Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-922/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), X37 oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı1 vəkili Və kil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X22, X17, X12 üçüncü şəxs olmaqla) fərdi yaşayış evinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq onlara digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-148/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra cavabdeh) tərəfindən verilmiş x xxxxxx 2011-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (sonradan mübahisəli ev) paylı mülkiyyət hüququ üzrə altı payçıya məxsus olmuşdur; D tikilisi və Q tikilisindən 2/4 hissə İddiaçı1; Q tikilisindən 2/4 hissə İddiaçı2; 1 otaq (12.3 kv.m, k/s 8,4 kv.m) X8; A və V tikilisindən 3 otağı X5; 2 otaq (23.7 kv.m, k/s 2,9 kv.m) Məmmədov X7; 1 otaq (13,3 kv.m, k/s 8,6 kv.m) X18. Cavabdehin xx xxxxxxx 2018-ci il tarixli müşayiət məktubu ilə daşınmaz əmlakın texniki inventarlaşdırması şöbəsinin təsdiq etdiyi, ünvan 2 ünvanında yer ləşən fərdi yaşayış evinin bölgü sxemi İddiaçı1 təqdim edilmişdir. Digər mülkiyyətçilər notarial qaydada təsdiq olunmuş müvafiq ərizələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, birgə paylı mülkiyyətdə olan sözügedən fərdi yaşayış evinə dair onların adları olmadan yeni çıxarışın verilməsinə etiraz etmədiklərini və razı olduqlarını bildirmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2, Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq onlara digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişlər. İddiaçıların müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. İddiaçılar xx xxxxxxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi, 15 saylı fərdi yaşayış evinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq İddiaçı1 və İddiaçı2 digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi, 15 saylı fərdi yaşayış evinin D və Q tikilisindən 2/4 hissəsi İddiaçı1, Q tikilisinin 2/4 hissəsi isə İddiaçı2 mülkiyyətindədir. Bu barədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, onlara Hüquqla rın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi, 15 saylı fərdi yaşayış evi ümumilikdə A, B, D, Q, E və V tikililərindən ibarətdir. Həmin evin digər mülkiyyətçiləri X19, X13, Məmmədov X15 və X20r. Mülkiyyətlərində olan fərdi yaşayış evinin D və Q tikililəri digər tikililərdən təcrid olunmuşdur və giriş-çıxışı da ayrıdır. İddiaçılar hesab edir ki, cavabdeh tərəfindən qanuni tələbləri yerinə yetirilməmiş, əsassız olaraq onlara müvafiq çıxarışın verilməsindən imtina edilmişdir. Bunun nəticəsində onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuş, mülkiyyətlərində olan sözügedən daşınmaz əmlak üzərində sərəncam vermək hüquqlarından məhrum olmuşlar. İddiaçılar tələblərinin ma ddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 9.2, 15.2, 23.1-ci maddələrinə, Mülki Məcəllənin 148.1-ci maddəsinə istinad etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-692/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim:T.Ə.Əsədova) iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi, 15 saylı fərdi yaşayış evinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq İddiaçı1 və İddiaçı2 digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək göstərmişdir ki, mübahisəli evin digər payçıları, onların adları olmadan İddiaçı1 adına y eni çıxarışın verilməsinə etiraz etməmiş, məhkəməyə onların buna razı olduqlarına dair notarial qaydada təsdiq olunmuş ərizələri təqdim edilmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1188/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-2567/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: N.İ.Rəsulbəyova və X.S.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 21(103)-1188/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-148/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işdə müzakirə olunan prosessual nöqsanların aradan qaldırılması məhkəmənin yardım etmək və işin hallarının obyektiv araşdırılması vəzifələrinin icrası qaydasında apelyasiya mərhələsində mümkün deyildir. Apelyasiya instansiyası məhkəməsinin qərardadından İddiaçı1 kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadda bir sıra pozuntulara yol vermişdir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı düzgün əsaslandırmamış, əsassız olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir.B elə ki, məhkəmə qüvvədə olan məhkəmə qərarlarına istinad edərək, mübahisə predmeti olan tikililərə X22, X17 və X1 hüquqa malik olması qənaətinə gəlmişdir. Halbuki, tərəflər arasında 2009-cu il tarixdə başqa bir məhkəmə mübahisəsi olmuş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərardadı ilə İddiaçı1 “qətnamənin icrasına dönüş edilməsi barədə” ərizəsi təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 01022208 №-li çıxarış bərpa edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərardadı hal-hazırda qüvvədədir və məhz həmin qərardad əsasında Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin D tikilisi və Q tikilisi bütövlükdə iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuş dur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi qey d etmişdir ki, yeni apelyasiya baxışında X22, X17 və X12 apelyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmələrini xahiş etmişlər. Həmin ərizənin məzmununda qeyd olunmuşdur ki, Xocavənd rayon məhkəməsinin 2-1/2005 