Məhkəmə qərarları › İş №2-1(102)-920/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-920/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-920/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyini ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzr ə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)-582/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus hərbi biletlə müəyyən olunur ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 04 sentyabr 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdi r ki, onun ümumi sığorta stajı 14 il 1 ay olmaqla tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10732,48 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərində qoyulmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə onun 65 yaşı tamam olmuşdur. Yaşı tamam olduqdan sonra yaşa görə əmək pensiyası almaq üçün cavabdehə müraciət etsə də, cavabdeh əsassız olaraq ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin etmişdir. Lakin cavabdehin bu yanaşması qanunsuz və əsassızdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(116)-1688/2023 saylı qərarı ilə (hakim X3) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajı qanunl a müəyyən edilmiş müddətdən az olmaqla cəmi 24 il 3 ay 29 gün təşkil etdiyindən onun yaşa görə pensiya hüququ mövcud deyildir.

10. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)-582/2023 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X1 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(116)1688/2023 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə Konstitusiyanın 26-cı maddəsinin tələblərinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.

15. İddiaçı bildirmişdir ki, onun yaşa görə əmək pensiyasına çıxması üçün qanunla müəyyən edilmiş həddə əmək stajının olmasına baxmayaraq məhkəmələr əsassız olaraq onun iddia tələbini təmin etməmişlər. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar ), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.... Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzi bati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn in kişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan la zımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyası almağa yönəlmişdir. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini qanunun tələblərinə zidd hesab edərək i ddia tələbinin əsassız olduğu qənaətinə gəlmişlər.

26. Lakin məhkəmə kollegiyası iş materiallarını, qanunvericiliyin yuxarıda bəhs olunan normalarını nəzərə alaraq iddianın təmin edilməsini məqsədə müvafiq hesab edir.

27. Məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

28. Birinci və apelyasiya instansiyası məhkəməsinin qərarlarından birmənalı şəkildə anlaşılır ki, məhkəmələr iddiaçının 24 il 3 ay 29 gün əmək stajının olmasını qəbul etmişlər. Bu nəticəyə gələrkən iddiaçının əmək kitabçası olmadığından məhkəmələr arxiv arayışında, eləcə də iddiaçının hərbi biletində olan məlumatları mötəbər hesab etmişlər (Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən təqdim edilmiş arxiv arayışında iddiaçının 1972-1974, 1977-1979, 1981-1989, 1991-1996-cı illərdə Yevlax ra yonu 28 aprel Sovxozunda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir).

29. Bununla belə həmin arxiv arayışında iddiaçının 1980 və 1990-cı illərdəki fəaliyyəti əks edilməmişdir. Lakin nə iş materiallarında və ya nə də cavabdeh tərəfindən təqdim edilmiş hər hansısa bir hüquqi əhəmiyyətli sənəddə iddiaçının 1980 və 1990-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmaması və ya işlədiyi sovxozda əmək fəaliyyətinə xitam verilməsi barədə məlumat mövcud deyildir.

30. Nəzərə almaq lazımdır ki, arxiv arayışları “Milli arxiv fondu haqqında” Qanuna, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnaməyə əsasən müəssisənin verdiyi məlumatlar əsasında formalaşır.

31. Arxiv arayışından aydın olur ki, iddiaçının işlədiyi sovxoz tərəfindən 1980 və 1990-ci illərə dair məlumat arxiv idarəsinə təqdim edilməmişdir. Müəssisə tərəfindən iddiaçının əmək fəaliyyəti ilə bağlı hər hansısa bir məlumatın təqdim edilməməsi onun ziyanına şərh edilməməlidir. Başqa sözlə iddiaçının 1980 və 1990-cı illərdə dair əmək fəaliyyəti haqqında məlumatın olmaması onun işləməməsi kimi təfsir edilə və iddiaçıya münasibətdə mənfi nəticələr yarada bilməz.

32. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, hüququn ümumqəbul edilmiş prinsipinə əsasən ziddiyyətli və ya şübhəli məqamlar həmişə daha zəif tərəfin xeyrinə həll edilməlidir. Məsələn, cinayət işlərində şübhəli və ziddiyyətli məqamlar aradan qaldırıla bilmədikdə onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

33. Hazırki halda iddiaçının 1980 və 1990-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair arxiv arayışında məlumatın olmaması onun həmi n illərdə ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmaması kimi (işçi ilə işəgötürən arasında əmək münasibətlərinə xitam verilməsi) sübutlar qiymətləndirilə bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli illərlə bağlı şübhələr başqa hallarla aradan qaldırıla bilmədiyindən, yəni həmin illərlə bağlı iddiaçının işdən azad edilməsi barədə məlumat olmadığından 1980 və 1990-cı illər iddiaçının ümumi əmək stajına daxil edilməlidir. 35. 1980 və 1990-cı illər nəzərə alınmaqla iddiaçının 25 ildən çox ümumi stajı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 okt yabr 2023-cü il tarixli, 2-1(107)-582/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar