Məhkəmə qərarları › İş №2-1(102)-921/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-921/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-921/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 2-1(103)-2638/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 646/1 nömrəli sərəncamına əsasən, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 48 nömrəli evdə yaşayan İddiaçı Buzovna qəsəbəsində 210 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, xx.xx.2014-cü il tarixli ərizəyə və əlavə edilmiş sənədlərə baxılmışdır. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, ayrılmış torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayıb və sxematik xəritəyə əsasən torpaq sahəsi 43 saylı bağın ərazisində (bağlar massivində) yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli ca vab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210 saylı sahədə yerləşən torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, 24 09.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Ərizə ilə bağlı torpaq sahəsinə təkrar baxış keçirilmişdir, lakin Xəzər rayonu, Buzovna qəsəbəsi, 210 saylı sahədə yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2014-cü il tarixdə, **********65 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Həmçinin, təqdim edilmiş Əzizbəyov rayon İHB-nın 646/1 saylı, xx.xx.1994-cü il tarixli sərəncamında və yerləşmə cizgisində fiziki şəxsin a ta adı düzgün qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********25 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ünvan ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, göstərilən sahə sxematik xəritəyə əsasən 44 saylı bağın ərazisində yerləşdiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxa rış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu) təqdim edilməsi məqsədəmüvafiqdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə Bakı şəhəri, Buzovna qəsəbəsi 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə onun ailəsinə Buzovna qəsəbəsində 210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin tərtib edilmiş plan və ölçüsü 8 yanvar 2014-cü il tarixdə X12 Kitabında 37095 saylı nömrə ilə uçota alınmış və AN 489097 saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib və təsdiq edilməklə, torpaq sahəsinin planı, torpağın əsas döngə nöqtələri, koordinatları verilmiş, qonşu sərhədləri göstərilmişdir. xx.xx.2013-cü il tarixdə iddiaçının müraciətinə əsasən, Xəzər rayon İcra Hakimiyyəti başçısının məktubu ilə ailəsinə ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanıb təsdiq edilərək ona göndərilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış almaq üçün cavabdehə yazılı müraciəti təmin edilməmişdir. 24 sentyabr 2019-cu ildə o, təkrarən cavabdehə müraciət etsə də, yenidən müraciətindən imtina edilmişdir. Göstərilən cavab əsasında, fiziki şəxsin ata adında olan yanlışlıq tərəfindən Xəzər rayon İHB-na müraciət edilərək aradan qaldırılmışdır. Bu nöqsan aradan qaldırılandan sonra xx.xx.2020-ci il tarixdə yenidən 3-cü dəfə cavabdehə etdiyi müraciətə xx.xx.2020-ci il tarixdə **********25 saylı məktubla, əvvəlki cavab məktublarına zidd olan məzmunda formal cavab verilmişdir ki, göstərilən sahə sxematik xəritəyə əsasən 44 saylı bağın ərazisində yerləşdiyindən (əvvəlki cavabda isə 43 say lı göstərilmişdir) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim edilməsi məqsədəmüvafiqdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********25 nömrəli cavab məktubu tamamilə qanunsuz və əsassız olmaqla, aşağıdakılara əsasən ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarış verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, sənədlərdən göründüyü kimi, ona Əzizbəyov rayonu Buzovna qəsəbəsində 210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin a yrılması faktı, Əzizbəyov rayon İHB-nın 646/1 saylı, 26 07.1994-cü il tarixli Sərəncamı ilə tam rəsmi qaydada sənədləşdirilmişdir. Bu sənəd əsasında torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək ona göndərilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin ayrılmış torpağın Kadastr planı tərtib edilərək X12 kitabında xx.xx.2014cü il tarixdə 37095 nömrə ilə uçota alınmışdır. Eyni zamanda, Milli Arxiv idarəsinin xx.xx.2019-cu il tarixli M-688 saylı arayışından da görünür ki, Əzizbəyov rayonu Buzovna qəsəbəsində ona 210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bütün bu hüquqmüəyyənedici sənədlərin olmasına və sənədlərin əsillərinin cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh bilərəkdən, onun ərizəsinə qanunsuz və uydurma cavablar verməklə, əsassız yerə ərizənin qanuni həll olunmasından imtina edir. Digər tərəfdən, Əzizbəyov rayon icra Hakimiyyətinin əməkdaşları tərəfindən ona ayrılmış 210 saylı torpaq sahəsinin koordinatları, qonşu torpaqlarla sərhədləri həmin şöbənin əməkdaşları və Dövlət Torpaq Komitəsi tərəfindən tam araşdırılaraq düzgün müəyyən edilmiş və ona rəsmi sənəd təqdim olunmuşdur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1053/2021 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/5595 nömrəli ekspert rəyində göstərilmişdir ki, Xəzər (Əzizbəyov) rayon İcr a Hakimiyyəti başçısının 646/1 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı torpaq olduğu, həmin torpaq sahəsinin texniki parametrlərinin (yerləşmə mövqeyi, ölçüsü, sahəsi və.s) A№ 489097 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun olduğu müəyyən edilir. 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 43 və 44 saylı bağ sahələrinin faktiki yerini və koordinatlarını dəqiqliklə naturada müəyyən etmək mümkün olmadığından, həmin bağ sahələrinin Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti başçısının 646/1 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda, qeyd olunur ki, baxış zamanı təqdim olunmuş iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 1200 kv.m təşkil etməklə, mişar daşı ilə hasarlanmışdır və faktiki vəziyyətdə hər hansı üst-üstə düşmə halının mövcud olmadığı müəyyən edilir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 19 aprel 2022-ci il tarixli, 21(112)-259/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə Bakı şəhəri, Buzovna qəsəbəsi, 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində id diaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Bundan başqa, cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. İddiaçı qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqla rının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamını cavabdehə təqdim etmişdir. Cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verilməsi üçün hüquqi əsaslar yoxdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) xx.xx.2022-ci il tarixli, 21(103)-2638/2022 nömrəli qərarı ilə cavabde hin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-259/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iş materiallarına əlavə edilmiş sözügedən sxematik xəritə bağ sahələrinin yerləşdiyi istiqamət, tutduğu yer və ölçüləri barədə müvafiq ərazilər üzrə inzibati orqanın müvafiq mütəxəssisi tərəfindən tərtib edilmiş və fərdi istifadə üçün nəzərdə tutulmuş xəritələrdir. Həmin xəritələr xüsusi qaydada deyil, yalnız mütəxəssis tərəfindən əl ilə hazırlanmaqla, qanunla müəyyən edilmiş səlahiyyət əsasında təsdiq edilmədiyindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Digər tərəfdən, faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh qeyd edir ki, müvafiq torpaq sahəsi bağlar massivində yerləşir və qeyd olunan ərazidə yerləşən bağ sahələri bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 43 və 44 saylı bağ sahələrinin bir hissəsi ilə üst-üstə düşür və sənəd üzrə sahə ölçüləri nəzərə alınmadan hasarlandığı üçün mövcud vəziyyətdə şəxs tərəfindən istifadə edilən torpaq sahəsi nömrə ardıcıllığına görə 43 və 44 saylı bağların yerinə uyğun gəlir. 1 saylı Bakı Ərazi İdarəsinin mövcud arxiv məlumatlarına əsasən, 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 43 saylı bağ sahəsi order əsasında X6 ayrılmışdır. X5 vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X7 və İstismarı Birliyinin 149 nömrəli protokolu X2 adına keçirilmişdir. X1 adına order arxiv qovluğunda aşkar olunmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 44 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəb ul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həya ta keçirilir.... 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çı xarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanu nvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ma ddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdik də, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instan siya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaçıya verilmiş imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. B ununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 43 və 44 saylı bağ sahələrinin bir hissəsi ilə üst-üstə düşməsi, mövcud arxiv məlumatlarına əsasən 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 43 saylı bağ sahəsinin order əsasında X6 ayrılması, sonuncunun vəfatından sonra sözügedən bağ sahəsinin X7 və İstismarı Birliyinin 149 nömrəli protokolu X2 adına keçirilməsi barədə təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının üzərində mülkiyyət hüququnu qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısı nın xx.xx.1994-cü il tarixli 646/1 nömrəli sərəncamı əsasında onun mülkiyyətinə verilmişdir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncam hal-hazırda qüvvədə olmaqla cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

26. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 646/1 nömrəli sərəncamı əsasında iddiaçıya torpaq sahəsinin ayrılması işin mübahisəsiz halıdır. Lakin bağların bölgüsünə dair sxematik xəritədə olan uyğunsuzluq iddiaçının təqsiri nəticəsində yaranmadığından bu hal onun mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas ola bilməz.

27. Cavabdeh ərazidə yerləşən bağ sahələrinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən və sənəd üzrə sahə ölçüləri nəzərə alınmadan hasarlan dığı üçün mövcud vəziyyətdə iddia olunan torpaq sahəsinin bağlar massivində yerləşdiyini 43, 44 saylı bağ sahələrinin bir hissəsi ilə üst-üstə düşdüyünü qeyd edir və dəlilinin əsası olaraq bağların bölgüsünə dair sxematik xəritəyə istinad edir.

28. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin istinad etdiyi, iş materiallarına əlavə edilmiş sözügedən sxematik xəritə bağ sahələrinin yerləşdiyi istiqamət, tutduğu yer və ölçüləri barədə müvafiq ərazilər üzrə inzibati orqanın müvafiq mütəxəssisi tərəfindən tərtib edilmiş və fərdi istifadə üçün nəzərdə tutulmuş xəritələrdir. Həmin xəritələr xüsusi qaydada deyil, yalnız mütəxəssis tərəfindən əl ilə hazırlanmaqla, qanunla müəyyən edilmiş səlahiyyət əsasında təsdiq edilmədiyindən mötəbər sübut qismində qiymətləndiril ə bilməz. Digər tərəfdən, faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir.

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin 43 saylı bağ sahəsinin order əsasında X6 ayrıldığı, sonuncunun vəfatından sonra sözügedən bağ sahəsinin X3 adına keçirildiyi barədə dəlili ilə bağlı qeyd edir ki, X5 vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X7 və İstismarı Birliyinin 149 nömrəli protokolu X2 adına keçirilsə də, sonuncunun adına order arxiv qovluğunda aşkar olunmamış, həmçinin, 44 saylı bağ sahəsinə dair hər hansı sənəd də İdarənin arxivində aşkar edilməmişdir.

30. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/5595 nömrəli ekspert rəyində də göstərilmişdir ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 646/1 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı torpaq sahəsidir, həmin torpaq sahəsinin texniki parametrləri (yerləşmə mövqeyi, ölçüsü, sahəsi və s.) A № 489097 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğundur. Eyni zamanda, baxış zamanı təqdim olunmuş iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 1200 kv.m təşkil etməklə mişar daşı ilə hasarlanaraq faktiki vəziyyətdə hər hansı üst-üst ə düşmə halının mövcud olmadığı müəyyən edilmişdir.

31. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.

32. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 21(103)-2638/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar