Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-924/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxxun cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə (üçüncü şəxs DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı xxxun cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə (üçüncü şəxs DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin iştirakı ilə) qarşı pensiyanın yenidən hesablanması üçün yenilənmiş məlumat vərəqəsini n göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2417/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28.08.1998-ci il tarixdən 07.06.2016-cı il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə, Hərbi Əks-Kəşfiyyat Xidmətində, Milli Təhlükəsizlik Xidmətində hərbi xidmətdə olmuşdur. 07.06.2016-cı il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. Azərbay can Respublikasının MTN-də həqiqi hərbi xidmət dövründə dəfələrlə MTN-nin poliklinikasında, DTX-nin Hərbi Hospitalında müalicə olunmuşdur. Səhhətində yaranmış ciddi problemlərlə əlaqədar olaraq Azərbaycan Respublikası DTX-nin Kadrlar Baş İdarəsinin göndərişinə əsasən Azərbaycan Respublikası DTX Hərbi Tibb Baş İdarəsinin Mərkəzi hərbi-həkim komissiyası tərəfindən ona 22.02.2017-ci il tarixdə №211 saylı Xəstəlik Şəhadətnaməsi verilmişdir. X1 əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 21 noyabr 2017-ci il tarixində 2-ci qrup əlil kimi qeydiyyata alınmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, əlilliyinə səbəb olan xəstəliyin xidməti vəzifəsinin icrası zamanı aldığı xəsarətlə bağlıdır. Ona Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən, 5 ildən sonra təkrar müayinədən keçməklə, 2-ci qrup əlil olduğunu təsdiq edən müvafiq arayış da verilmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: mayor, polkovnik-leytenant və onlara bərabər hərbi rütbəsi olan zabitlər üçün 48 yaş; “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci “b” bəndində göstərilir ki, əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa hərbi uçotdan silinməklə istefaya b uraxılırlar. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir və buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin maddənin tələbinə əsasən ehtiyata buraxılan vaxt hərbi komissiyanın müayinəsindən keçirilməli olduğu halda, buna əməl edilməməsi iddiaçıya daha az pensiya məbləği təyin olunması ilə nəticələnmişdir ki, bu da onun qazandığı pensiya-sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsi iştirakı ilə) döyüş bölgələrində xidmət etdiyi güzəştli şərtlərlə xidmət illərinin hesablanmayan 1998-2002-ci, 20052008-ci illərinin, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına əlavəni və xəstəliyinə görə 5 faiz hesablanmaqla pensiya illərinin yenidən hesablanması üçün yenilənmiş məlumat vərəqəsinin DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 05.07.2018-ci il tarixli iş № 2-1(81)-2186/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 01.12.1998-ci il tarixədək 6 ay 6 gün, 01.11.1999-cu il tarixdən 01.12.1999-cu il tarixədək 2 ay, 12.06.2001-ci il tarixdən 31.12.2001-ci il tarixədək 1 il 1 ay 8 gün, 17.01.2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək 11 ay 13 gün olmaqla, ümumilikdə güzəştli xidmət illərinin 2 il 8 ay 27 gün əlavə edilməklə, habelə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına əlavənin hesablanmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə həva lə edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək qərarın qismən “iddianın təmin edilməyən hissəsində” ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə Apelyasiya instansiyası məhkəməsi) 09.10.2018-ci il tarixli iş № 2-1(103)-2417/2018 (hakimlər K.Abiyeva- sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 05 iyul 2018-ci il tarixli qərarının yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarında hər hansı bir əsaslandırma yoxdur ki, bu da, öz növbəsində, İnzibati Prosessual Məcəllənin 2, 14, 68.2, 70.1, 87-ci maddələrinin pozulmasıdır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının 25, 38-ci maddələrini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161, 162, 163-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir Azərbaycan Respublikasının, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-cü maddəsinin tələbinə görə yaşına və ya xəstəliyə görə hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara xidmət üçün müvafiq təminat xərcliyinin 55% məbləğində pensiya təyin edilir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iş materialları ilə birmənalı olaraq müəyyən olunur ki, onun ehtiyata buraxıldıqdan sonra aşkar olunan xəstəliyi və əlillik dərəcəsi almağı məhz xidmət dövründə aldığı xəsarət səbəbindəndir. Əgər ehtiyata buraxılma zamanı hərbi-həkim komissiyasına göndərilmiş olsaydı, xəstəliyinin aşkar olunacağı işin mübahisəsiz halıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2417/2018 nömrəli qərarının qismən - iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsinə və iddia tələbinin: xəstəliyinə görə 5 faiz hesablanmas ı hissəsində təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəm ənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2417/2018 saylı qərarla, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2018-ci il tarixli, 2-1(81)2186/2018 saylı qərarının yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən “Əmək pensiyaları ha qqında” Qanunun 9.5.1, 20.14.1-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə, İnzibati Prosessual Məcəllənin 81.2, 82, 87.6-cı maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 05 iyul 2018ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilm5ədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, iddiaçı kasasiya şikayətində göstərmişdir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarında hər hansı bir əsaslandırma yoxdur ki, bu da öz növbəsində İnzibati Prosessual Məcəllənin 2, 14, 68.2, 70.1, 87-ci maddələrinin pozulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəmə si 09 oktyabr 2018-ci il tarixli qərarının əsaslandırıcı hissəsində ən azından 3 maddi hüquq normaya, o cümlədən “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1, 20.14.1-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə istinad olunur ki, həmin maddi hüquq normalarının tətbiq edilməsi də düzgün olmuşdur. Bu baxımdan iddiaçının “apelyasiya məhkəməsinin qərarında hər hansı bir əsaslandırma yoxdur” qənaəti yanlış və həqiqətə uyğun deyildir. Belə ki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən aşağıda sadalanan hallarda ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və da ha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş maddi hüquq normalarına əsaslanmaqla düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, yalnız yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara müvafiq təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiya sına əlavələr nəzərə alınmaqla hesablanır, iddiaçı isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən 07 iyun 2016-cı ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) tərxis olunmuşdur. Ona ehtiyata buraxıldığı tarixdən sonra - 21 noyabr 2017-ci ildə 2-ci qrup əlillik təyin edilmişdir. Yəni, iddiaçının xəstəliyi ehtiyata buraxılmasına səbəb olmamışdır. İddiaçı kasasiya şikayətində eyni zamanda göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi, həmçinin iş üzrə Azərbaycan Respublikasının Konstitusiyasının 25, 38-ci maddələrini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161, 162, 163-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, əvvəla kasasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının “Bərabərlik hüququ” adlanan 25-ci maddəsinin və “Sosial təminat hüququ” adlanan 38-ci maddəsinin müddəalarının hazırkı işə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən pozulmasının konkret şəkildə nədən ibarət olması qeyd edilməmiş, yəni, bunlar formal və deklarativ xarakter daşıyır. Digər tərəfdən, iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161, 162, 163-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməməsinin yanlış olduğunu sübut etməyə çalışsa da, bu hazırkı işin halları ilə uzlaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xəstəliyinə görə 5 faiz hesablanmaqla pensiyasının yenidən hesablanması üçün məluma t vərəqinin üçüncü şəxsə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələb üzrə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 07 iyun 2016-cı ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu ilə) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən tərxis olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 21 noyabr 2017-ci ildə İddiaçı hərbi xidmət dövrü ilə bağlı əlillik təyin edilmişdir. Hazırda iddiaçı, ona AR DTX-nin HTBİ Mərkəzi hərbi-həkim komissiyası tərəfindən 22 fevral 2017-cı il tarixdə xəstəlik şəhadətnaməsi verilməsini, 22 noyabr 2017-ci il tarixdə İİ qrup əlil kimi qeydiyyata alınmasını əsas gətirərək, xəstəliyinə görə pensiyasına 5% əlavənin yenidən hesablanmasını və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası DSMF-nin Hərbi Qulluqçularla və Xüsusi Rütbəlilərlə iş Departamentinə göndərilməsini xahiş edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda artıq göstərildiyi kimi iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən 07 iyun 2016-cı ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) tərxis olunmuşdur, ona ehtiyata buraxıldığı tarixdən sonra - 21 noyabr 2017-ci ildə 2-ci qrup əlillik təyin edilmiş, yəni, iddiaçının xəstəliyi ehtiyata buraxılmasına səbəb olmamışdır. İddiaçı kasasiya şikayətində bununla yanaşı göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iş materialları ilə birmə nalı olaraq müəyyən olunur ki, mənim ehtiyata buraxıldıqdan sonra aşkar olunan xəstəliyim və əlillik dərəcəsi almağım məhz xidmət dövründə aldığım xəsarət səbəbindəndir. Əgər ehtiyata buraxılma zamanı hərbi-həkim komissiyasına göndərilmiş olsaydım, xəstəliyimin aşkar olunacağı işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, iddiaçının həmin dəlili kasasiya şikayətindən də göründüyü kimi iddiaçının ehtimalı əsasında qurulmuş, yəni, iddiaçı yazır ki, “əgər ehtiyata buraxılma zamanı hərbi-həkim komissiyasına göndərilmiş olsaydım, xəstəliyimin aşkar olunacağı işin mübahisəsiz halıdır”. Lakin məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yuxarıda artıq göstərildiyi kimi, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 07 iyun 2016-cı il də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən tərxis olunmuş, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 21 noyabr 2017-ci il tarixdə, İddiaçı hərbi xidmət dövrü ilə bağlı əlillik təyin edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxun kasasiya şikayəti təmin edilməs in. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 09 oktyabr 2018-ci il tarixli, 21(103)-2417/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-924/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-924/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver