Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-923/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sosial sığorta yığımı üzrə maliyyə sanksiyasının silinməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X8, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X4, vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmə k və X6 Nazirliyi yanında Dövlət X18) “maliyyə sanksiyasının silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2760/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən iddiaçıya xx xxxx 2019-cu il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində sosial sığorta və işsizlikdən sığorta haqları üzrə maliyyə sanksiyasının silinməsi barədə iddiaçının məktubuna baxılmışdır. “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azər baycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçının vergi orqanında olan şəxsi hesab vərəqəsinə borc və artıq ödəmələr barədə müvafiq məlumatlar Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlara əsasən daxil edilm işdir. xx.xx.2019-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X18 tərəfindən iddiaçıya xx xxxx 2019-cu il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X15 daxil olmuş müraciətinə baxılmışdır. Müraciətdə qaldırılan məsələnin həlli Nazirlik yanında Dövlət X3vericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid deyildir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Azərbaycan Resp ublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. İddiaçı xx xxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçıya qanunsuz hesablanmış 128 024,50 manat sanksiyasının silinməsi vəzifəsinin cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.2011-ci ildən dövlət qeydiyyatından keçmişdir. Cəmiyyətin əsas fəaliyyəti müxtəlif növ tikinti, quraşdırma, hasilat və emal işlərini yerinə yetirməkdir. İddiaçı fəaliyyətdə olduğu 17 il ərzində qanunvericilikdə nəzərdə tutulmuş bütün ödənişləri vaxtında və tam şəkildə ödəmişdir. Bu ödənişlərə həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə olan ödənişlərdə aiddir. Cəmiyyət tər əfindən 2018-ci ilin 2-ci rübü üçün DSMF-yə hesabat təqdim edilmişdir. Həmin hesabatda DSMF-yə hesablanmış əmək haqqından ayırmaların məbləği 128.024,50 manat az göstərilmişdir. Sonradan tərəflərindən dəqiqləşdirilmiş hesabat verilərək bu məbləğ hesabata daxil edilmişdir. DSMF isə onlara heç bir hüquqi əsas olmadan 128024.50 manat maliyyə sanksiyası tətbiq etmişdir. Bu məbləğ hal-hazırda şəxsi vərəqəsində borc kimi göstərilir. Bu maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericiliyə ziddir. Bununla əlaqədar olaraq DSMF-yə müvafiq müraciət edərək borcun silinməsi xahiş olunmuşdur. Lakin sonuncu məsələnin Dövlət X3vericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid olmadığını bildirilmişdir. Bundan sonra göstərilən borcun silinməsi üçün cavabdehə müraciət edilmiş, Vergilər Nazirliyi yanında Mil li Gəlirlər Departamenti tərəfindən cəmiyyətin müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunur. Göründüyü kimi hər iki dövlət orqanı səlahiyyətlərin kimə aid olmasını mübahisələndirsələrdə cəmiyyətə qanunsuz olaraq hesablanmış borcun halhazırda Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin nəzarəti altında olması hazırkı iddianın ona qarşı qaldırılmasını zəruri edir. Cavabdehin iddiaya qarşı xx.xx.2019-cu il tarixli etirazında qeyd edilmişdir ki, mübahisələndirilən məbləğin xx.xx.2019-cu il tarixədək hesablandığını nəzərə alaraq, həmin məbləğin hesablanıb-hesablanmaması, hesablandığı halda, təsdiqedici sənədlərin və hesablamanın əsasları barədə məlumatın təqdim edilməsinə dair cavabdehin DSMF-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubuna xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir. DSMF-nin məktubunda iddiaçının 2018-ci ilin İİ rüb üçün DSMF-yə təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği ilə DSMF-yə təqdim edilmiş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında 512.098,0 manat fərq yarandığına görə DSMF tərəfindən iddiaçıya 5 iş günü ərzində yaranmış uyğunsuzluğun aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün 2018-ci ilin 4 sentyabr tarixində hesabat məlumatlarında olan uyğunsuzluğun aradan qaldırılması üçün elektron qayda da müraciət edilməsi, əks halda, qan unvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi bildirilmişdir. Lakin iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində dəqiqləşdirilmiş hesabat təqdim edilməmişdir. Nəticədə “Sosial sığorta haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış 128.024,50 manat sosial sığorta haqqı bərpa edilməklə, belə hərəkətlərə təkrar yol verildiyinə görə həmin məbləğin 100 faizi məbləğində, yəni 128.024,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən sonradan 2018-ci ilin 2-ci rübü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilmişdir. Dəqiqləşdirilmiş hesabat qəbul edilmiş və həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Lakin tətbiq edilmiş maliyyə sanksiyası qüvvədə saxlanılmışdır. Hesab edir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə əsasən həqiqətən də iddiaçının 2018-ci ilin İİ rübü üzrə DSMF-yə əmək haqqından ayırmalar üzrə 128.024,50 manat az göstərildiyi, həmin məbləğin sonradan dəqiqləşdirilmiş hesabat verilərək hesabata daxil edildiyi bildirilmişdir. Göründüyü kimi, hesabatda göstərilən məbləğin az göstərilməsi mübahisələndirilməyən faktdır və həmin məbləğə 100 faiz məbləğində maliyyə sanksiyasının vurulması isə qanunun tələblərindən irəli gəlir. Bundan başqa qanunvericilikdə maliyyə sanksiyasının tət biq edildikdən sonra iddia ərizəsində göstərilən əsaslarla ləğvi qanunvericilikdə nəzərdə tutulmamışdır. Etirazın maddi hüquqi əsası kimi “Sosial sığorta haqqında” 10, 14, 14.4, İnzibati Prosessual Məcəllənin 48-ci, Mülki Prosessual Məcəllənin 47.2-ci və 154-cü maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı iləAzərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X18 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə əvvəl iddia ərizəsində göstərilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Mübahisələndirilən məbləğin xx.xx.2019-cu il tarixədək hesablandığını nəzərə alaraq, həmin məbləğin hesablanıb-hesablanmaması, hesablandığı halda, təsdiqedici sənədlərin və hesablamanın əsasları barədə məlumatın təqdim edilməsi üçün DSMF-yə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən DSMF-dən cavab alındıqdan sonra iddia ərizəsinə münasibət bildiriləcəkd ir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X18 tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, baş vergi xidmət müşaviri R.Namazova xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq bildirilmişdir ki, Sizin 2019-cu il 4 iyun tarixli məktubunuza Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi (Nazirlik) yanında Dövlət X13 baxılmışdır. Fondun elektron məlumat bazasında olan məlumatlara əsasən Vergilər Nazirliyi ilə üzləşmə zamanı İddiaçı ASC-nin 2018-ci ilin İİ rübü üçün vergi orqanlarına təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği ilə Nazirlik yanında Dövlət X15 təqdim olunmuş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında 512.098 manat fərq yaranmışdır. Belə ki, cəmiyyət göstərilən müddət üçün vergi orqanlarına muzdlu işlə əlaqədar gəlir mənbəyindən tutulan vergi ilə bağlı hesabat təqdim etmiş, lakin Nazirlik yanında Dövlət X15 təqdim edilən hesabatda 512.098 manat az əmək haqqı göstərilmişdir. “İddiaçı" ASC-yə 5 (beş) iş günü ərzində uyğunsuzluqların aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın təqdim olunması üçün 2018-ci ilin 4 sentyabr tarixində hesabat məlumatlarında olan uyğunsuzluqların aradan qaldırılması barədə müraciət elektron qaydada göndərilmişdir. Əks halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi bildirilmişdir. Cəmiyyət göstərilən müddətdə dəqiqləşdirilmiş hesabatı təqdim etməmişdir. Bununla əlaqədar cəmiyyətə qanuna uyğun olaraq 2018-ci ilin İİ rübü üçün 128.024 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı və buna müvafiq olaraq 100 faiz məbləğində sanksiya, yəni 128.024 manat 50 qəpik məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçıya maliyyə sanksiyası tətbiq edildikdən sonra cəmiyyət 2018-ci ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş hesabatı təqdim etmişdir. Dəqiqləşdirilmiş hesabat Nazirlik yanında Dövlət X15 təqdim edildikdən sonra cəmiyyətin şəxsi vərəqəsinə bərpa edilmiş 128.024 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı şəxsi vərəqədən azaldılmış, lakin 128.024,50 manat maliyyə sanksiyası isə “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsinə əsasən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-2107/2019 saylı iş) xx xxxxxxxx 2019-cu il tarixli qərarı iləiddia təmin edilərək iddiaçıya qanunsuz hesablanmış 128.024,50 manat maliyyə sanksiyası nın silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. Belə olan halda iddiaçı tərəfindən təqdim edilmiş hesabatda uyğunsuzluq olduğundan, sonradan dəqiqləşdirilmiş hesab təqdim edilməsinə baxmayaraq 128.024,50 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyasının iddiaçının hesabından cavabdeh tərəfindən silinməməsi sonuncunun hüquqlarını pozmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 20 19-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X10məruzəçi, X5 və X9, 2-1(103)-2760/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh x xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddia ərizəsinə yazılmış etirazda da göstərilmişdir ki, mübahisələndirilən maliyyə sanksiyası vergi ödəyicisi tərəfindən hesabatda göstərilən məbləğin göstərilməli olmalı məbləğə nisbətdə az göstərilməsinə görə tətbiq edilmişdir. Yəni bu hansısa ve rgi məbləğinin hesablanması deyil ki, vergi ödəyicisi öz hesabat məlumatını dəqiqləşdirdikdən sonra vergi orqanı özünün hesabladığını ləğv etsin. Məhkəmənin mövqeyinə əsasən belə çıxır ki, ümumiyyətlə vergi ödəyicilərinə hər hansı maliyyə sanksiyası tətbiq edilməməlidir. Çünki vergi orqanı maliyyə sanksiyası tətbiq etdikdən sonra vergi ödəyiciləri bu hesabata dəqiqləşdirmə verməklə maliyyə sanksiyalarını siləcəklər. Bu cür mövqe qanunvericiliyin tələblərinə də ziddir. Belə ki, həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə-azaldılmış sosial sığorta haqqı bərpa edilməklə, be lə hərəkətlərə təkrar yol verildiyinə görə həmin məbləğin 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir. Digər tərəfdən, məhkəmənin bu qənaəti onun tərəfindən qanunvericiliyin tələblərinin və işin faktiki hallarının aydınlaşdırılmadığını göstərir və onun tərəfindən Mülki Prosessual Məcəllənin 88-ci, 217.2-ci və 218.1-ci maddələrinin tələblərini pozmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının vəkili məhkəmə kollegiyasına ərizə göndərərək iddiaçı ilə xx xxxxxx 2020ci ildə müqavilə bağladığına görə işlə tanış olmaq üçün məhkəmə iclasının iki həftə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş xx xxxxxx 2020-ci il tarixdən Ali Məhkəmənin icraatındadır, cavabdehin kasasiya şikayətinə əsasən Ali Məhkəməyə daxil olmuş, iddiaçının işlə tanış olmaq üçün kifayət qədər vaxtı olmuşdur. İddiaçının yeni vəkillə müqavilə bağlaması səbəbsiz olaraq işə baxılma vaxtının uzadılmasına yönəlmiş hərəkətdir və iddiaçı ilə xx xxxxxx 2020-ci il tarixdə müqavilə bağlayan vəkilin 150 səhifəlik işlə tanış olması üçün imkanı olmuşdur. Odur ki, məhkəmə iclasının təxirə salınmasına dair ərizə təmin edilmir. İddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamalarına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bild irilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 (bundan sonra mətndə DSMF) xx.xx.2019-cu il tarixli məktubu ilə müəyyən edilir ki, DSMF-nin elektron məlumat bazasında olan məlumatlara əsasən Vergilər Nazirliyi ilə üzləşmə zamanı iddiaçının 2018-ci ilin İİ rübü üçün vergi orqanlarına təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği ilə DSMF-yə təqdim olunmuş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında 512.098 manat fərq yaranmışdır. Belə ki, cəmiyyət göstərilən müddət üçün vergi orqanlarına muzdlu işlə əlaqədar gəlir mənbəyindən tutulan vergi ilə bağlı hesabat təqdim etmiş, lakin DSMF-yə təqdim edilən hesabatda 512.098 manat az əmək haqqı göstərilmişdir. İddiaçıya 5 iş günü ərzində uyğunsuzluqların aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın təqdim olunması üçün 2018-ci ilin 4 sentyabr tarixində hesabat məlumatlarında olan uyğunsuzluqların aradan qaldırılması barədə müraciət elektron qaydada göndərilmişdir. Əks halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi bildirilmişdir. Cəmiyyət göstərilən müddətdə dəqiqləşdirilmiş hesabatı təqdim etməmişdir. Bununla əlaqədar cəmiyyətə qanuna uyğun olaraq 2018-ci ilin İİ rübü üçün 128.024 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı və buna müvafiq olaraq 100 faiz məbləğində sanksiya, yəni 128.024 manat 50 qəpik məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçıya maliyyə sanksiyası tətbiq edildikdən sonra cəmi yyət 2018-ci ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş hesabatı təqdim etmişdir. Dəqiqləşdirilmiş hesabat DSMF-yə təqdim edildikdən sonra cəmiyyətin şəxsi vərəqəsinə bərpa edilmiş 128.024 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı şəxsi vərəqədə azaldılmış, lakin 128.024 manat 50 qəpik maliyyə sanksiyası isə “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsinə əsasən qüvvədə saxlanılmışdır. İddiaçı hazırkı tələbində DSMF tərəfindən tətbiq edilən 128.024,50 manat maliyyə sanksiyasının silinməsini xahiş edir. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən təqdim edilmiş hesabatda uyğunsuzluq olduğundan, sonradan dəqiqləşdirilmiş hesab təqdim edilməsinə baxmayaraq 128.024,50 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyasının iddiaçının hesabından cavabdeh tərəfindən silinməməsi iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. İşdən görünür ki, cavabdeh iddianı qəbul etməmiş, məhkəmə isə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən əsaslandığı faktiki hallar və sübutları, istinad etdiyi normativ hüquqi aktları və onların qiymətləndirilməsini göstərməmiş, iddiaçının təqdim etdiyi hesabatda uyğunsuzluğun nədə ifadə edilməsini, uyğunsuzluğun cavabdehin təqsirli hərəkə ti nəticəsində baş verib-verməməsi əksini tapmamışdır. Qeyd edilməlidir ki, x xxxxxx 2019-cu ildən qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş q aydada həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya DSMF tərəfindən 2018-ci ildə maliyyə sanksiyası tətbiq edildiyindən mübahisəyə həmin vaxt qüvvədə olan hüquq normalarına uyğun qiymət verilməlidir. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin birinci və ikinci bəndlərinə görə məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Həmin maddənin dördüncü bəndinə görə hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesabla şma qaydasında ödənilir. Məhkəmə iddiaçının 2018-ci ilin İİ rübü üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının nə vaxt DSMF-nin hesabına ödənilməsini müəyyən etməmişdir. DSMF “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsinə əsasən iddiaçı barəsində 2018-ci ilin İİ rübü üçün 128.024 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı və buna müvafiq olaraq 100 faiz məbləğində, yəni 128.024,50 manat maliyyə sanksiyası tətbiq etdiyini bildirmişdir. “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsi bir neçə bənddən ibarət olmaqla iddiaçının hansı bəndə əsasən maliyyə məsuliyyətinə cəlb edilməsini məhkəmə konkretləşdirməmişdir. Qanunun 21-ci maddəsində bir bənddə qeyd edilmişdir ki, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədil məsinə (sosial sığorta haqqının azaldılmasına) görə-azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçıya 100 faiz məbləğində maliyyə sanksiyası tətbiq edildiyindən əvvəllər belə hərəkətə yol verməsi, bu barədə ona maliyyə sanksiyası tətbiq edilməsi, maliyyə sanksiyası tətbiq edilməsi barədə cavabdehin qərarının qüvvədə olub-olmaması araşdırılmamışdır. Qanunun 21-ci maddəsində həmçinin qeyd edilmişdir ki, maliyyə sanksiyaları üzrə borclar bu Qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur. xx xxxxxx 2014-cü ildə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 7.14-cü bəndinə görə DSMF orqanları rüblük hesabatı qanunvericiliklə müəyyən edilən vaxt da təqdim etməyən sığortaedənlərə hesabatın qanunvericiliklə müəyyən edilən vaxtda təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunduğunu bildirir və hesabat 5 (beş) iş günü ərzində təqdim edilmədikdə qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin görüləcəyi barədə xəbərdarlıq (Əlavə №8) göndərir. Apelyasiya məhkəməsi iddiaçının 2018-ci ilin ikinci rübünə aid vergi orqanına təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği ilə DSMF-yə təqdim edilmiş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında yaranmış fərqin yaranması əsaslarını, uyğunsuzluğun aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın 5 gün ərzində təqdim edilməsi barədə DSMF-nin iddiaçıya elektron qaydada göndərdiyi müraciətə cavab verməsi, iddiaçının hərəkətində məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsi (sosial sığorta haqqının azaldılması) ətraflı araşdırılıb yoxlanılmamışdır. İşdən görünür ki, cavabdeh özü də təsdiq etmişdir ki, iddiaçı dəqiqləşdirilmiş hesabatla məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişini həyata keçirmişdir. Bu ödənişin nə vaxt edilməsi, iddiaçı haqqında maliyyə sanksiyasının ödənişdən əvvəl, yaxud sonra tətbiq edilməsi, ödənişdən sonra maliyyə sanksiyasının tətbiqinin mümkünlüyü araşdırılmamışdır. xx xxxxxx 2014-cü ildə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 7.15-ci bəndinə əsasən, DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatları n vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. Qaydaların 7.16-cı bəndinə görə əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, sığortaedənlər tərəfindən həmin dövr (xx.xx.2006-cı ildən əvvəlki hesabat dövrünü əhatə etməmək şərti ilə) üçün dəqiqləşdirilmiş hesabat təqdim edi lməlidir. İddiaçı barəsində kameral sosial sığorta yoxlaması aparılması, yoxlamanın Qaydalarda göstərilən müddətdə aparılması, dəqiqləşdirilmiş hesabatın təqdim edilməli olmasının əsası kimi Qaydaların konkret olaraq hansı bəndinin iddiaçı tərəfindən pozulması və müvafiq olaraq ona maliyyə sanksiyası tətbiq edilməsinin hüquqi əsası araşdırılmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidl əri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kasa siya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2760/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-923/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-923/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver