Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-924/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X2 Bakı şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (iş № 2-1(102)-924/2020) Bakı şəhəri xx xxxx 2020-ci il 02.06.2020 Açar sözlər: (iddianın mümkünsüzlüyü, İPM-in 35-ci maddəsinin dispoziya şərtlərinin ödənilməməsi, cavabdehə ilkin müraciət edilməməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərbəst toplaşmaq azadlığı nı pozan hərəkətlərin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-300/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: X5 (bundan sonra iddiaçı) Bakı şəhəri İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdeh ə həvalə edilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2inz(81 )6711/2012 nömrəli qərarı ilə iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə qarşı 300608 manat (əmlakın dəyərinin 20 faizi) kompensasiyanın və 395160 manat məbləğində 13.7 sot torpaq sahəsinin dəyərinin ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin qərardan ərizəçi apelyasiya şikayəti vermişdir və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli, 2-1inz (103)765/2012 saylı qərarı ilə iddiaçı X2 apelyasiya şikayəti qi smən təmin edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxx 2012-ci il tarixli qərarı qismən, 300608 manat (əmlakın dəyərinin 20 faizi) kompensasiyanın ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, iddia eyni hissədə qismən təmin edilərək, əmlakın dəyərinin 20%-i məbləğində kompensasiya kimi 221576,8 manat cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyindən tutularaq ərizəçiyə ödənilməsi, qərarın qalan hissədə - iddianın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə tamamilə, cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə münasibətdə əmlakın dəyərinin 20 % məbləğində kompensasiya kimi 79031,2 manatın və 13.7 sot torpaq sahəsinin dəyəri kimi 395160 manatın ödənilməsi tələblərinin rədd olunması hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı 6 ildən çoxdur ki, icra olunmur. Bütün instansiyalara müraciətləri cavabsız qalmışdır. Məhkəmə qərarının icra olunmamasına etiraz əlaməti olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında piket keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Müraciətə cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, piketin keçirilməsi ilə bağlı müraciətiniz “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ll hissəsinə cavab vermir və piket keçirilməsi məqsədə uyğun deyil”. İddiaçı hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən piket keçirilməsinə icazə verilməməsi ilə onun Azərbaycan Respublikasının Konstitusiyası, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq hüquq normaları ilə təsbit edilmiş insan və vətəndaş azadlığı qəsdən pozulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-4770/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim: M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddianın Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən edilmədiyindən, həmçinin iddiaçının mənəvi zi yanın ödənilməsi tələbi barədə məhkəmədə iddia qaldırılmazdan əvvəl bu haqda cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim edilmədiyindən iddia mümkün sayıla bilməz. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-300/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1-(81)-4770/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı k assasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəməsinin mövqeyi tam qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində aşağıdakılar təsbit olunmuşdur:«İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır». Hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 20-ci maddəsində, Mülk i və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (maddə 21), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada da (maddə 11) sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının məqsədləri konkret şəkildə ifadə olunur. Bu sənədlərdə göstərilən hüququn həyata keçirilməsinin demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, iğtişaşların və cinayətlərin qarşısının alınması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdır ılması nəzərdə tutulur. Göründüyü kimi, sərbəst toplaşmaq azadlığına müdaxilə yalnız yuxarıda göstərilən məhdudiyyətlər çərçivəsində ola bilər. Daha sonra qeyd edilir ki, cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyil-qadağan edilməsidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Göründüyü kimi, məhkəmə müdafiəsi hüqu qu əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda müm kün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Hazırkı işin hallarından görünür ki, iddiaçı piket keçirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının piket keçirmək haqqında müraciəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələblərinə cavab vermir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbay can Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə görə, bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və v axtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. İİ. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır: 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; 2) ümumi məqsədi; 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iştirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə t elefonları və ya onlar olmadıqda əlaqə ünvanı. 9) Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər. İşin hallarından görünür ki, iddiaçı piket keçirmək üçün cavabdehə müraciət edərkən, istinad edilən Qanunun 5-ci maddəsinin İİ hissəsinin tələblərinə əməl etməmiş, piket keçirilməsi ilə bağlı təqdim edilməli olan məlumatları tam həcmdə təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina cavabı ilə bağlı hərəkəti nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmədiyindən İPM-in 35-ci maddəsində iddianın mümkün sayılması üçün nəzərdə tutulan dispozisiya şərtlərinin ödənilməsi sübuta yetirilmir. Odur ki, hazırkı iddia Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, eləcə də mənəvi zərərə görə konpensasiya ödənilməsi hissəsində mümkün sayıla bilməz. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya 10.000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı iddianın da mümkünsüz sayılması ilə bağlı əlavə olaraq aşağıdakıları bildirir. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompe nsasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğun un yoxlanılmasını nəzərdə tutur» (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabde hin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, vu rulmuş ziyanın ödənilməsi tələbi üzrə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın mümkün hesab edilməsi şərtlərindən biridir. İddiaçının tələblərindən biri mənəvi ziyanın ödənilməsindən ibarət olsa da, işin materialları ilə iddiaçının müvafiq ziyanın ona ödənilməsi barədə cavabdeh inzibati orqana rəsmi müraciət etməsi müəyyən olunmur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qeyd olunan tələblər üzrə iddianın mümkünlüyü şərtinə (iddia qaldırılmazdan əvvəl inzibati orqana müraciətə dair) əməl olunmadığından, apelyasiya instansiyası məhkəməsi iddianın bu hissədə də mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş məktubdan da görünür ki, iddiaçı tərəfindən mənəvi ziyanın ödənilməsi ilə ba ğlı müraciət ilkin olaraq inzibati orqana təqdim edilməmiş, yəni ərizənin rəsmi qaydada Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticə düzgündür. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-300/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-924/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-924/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver