Avropa Məhkəməsi özünün “Azinas Yunanıstana qarşı iş üzrə” 20 iyun 2002-ci il qərarında qeyd etmişdir ki, əmək fəaliyyəti növünə əsaslanan pensiya almaq hüququ, müəyyən hallarda məsələn, pensiya fonduna məqsədli ödənişlər edildikdə və ya həmin işdə olduğu kimi işəgötürən işçini müqavilənin tərkib hissəsi kimi pensiya təminatı ilə işə götürdükdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyətə bərabər tutula bilər. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş 9.4.1-ci maddəsinə əsasən pr okurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının prokurorluq orqanlarında azı 25 il qulluq etdiyinə görə 2005-ci ildən yaşa görə əmək pensiyası alması mübahisə doğurmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qəbul etdiyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106 və 109-cu maddələrinin müvafiq maddələrinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il, 27 iyun 2001-ci il və 18 iyul 2008-ci il tarixli qərarlarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son d ərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan prokurorluq işçisinin ona təyin olunmuş pensiyanın məbləği prokuror işçisi statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib sürətdə yenidən hesablanmalıdır. Qanunvericiliklə nəzərdə tutulmuş bu qaydaya hər hansı formada riayət edilməməsi, o cümlədən, belə artımla əlaqədar pensiyada olan sabiq prokurorluq işçisinin pensiya məbləğinin yenidən hesablanmasında hamının qanun qarşısında bərabərlik prinsipindən kənarlaşmaqla eyni vəziyyətdə və eyni statusda olan şəxslərlə bağlı fərqli yanaşmaya yol verilməsi qüvvədə olan qanunvericiliyə əsasən müvafiq məsuliyyə tin yaranmasına səbəb olur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri qanuni sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2763/2018 saylı, 4 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-920/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-920/2019
23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver