Məhkəmə qərarları › İş №2-1(102)-922/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-922/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-922/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Ərazi İdarəsin ə qarşı (üçüncü şəxs - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)2784/2023 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Torpaqların alqı-satqısına dair aktın təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 267 nömrəli qərarına əsasən ünvan 1 ünvanda yaşayan İddiaçı Biləcəri Bələdiyyəsinin ərazisində 500 kv.metr torpaq sahəsi satılmışdır, İddiaçı tərəfindən Binəqədi rayon Kapitalbankın **********0 hesabına əvvəlcədən ******* manat haqq ödənilmişdir.

2. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli №A324 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən Biləcəri Bələdiyyəsinin hüdudları daxilində xx.xx.2005-ci il tarixli 267 saylı qərara əsasən ictimai iaşə obyektinin altındakı və ətrafındakı 500 kv.metr torpaq sahəsi sənədləşdirilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alı nması ilə bağlı ********** nömrəli xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və tərəfinizdən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin torpaq sahəsinin bir hissəsindən 35 kV-lıq yüksək gərginlikli elektrik xəttinin, yaxınlıqdan keçən yol qovşağının və şose yolunun mühafizə zolağında yerləşmişdir. Bundan başqa, həmin torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyi müəyyən edilmişdir və hasarlanma və mərzçəkmə işləri tam apar ılmamışdır. Bununla yanaşı yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur və bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır.

5. İddiaçı sonradan yenidən cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Yenidən iddiaçıya xx.xx.2022-ci il tarixli eyni məzmunlu imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdehə qarşı Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 267 nömrəli qərarı ilə Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 28 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə ticarət, mədəniyyət-məişət və ictimai iaşə obyektlərinin tikintisi üçün Biləcəri qəsəbəsi, yaşayış məntəqəsi hüdudlarında daxilində ayrılmış 500 kv.m torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir.

8. Bundan sonra iddiaçı və Biləcəri Bələdiyyəsi arasında torpaqların alqı-satqı aktı imzalanmışdır. Torpağın satışı qiyməti bələdiyyənin hesabına ödənilmişdir. Həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsi tərəfində n torpaq sahəsinin planı və sxemi təsdiq edilmişdir. 9. 25.05.2022-ci ildə iddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının müraciətini təmin etməmiş və müraciətə baxılması nəticələrinə dair ona heç bir məlumat verməmişdir. Cavabdehin etirazları:

10. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr baza məlumatına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı ke çmiş DTXK tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinin bir hissəsinin 35 kV-luq yüksək gərginlikli elektrik xəttinin, yaxınlığından keçən yol qovşağının və şose yolunun mühafizə zolağında yerləşmişdir. Bundan başqa həmin torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyi müəyyən edilmişdir və hasarlanma və mərzçəkmə işləri tam aparılmamışdır. Bununla yanaşı yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 450 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış bu barədə iddiaçıya xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərdə cavab məktubları ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-10877/2022 nömrəli qərarı ilə iddia tələbi tə min edilmiş, Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bununla əlaqədar ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Biləcəri Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır. Yəni iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcuddur.

13. İddiaçının mübahisəli bağın torpaq sahəsi üzrə hüquqları iş materiallarında olan bələdiyyənin qərarı ilə təsdiqlənir və cavabdeh iddiaçının adına t orpaq sahəsinə dair sənədlərin mötəbərsizliyini məhkəmədə sübuta yetirə bilməmişdir.

14. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi və etirazda qeyd etdiyi dəlillərə (elektron kadastr baza məlumatına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinin bir hissəsinin 35 kV-luq yüksək gərginlikli elektrik xəttinin, yaxınlığından keçən yol qovşağının və şose yolunun mühafizə zolağında yerləşmişdir) gəldikdə, iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01-06/08-373 nömrəli məktubuna əsasən, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il ta rixli qərarı ilə iddiaçının adına ayrılmış 500 kv.m torpaq sahəsi, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 918 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Biləcəri Bələdiyyəsinə təhvil verilmiş 750,56 ha torpaq sahəsinin ərazisi hüdudları daxilində yerləşir. Cavabdeh sözügedən torpaq sahəsinin Dövlət Neft Şirkətinə ayrılmış torpaqlara aid olması barədə Dövlət Kadastrda məlumat olmasını qeyd etsə də, bu məlumatın Dövlət Kadastrına daxil edilməsi üçün əsas olmuş sənədlərə istinad etməmiş, müvafiq sübutları təqdim etməmişdir.

15. Bundan başqa Torpaq Məcəlləsinin 22-ci maddəsində göstərilmişdir ki:

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən tor paq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

16. Həmin Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıx arılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

17. Göründüyü kimi mübahisəli torpaq sahəsinin sənaye və ya nəqliyyat təyinatlı obyektlərin mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin mülkiyyətçisini torpaq üzərində hüquqlardan məhrum edilməsi üçün əsas deyil.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 7-cı bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər.

19. İşdə olan sənədlər ilə sübut olunur ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşir. Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yollarının isə qorunma (mühafizə) zolaqlarının müəyyən edilməsi qanunla nəzərdə tutulmamışdır.

20. Belə ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1-ci maddəsinə (Avtomobil yollarının qorunma (mühafizə) zolaqları) əsasən, yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə ) zolaqları müəyyən edilir.

21. İnzibati icraat haqqında Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

22. Cavabdeh inzibati orqan onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mülkiyyətində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1982/2023 nömrəli qərardadı il ə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2784/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10877/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab o lunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

28. Göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ip oteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri

30. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarının tələbi pozulmuşdur. Belə ki, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə İdarədə məlumat aşkar edilməmişdir.

32. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və xx.xx.2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı” qaydalarının tələbi pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən torpaq sahəsi ilə əlaqədar təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. 33. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetini n 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarının tələbi pozulmuşdur. Belə ki, torpaq sahəsi yaxınlıqdan keçən yol qovşağının və şose yolunun mühafizə zolağında yerləşmişdir.

34. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələbi pozulmuşdur. Belə ki, elektron kadastr baza məlumatına əsasən iddia edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində qeyd olunan hallar ətraflı araşdırmamış, mütəxəssis rəyi alınmamış və ekspertiza keçirilməmişdir. b) 3-cü şəxsin kassasiya şikayətinin dəlilləri

36. Aşağıdak ılara görə qərar qanunsuz və ədalətsizdir, buna görə də ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

37. Belə ki, hazırki iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. Yalnız bundan sonra Dövlət Neft Şirkətinə məlum olmuşdur ki, Biləcəri Bələdiyyəsinin 267 saylı xx.xx.2005ci il tarixli qərarı (sərəncamı) əsasında Biləcəri qəsəbəsi, yaşayış məntəqəsi hüdudları daxilində ictimai-iaşə obyektinin altındakı və 500 kv.m əlavə edilmiş cizgi əsasında iddiaçının adına sənədləşdirilmişdir.

38. Sözügedən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məq sədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. İddiaçı qızma ayrılmış qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və buna səlahiyyəti olmadığı halda, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsinin iddiaçıya ayrılması barədə Biləcəri Bələdiyyəsi inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur.

39. Mübahisəli torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş, məqsədli təyinatı və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq kateqoriyasına aiddir və torpaq sahəsindən yalnız təyinatına görə istifadə olun a bilər. Torpaq sahəsindən təyinatı üzrə istifadə olunmaması özü-özlüyündə inzibati və cinayət məsuliyyəti yarada bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin müvafiq qərarında da torpaq sahəsinin təyinatının sənaye təyinatlı torpaq kateqoriyasına aid olması hüququn qeydə alınması üçün imtina əsaslarında biri kimi göstərilmişdir. Təəssüf ki, bütün bu hallar məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. 40. "Torpaq islahatı haqqında qanunun" 6-cı maddəsinə əsasən, "Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zola qlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır.

41. Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obye ktlər kateqoriyasına aid edilmişdir.

42. Həmin Məcəllənin 10-cu maddəsinin 1,4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyət i orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.

43. Torpaq qanunvericiliyinin tələblərinə görə Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir.

44. Eyni zamanda, həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, inzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

45. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2017 il tarixli qərarında müəyyən edilmiş hallara görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərl ərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər.

46. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, "sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətind ədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-m daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. b) kassasiya şikayətinə etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 48. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar

49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandır ılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

51. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

52. Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

54. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

55. Qanunvericiliyin yuxarıda istinad olunan n ormalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

56. İş materiallarından göründüyü kimi iddiaçının ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt qüvvədədir. 57. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur.

58. Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müə yyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”

59. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normadan irəli gələn tələb hüququ vardır.

60. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin 26 sentyabr 2000-ci il tarixli 918 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 4 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin 750,56 ha, Hacı-Həsən qəsəbəsinin 74,19 ha, Sulutəpə qəsəbəsinin 22,60 hektar torpaq sahələrinin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Biləcəri qəsəbə Bələdiyyəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 13 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Biləcəri Bələdiyyəsinin 06 iyul 2005-ci il tarixli Qərarı ilə İddiaçı adına ayrılmış 500 kv.m torpaq sahəsi, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 918 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Biləcəri Bələdiyyəsinə təhvil verilmiş 750,56 ha torpaq sahəsinin ərazisi hüquqları daxilində yerləşir. Sərəncam və cizgi məktuba əlavə edilmişdir.

61. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2784/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar