Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-925/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 dekabr tarixli 2-1(103)2865/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2016-cı il 3 iyun tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xüsusi zərərli işlərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 24 iyun tarixli 2-1(82)2338/2016 nömrəli qərarıiləiddia təmin edilmiş, iddiaçının 1977-ci il 20 iyun tarixdən 1989cu il 11 noyabr tarixədək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cihaz İstehsalat Birliyində Termoplast avtomatlarında plastik kütlələrin tökücüsü, 1989-cu il 18 noyabr tarixdən 1997-ci il 29 oktyabr tarixədək Naxçıvan MR Sədərək rayon Məişət Xidməti İstehsalat İdarəsində e lektrik, 1997-ci il 11 noyabr tarixdən Bakı Kanalizasiya İstehsalat Birliyinin Suraxanı rayon sahəsində, 2013-cü il 1 may tarixdən isə x2-nin Su Kanal İdarəsində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər, xüsusi zərərli işlərdə işlədiyi dövr sosial sığorta stajına daxil edilməsi və ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması qərara alınmışdır. Cavabdeh həmin qərardan 2018-ci il 25 oktyabr tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 dekabr tarixli 2-1(103)-2865/2018 nömrəli qərardadı ilə şikayət üzrə apelyasiya mümkün sayılma mış, şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Məhkəmənin qərardadı cavabdehə 2018-ci il 20 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardaddan 2019-ci il 2 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul olunması tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, prosessual müddətin ötürülmə səbəbi üzrlüdür və bu səbəbdən, buraxılmış prosessual müddət bərpa olunmalıdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qəra r qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nə zərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdən göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 24 iyun tarixli qərarı cavabdehə 2016-ci il 29 iyun tarixdə təqdim olunmuş, cavabdeh apellyasiya şikayətini 2018-ci il 25 oktyabr tarixdə, yəni qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra ve rmişdir. Beləliklə, prosessual müddət ötürülmüşdür. Məhkəmə aktının təqdim edildiyi tarixdən cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən cavabdeh istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Həmçinin, cavabdeh şikayətində müddətin hansı üzrlü səbəblərə görə ötürülməsini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 dekabr tarixli 2-1(103)-2865/2018 nömrəli qərardadı d
Məhkəmə qərarları › İş №2-1(102)-925/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-925/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver