Məhkəmə qərarları › İş №2-1(102)-927/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-927/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-927/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina; peşələr AR NK-nın 23.01.2007-ci il tarixli Siyahısına uyğun deyil GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili, iddiaçının nümayəndəsi, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlə rlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2504/2019 saylı, 20.12.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı Iddiaçı **.**.1962-ci ildə doğulmuş, 19.08.1981-ci ildən 09.04.2002-ci ilədək “X” Birliyində qəbuledici, çapçı, usta, kimyaçı-texnik, 09.04.2002-ci ildən 01.02.2003-cü ilədək “X” ASC-də mühəndis, 01.09.2003-cü ildən 05.11.2004-cü ilədək AR Təhsil Nazirliyi “X”nda montoyçu, 01.03.2005-ci ildən 01.08.2007-ci ilədək “X LTD” MMC-də qəbuledici, 01.04.2008- ci ildən 03.05.2010-cu ilədək “X” MMC-də qəbuledici, 01.04.2013-cü ildən 09.09.2015-ci ilədək “X” MMC-də qəbuledici vəzifəsində işləmiş, 09.09.2015-ci ildən hazırkı dövrə qədər də Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında texnoloq vəzifəsində işləyir. Göstərilən işlərin zərərli iş şəraitində aparılan işlərə aid olduğuna istinad edən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 27.06.2019-cu il tarixli, ****** nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə onun güzəştli iş stajının 10 ildən az olduğu müəyyən edildiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək 52 yaşı tamam olduğu tarixdən, yəni 28.03.2014cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.08.2019-cu il tarixli, 21(81)3401/2019 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi çapçı, usta, kimyaçı-texnik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına uyğundur. O dur ki, iddiaçının 20 il ümumi, 10 il güzəştli iş stajı müəyyən olunduğuna və 52 yaşı tamam olduğuna görə iddia tələbi təmin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.08.2019-cu il tarixli, 21(81)3401/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.08.2019-cu il tarixli, 21(81)3401/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifələrin sözügedən Siyahıya uyğunluğu müəyyən olunmamı şdır və Səbail rayon 1 saylı Mətbəənin 1996-2003-cü ilə dair arxiv sənədlərində iddiaçıya əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının 10 il zərərli iş stajının olması öz təsdiqini tapmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının işlədiyi müvafiq vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən vəzifələrə uyğunluğunun m üəyyən edilmədiyini bildirsə də, adıçəkilən siyahıda iddiaçının işlədiyi çapçı, usta, kimyaçı-texnik peşələrinin hər üçü əks olunmuşdur. Kassasiya şikayətinin növbəti dəlilinə görə apellyasiya instansiya məhkəməsinin iddiaçının əmək kitabçasına deyil, onun əmək haqqı almasına dair məlumatın olmamasına istinad etməsi qanunvericiliyin tələbinin pozulması kimi qəbul edilməlidir. Bu məsələ iddiaçının vəzifəsi olmadığından belə məlumatın olmaması onun pensiya hüququndan istifadə etməsinə mane olmamalıdır. Kassator, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixinədək qüvvədə olmuş 31.1, 32.1, 37.7-ci, “Dövlər rüsumu haqqında” Qanunun 9.1.12-ci, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 91, 94, 96, 98-ci maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 20.12.2019cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsin barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və iddiaçının nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüq uqu verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan, yəni 01.07.2017-ci il tarixinə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına ça tdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi hazırkı iş üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 01.07.2017-ci il tarixinədək azı 20 il sığorta stajına malik olması, bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 52 yaş həddinə çatması tələb olunur. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı 28.03.2014-cü il tarixində 52 yaşını tamamlasa da, tələb olunan xüsusi iş stajı yoxdur. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “Poliqrafiya istehsalatı” bölməsində nəzərdə tutulan “dərin çap üsulunun çapçıları, metalloqraf çap üsulunun çapçıları (dərin) vəzifəsi iddiaçının 15.01.1982-ci ildən 06.08.1984-cü ilə qədər işlədiyi-çapçı vəzifəsinə, həmin bölmənin “B” yarımbölməsində göstərilən “bu Siyahı üzrə fəhlələrin 50%-nin və daha çoxunun güzəştli pensiya almaq hüququna malik olduqları istehsalat sahələrində: stereotip, sinkoqrafiya və dərin çap üsulunda məşğul olan ustalar, böyük ustalar” vəzifəsi iddiaçının 01.02.1991-ci ildən 03.08.1992-ci ilə qədər usta vəzifəsinə, “Ç” yarmbölməsində göstərilən qurğuşun ərintilərinin analizi ilə məşğul olan laborantlar vəzifəsi iddiaçının 03.08.1992-ci ildən 09.04.2002-ci il ə qədər kimyaçı-texnik peşəsinə uyğunluğu müəyyən olunmamışdır. İddiaçı kassasiya şikayətinin dəlillərində işlədiyi vəzifələrin Siyahıda əks olunduğunu bildirsə də, apellyasiya instansiya məhkəməsində işə baxılan zaman həmin vəzifələrin göstərilən Siyahıdakı vəzifələrə uyğunluğunun müəyyən edilmədiyi məlum olmuşdur və bu səbəbdən bu dəlilə münasibətdə apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Kassasiya şikayətinin “apellyasiya instansiya məhkəməsinin iddiaçının əmək kitabçasına deyil, iddiaçının əmək haqqı almasına dair məlumatın olmamasına istinad etməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılan z aman iş materiallarına əlavə edilmiş AR Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialının 16.05.2019-cu il tarixli **** nömrəli məktubunda göstərilmişdir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Səbail rayon 1 saylı Mətbəənin (keçmiş 26 Bakı Komissarı) natamam arxiv sənədlərinin əmr kitablarında **.**.1962-ci il təvəllüdlü vət. iddiaçı 13.08.1981-ci il tarixli,119 saylı əmrlə 19.08.1981-ci il tarixdən 2-ci dərəcəli qəbuledici vəzifəsinə işə qəbul olunması, 01.02.2003-cü il tarixli, 4 saylı əmrlə 01.02.2003-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, 1990, 1991, 1992,1993, 1994,1995-ci ilin yanvar, fevral aylarına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Səbail rayon 1 saylı Mətbəənin (keçmiş 26 Bakı Komissarı) 1996-2003 -cü ilə dair arxiv sənədlərində vət. iddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi məhkəmə 03.08.1992-ci ildən 09.04.2002-ci ilə qədər dövrü iddiaçının zərərli iş kimi qəbul etsə də, arxiv sənədləri ilə 1996-2003-cü illərdə işləməsi öz təsdiqini tapmamışdır. Odur ki, bu dəlilə münasibətdə də apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəb ul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.20 19-cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili, iddiaçının nümayəndəsi, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2504/2019 saylı, 20.12.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.06.2020-ci il tarix ində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı Iddiaçı **.**.1962-ci ildə doğulmuş, 19.08.1981-ci ildən 09.04.2002-ci ilədək “X” Birliyində qəbuledici, çapçı, usta, kimyaçı-texnik, 09.04.2002-ci ildən 01.02.2003-cü ilədək “X” ASC-də mühəndis, 01.09.2003-cü ildən 05.11.2004-cü ilədək AR Təhsil Nazirliyi “X”nda montoyçu, 01.03.2005-ci ildən 01.08.2007-ci ilədək “X LTD” MMC-də qəbuledici, 01.04.2008-ci ildən 03.05.2010-cu ilədək “X” MMC-də qəbuledici, 01.04.2013-cü ildən 09.09.2015-ci ilədək “X” MMC-də qəbuledici vəzifəsində işləmiş, 09.09.2015-ci ildən hazırkı dövrə qədər də Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında texnoloq vəzifəsində işləyir. Göstərilən işlərin zərərli iş şəraitində aparılan işlərə aid olduğuna istinad edən iddi açı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 27.06.2019-cu il tarixli, ****** nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə onun güzəştli iş stajının 10 ildən az olduğu müəyyən edildiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək 52 yaşı tamam olduğu tarixdən, yəni 28.03.2014cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.08.2019-cu il tarixli, 21(81)3401/2019 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi çapçı, usta, kimyaçı-texnik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına uyğundur. Odur ki, iddiaçının 20 il ümumi, 10 il güzəştli iş stajı müəyyən olunduğuna və 52 yaşı tamam olduğuna görə iddia tələbi təmin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.08.2019-cu il tarixli, 21(81)3401/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.08.2019-cu il tarixli, 21(81)3401/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifələrin sözügedən Siyahıya uyğunluğu müəyyən olunmamışdır və Səbail rayon 1 saylı Mətbəənin 1996-2003-cü ilə dair arxiv sənədlərində iddiaçıya əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının 10 il zərərli iş stajının olması öz təsdiqini tapmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1 (103)-2504/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının işlədiyi müvafiq vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən vəzifələrə uyğunluğunun müəyyən edilmədiyini bildirsə də, adıçəkilən siyahıda iddiaçının işlədiyi çapçı, usta, kimyaçı-texnik peşələrinin hər üçü əks olunmuşdur. Kassasiya şikayətinin növbəti dəlilinə görə apellyasiya instansiya məhkəməsinin iddiaçının əmək kitabçasına deyil, onun əmək haqqı almasına dair məlumatın olmamasına istinad etməsi qanunvericiliyin təl əbinin pozulması kimi qəbul edilməlidir. Bu məsələ iddiaçının vəzifəsi olmadığından belə məlumatın olmaması onun pensiya hüququndan istifadə etməsinə mane olmamalıdır. Kassator, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixinədək qüvvədə olmuş 31.1, 32.1, 37.7-ci, “Dövlər rüsumu haqqında” Qanunun 9.1.12-ci, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 91, 94, 96, 98-ci maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsin barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və iddiaçının nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat ver ərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılma ması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan, yəni 01.07.2017-ci il tarixinə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci ma ddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi hazırkı iş üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 01.07.2017-ci il tarixinəd ək azı 20 il sığorta stajına malik olması, bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 52 yaş həddinə çatması tələb olunur. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı 28.03.2014-cü il tarixində 52 yaşını tamamlasa da, tələb olunan xüsusi iş stajı yoxdur. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “Poliqrafiya istehsalatı” bölməsində nəzərdə tutulan “dərin çap üsulunun çapçıları, metalloqraf çap üsulunun çapçıları (dərin) vəzifəsi iddiaçının 15.01.1982-ci ildən 06.08.1984-cü ilə qədər işlədiyi-çapçı vəzifəsinə, həmin bölmənin “B” yarımbölməsində göstərilən “bu Siyahı üzrə fəhlələrin 50%-nin və daha çoxunun güzəştli pensiya almaq hüququna malik olduqları istehsalat sahələrində: stereotip, sinkoqrafiya və dərin çap üsulunda məşğul olan ustalar, böyük ustalar” vəzifəsi iddiaçının 01.02.1991-ci ildən 03.08.1992-ci ilə qədər usta vəzifəsinə, “Ç” yarmbölməsində göstərilən qurğuşun ərintilərinin analizi ilə məşğul olan laborantlar vəzifəsi iddiaçının 03.08.1992-ci ildən 09.04.2002-ci ilə qədər kimyaçı-texnik peşəsinə uyğunluğu müəyyən olunmamışdır. İddiaçı kassasiya şikayətinin dəlillərində işlədiyi vəzifələrin Siyahıda əks olunduğunu bildirsə də, apellyasiya instansiya məhkəməsində işə baxılan zaman həmin vəzifələrin göstərilən Siyahıdakı vəzifələrə uyğunluğunun müəyyən edilmədiyi məlum olmuşdur və bu səbəbdən bu dəl ilə münasibətdə apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Kassasiya şikayətinin “apellyasiya instansiya məhkəməsinin iddiaçının əmək kitabçasına deyil, iddiaçının əmək haqqı almasına dair məlumatın olmamasına istinad etməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman iş materiallarına əlavə edilmiş AR Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialının 16.05.2019-cu il tarixli **** nömrəli məktubunda göstərilmişdir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Səbail rayon 1 saylı Mətbəənin (keçmiş 26 Bakı Komissarı) natamam arxiv sənədlərinin əmr kitablarında **.**.1962-ci il t əvəllüdlü vət. iddiaçı 13.08.1981-ci il tarixli,119 saylı əmrlə 19.08.1981-ci il tarixdən 2-ci dərəcəli qəbuledici vəzifəsinə işə qəbul olunması, 01.02.2003-cü il tarixli, 4 saylı əmrlə 01.02.2003-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, 1990, 1991, 1992,1993, 1994,1995-ci ilin yanvar, fevral aylarına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Səbail rayon 1 saylı Mətbəənin (keçmiş 26 Bakı Komissarı) 1996-2003-cü ilə dair arxiv sənədlərində vət. iddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi məhkəmə 03.08.1992-ci ildən 09.04.2002-ci ilə qədər dövrü iddiaçının zərərli iş kimi qəbul etsə də, arxiv sənədləri ilə 1996-2003-cü illərdə işləməsi öz təsdiqini tapmamışdır. Odur ki, bu dəlilə münasibətdə də apellyasiya i nstansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-2504/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar