Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-921/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1967-ci il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2019-cu il tarixdən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2023-cü il tarixli, 2-1(105)-750/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 01 sentyabr 1985-ci ildən 30 iyun 1986-cı ilədək katibə-stenoqraf peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmiş, xx.xx.1985xx.xx.1985-ci illərdə, xx.xx.1985- xx.xx.1990-cı illərdə, xx.xx.1992-xx.xx.1997-ci illərdə, xx.xx-1997-xx.xx.2001-ci illərdə, xx.xx.2001- xx.xx.2018-ci illərdə, xx.xx.2018-ci ildən bu günə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 79 nömrəli arayışına əsasən iddiaçı güzəştli şərtlə yaşa görə pensiya hüququ verən tel efonçu vəzifəsində xx.xx.1993-cü ildən (əmr 79) xx.xx.2018-ci il tarixədək (əmr 12) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial (və ya iş) stajı 24 il, 08 ay, 15 gün təşkil edir. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə **********093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. 3. “Layihətikinti-A" MMC-nin 14/2 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “PROYEKTSTROY” indiki "xxxx" MMC-də katibə vəzifəsində işləmişdir.
4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 02 mart 2 022-ci il tarixli, **********8 imtina məktubu ilə bildirmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 6 gün (xx.xx.1985- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1990-cı il və xx.xx.1992- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 56400,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəm i 36040,23 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh ümumi stajı hesablayarkən açıq hesab səhvinə yol verərək onun xx.xx.2005-ci il tarixə olan ümumi stajını səhv hesablayaraq bir neçə ayı hesablamamışdır. Eyni zamanda adı çəkilən “Əmək pensiyaları haqqında” Qanun 28 noyabr 2006-cı il tarixdə dərc edildiyindən Qanunun q üvvəyə mindiyi nəzərdə tutulan xx.xx.2006-ci il tarixə vətəndaşdan qanunun tələbini icra etməsini tələb etmək vətəndaşın birbaşa Konstitusion hüquqlarının kobud surətdə pozulmasıdır. Hesab edilir ki, iddiaçının əmək pensiyasının dərc edildiyi günə, yəni, 28 noyabr 2006-cı il tarixə 10 il xüsusi stajı və 20 il ümumi əmək stajı yığılmışdır.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2-1(118)-243/2023 nömrəli qərarı ilə (hakim İ.Burcayev) iddia təmin edilərək, xx.xx.1967-ci il təvəllüdlü iddiaçıya xx.xx.2019-cu il tarixdən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 52 yaşına çatması, azı 20 il iş stajı olması və bu müddətin 10 ilini istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2023-cü il tarixli, 2-1(105)-750/2023 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, H.Babayev a və Z.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş işlədiyi dövrlər (təhsil müddəti də daxil olmaqla) və "xxxx" MMC-ə işlədiyi dövrlər nəzərə alındıqda, onun 20 ildən artıq ümumi iş stajına malik olması öz təsdiqini tapır. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd edilən dövrlər nəzərə alınmaqla, ümumi iş satjının 19 il 6 gün təşkil etdiyi qəbul etmiş, iddiaçının "xxxx" MMC-ə işlədiyi dövrlər nəzərə alınmamışdır. iddiaçı xx.xx.1990-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Proyektstroy” indiki "xxxx" MMC-də katibə vəzifəsində işləmiş, buna dair qeyd əmək ktabçasında öz əksini tapmasa da, həmin müəssisə hazırda fəaliyyət göstərməklə, iddiaçının həmin müəssisədə qeyd edilən dövrlərdə işləməsinə dair arayış təqdim etmiş, habelə arayışın verilməsinə əsas olan sənədlərin müəssisədə baş vermiş yanğın hadisəsi zamanı məhv olması halına istinad edərək, ona dair müvafiq yanğından mühafizə idarəsi tərəfindən verilmiş may 1995-ci tarixli arayış və 14 may 1995ci il tarixli yanğın haqqında akt təqdim edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı “Proyektstroy” kiçik müəssisəsnin yaradılması, onun "xxxx" kiçik müəssisəsinə çevrilməsi, onun əsasında "xxxx" MMC-nin yenidən təşkil edilməsi, habelə “Layihətikinti” kiçik müəssisəsi tərəfindən xx.xx.1991-xx.xx. 2000-ci il tarixdə sosial sığorta haqlarının ödənilməsi halı müəyyən edilmişdir. İddiaçının qeyd edilən müəssisədə işləməsi halı işəgötürən özü tərəfindən təsdiq edilmiş, bununla bağlı arayış təqdim edilmişdir.
13. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri və iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuşdur. Kassator qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun: Maddə
10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.... 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixədək olan redaksiya): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ili ni həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdak ılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:... qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. İş stajına daxil edilən əm ək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı.
21. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağl ı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Mə hkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlü kdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
29. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normal arının tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2006cı il yanvarın 1-dək iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması və həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 2 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması şərtlərinin ödənilməsi tələb olunur.
30. İddiaçının müvafiq yaş həddinə çatması və 10 ildən çox güzəştli iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapır və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.
31. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “PROYEKTSTROY” indiki "xxxx" MMC-də işləməsdir.
32. Bununla bağlı qeyd edilməlidir ki, işin apellyasiya instansiyası məh kəməsində müəyyən edilən hallarına görə iddiaçının həmin dövrdə “Proyektstroy” indiki "xxxx" MMCdə katibə vəzifəsində işləməsinə dair qeyd əmək kitabçasında öz əksini tapmasa da, həmin müəssisə hazırda fəaliyyət göstərməklə, iddiaçının həmin müəssisədə qeyd edilən dövrlərdə işləməsinə dair arayış təqdim edilmiş, habelə arayışın verilməsinə əsas olan sənədlərin müəssisədə baş vermiş yanğın hadisəsi zamanı məhv olması halına istinad edərək, ona dair müvafiq yanğından mühafizə idarəsi tərəfindən verilmiş may 1995-ci tarixli arayış və 14 may 1995-ci il tarixli yanğın haqqında akt təqdim edilmişdir.
33. Bundan əlavə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Proyektstroy” kiçik müəssisəsinin yaradılması, onun "xxxx" kiçik müəssisəsinə çevrilməsi, onun əsasında "xxxx" MMC-nin yenid ən təşkil edilməsi, habelə “Layihətikinti” kiçik müəssisəsi tərəfindən xx.xx.1991-xx.xx.2000-ci il tarixdə sosial sığorta haqlarının ödənilməsi halı müəyyən edilmişdir.
34. Belə olan halda, iddiaçının qeyd edilən müəssisədə işləməsi halı işəgötürən özü tərəfindən təsdiq edilmiş, bununla bağlı arayış təqdim edilmişdir.
35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilməyən 19 il 6 gün stajının üstünə iddiaçının “Proyektstroy”da işlədiyi müddət əlavə olunduqda onun 20 ildən ümumi stajının olması halı təsdiq olunur.
36. İddiaçının xüsusi stajı cavabdeh tərəfindən mübahisələndirilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən iddiaçının güzəştli iş stajına malik olmasına dair xx.xx.2021-ci il ta rixli 79 №li arayışdan müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1993-cü il tarixdən (Əmr №79) xx.xx.2018-ci il tarixədək (əmr №12) işləmiş, işlədiyi vəzifə üzrə sosial iş stajı 24 il 08 ay 15 gün təşkil edir, işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə **********093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir.
37. Beləliklə, hazırkı qərarın 19-cu bəndində qeyd olunan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bu baxımdan əmək pensiyasının təyin edilməsi üçün iddiaçıdan pensiya kapitalının tələb olunması əsa ssızdır.
38. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi idd iaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 17-21(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2023-cü il tarixli, 2-1(105)-750/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.