Məhkəmə qərarları › İş №2-1(102)-922/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-922/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-922/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-922/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2867/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1956-cı ildə anadan olduğunu, uzun müddət əmək fəaliyyəti ilə məşğul olduğunu və 52 yaşının tamam olduğu xxxx 2008-ci il tarixinə onun 20 ildən çox ümumi iş stajının olduğunu, həmin stajın 10 ildən çoxunu Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulan xüsusi zərərli və ağır olan peşədə çalışdığını, o, 52 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 27.1-ci maddələrinə müvafiq olaraq 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini, cavabdehin imtinasının qanunsuz olduğunu bildirərək, ona 52 yaşının tamam olduğu 01.07.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasını n «Əmək pensiyaları haqqında Qanunun 9.8, 27.1, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13,17,71,72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)4237/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ona 52 yaşının tamam olduğu 01.07.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında Qanunun 9.8, 27.1, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13,17,71,72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – T.Ə.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2867/2018 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi və onun vəkili V əkil Zarir oğlu kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, xxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanırlar, güzəştli pensiya hüququ verən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin nə 12 №-li xxxx 2007-ci il tarixli, nə də ki, xxxx 1993-cü il 320 saylı qərarları ilə təsdiq edilmiş «Siyahılar»da nəzərdə tutulmuş, «Əmək pensiyaları haqqında» Qanuna edilən əlavə və dəyişikliklərə uyğun olaraq 2006-cı ilin xxxx tarixinədək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad 2010-cu ilin xxxx aradan qaldırılmış, hesablamaların vahid prinsipinə əsasən aparılması təmin edilmiş, məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış, «Əmək pensiyaları haqqında» Azərbaycan RespublikasıQanununun tələbləri pozulmuşdur. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi i şə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin d üzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2867/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, əmək kitabçasına əsasən iddiaçı, xxxx 1977 - xxxx 1979; xxxx 1979 - xxxx 1980; xxxx 1981 – xxxx 1982; xxxx 1982-xxxx 1982-ci il dövrlərində X1 Emalı Kombi natında fəhlə, xxxx 1982 – xxxx 1982; xxxx 1982 – xxxx 1982-ci il dövrlərində «Şimal Ağac Tikinti» Trestində dülgər-betonçu, xxxx 1982-xxxx 1984; xxxx 1984-xxxx 1985-ci il dövrlərində Arxangelsk şəhəri «Solombol» LDK-da istifçi, çeşidləyici, xxxx 1985– xxxx 1985; xxxx 1985–xxxx 1985; xxxx 1987-xxxx 1990-cı dövrlərində «Fedovski» sovxozunda müvafiq olaraq fəhlə və dülgər, xxxx 1987-04.04.1990; xxxx 1990-xxxx 1993-cü il dövrlərində «Xəzərdənizneftqaztikinti» trestinin 3 saylı İTQF-də dülgər, xxxx 1993-31.10.2006-cı il dövrlərində isə həmin Trestin 3 saylı İTQF-də polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı vəzifələrində işləmiş, hal-hazırda da işləyir, iddiaçı, 52 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, son uncu, xxxx 2018-ci il tarixli məktubla ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 27.1ci maddələrinə müvafiq olaraq 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının xxxx 2006-cı il tarixinə qədər olan dövr üzrə 20 ildən çox ümumi iş stajı mövcuddur, həmin stajın 10 ildən çoxunu isə «Xəzərdənizneftqaztikinti» trestinin qurumlarında dəmir-beton konstruksiyalarının quraşdırılmasında çalışmış, «SOCAR» Neftqaztikinti trestinin «Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında» xxxx 2018-ci il tarixli arayışına görə iddiaçı «Xəzərdənizneftqaztikinti» trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma fil ialında xxxx 1993 – xxxx 2001-ci illərdə dənizdə neft istehsalı sahəsində güzəştli şərtlərlə pensiya hüququ verən - polad və dəmir-beton quraşdırıcısı peşəsində 7 il 11 ay 28 gün; xxxx 2001xxxx 2006-cı illərdə isə 5 il 6 ay çalışmışdır (xxxx 2006-cı il tarixədək olan dövr üzrə həmin peşədə 10 ildən də çox iş stajı toplanır.), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin İ №-li Siyahının X bölməsi («Neftin qazılması və hasilatı»(dəniz neftçiləri üçün) bölməsinin 1100000a-18496 şifrəsinə əsasən dəniz buruqları özüllərinin və estakadaların quraşdırıcı çilingərləri xüsusilə zərərli və ağır peşəyə aid edilən güzəştli pe nsiya hüququ verən peşə sayılır, iddiaçının «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə, yaş həddi ilə əlaqədar edilmiş dəyişiklik (xxxx 1997-ci ildən qüvvəyə minmişdir) nəzərə alınmaqla, hesablama aparıldıqda onun xxxx 2006-cı ilə qədər 20 ildən çox ümumi və 10 ildən də çox 1 №li Siyahıda nəzərdə tutulan peşədə çalışdığı müəyyən edildiyindən, qeyd olunan Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən onun 52 yaşının tamam olduğu xxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranır, beləliklə, əmək kitabçası ilə müəyyən olunan sığorta stajı və qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (52 yaş) çatdığı vaxt güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı toplamış, cavabdeh inzibati orqan iddiaçıya, onun müraciətinə əsasən xxxx 2008-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda hal-hazıradək bunu etməmiş, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərə findən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyy ən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xxxx 2006-cı il tarixə qədər qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xxxx 1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 1997-ci il tarixli 358-İQD nömrəli Qanununla dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır (Eyni zamanda,“Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). «Vətəndaşların pensiya təminatı haqqında» Qan unun 17-ci maddəsinin 1-ci əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Qanunun 70-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin xx keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alın madan ümumi qaydada iş stajına daxil edilir. Qanunun 71-ci maddəsinin 1-2-ci hissələrinə əsasən isə pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: Eyn zamanda «Əmək pensiyaları haqqında» Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gün dən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun iddiaçının pensiya yaş həddinə çatdığı vaxt qüvvədə olan: 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir; 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanuna edilən əlavə və dəyişikliklərə uyğun olaraq 2006-cı ilin xxxx tarixinədək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, həmin dövrdə qazanılmış pen siya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad 2010-cu ilin yanvar ayının 1-dən aradan qaldırılmışdır. İddiaçının pensiya hüququ xxxx 2018-ci ildə yarandığından, məhkəmələr haqlı olaraq 2004-2005-ci illərin əmək haqqına istinad etməklə, iddiaçıya pensiya təyin etmişlər, 2010-cu ilin yanvar ayından qanunvericiliyə edilmiş dəyişikliyin iddiaçıya tətbiq edilməsi isə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə zidd olduğundan məhkəmə kollegiyası şikayətin bu dəlilinə tənqidi yanaşır. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının xxxx 2006-cı il tarixədək 20 ildən artıq ümumi əmək stajına malik olduğunu və 10 ildən yuxarı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı üçün, xxxx 2008-ci ildə 52 yaşı tamam olduqdan sonra, əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi hüququ olduğunu, onun zərərli əmək şəraitində işlədiyi dəniz buruqları özüllərinin və estakadaların quraşdırıcı çilingərlər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsində («neftin qazılması və hasilatı» (dəniz neftçiləri üçün) bölməsinin 1100000a-18496 şifr)) qeyd edildiyini nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının poz untusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(1 03)-2867/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2867/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar