Məhkəmə qərarları › İş №2-1(102)-920/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-920/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-920/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X9 Xüsusi X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə əlili kimi təyin edilmiş əmək pensiyaçısına dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X9 Xüsusi X4rşı “dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 8 yanvar tarixli 2-1(103)-121/20 20 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1990-cı il 1 avqust tarixdən 2018-ci il 26 dekabr tarixədək vergi orqanlarında işləmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmış, hərbi travma almışdır. İddiaçıya 2016-cı il 11 aprel tarixdən hərbi qulluqçu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 17 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya 2016-cı il 11 aprel tarixdən hərbi qulluqçu kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir və ödənilməkdədir. İddiaçı hərbi qulluqçu kimi təminat xərcliyinə uyğun olaraq pensiya aldığından ona dövlət qulluqçusu kimi əlavələrin ödənilməsi nəzərdə tutulmur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2019-cu il 31 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2016-cı il 11 aprel tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1990-cı il 1 avqust tarixdən 2018-ci il 26 dekabr tarixədək vergi orqanlarında işləmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün 2003-cü il 14 mart tarixdən 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. 2016-cı il 11 aprel tarixdən ona hərbi qulluqçu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir və pensiyanı hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsindən alır. İddiaçı hesab edir ki, həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hak imiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr hesablana bilərdi. Həmin Qanunun tələbinə uyğun olaraq iddia təmin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 oktyabr tarixli 2-1(81)3408/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2016-cı il 11 aprel tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının dövlət qulluğunda stajı ilə əlaqədar 2-ci qrup əlil dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ olduğundan cavabdehin imtinası əsaslı olmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 8 yanvar tarixli 2-1(103)-121/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı 2016-ci il 11 aprel tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası almaqla işləməkdə davam etmişdir. İddiaçının işdən çıxdığı 2018-ci il 26 dekabr tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi si yahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyaçılarına təyin edilir. Göründüyü kimi, qanunverici qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsi hüququnun yalnız İ qrup əlillərə məxsus olduğunu nəzərdə tutur. İddiaçı İİ qrup əlil olduğundan həmin maddənin tələbləri iddiaçıya şamil edilə bilməz. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərin in əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını formal əsaslarla ləğv etmiş, iddiaçıya əmək pensiyasının işdən çıxdıqdan sonra təyin edilməli olduğuna dair gəldiyi nəticənin hüquqi əsasını göstərməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: 2020-ci il 17 iyun tarixli məhkəmə iclasında iddiaçının vəkili X3 şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı şikayəti müdafiə edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdi. 2020-ci il 17 iyun tarixli məhkəmə iclasında cavabdehin vəkili X1 şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pe nsiyaları” haqqında Qanunun (2016-cı il 11 aprel tarixdə qüvvədə olan redaksiyada) 12.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (...) 20.1.12. bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular;... Həmin Q anunun 20.16-cı maddəsinə əsasən, bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi;... Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya onun müraciətinə əsasən, 2016-cı il 11 aprel tarixdən “Əmək pensiyaları” haqqında Qanunun 20.16.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi – təminat xərcliyinə uyğun olaraq 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları” haqqında Qanunun (2016-cı il 11 aprel tarixdə qüvvədə olan redaksiyada) 20.1-ci madd əsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (...) 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... Həmin Qanunun 37.3.4-cü madd əsinə əsasən, bu Qanunun 20.1.1-ci—20.1.10-cu və 20.1.14-cü—20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü m addəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçıya həmin vaxtda da məlum idi ki (yaxud məlum olmalı idi), 2016-cı il 11 aprel tarixdən “Əmək pensiyaları” haqqında Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edildiyi təqdirdə, o, faktiki ol araq dövlət qulluqçusu vəzifəsində çalışmaqda davam etdiyindən, “Əmək pensiyaları” haqqında Qanunun (2016-cı il 11 aprel tarixdə qüvvədə olan redaksiyada) 37.3.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 20.1-ci maddəsində nəzərdə tutulmuş əlavənin ödənilməsinə ümid edə bilməzdi. İddiaçıya onun müraciətinə əsasən, 2016-cı il 11 aprel tarixdən “Əmək pensiyaları” haqqında Qanunun 20.16.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi – təminat xərcliyinə uyğun olaraq 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edildiyindən və ödənildiyindən, cavabdehin iddiaçıya dövlət qulluqçusu kimi əlavələri ödəmək öhdəliyi olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 8 yanvar tarixli 2-1(103)-121/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar