Məhkəmə qərarları › İş №2-1(102)-923/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-923/2019

11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-923/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR (iş № 2-1(102)-923/2019 Bakı şəhəri 11 iyun 2019-cu il 11.06.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı təyin olunmuş pensiyanın yenidən hesablanması haqqında iddia tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya pensiya təyin edərkən hər il məzuniyyətə çıxmaqla bağlı bir aylıq vəzifə maaşı həcmində müavinəti, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşınının 15% əlavəni, ixtisas dərəcəsinə görə haqqı nəzərə almaqla, müəyyən edilmiş orta haqqının 53% miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdə fəlik ödənilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş 2-1 (82)-2181/2018) iddianın qismən təmin edilməsi, İddiaçı pensiya təyin edərkən hər il məzuuniyyətə çıxmaqla bağlı aylıq vəzifə maaşı həcmində müavinəti, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faiz əlavəni, ixtisas dərəcəsinə görə haqqı nəzərə almaqla müəyyən edilmiş orta əmək haqqının 50 faiz miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin üzərinə qoyulması; iddianın qalan hissədə təm in edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarı ilə(sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)2690/18) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarı ləğv edərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən iş üzrə müəyyən edilmiş ha llara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur, pensiyaya çıxdığdan əvvəl dövlət qulluqçusu olmuşdur. İşin materiallarında olan, iddiaçıya məxsus olan əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən O, 9 il 2 ay 25 gün dövlət qulluğunda iş stajına malikdir, belə ki, 28.12.1993 - 05.04.1994-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı İşlər İdarəsində məsləhət çi və böyük məsləhətçi, həmin tarixdən 15.02.1999-cu il tarixinədək məktublar, vətəndaşların qəbulu şöbəsi, qəbul otağının sektor müdiri (qəbul otağının müdiri) vəzifələrində çalışmışdır. İddiaçı İİİ qrup əlil olduğundan, ona 04.06.2010-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir; aldığı pensiyanın məbləği 986,19 manat təşkil edir. Lakin iddiaçı hesab etmişdir ki, ona pensiya təyin edilərkən dövlət qulluqçusunun vəzifə maaşına hesablanan müvafiq əlavələr onun pensiyasında nəzərə alınmamışdır və bu səbəbdən aldığı pensiya məbləği almalı olduğu məbləğdən aşağıdır. Ona görə, müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət edərək, qeyd edilən əlavələr nəzərə alınmaqla aldığı pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 30.03.2018-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Araşdırılan qərardan göründyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh şöbə iddiaçıya pensiya hesablayarkən, onun dövlət qulluğunda stajının 09 il 02 ay 25 gün olmasını qəbul edib, bu zaman sonuncunun aldığı vəzifə maaşı, mükafatı, qulluq stajına görə əlavəni nəzərə alsa da, qanunla nəzərdə tutulmuş digər əlavələri, o cümlədən hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% əlavəni, hər il məzuniyyət çıxarkən dövlət qulluqçularına ödənilən bir aylıq müavinəti və ixtisas dərəcəsinə görə əlavəni nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nö mrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən, pensiya təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məcmusu əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 12-ci bəndinə müvafiq olaraq dövlət qulluqçularının əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibinə mükafatlar və digər əlavələr onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayışlar əsasında mövcüd qanunvericiliyə uyğun olaraq nəzərə alınır. İdd iaçının pensiyası hesablanarkən onun əmək haqqında, dövlət qulluqçuları məzuniyyətə çıxarkən ödənilən bir aylıq müavinət və hakimiyyət səlahiyyətlərinin (sektor müdiri) icrasına görə 15% əlavə haqqın nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 23.10.2003-cü il tarixli Fərmanına görə, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” 20 iyun 2008-ci il 776 №-li Fərmanının 2-ci bəndinə uyğun olaraq hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (bu artımların 50 faizi) ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının tutduğu dövlət qulluğu (sektor müdiri) vəzifəsinin əmək haqqında sonradan artımlar baş vermişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə haki miyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının (AR-in Prezidenti nəzərdə tutulur) müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilir. Həmin Qanunun 20.11.1-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta məbləğinin 50 faizi miqdarında əmək pensiyasına əlavə ödənilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə, 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə t utulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Eyni zamanda araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçının sektor müdiri kimi dövlət qulluğu vəzifəsi üzrə aldığı əmək haqqı vəzifə maaşından və mükafatlardan ibarət olmuş və onun ixtisas dərəcəsinə görə əlavələ r aldığı isə müəyyən olunmur. Digər tərəfdən, onun ixtisas dərəcəsinə görə əlavə haqq alması barədə işlədiyi dövlət orqanından müvafiq arayış da mövcud deyil. Belə olan halda, cavabdeh tərəfindən pensiya hesablanarkən, iddiaçının orta aylıq əmək haqqında onun almadığı ixtisas dərəcəsinə görə haqqin nəzərə alınması istisna edilir. Lakin birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, işə baxan məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmamış, səhvən, iddiaçının pensiyanın hesablanmasında ixtisas dərəcəsinə görə haqqın da nəzərə alınması cavabdehə həvalə edilmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin bununla bağlı dəlilləri ilə razılaşır və hesab edir ki, həmin hissə qərardan çıxarılmalıdır. Göründüyü kimi, qanunla qeyd olunan artımlar nəzərə alınmaqla, pen siyanın yenidən hesablanması imperativ şəkildə müəyyən edilmişdir. Belə olan halda, yuxarıda sözügedən bir aylıq müavinətin və 15% əlavə haqqın alınmasına dair hər hansı bir arayışın pensiya orqanına təqdim edilməsi zəruriyyəti də aradan qalxır. Belə olan halda, cavabdeh inzibati orqanın imtinası qismən əsassız və qanunsuz olmuşdur, iddiaçının iddia tələbi isə qismən əsaslı və qanuni olduğundan, həmin tələb qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlilər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Mə cəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansi yası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar