Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-925/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ümidsiz vergi borcunun silinməsi üçün VM-nin 85-93-cü maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), X3, X6 oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və üçüncü şəxs Nərimanov r ayon İcra Hakimiyyətinin vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı (Nərimanov rayon İcra Hakimiyyəti, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamenti, Bakı şəhəri İcra Hakimiyyəti üçüncü şəxslər olmaqla) əlavə hesablanmış vergi məbləğinin silinməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1756/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarından iddiaçı və üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cavabdeh Bakı şəhəri Vergilər Departamentinə qarşı (Bakı şəhər Nərimanov rayonu İcra Hakimiyyəti, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhəri İcra Hakimiyyəti üçüncü şəxs qismində olmaqla) iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qeyri-qanuni hesab edilməsi, İddiaçı xx.xx.2015-ci il tarixə olan 551256,85 manat vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi, 107599,98 manat maliyyə sanksiyasının və 22491144 manat məbləğində hesablanmış faizlərin ləğv edilməsi, ümumilikdə isə 883768,27 manat məbləğində vergi borcunun İddiaçı şəxsi hesab vərəqəsindən azaldılması vəzifəsinin Bakı Şəhə r Vergilər Departamentinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə iddia tələbi üzrə ilk cavabdeh Bakı şəhəri Vergilər Departamenti əsl cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti ilə əvəz edilmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxx 2015-ci il tarixli **********893954 saylı qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2015-ci il tarixə olan 551256,85 manat vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi, İddiaçınə hesablanmış 120000,00 manat maliyyə sanksiyasının və 224 911,44 manat məbləğində hesablanmış faizlərin ləğv edilməsi, ümumilikdə isə 883768,27 manat məbləğində əlavə vergi borcunun Nərimanov rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyinin şəxsi-hesab vərəqəsindən azaldılması vəzifəsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə həvalə edilməsi”nə dəyişdirilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxx 2015-ci il tarixli **********893954 saylı qərarının ləğv edilməsi hissəsi çıxarılaraq iddia tələbi dəyişdirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qəra rdadı ilə işin materialları aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1083/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-746/2016 nömrəli inzibati işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx xxxx 2016-cı il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. İddiaçı tərəfindən haz ırki iş üzrə iddianın sonuncu dəfə dəqiqləşdirilməsinə dair xx xxxxxx 2017-ci il tarixdə ərizə verilmiş, ərizə üzrə birinci instansiya məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixli protokola yazılmaqla qərardad qəbul edilmişdir. Həmin qərardadla iddia tələbi “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx xxxxx 2015-ci il tarixli **********893954 saylı qərarının ləğv edilməsi, İddiaçınə hesablanmış 130440,00 manat maliyyə sanksiyasının və 1220,73 manat məbləğində hesablanmış faizlərin ləğv edilməsi, İddiaçı xx xxxxxx 2017-ci il tarixə olan 440534,47 manat vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi, ümumilikdə isə 622195,20 ma nat məbləğində əlavə vergi borcunun İddiaçı şəxsi-hesab vərəqəsindən azaldılması vəzifəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Şəhər Lokal Gəlirlər Departamentinə həvalə edilməsi” kimi qəbul edilmişdir. İddiaçının xx xxxxxx 2015-ci il tarixli iddia ərizəsində göstərilmişdir ki, Bakı şəhərinin bütün MKTB-ləri kimi Nərimanov rayon MKTB də zərərlə işləyən təşkilata çevrilmişdir və onun illik gəlirləri yalnız zibil və məişət tullantılarının daşınması üçün nəqliyyat vasitələrinin sərf etdiyi yanacaq haqqını, MKTB işçilərinin və onun dalandarlarının minimal əmək haqlarını kəsirlə ödəyir. Nərimanov rayon MKTB-nin zərərlə işləyən təşkilat olması çoxsaylı məhkəmə aktlarında öz əksini tapmışdır. Belə ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx xxx 2005-ci il tarixli, 2843/6-51 5-19 saylı qərardadı ilə DSMF-nin İri sığortaedənlərlə İş üzrə Departamentinin İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 150/1-49 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə MKTB-yə məxsus avtomaşınların üzərinə həbs qoyulması və həmin avtomaşınların saxlanması barədə Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru Elgiz Qəmbərovun təqdimatı təmin edilməmişdir. Eləcə də, Nərimanov rayon İcra şöbəsinin xx xxxx 2007-ci il tarixli qərarı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli 2345/1 - 152 saylı qətnaməsi üzrə icra vərəqəsi icra olunmadan (icrası mümkün olmadığından) geri qaytarılmışdır. Bundan əlavə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtida i Araşdırılması Departamentinin xx.xx.2008-ci il tarixli qərarına əsasən, vergi borclarının yaranması faktına dair cinayət işinin başlanılması rədd edilmişdir. Nərimanov Rayonu Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(005)-987/2014 nömrəli qərardadı ilə Nərimanov rayon İcra şöbəsinin icra məmuru P.Nəbizadənin 2 (82)- 1933/2013 nömrəli icra sənədinin təmin edilməsi üçün Nərimanov rayon MKTB-nin avtomaşınlarına tutma yönəldilməsi və onların üzərinə həbs qoyulması üçün DİN-in BDYPİ-də qeydiyyata alınmasına dair təqdimatı təmin edilməmişdir. Vergilər Departamentinin hesabatına əsasən hal-hazırda Nərimanov rayon MKTB-nin xx.xx.2015-ci il tarixə 551256.85 manat əsas vergi borcu, 224911,44 manat hesablanmış faizlərə görə borc və 107599,98 manat maliyyə sanksiyalarına görə borc, ümumilikdə isə 883 768,27 manat məbləğində vergi borcu yaranmışdır. Nərimanov rayon MKTB-nin və Vergi orqanlarının nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinə ödənilməli olan əsas vergi borclarının yaranması səbəbinin müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi üçün müvafiq araşdırmalar aparılmış və MKTB tərəfindən cari vergi borclarının ödənilməsi üçün müvafiq ödənişlər edilmişdir. (Ödəniş qəbzləri işə əlavə edilir). 120000 manat cari vergi borcları tərəflərindən ödənilsə də, bu məlumatlar şəxsi-hesab vərəqəsində əsas vergi borcunun azalması kimi öz əksini tapmamışdır. xx xxxxxxx 2009cu il tarixdən Azərbaycan Respublikası Mənzil Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında» Əsasnamədə Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin və onların müvafiq Mənzil-İstismar Sahələrinin fəaliyyətləri nəzərdə tutulmadığından Dövlət Mənzil Fondunun qorunub saxlanılması üçün yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri tərəfindən hər 1 kv.m. sahə üçün 2 qəpik tarif əmsalı ilə ödənilməli olan istismar yığımı xərclərinin ödənilməsi dayandırılmışdır və mənzil-istismar sahələri defoltla üzləşmişdir. Göründüyü kimi, Nərimanov rayon MKTB zərərlə işləyən təşkilat olmaqla gəlir əldə etmədiyi halda, vergi orqanı tərəfindən əsassız olaraq hesablanmış vergilərə görə maliyyə sanksiyaları tərtib edilmiş, eyni zamanda verginin vaxtında ödənilməsinə görə faizlər hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-6/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: E.M. Mustafayev) iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının borcunun ümidsiz borc hesab edilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85 və 93-cü maddələri ilə müəyyən edilmiş əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1756/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-6/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı və üçüncü şəxs Nərimanov rayon İcra Ha kimiyyəti tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə tərəfindən hər hansı sübut tədqiq edilməmişdir. Bundan əlavə, xx xxxxxx 2017-ci il tarixdə iddiaçıya hesablanan vergi borcu, habelə maliyyə sanksiyaları və faizlər cavabdeh tərəfindən iddia və tələbetmə müddətləri ötürülmüş borclar olmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə müvafiq olaraq tələb oluna bilməz. Yəni, cavabdehin iddiaçıdan tələb etdiyi həmin vergi borcları 1997-ci ildən 2014-cü ilə kimi zaman-zaman və hissə-hissə y aranan borclar olmaqla, həmin müddətdə iddiaçıdan tələb olunmamış, ümidsiz borc kimi xeyli hissəsi cavabdeh tərəfindən azaldılmışdır. Lakin cavabdeh nədənsə həmin ümidsiz borcları axıra kimi silməmişdir. İddiaçı 2015-ci ildən başlayaraq aidiyyəti cari vergiləri hər il müntəzəm qaydada ödəmiş və heç bir borcu qalmamışdır. Daha sonra qeyd edilir ki, dəfələrlə cavabdehə iddiaçı tərəfindən yazılı surətdə müraciət olunaraq tələb edilən vergi borcunun yaranma mənbəyi barədə məlumat verilməsi haqda sorğu verilsə də, heç bir cavab verilməmişdir. Üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması xahiş olunur. Şikayətin dəlilləri iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Etiraz: Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyətinin vəkili kassasiya şikayətlərin müdafiə edərək şikayətlərin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər üçüncü şəxslər məhkəm ə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, digər üçüncü şəxslərə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əvvəla qeyd edilməlidir ki, üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verməd iyindən və iddiaçının apelyasiya şikayəti əsasında işə baxan apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarı ilə üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyətinin üzərinə hər hansı yeni öhdəlik qoyulmadığından üçüncü şəxsin kassasiya şikayəti mümkün sayıla bilməz. Belə ki, İPM-in 90.2-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Ona görə də üçüncü şəxsin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalıdır. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsasl andırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də iddiaçının şikayəti qəbul oluna bilən hesab edilir. Lakin bununla belə həmin şikayət əsassız olduğundan təmin edilə bilməz. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində olduğu kimi kassasiya şikayətində aşağıdakıları mübahisələndirir.
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx xxxxx 2015-ci il tarixli **********893954 saylı qərarının ləğv edilməsi; 2. 130440,00 manat maliyyə sanksiyasının və 1220,73 manat məbləğində hesablanmış faizlərin ləğv edilməsi;
3. İddiaçı xx xxxxxx 20 17-ci il tarixə olan 440534,47 manat vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi, ümumilikdə isə 622195,20 manat məbləğində əlavə vergi borcunun İddiaçı şəxsi-hesab vərəqəsindən azaldılması. İddiaçının birinci tələbi üzrə məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx xxxxx 2015ci il tarixli **********893954 saylı qərarının iddiaçıya hansı tarixdə təqdim ediİməsinə dair sübut olmadığından, həmin tələb üzrə iddianın mümkün sayılmaması üçün prosessual əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyas ına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdehin mübahisələndirilən qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda-aparılmış məxaric əməliyyatlarının 50 faizi (20 faizi) miqdarında olmaqla, 2014-cü il tarixinə 30.100 manat miqda rında maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı, iddiaçı tərəfindən vergi orqanı tərəfindən maliyyə sanksiyasının tətbiqinə əsas olmuş halları istisna edəcək hər hansı sübut təqdim olunmamışdır. İddiaçının digər tələblərinə gəldikdə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli «Vergi borcunun ödənilməsinə dair» Bildirişdə göstərilmişdir ki, iddiaçının xx xxxxxx 2017-ci il tarixinə dövlət büdcəsinə 622.195,20 manat, o cümlədən vergilər üzrə 490.534,47 manat, maliyyə sanksiyaları üzrə 130.440.0 manat, faizlər üzrə 1.220,73 manat borcu yaranmışdır. İş materiallarından aydın olur ki, həmin borc iddiaçının vergi ödəyicisinin müvafiq bəyannamə məlumatlarına əsasən hesablayaraq bəyan etdiyi borcdur. İddiaçı iddia edir ki, 622.195,20 manat borcun 4 40.534,47 manat hissəsi üzrə qanunla müəyyən edilmiş müddət ötdüyü üçün borcun bu hissəsi ümidsiz borc kimi silinməlidir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması bar ədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Həmin Məcəllənin 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş halla rda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bit dikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə bor clar ümidsiz borc kimi silinir. İş materialları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən iddiaçının qeyd olunan maddi hüquq norması ilə müəyyən edilmiş tələbetmə müddəti keçmiş borcları vaxtaşırı olaraq cavabdeh inzibati orqanı tərəfindən silinmişdir. Belə ki, işə əlavə edilmiş, vergi orqanlarının tələbetmə müddətinin bitməsi ilə əlaqədar vergi borclarının silinməsi barədə komissiyanın **********735100 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, iddiaçı Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx xxxxxx 2014-cü il tarixinə ödənilməmiş qalan ümumilikdə 134.805,3 manat borcu tələbetmə müddətinin bitməsi ilə əlaqədar silinmişdir. Həmin qərarın mübahisələndirilməsinə dair işin materiallarında heç bir məlumat yoxdur. Bundan əlavə, xx xxxxxx 2017-ci il tarixdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474VQ saylı Azərbaycan Respublikası Qanununa əsasən, xx.xx.2017-ci il tarixə hesablanmış 334.579,09 manat faiz məbləği iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı tərəfindən iddiaçının tələbetmə müddəti keçmiş və ya qanuna əsasən silinməli olan vergi borcları silinməklə yanaşı, qalan borcun iddiaçının siyahıya alınmış əmlakının açıq hərracda satılması yolu ilə tutulmasına dair tədbirlər görülümüşdür. Həmçinin, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 8714 saylı, xx xxxxxxx 2018-ci il tarixli e kspert rəyində qeyd edilmişdir ki, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin ümidsiz borclarının mövcud olub-olmamasını və xx xxxxxx 2017-ci il tarixə olan vergi borcunun nə qədər olubolmamasını konkret müəyyən etmək mümkün olmadı. Lakin iş materiallarında Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin çap olunma tarixi xx xxxxxx 2017-ci il olan şəxsi hesab vərəqəsi öz əksini tapmışdır ki, həmin şəxsi hesab vərəqəsində xx xxxxxx 2017-ci il tarixə olan vergi borcunun məbləği 642.963,09 manat məbləğində göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx xxxxxx 2017-ci il tarixinə iddiaçının 440.534,47 manat vergi borcunun ümidsiz borc hesab edilməsi üçün Azərbaycan Respublikası Vergi M əcəlləsinin 85 və 93-cü maddələri ilə müəyyən edilmiş əsaslar mövcud deyildir. İddiaçının qalan 181.660,73 (622.195,20-440.534,47) manat borcunun silinməsi əsaslarına dair hər hansı dəlili irəli sürülməmişdir. İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntu suna yol verilmədiyindən iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyətinin kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1756/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.