Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-928/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması, sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı ş əhər Nərimanov rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2859/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci ildə doğulmudur və ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək, xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.2004-cü ilədək müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə (bundan sonra qərarın mətnində ixtisarla DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, ona yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya **********4 saylı, xx xxxx 2019-cu il tarixli məktubla cavab verərək tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx xxxxxx 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci ildən əmək fəaliyyətinə başlamış və xx.xx.2004-cü ilədək müxtəlif müəssisələrdə işləmişdir. xx.xx.2019-cu il tarixdə 64 yaşa çatmaqla həmin tarixdən yaşa görə pensiya almaq hüququ yaranmışdır. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, məhkəməyə göndərdiyi yazılı etirazında bildirmişdir ki, iddia çıya pensiya təyin olunması üçün tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3195/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.M.Mustafayev) iddia təmin edilərək, İddiaçı xx xxxxxx 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən hesablanıb birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçı pensiya almaq hüququ verən yaş həddinə çatmışdır və 1972-ci ildən 2004-cü ilədək müxtəlif yerlərdə və müxtəlif vaxtlarda işləmişdir. «Əmək pensiyaları ha qqında» Qanunun 32-1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olnmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2859/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər K.N.Abiyeva (sədrlik edən və məruzəçi), Ü.A.Mayılov və M.N.Tağızadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı pensiya almaq hüququ verən yaş hə ddinə çatmışdır və 25 ildən artıq sığorta stajı vardır. İddiaçının xx xxxxxx 2019-cu ildən sonra yaranmış fərqin ödənilməsi tələbi də «Əmək pensiyaları haqqında» Qanunun 32-1-ci maddəsinin tələblərinə uyğundur. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarını ləğv olunmasını, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab o lunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. İddiaçının əmək kitabçasında qeyd edilmiş 1972-ci il tarixdən 2004-cü il tarixədək işlədiyi dövrlərə aid iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə: Kollegiya iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə yaşa görə pensiya təyin olunması üzrə yaranmış mübahisədir. İddia tələbinin ümumi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırıl ır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:
1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və 63 yaşı xx.xx.2018ci il tarixdə tamam olmuşdur. Lakin pensiya yaşı uzadıldığına görə iddiaçı xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatmışdır. Yəni iddiaçı yaşa görə pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuşdur. Həmçinin pensiya təyin edən orqana müraciət etdiyi vaxt iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensi ya kapitalı olmamasına baxmayaraq, sosial sığorta stajı ona pensiya təyin olunmasına imkan verirdi. Belə ki, iş materiallarına əlavə olunmuş, iddiaçının adına xx xxxxxxxx 1973-cü il tarixdə açılmış əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək (1 il 10 ay 19 gün), xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək (1 il 11 ay 25 gün), xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək (2 ay 5 gün), xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək (1 ay 24 gün), xx.xx.1976cı ildən xx.xx.1980-ci ilədək (4 il 6 ay 26 gün), xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək (3 il 1 ay), xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək (6 ay 19 gün), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (1 il 2 ay 15 gün), xx.xx.1986-cı ildən xx.xx.2004-cü ilədək (18 il 8 ay 8 gün) müxtəlif müəssisələrdə işləmişdir. Bu məlumatlar onun adına açılmış əmək kitabçasında işə qəbul, iş yerinin dəyişdirilməsi və işdən çıxarılma əmrləri tarix ardıcıllığı ilə göstərilməklə, pozuntu və qaralamaya yol verilmədən qeyd olunmuş, işlədiyi müəssisələrin rəhbərinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. Cavabdeh əmək kitabçasında göstərilmiş məlumatlarla razılaşmamışdır. Lakin cavabdeh nəyə görə əmək kitabçasında əksini tapmış məlumatları qəbul etmədiyini iddiaçıya xx xxxx 2019-cu il tarixdə göndərdiyi məktubda, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəməyə göndərdiyi **********0 saylı xx xxxxxx 2019-cu il tarixli yazılı etirazında, habelə sonradan birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətinin dəlillərində göstərməmişdir. Cavabdehin nümayəndəsi yalnız apelyasiya instansiy asında işə baxılarkən şifahi olaraq bildirmişdir ki, iddiaçının stajının mübahisə doğuran dövrü 1972-ci ildən 2004-cü ilədək Səttarxan zavodunda işlədiyi dövrdür. Cavabdeh tərəf həmçinin kassasiya şikayətində bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş 1972-ci ildən 2004-cü ilədək işlədiyi dövrə aid iş stajının yerində yoxlanması mümkün olmamışdır. Lakin cavabdeh bu barədə hər hansı sübutu təqdim etməmişdir. Cavabdehin bu etiraz dəlilləri, iş stajını təsdiq etmək üçün əmək kitabçasının sübut kimi hüquqi əhəmiyyətinin araşdırılmasını tələb edir. Cavabdeh tərəfin bu dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə, yəni 1992-ci ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təmin atı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmə k kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, h üquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilmə si Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsa slardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu halla rda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika d avamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri). İddiaçının pensiya yaşına çatması və 25 il sığorta stajına malik olması «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən ona pensiya təyin olunması üçün yetərlidir və onun fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olub-olmamasının araşdırılmasına zərurət yoxdur. Apelyasiya instansiyası məhkəməsi də yuxarıda qeyd olunan hüquqi əsaslara istinadən iddiaçının x xxxx 2018-ci ildən xx xxxx 2019-cu ilədək 64 yaşı tamam olduğu və 25 il stajı olduğuna görə əmək pensiyası hüququnun olduğu barədə nəticəyə gəlmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməstinin iddiaçının xx xxxxxx 2019-cu ildən so nra yaranmış fərqin ödənilməsi tələbinin təmin olunması barədə gəldiyi nəticə də «Əmək pensiyaları haqqında» Qanunun 32-1-ci maddəsinin tələblərinə uyğundur. Apelyasiya instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Prosessual Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2859/2019 saylı 17dekabr 20