Məhkəmə qərarları › İş №2-1(102)-928/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-928/2019

02.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-928/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hacıyev Sənan Firudin oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Rəhimov Mikayıl Məmməd oğluna qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2121/2018 saylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1404/2016 saylı, 08 iyun 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş 2014-cü il 10 oktyabr tarixli, A №****** nömrəli, ***** nömrə ilə uçota alınmış plan v ə ölçüdə göstərilən torpaq sahəsinə və onun üzərində yerləşən 2007-ci il 4 dekabr tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 383.29 kv.m, yaşayış sahəsi 225.89 kv.m köməkçi sahəsi isə 157.40 kv.m olmaqla 13 otaqlı tikililərə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 2010cu il 12 aprel tarixli, ** saylı Sərəncamına uyğun vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1832/2016 saylı, 16 sentyabr 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il ta rixli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2017-ci il tarixli, 2-1(102)-373/17 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 16 sentyabr tarixli, 2-1(103)1832/2016 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2018-ci il tarixli, 21(103)-183/2016 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1404/2016 saylı iş üzrə 08 iyun 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2-1(102)-1339/18 saylı qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2018-ci il tarixli, 2-1(103)-183/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2121/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1404/2016 saylı, 08 iyun 2016-cı il tarixli qərarı ləğv edilmiş,İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş 2014-cü il 10 oktyabr tarixli, A №****** saylı, ***** nömrə ilə uçota alınmış plan və ölçüdə göstərilən torpaq sahəsinə və onun üzərində yerləşən 2007-ci il 4 dekabr tarixli, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 383.29 kv.m, yaşayış sahəsi 225.89 kv.m köməkçi sahəsi isə 157.40 kv.m olmaqla 13 otaqlı tikililərə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 12 aprel 2010-cu il tarixli, ** saylı Sərəncamına uyğun vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərardadını ləğv edib iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması aparılmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iş üzrə tamamilə sübuta yetirilmişdir ki, iddiaçının mənzili üçüncü şəxsin heç bir tikilisi və kommunikasiya xətti ilə birləşmir. Hər iki evin arasında 3,5 metr hündürlüyündə daş hasar vardır. Belə olduğu təqdirdə üçüncü şəxsun iddiaçıya qarşı mənzillə bağlı hər hansı tələb irəli sürməsi tam əsassızdır. Apellyasiya məhkəməsinin qər ardadında mübahisənin eyni predmet və eyni şəxslər arasında olması ilə bağlı hüquqi qiymət verilməsinə cəhd göstərilərək qanunvericiliyə zidd olaraq mübahisənin eyni predmet və şəxslər arasında olması barədə səhv qərar qəbul edilmişdir. Halbuki, iddiaçı 23.01.2015-ci il tarixli ərizəsində çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürmüşdür. Sonra 13 mart 2015-ci il tarixli qərardan 29 may 2015-ci il tarixdə apellyasiya şikayəti vermiş, 08 sentyabr 2015-ci il tarixdə isə həmin şikayəti geri götürmüşdür. Bundan sonra isə 02 mart 2016-cı il tarixdə yenidən məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 12 aprel 2010-cu il tarixli, ** saylı sərəncamına uyğun vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyat a alınmasının Daşınmız Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi tələbi ilə iddia ərizəsi vermişdir. Adından və mahiyyətindən də göründüyü kimi tələblər qətiyyən eyni predmet təşkil etmədiyi halda məhkəmə bununla bağlı qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67.1-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi 21 noyabr 2001-ci il tarixli, ****** saylı alqı-satqı müqaviləsi ilə B akı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 07 noyabr 2001-ci il tarixli, ** saylı, **/***** reyestrli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus olan ünvandada yerləşən yaşayış evinin 4 otağı, yəni 91,2 kv.m yaşayış sahəsi və 10,2 kv.m köməkçi sahə üçüncü şəxsə oğluna satılmış, həmin ünvanda istifadədə olan 0,02698 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 7 otaqlı 186,4 kv.m yaşayış, 202,5 kv.m köməkçi sahədən ibarət 4a saylı fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, “B” tikilisi-3 otaq, 95 kv.m olmaqla iddiaçının, “A” tikilisi-3 otaq, 54,0 kv.m olmaqla və “B” tikilisi-1 otaq, 37,4 kv.m, İİ mərtəbə-k/s 10.2 kv.m olmaqla üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Nərimanov ra yon İcra Hakimiyyəti Başçısının 12 aprel 2010-cu il tarixli, ** saylı sərəncamı ilə ünvan evin ümumi sahəsinin 383.29 kv.m, yaşayış sahəsinin 225.89 kv.m, köməkçi sahəsinin isə 157.40 kv.m olmaqla 13 otaqlı hesab edilməsi və həmin yaşayış evinə dair iddiaçının adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunmuşdur. İddiaçı 10 fevral 2016-cı il tarixli ərizə ilə cavabdehə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2014-cü il tarixli, A №****** saylı, ***** nömrə ilə uçota alınmış plan və ölçüdə göstərilən torpaq sahəsinə və onun üzərində yerləşən 04 dekabr 2007-ci il tarixli, ******* saylı daşınmaz əmla kın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 383,29 kv.m, yaşayış sahəsi 225,89 kv.m köməkçi sahəsi isə 157,40 kv.m olmaqla 13 otaqlı tikililərə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 12 aprel 2010-cu il tarixli, ** saylı Sərəncamına uyğun vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 17 fevral 2016-cı il tarixli, **********66 saylı məktubla, ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi əsası ilə müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı həmin imtinadan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilmişdir. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, birinci instansiya məhkəməs i tərəfindən iddia tələbinə mahiyyəti üzrə baxılmaqla Azərbaycan Respublikası İPM-nin 2 və 35-ci maddələrinin tələbləri pozulmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-964/2015 sa ylı, 13 mart 2015-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (3-cü şəxs ) qarşı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 2010-cu il tarixli, ** saylı Sərəncamı əsasında (ünvan evin ümumi sahəsinin 383,29 kv.m, yaşayış sahəsinin 225,89 kv.m, köməkçi sahəsinin isə 157,40 kv.m olmaqla 13 otaqlı hesab edilməsi və həmin yaşayış evinə dair iddiaçının adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunmasına dair) texniki pasportun və çıxarışın verilməsi barədə iddiası rədd edilmiş, həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 201 5-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd edilən normanın mənasına görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin prosesin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malik olmaqla eyni tərəflər arasında eyni predmetin eyni əsaslarla yenidən məhkəmə qaydasında mübahisələndirilməsini istisna edir. Bu mənada, apellyasiya məhkəməsi tərəfindən əvvəllər baxılmış 2-1(82)-964/2015 saylı inzibati iş tələb olunaraq öyrənilməklə müəyyən edilmişdir ki, həmin iş üzrə iddia ərizəsində iddiaçı, cavabdehin 01 noyabr 2014-cü il tarixli imtisanının qeyri-qanuni hesab edilməsi və Bakı ünvan, ümumi sahəsi 383,29 kv.m yaşayış sahəsi 225,89 kv.m, köməkçi sahəsi 157,40 kv.m, torpaq sahəsi 269,8 kv.m olan 13 otaqlı 4a saylı evə Dövlət Reyestr Xidmətindən «Çıxarış»ın və texniki pasportun verilməsinin cavabdeh - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, qeyd olunan iddia tələbi hazırkı iş üzrə iddia tələbi ilə müqayisə olunarkən, həmin tələblərin mahiyyət etibarı ilə eyni olması, eyni ölçüdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün qaldırıldığı, eyni hüquqi əsasa söykəndiyi müəyyən edilmişdir. İddiaların məzmununda yeganə fərq odur ki, sonuncu iddiada daşınmaz əmlaka dair vahid çıxarışın verilməsi xahiş edilir. Bu isə yeni tələb olmamaqla, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 13.7-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddəyə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Beləliklə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan iddiaçının eyni tərəflər arasında eyni predmet və əsasla qaldırdığı hazırkı iddiası mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2121/2018 saylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar