Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-928/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı x1 cavabdeh Oğuz rayon Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, İddiaçı x1cavabdeh Oğuz rayon Bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) “qərarın ləğv edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)9/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında ba xaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 noyabr 2010-cu il tarixli Çıxarışa görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Markozoviçə məxsusdur, həmin evin yerləşdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyəti olmaqla onun istifadəsindədir. 2. 11 avqust 2015-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi Oğuz rayon bələdiyyəsi tərəfindən X1. 3. 4 iyun 2019-cu il tarixli Çıxarışa görə, ünvan 4 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi X2 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdir ilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Oğuz rayon Bələdiyyəsinin 29 fevral 2012-ci il tarixli, 3 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin fərdi yaşayış evinin altında yerləşən 0.07 ha torpaq sahəsi də onun istifadəsindədir. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışla və fərdi yaşayış evinin **********45-10301 reyestr nömrəli texniki pasportla təsdiqini tapır. Həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini X6, X4, X5, X7 zəbt edərək orada yaşayırlar. Oğuz rayon Məhkəməsinə müraciət edərək yuxarıda adları qeyd edilən şəxslərin fərdi yaşayış evin dən çıxarılmasını xahiş etmişdir. Oğuz rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Oğuz rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin hazırkı iş üzrə X5 iddiaçıya məxsus torpaq sahəsinin 0.03 ha hissəsini qanunsuz olaraq bələdiyyədən almışdır və hal-hazırda orada tikinti işləri aparır. X5 iddiaçının ölkədə olmamasından istifadə edərək, qanunsuz yolla həmin torpaq sahəsini adına rəsmiləşdirmiş və bələdiyyə qərarı əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Hesab edir ki, cavabdeh Oğuz rayon Bələdiyyəsinin qərarı qanunsuzdur və ləğv edilməlidir.
6. Şəki İnzibati Məhkəməsinin ( hakim İ.Cabbarov) xx.xx.2020-ci il tarixli, 2-1(116)241/2020 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 153-cü maddəsinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 3, 4, 9, 10-cu maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 2.2, 3, 4, 6.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 11, 17, 24, 65-ci maddələrinə, İPM-nin 32.1, 52, 68.1-68.2, 69.5-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia qanunsuz və əsassızdır.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-21/2021 nömrəli (hakimlər V.Məlikov – sədrlik edən və məruzəçi, R. Rəfiyev və İ.Şükürov) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı maddi və prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, iddia mümkün olsa da, əsassızdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazisində torpaqlar əcnəbi vətəndaşa satıla bilməz. Torpaqların əcnəbi vətəndaşlara icarəyə verilməsi isə tərəflərin iradə ifadəsi olaraq müqavilə əsasında həyata keçirilir. İddiaçı isə Cavabdehnə torpaq sahəsinin icarəyə götürülməsi barədə müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdi m etməmişdir.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-884/2021 nömrəli (hakimlər Zakir Quliyev-sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin üçüncü şəxsə satmış olduğu torpaq sahəsinin iddiaçıya istifadə hüququ əsasında məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini ekspertiza təyin edilməsi yolu ilə ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə kollegiya sı bunu apellyasiya məhkəməsi tərəfindən İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinin pozulması kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 21(107)-9/2022 nömrəli (hakimlər Hüseynov Elçin-sədrlik edən və məruzəçi, Mahmudov Ayaz və Əsədli Mahir) qərarı ilə iddiaçını şikayəti təmin olunmuş, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tаrixli, 2-1(116)-241/2020 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən üçüncü şəxsə satılmış torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir, başqa sözlə həmin torpaq sahələri bir-biri ilə üst-üstə düşür. Belə olan halda, ca vabdeh bələdiyyə mübahisəli torpaq sahəsinin yüklü olmasına və həmin yüklülüyə rəsmi qaydada xitam verilməməsinə baxmayaraq, həmin torpaq sahəsinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə əsasən (maddə 16) həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanması və qeyd olunan torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etməkdə haqlı olmamışdır.
16. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəməyə təqdim olunmuş sənədlərə əsasən, iddiaçının 2003-cü ildən xarici ölkə vətəndaşı olduğu müəyyən olunur. Lakin “Torpaq islahatı haqqında” Qanun xx.xx.1996-cı il tarixdən qüvvədədir. Oğuz şəhərində həyətyanı torpaq sahələri 2001-ci ildə ölçülmüş, 2006-cı ildə isə normaya əsasən 0.06 ha həyətyanı torpaq sahələrinə “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib olunaraq vətəndaşlara verilmişdir. Məhkəmə hansı səbəbdən iddiaçının adına 0.06 ha həyətyanı torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin hazırlanmadığına münasibət bildirməmişdir. Digər tərəfdən, mübahisəli torpaq sahəsi ölçülən zaman onun sahəsinin faktiki 0.0889 ha olduğu, iddiaçının istifadəsində olan torpaq sahəsinin isə 0.054 ha olduğu müəyyən edilmişdir. Deməli, Bələdiyyə qərarı ilə üçüncü şəx sə iddiaçının qanuni istifadəsində olan torpaqdan artıq olan 0.03 ha torpaq sahəsi satılmışdır. Üçüncü şəxsə mülkiyyət sənədi verən inzibati orqan həm də torpaq sahəsini verən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquq varisidir. Qərar verən orqan isə Bələdiyyədir və həmin qərarın ləğv olunması üçün heç bir əsas yoxdur. Çünki Oğuz rayon Bələdiyyəsi iddiaçının istifadəsində olandan artıq torpağı üçüncü şəxsə satmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunv ericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə
9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda b ələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.
20. Mülki Məcəllə Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.2. Əmlak hüquqları həmin əmlakın mülki yyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 21. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Maddə
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş 22. “İnzibati icraat haqqında” Qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzi bati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbb üsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
23. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə a pelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti mümkündür. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yox lanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Avropa İnsan hüquqları Məhkəməsinin yuxarıda istinad edilən mövqeyindən çıxış edərək, mübahisəyə dair iş üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab etmək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
29. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, mübahisəyə dair obyektiv qanunauyğun qərarın qəbulu üçün işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti olan qərarın ləğvi ilə bağlı məsələ Ali Məhkəmənin həmin iş üzr ə göstərişləri nəzərə alınmaqla, apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin a şağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
33. Bu qərarın 21-ci bəndində istinad olunan normanın tələbinə görə, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallar da müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.
34. Nəzərə almaq lazımdır ki, qanunvericilik mülkiyyətçi olmayan şəxslərin də hüquqlarının qorunmasını təmin edir. Bu baxımdan bu qərarın 20-ci bəndində istinad olunan normalar mülkiyyətçi olmayan şəxslərin hüquqlarının qorunması məqsədlərinə xidmət edir. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
35. Hazırkı mübahisəyə münasibətdə həmçinin iddiaçıya aid daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, 23 noyabr 2010-cu il tarixli Çıxarışla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini mülkiyyət hüququ əsasında İddiaçı Markozoviçə məxsus olduğunun, həmin evin yerləşdiyi torpaq sahəsinin isə bələdiyyə mülkiyyətində olmaqla onun istifadəsində olduğunun təsbit edildiyi də nəzərə alınmalıdır. Başqa sözlə, iddiaçının qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun həmin tarixdən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bələdiyyə tərəfindən həmin sahənin başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi barədə qərar qəbul edilərkən nəzərə alınmalı idi. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əcnəbi vətəndaşlığının mövcudluğu hər bir halda onun qanuni istifadəsində torpaq sahəsinin olmasını istisna etmir. Bu zaman iddiaçının əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olduğu da diqqətə alınmalıdır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya şikayəti əsassız sayılmalı, şikayət təmin edilməməli və apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2-1(107)-9/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.