saylı, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri 12 saylı X28 tərəfindən X14 adına verilmiş xx.xx.2000-ci il tarixli, 2B-1-279 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X21 miras qalmış Bakı şəhəri, 1-ci Nərimanov döngəsi, 15 saylı evin “Q” tikilisi üzrə ¼ hissədə İddiaçı1, 2/4 hissədə İddiaçı2 ¼ hissədə isə mərhum X14 vərəsələri - X2, X6 və X4 vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri 12 saylı X28na göstərilən əmlaka dair qeyd olunan şəxslərin vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamənin verilməsinin həvalə edilməsi və Bakı şəhəri, 1-ci Nərimanov döngəsi, 15 saylı evə dair xx xxxx 2001-ci il tarixli, FM seriyalı 005834 saylı qeydiyyat vəsiqəsində müvafiq düzəlişlər edilməsinin Bakı şəhəri Tİ və MHQİ-nə tapşırılması, Bakı şəhəri, 1-ci Nərimanov döngəsi, 15 saylı evin “Q" tikilisinin sahəsi 11.0 və 7.6 kv.m olan hissələrinin X2, X9, X6 və X4, həmin tikilinin digər hissələrinin isə iddiaçılar X10, X11 və İddiaçı2 istifadələrinə verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın 1MK1949/2007 saylı, xx xxxxx 2007-ci il tarixli qətnaməsi ilə Xocavənd rayon məhkəməsinin 2-1/2005 saylı, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nı n 6K-1784 saylı, xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın 1MK-1949/2007 saylı, xx xxxxx 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xocavənd rayon məhkəməsinin 2- 1/2005 saylı, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2007-ci il tarixdə icra edilmişdir. Qüvvədə olan məhkəmə aktları nəticəsində X22, X17 və X4 mübahisəli əmlaka vərəsəlik hüququ tanınmışdır. Məhkəmə kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə X22, X17 və X12 üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişlər. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə hazırkı iş üzrə üçüncü şəxslər X22, X17 və X12 arasında mübahisəli ti kili ilə bağlı mübahisələrə dair çoxsaylı məhkəmə aktlarının surətləri əlavə edilmişdir. Həmin məhkəmə aktlarında da X22, X17 və X4 Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı yaşayış evinin D və Q tikililərinə olan vərəsəlik hüququnun Xocavənd rayon məhkəməsinin 2-1/2005 saylı, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə tanınması və həmin məhkəmə qətnaməsinin hazırda qüvvədə olması qeyd edilmişdir. Bu əsasla hətta iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X22, X17 və X12 və digərlərinə qarşı istifadə hüquqlarına xitam verilməsinə dair iddiaları Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3272 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3272/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)6092 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi araşdırarkən mübahisənin predmeti olan tikililərə X22, X17 və X1 hüquqa malik olmasını nəzərə almamış, iş üzrə icraata onları cəlb etməmiş və mübahisəni həmin tərəflərin iştirakı olmadan araşdıraraq hüquqi nəticəyə gəlmişdir. Digər tərəfdən, cava bdehin tərtib etdiyi x xxxxxx 2011-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə altı payçıya məxsus olmuşdur: D tikilisi və Q tikilisindən 2/4 hissə İddiaçı1 (iddiaçıya); Q tikilisindən 2/4 hissə İddiaçı2 (digər iddiaçıya); 1 otaq (12.3 kv.m, k/s 8,4 kv.m) X8; A və V tikilisindən 3 otağı X5; 2 otaq (23.7 kv.m, k/s 2,9 kv.m) Məmmədov X7; 1 otaq (13,3 kv.m, k/s 8,6 kv.m) X18. Cavabdehin tərtib etdiyi bölgü sxemində iddiaçıların, habelə digər payçıların payları göstərilmişdir. İş materiallarının 9-cu vərəqəsində olan cavabdeh tərəfindən təsdiq edilən bölgü sxeminin texniki pasportlara əsasən tərtib edilməsi qeyd edilmiş, texniki pasportlar məhkəmə tərəfindən tələb edilib, mülkiyyətçilərin paylarının çıxarışa uyğun tərtib edilməsi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda digər mülkiyyətçilər B.İsmayılovun adına 1 otaq və İ.Tahirovanın adına 1 otaq göstərilmiş, həmin otaqların iddianın predmetinə aid D və Q tikililəri daxilində olub-olmaması müəyyən edilməmişdir. Digər payçılar notarial qaydada təsdiq edilmiş ərizələrində birgə paylı mülkiyyətdə İddiaçı1 onların adları olmadan yeni çıxarışın verilməsinə etiraz etmədiklərini göstərmiş, lakin digər iddiaçı G.İbrahimzadəyə belə razılıq verilib-verilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi cavabdehin tərtib etdiyi bölgü sxeminin də iddiaçılarla y anaşı, digər payçılar tərəfindən imzalanmamasının səbəblərini araşdırmamışdır. Həm daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həm də bölgü sxemi cavabdeh tərəfindən tərtib edilsə də, iddiaçılara məxsus daşınmaz əmlakın ümumi sahəsi qeyd edilməmiş, məhkəmə bununla bağlı araşdırma aparmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. M əhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş prosessual pozuntular səbəbindən geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan apelyasiya instansiyası məhkəməsi işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, İPM-in 87.7 və 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddia prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə araşdırılma natamam aparıldığından və geniş həcmdə sübutların ara şdırılması zərurəti yarandığından apelyasiya instansiya məhkəməsi işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-148/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-922/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-922/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver