Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-921/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 10.04.2019 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxılması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2887/2018 saylı 29 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) 1994-1996-cı illərdə Bakı X1 şöbəsinin ibtidai sinif metodikası fakültəsində oxumuş və ona Kollec tərəfindən 18 iyun 1996-cı il tarixli QA seriyalı, xxxx saylı diplom verilmiş, həmin ildən Şəki rayonu Turan qəsəbəsinin tam orta məktəbində müəllim kimi işə başlamış və hal-hazıradək həmin məktəbdə işləyir. İddiaçı diplomun dövlət nümunəli sənəd olub-olmaması barədə ərizə ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra-cavabdeh) müraciət etmiş, cavabdeh C6104/09-24 saylı, 11.06.2018-ci il tarixli məktubla müraciətin tə min olunmasından imtina edərək bildirmişdir ki, Bakı Menecer-Biznes Kolleci tərəfindən iddiaçının adına yazılmış Aİ seriyalı, xxxx saylı diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Bununla əlaqədar onun müəllimələrin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakına icazə verilməmişdir. İmtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildə Bakı Menecer Biznes Kollecinin ibtidai sinif metodikası fakültəsinə qəbul olmuş və orada 2 il təhsil almışdır. Ona həmin təhsil müəssisəsi tərəfindən 18 iyun 1996-cı il tari xdə QA seriyalı, 000505 nömrəli diplom verilmişdir. Həmin il iddiaçı Şəki rayonunun Turan qəsəbəsinin tam orta məktəbinə müəllim qəbul olunmuşdur. Hazırda da orada işləyir, işlədiyi dövrdə heç bir nöqsana yol verməmişdir. Verilmiş diplomun dövlət nümunəli olub-olmamasını müəyyən etmək üçün sorğu ilə cavabdehə müraciət etmiş, sonuncu ona verilmiş diplomun həqiqətən dövlət nümunəli sənəd olmasını bildirmişdir. Lakin bir müddət sonra iddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxılmamışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabde h tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3546/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.L.Kərimli) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Menecer Biznes Kolleci tərəfindən verilmiş 18 iyun 1996-cı il tarixli 000505 nömrəli diplom dövlət nümunəli olmadığından cavabdeh iddiaçını müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxmamaqda haqlı olmuşdur. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2887/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) ap elyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3546/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək onun ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, iddiaçının təhsil aldığı Kollec hazırda da qanuni fəaliyyət göstərir. Azərbaycan Respublikasının Təhsil Nazirliyində qeydiyyatdan keçmiş müəssisələrdəndir. Bundan başqa, iddiaçının əldə et diyi diplom bu günə kimi Təhsil Nazirliyi tərəfindən mübahisələndirilməmişdir. İddiaçının təhsil aldığı müddətdə Bakı Menecer-Biznes Kolleci kimi bir sıra orta ixtisas təhsil müəssisələri fəaliyyət göstərmişdir. Məktəbi yeni bitirmiş yeniyetmə uşaqlar hansı təhsil müəssisəsinin qanuni fəaliyyət göstərib-göstərmədiyini bilə bilməzdi. Həmin dövrdə Cavabdeh tərəfindən həmin təhsil müəssisələrinin qanunsuz fəaliyyəti ilə bağlı heç bir maarifləndirici məlumat olmamışdır. Beləliklə cavabdeh olan Cavabdeh bu tip təhsil müəssisələrinin fəaliyyətinə göz yummaqla, susmaqla, bu günə kimi bu müəssisələrin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciət etməməklə onların fəaliyyətinə razılıq vermişdir. Ən əsası iddiaçıya verilmiş bu diplomla Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyində olan orta məktəbdə 20 ildən artıq müəllimə kimi işləyir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2887/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olummuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: A zərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənims ənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 07 oktyabr 1992-ci il tarixdən 19 iyun 2009-cu ilədək qüvvədə olan "Azərbaycan Respublikasının Təhsil Qanunu"nun 8-ci maddəsinə görə, "təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə da xil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Bundan əlavə, həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsinin məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı müəssisə - Kollec diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. 07 oktyabr 1992-ci il tarixdən 19 iyun 2009-cu ilədək qüvvədə olan "Azərbaycan Respublikasının Təhsil Qanunu"nun 13-cü maddəsində qeyd edilir ki, "təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər". Həmin Qanunun 18-ci maddəsinə əsasən, orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə liseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. Azərbaycan Respublikası Prezidentinin 04.10.1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq” tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimi yyəti orqanlarının siyahısının 26-cı bəndində göstərilir ki, ali və orta ixtisas təhsil müəssisələrinin ixtisasaratıma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş "X3 Komissiyası haqqında" Əsasnaməyə müvafiq olaraq Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edili r və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi təcrübəsi haqqında” 29.07.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Bundan əlavə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və döv lət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatıAzərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir". Qeyd olunmalıdır ki, iddiaçının təhsil aldığı Kollec dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə də məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəti cəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2887/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-921/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-921/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver