Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-926/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə pensiya, güzəştli peşə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlə t Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3599/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus BT-602209 nömrəli diplomla müəyyən edilir ki, o, 1975-1979-cu illərdə Sumqayıt Politexnik Texnikumunu sənaye müəssisələri və qurğularının elektrik avadanlığı ixtisası üzrə təhsil almış və ona texnik-elektrik ixtisası verilmişdir.
3. İddiaçı xx.xx.1979-cu il tarixd ən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
4. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1981-ci il tarixdən hal hazıradək müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2020-ci il və 05 iyul 2023-cü il tarixli məktublarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, onun işlədiyi vəzifələr güzəştli vəzifəyə uyğun olmamış, nəticə etibarı ilə güzəştli iş stajı 12 il 6 aydan az təşkil etmişdir. Bu səbəbdən də onun güzəştli şərtlərlə pensiya hüququ mövcud deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı m əhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyini üçün müraciət etdiyi vaxtdan əvvəlki 3 illik dövr üçün pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. 1975-1979-cu illərdə Sumqayıt politexnik texnikumunda sənaye müəssisələri və qurğularının elektrik avadanlığı ixtisasını bitirib texnik-elektrik ixtisası üzrə təhsil almışdır. xx.xx.1981-xx.xx.1991-ci il tarixlərində X6 (ПО «Тульский комбайновый завод») müxtəlif vəzifələrdə (elektrik montyoru, metalın termik emalı üzrə elektrik montyoru, baş usta, istehsalat üzrə sex rəisi, qaynaq korpus unun rəisi) işləmişdir. Həmin zavod keçmiş SSRİ ərazisində kənd təsərrüfatı maşınqayırması sahəsində ən nəhəng müəssisələrdən biri olmuşdur. Həmin zavod haqqında məlumatı açıq mənbələrdən əldə etmək olar. xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək "xxxx" MMC-də Səngəçal terminalında elektrik montyoru və Səngəçal eklektik yarımstansiyasının elektrik montyoru vəzifələrində işləmişdir. xx.xx.2014-cü ildən bu günə kimi N saylı hərbi hissədə istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində baş istehsalat ustası olaraq işləmişdir. Güzəştli şərtlərlə pensiya təyini üçün xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Güzəştli şərtlərlə pensiya təyinindən imtina iddiaçının güzəştli iş stajının olmaması ilə əlaqədar olmuşdur. Lakin cavabdeh qurum onun əvvəlki dövrlərdə işlədiyi sahələri nəzərə almadan, yalnız son iş yerindəki arayışına, özü də düzgün hüquqi qiymət verilmədən (arayışda iş yeri tərəfindən işlədiyi sahənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğu müəyyən edilib) güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtina etmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2-1(112)-1685/2023 nömrəli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulma sı, İddiaçı xx.xx.2017-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.
10. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2017-ci il 40 ildən çox ümumi, 12 il 6 aydan çox (17 il 5 ay 18 gün) güzəştli iş stajı olduğundan onun iddia tələbi əsaslıdır.
11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3599/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 iy ul 2023-cü il tarixli, 2-1(112)-1685/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-c i il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, qəmi gövdəsi, gəmiqayırma və qəmi təmiri işləri bəndinin (11.6) mütəxəssislər yarımbəndində (b) qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N iyun 2021-ci il tarixli 924 nömrəli arayışında iddiaçının xx.xx.2014-cü il tarixdən bu günədək 2 nömrəli istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində bas istehsalat ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur.
17. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan qazanxana işləri ilə məşğul olan ustalar (böyük us talar) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21. “Vətəndaş ların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəz ərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şi kayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASS ASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan H üquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn iş in hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Kişilərin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərin birlikdə olması zəruridir.
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;
3. Ümumi iş stajı minimum 25 il olmalıdır.
30. İş materiallarına görə cavabdeh iddiaçının pensiya yaşını və ümumi iş stajını mübahisələndi rmir. Yəni cavabdeh iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatmasını və 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir.
31. Hazırki kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirir. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, qəmi gövdəsi, gəmiqayırma və qəmi təmiri işləri bəndinin (11.6) mütəxəssislər yarımbəndində (b) qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N iyun 2021-ci il tarixli 924 nömrəli arayışında iddiaçının xx.xx.2014-cü il tarixdən bu günədək 2 nömrəli istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində bas istehsalat ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifəsinə uyqun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.
32. Beləliklə, kassasiya şikayətinin mahiyyətindən anlaşılır ki, cavabdeh iddiaçının bütün güzəştli iş dövrünü deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində qazanxana işləri ilə məşğul olduğu dövrü güzəştli iş stajı kimi qəbul etmir.
33. Məhkəmə kollegiyası bu dəlillə əlaqədar olaraq bildirir ki, əvvəla, mübahisə edilən dövrlər nəzərə alınmadıqda be lə, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 12 il 6 aydan artıq güzəştli əmək stajını tamamlamışdır. Belə ki, iddiaçı xx.xx.1981xx.xx.1991-ci il tarixlərində X6, eləcə də xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək "xxxx" MMC-də Səngəçal terminalında elektrik montyoru və Səngəçal elektrik yarımstansiyasının elektrik montyoru vəzifələrində işləmişdir.
34. İddiaçının yuxarıda qeyd edilən müəssisələrdəki fəaliyyətinin güzəştli əmək fəaliyyətinə uyğun gəlməsi həmin müəssisələr tərəfindən verilmiş sənədlərlə təsdiq edilir. X7 (Тульский комбайновый завод) təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışa əsasən: 1) iddiaçının xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinə qədər işlədiyi metalın termik emalı üzrə elektrik montyoru vəzifəsi 2 nömrəli siyahıya əsasən XİV bölməsində (M etal emalı) isti iş sahələrində məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (21504000 Termiki emal - kod 2150400a—19861) vəzifəsinə uyğun gəlir. Həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 11.3-cü bəndinə (Termiki emal - isti iş sahələrində məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları) bəndinə uyğun gəlir. Həmin hissədə də iddiaçının işlədiyi sahənin iş sahələrinə aid olmasına dair (“сг-сектор горячий”) qeyd vardır.
35. Arayışda iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixə qədər elektrik avadanlığının təm iri və xidməti üzrə elektrik montyoru işlədiyi qeyd edilsə də, əmək kitabçasında və arayışda işlədiyi sexin isti iş sahələrində məşğul olan elektrik avadanlığı ilə bağlı olduğuna (“сг-сектор горячий”) dair qeyd vardır. Odur ki, həmin vəzifə də eyni koda (2150400a— 19861) uyğundur. xx.xx.1988-xx.xx.1988-ci illərdə həmin sexdə (isti iş sahələrində) işlədiyi böyük usta vəzifəsi 2 nömrəli siyahıya əsasən XİV bölməsində (Metal emalı) 2150400b—23187 kodu üzrə ustalar, böyük ustalar vəzifəsinə uyğun gəlir. xx.xx.1988-ci il tarixindən-xx.xx.1991-ci il tarixinə qədər işlədiyi sex rəisinin müavini (qaynaq korpusunun rəhbəri) vəzifəsi 2 nömrəli siyahıya əsasən XİV bölməsində (Metal emalı) sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri (2150400b—24125) vəzifəsinə uyğun gəlir. Bəhs olunanlara əsasən 1982-1991-ci illər haqlı olaraq güzəştli peşə kimi nəzərə alınmışdır.
36. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının "xxxx" MMC-də işlədiyi elektrik montyoru peşəsi üzrə fəaliyyəti terminalda neft və neft məhsullarının doldurulub-boşaldılması estakadalarının fəaliyyətini təmin edən nasosxanaların və elektrik yarımstansiyasının elektrik avadanlıqlarına xidmət üzrə işlərin yerinə yetirilməsi olduğundan iddiaçının yerinə yetirdiyi iş 2 nömrəli siyahıya əsasən 21303000 -
3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı; 21303010 - 1) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullar ının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri; elektroavadanlığın təmiri və xidməti üzrə elektromontyorları (2130301a—19861) vəzifəsinə uyğundur. Həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 10.5.1-ci bəndinə uyğun gəlir. Odur ki, 2003-2008-ci illərdə iddiaçının işlədiyi dövr güzəştli staja daxil edilməlidir.
37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının X6 işlədiyi 9 il 6 ay, "xxxx" MMC-də işlədiyi 5 il 1 ay 12 gün güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyindən, eləcə də cavabdeh həmin dövrlərin (cavabdeh kassasiya şikayətində həmin dövrləri mübahisələndirməmişdir) güzəştli iş stajı olmaması barədə mübahisə açmadığından iddiaçının hərbi hissədə işlədiyi dövr güzəştli iş stajı nəzərə alınmasa da o, 12 il 6 aydan çox güzəştli staja malik olduğundan 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır.
38. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
39. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3599/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.